Ramiz Rövşən-İlahi, al məni bunun əlindən (səs Xəzər Süleymanlı)

  Рет қаралды 136,715

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

4 жыл бұрын

#RamizRovsen #XezerSuleymanli #sheir
şeir: Ramiz Rövşən
səs: Xəzər Süleymanlı
fon/musiqi: Çarpışma (Toygar İşıklı)
Bilmirəm, hayandan tapdı ömrümü,
Bir dəli at kimi çapdı ömrümü,
Dağlara, daşlara çırpdı ömrümü,
Qədrimi bilmədi bu adam mənim,-
İlahi, al məni bunun əlindən!
İlahi, kaş məni bu yer üzündə
Bir özgə adama tuş eyləyəydin,
Lap məni adam yox, quş eyləyəydin,
Lap belə bir qara daş eyləyəydin,
Məni bu adama sən necə qıydın,-
İlahi, al məni bunun əlindən!
Al məni, ver məni, özgələrə ver,
Sınıq aynalara, gözgülərə ver,
Bölünüm, yüz tikə, min tikə olum
Bu adam üzümə baxa bilməsin.
Məni aynaların qırıqlarından
Toplaya bilməsin, yığa bilməsin.
Bölünsəm, dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum.
Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm bir yana düşsə,
Haçansa, kefinin xoş saatında,
İlahi, təzədən yadına düşsəm,
Təzədən toplasan qırıqlarımı
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi, təzədən calasan məni,
dünyanın ən gözəl güzgüsü ollam.
Təzədən dünyaya yollasan məni,
Bu adam olmaram, özgəsi ollam,-
İlahi, al məni bunun əlindən!...

Пікірлер: 326
@XezerSuleymanli
@XezerSuleymanli 4 жыл бұрын
Dostlar, bir kiçik məqamı diqqətinizə çatdırım. Şeir bəzilərinin düşündüyü kimi əks cinsə yazılmayıb. Ramiz Rövşən şeiri özünə həsr edib. Yəni güzgüdə özünə baxan adamın düşüncələridir bu şeir. Hər birinizə təşəkkür edirəm. Videonu bəyənməyi, kanala abunə olmağı unutayın! Xoş dinləmələr...
@semssems3667
@semssems3667 4 жыл бұрын
Ne olursa olsun özünden qaçış yoxdu...
@ayxanyusif7004
@ayxanyusif7004 4 жыл бұрын
@@semssems3667 shersiz eledi..
@semssems3667
@semssems3667 4 жыл бұрын
@@ayxanyusif7004Bəli ... Ramiz Rövşən kəlmələri her birisi dərin mənalı
@ayxanyusif7004
@ayxanyusif7004 4 жыл бұрын
@@semssems3667 Ramiz Rovsenin seirleri daima dinleyenlerini dusundurur...belkede insana en dogma kelmeleri secir..
@semssems3667
@semssems3667 4 жыл бұрын
@@ayxanyusif7004 Seve seve şerlerini dinleyib oxuyuram bizim illerin seçilmiş şairidi Ramiz Rövşən üreye yaxın yazır Xezer bəyin ifasında çox möhteşem seslenir her şeri dinlememek əldə deyil
@xaspoladismayilov7070
@xaspoladismayilov7070 2 жыл бұрын
Hər şey bitib .sakitliyi ancaq namazda tapıram
@romanceart
@romanceart 3 жыл бұрын
Bunu dinləyib ağlayanlar
@user-ki4zv9vq4y
@user-ki4zv9vq4y Ай бұрын
😢😢😢😢😢
@gokkusagarkadaslarnn5348
@gokkusagarkadaslarnn5348 4 жыл бұрын
İlahi,niyə yaxşılar həmişə əziyyət çəkir.Kaşki yenidən yarana bilsəydik.Yəqin ki,gənclikdəki səhvi təkrar etməzdik.😢
@raufhesnov3566
@raufhesnov3566 Жыл бұрын
Hecc vaxtt hec vaxt etmezdim,genclikdeki sehvin mehv etdi meni tek mueyyen bir vaxt deyil her saniyemi mehv etdim ozum ozumu
@ruslanelyev6058
@ruslanelyev6058 Жыл бұрын
Tanrım məni başdan yarat Qudrətinle geri donum. Viran olmus qəlb evimin Binasin yenidən horum. Kaski insan ömürü yeniden yasanaydi
@orxanrecebzade135
@orxanrecebzade135 Жыл бұрын
​@@raufhesnov3566 😊😊😊😊😊
@user-ki4zv9vq4y
@user-ki4zv9vq4y Ай бұрын
Mendee😢😢😢😢😢😢​@@raufhesnov3566
@elnar9581
@elnar9581 2 жыл бұрын
Allahım , şeirə qulaq asmaq dəhşətdir. Bütün ömrüm gözümün önündən keçdi.
@zsr.0
@zsr.0 2 жыл бұрын
Meni bu adama sen neca qiydin.🥺🥺🥺🥺heyati sevdikleri terefinden mehv olmuslara gelsin🥺🥺
@dovlataliyev2679
@dovlataliyev2679 4 жыл бұрын
Evvelki kimi darixmiram senin üçün....daha ağlamiram yeri geldi,gelmedi.....adinin olduğu cümlelerde gözlerim dolmur,,,yoxluqunun teqvimi tutmuram artiq...........biraz yorğunam,,,,biraz halsiz,,,,birazda sensizlik sindirdi meni......nece yaxşi olurlar bilmirem,,amma yaxşiyam kelmesini yapişdirmişam dilime,,kim soruşsa yaxşiyam deyirem.......Dönmeni gözlemirem artiq,,hetta istemirem gelesen,,tez tez ağlima gelirsen ama "mene ne " deyirem,,,,,,menim derdim mene bes eder "mene neee"....Yoxluğuna alişirammi?...varliğindan elmi cekirem?? Coxxxx sinmişam eslinde....Birden başqasini severem??...Eger ele bir şey olsa ve bir gün men başqasini sevsem bax o zaman seni heyatim boyu BAĞIŞLAMAYACAM..........SeNi SeViReM....
@ruslanmemmedov7938
@ruslanmemmedov7938 2 жыл бұрын
Yüzdəfə qulaq asdım yenədə asıram.Xəzər əhsən sənin səsində şer bir başqadı.Ramiz müəllim isə əvəzedilməzdir.
@pervaneceferova6114
@pervaneceferova6114 4 жыл бұрын
İlahi al meni onun elinden😔
@bizikimiz128
@bizikimiz128 4 жыл бұрын
Nece adamla yawayasanki ,bu şeiri yaza insan. Allah her kesin komeyi olsun
@namiqsetdarov8406
@namiqsetdarov8406 4 жыл бұрын
Belə talehlər çoxdu.Bəzən insan özün tanimir.Biri yazara çevrilir biri şeir deyir.Həmin səs o dərdə göre köklənir.Həqiqeten çox gözəldi bu şeyir
@jujumj5318
@jujumj5318 4 жыл бұрын
@bizikimiz bu şeirde qadın nezerde tutulmayıb şeiri yazan özün nezerde tutub fikrimce ..😕
@dosandos2554
@dosandos2554 3 жыл бұрын
@@jujumj5318 Dogrudu,qeyd olunub yuxarida.
@aygunzeynalova2042
@aygunzeynalova2042 2 жыл бұрын
Bu degige ancag bunu dushunurem. O geder peshmanam hersheye. Bir oglum ve men sakit heyatimi isteyirem:(
@ayselhesenli2448
@ayselhesenli2448 2 жыл бұрын
Derdimi demeye hec kesim yoxdu bu seirlerle danisiram
@romanceart
@romanceart 3 жыл бұрын
Bu bir möcüzədir belə sözləri yazan insan dahi insandır.
@zahraaliyeva4657
@zahraaliyeva4657 4 жыл бұрын
Insan òmrunun sonuna yaxin bawa duwur ki Sen deme o hele yawamaga bawlamayib........
@incidunya99
@incidunya99 Жыл бұрын
Bu sheiri dinleyib ozumde bilmeden dua etmishem, Allahim dualarimi qebul etdiyin uchun cox sagol🙏🏻
@romanceart
@romanceart 3 жыл бұрын
Hər bəyənmədim gəlib yenə dinləyirəm,ancaq doymuram
@sevinckarimova9580
@sevinckarimova9580 Жыл бұрын
An sevdiyim seirdi. Superdi. Har qulaq asanda aglayir adam.
@nilufercamalova8378
@nilufercamalova8378 4 ай бұрын
Gözəl sher, gözəl səs,diksiyanə deyin, söz də kadibdirt bu sherdən sonra,rəhmətlik Həsən Əblucdan sonra nəhayət ki, gözəl sher söyləyəni dinlədim, təşəkkürlər,səsinə qüvvət,bravo❤❤❤❤❤❤
@serdarquliyev4362
@serdarquliyev4362 2 жыл бұрын
Sesine nefesine canina quvvet,sevirem sesini nefesini seni dinlemek ve her dinledikce goz yasi tokmek🥺dayanmadan bu sere geceden sehere dinlemisem🥺ve butun heyatim gozumun onunnen kecdi,niye Tanrim sehv insanlari birlesdirir,ve qadinlar ezyet cekir bu serlerle ovunurlar,niye???🥺🥺🥺
@user-hs3gr1nd7i
@user-hs3gr1nd7i 2 жыл бұрын
Allahim necə də güclü şerdir dinləməkdən doymuram
@rizvanxxx4556
@rizvanxxx4556 4 жыл бұрын
Bu şeirde Ramiz Rovşen oz bedeniyle ruhunun dialiqunu yazib.Oz ruhuyla, onun isteklerini yerine yetire bilmeyen bedeninin savaşi gosterilib. Ruhundan uzr isteyen, Şairim menim. Sizi çox sevirik Şair ..
@elcanomerov928
@elcanomerov928 2 жыл бұрын
Deyerdim ilahi al meni bunun elinden amma diye bilmirem....cunki evladlarim nece olar mensiz ........
@shirazcabarov8724
@shirazcabarov8724 2 жыл бұрын
Ilahi al meni bunun elinden 😢😢😢😢😢💔💔💔 ilahi al meni bunun elinden
@aytekinvaqifli
@aytekinvaqifli 4 жыл бұрын
"bir dərdim qalmadı özümdən yekə, bütün dərdlərimdən mən yekə oldum"
@Mr.nusrat666
@Mr.nusrat666 2 жыл бұрын
Seveni seven olmur sevilmek isteyrsense sevmemelisen ezab vermelisen
@raufhesnov3566
@raufhesnov3566 Жыл бұрын
Cox derin menali seirdi dinledikce dinlemek isteyir adam,sesinize quvvet
@elsnsotanov5601
@elsnsotanov5601 2 жыл бұрын
Çox gözəl şer və şerin ifası hərdən insan özü özünən qaçmaq istəyir
@rsulpasazadvine3874
@rsulpasazadvine3874 2 жыл бұрын
İlahi nə gözəl şer nə gözəl səs ifa ürəyim əsir
@lalala8271
@lalala8271 3 жыл бұрын
İlahi, sen meni by adama neçe giydin?? Her keçə bu suali verirem özum özümə.
@elsadqirxlarov0708
@elsadqirxlarov0708 Жыл бұрын
İlahi al meni bunun elinden. Bir daha üzümü göre bilmesin
@safuramusayeva7862
@safuramusayeva7862 4 жыл бұрын
İlahi necə təsirli deyirsiz gözlərim doldiye yaxşı ki varsız təsəlli tapıram sizi dinledikce
@emrahehmedov191
@emrahehmedov191 4 жыл бұрын
*Çox maraglidir niye yaxşi insanlarin bexdine pis insanlar yazilir..? Azerbaycan bele qadinlarla dolub daşir ...Yaxşi nece taniyag biz ne edey ..Sual verirem sizin kimilere niye bedbext edirsiz ?? Qadinlari sevgiden qaygidan mehrum qoyursuz sonrada deyirsiz qadin sonuna qeder olene kimi mehkum heyati surmeli amma sevgiye layiq olmamali ...ALLAH kişinin qabirgasindan buna gore yaratdi ki, qadini onu ezib incidesiz..? Bilin ki, her qirib incidiyiniz gunahsiz qadinlarin Vaxti gelende onun hesabini ALLAH dergahinda pis odeyeceysiz....!!*
@resadmemmedov9473
@resadmemmedov9473 4 жыл бұрын
*Hec bir insanin bextine pis ve ya yaxsi yazilmir eger bele olsaydi Allah Edaletsiz olardi islam qanunlarina esasen insanin basina ne gelirse oz emeli neticesinen gelir*
@aytackerimli7907
@aytackerimli7907 4 жыл бұрын
Yalnis melumat yazmayin diger insanlarda sehv melumatlanir bunu oxuyaraq qadin kisnin qabirqasindan yaranmayib bu yahudilere aitdir zehmet olmasa dini biraz arastirin.
@sekineseyidova5208
@sekineseyidova5208 4 жыл бұрын
Çünki allah yaxşı insanı sınağa çəkir pis pis olaraq qalır onu silib gözündən yaxşı adamı sınıyırki sınağdan necə çıxacaq deyə
@sabutayismayilov4609
@sabutayismayilov4609 3 жыл бұрын
Məndə layiq olmadigim heyati yadayiram
@rsmiyysidi2425
@rsmiyysidi2425 3 жыл бұрын
Əhsən sizə
@etibarabbasov6805
@etibarabbasov6805 3 жыл бұрын
Ramiz Rovsen ele bil killerdir soz killeri hele heyatimda bele tesirli ve gozel ser esitmemisem
@elcanomerov928
@elcanomerov928 2 жыл бұрын
Nece gozel seiri sanki heyatimi danisir...........
@user-if3wq1zj5c
@user-if3wq1zj5c Жыл бұрын
Allahın tərs qismətı....
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
Menim eenn sevdiyim şeridir. Sesiniz avazınız heç vaxt tükenmesin deyerli insan. Möhteşemdir heqiqeten. Şeir bir ayrı dünya, ifa bir ayrı. Dilediyiniz kimi keçsin ömrünüz
@orxanabduyev1428
@orxanabduyev1428 3 жыл бұрын
o qizin
@nuranehuseynova3687
@nuranehuseynova3687 3 жыл бұрын
İlahi al meni bunun elinden
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
İlahi,al məni bunun əlindən yalvardım.......aldı onu mənim əlimdən.....məni vəsf edib Ramiz Rövşən😔 sesinizə sağlıq Bəy
@nadirovaa
@nadirovaa 4 жыл бұрын
İlahi yalvarıram🤲🏻 gecə olsa al məni bunun əlindən.
@ekremxelilovef8314
@ekremxelilovef8314 4 жыл бұрын
🤔😒
@ayinisigi7258
@ayinisigi7258 2 жыл бұрын
😣😣😣
@cavadeliyev4538
@cavadeliyev4538 4 жыл бұрын
qedrimi bilmedi bu adam menim
@yusifzayn4329
@yusifzayn4329 4 жыл бұрын
Wairin yazdigi weir ozunun yox o weiri oxuyanin,o weiri yawiyayanin, o weiri dinleyenin olur,Mohhtewem weir,mohtewem ses,,,
@valehabbasov6998
@valehabbasov6998 3 жыл бұрын
Meni bu adama sen nece qıydın😪💔
@eliyevaaygun8080
@eliyevaaygun8080 3 жыл бұрын
Keske hec qarsima cixmasaydin . O balaca dunyamda xosbext idim
@elvinasayar4261
@elvinasayar4261 2 жыл бұрын
Xırıltı var sesde..Ama mőhteşemdi daxili ses..
@aynurliyeva8837
@aynurliyeva8837 2 жыл бұрын
Məni bu adama sen necə qıydın ?
@nadirovaa
@nadirovaa 4 жыл бұрын
Məni bu adama sən necə qıydın?! 🥀
@Leyla-517
@Leyla-517 4 жыл бұрын
Məni də 😥
@user-kl1ld3qy8r
@user-kl1ld3qy8r 3 жыл бұрын
😥🥀
@omurumidova215
@omurumidova215 3 жыл бұрын
ALLAHIM SEVDIYIN QULLARI IMTAHAN EDIRSEN
@jaleabdullayeva8664
@jaleabdullayeva8664 3 жыл бұрын
Bu gün qedir biləcək kimse yoxdu. Çox təəssüf ki həqiqətdi.
@allahimmuradabilov3628
@allahimmuradabilov3628 4 жыл бұрын
Sanki heyatimi yazmisiniz kawki oleydi ama.parca parca etmezdi 😔😔😔😔😔😔
@valideeyvazli4965
@valideeyvazli4965 3 жыл бұрын
Sizi gecde olsa yaxwiki tanidim. Derdimi dile getire bilmediklerimi , menim ruhumu daniwdirirlar sanki.
@akifzeynalov2857
@akifzeynalov2857 3 жыл бұрын
Heyatda menim,milyonlarin heyatin anlatan sairim Sen yasaki bizde yasayag.
@leylaeyvazova679
@leylaeyvazova679 3 жыл бұрын
Məni bu adama sən necə qıydın İlahi ,al məni bunun əlindən.........
@jasminjasmin5777
@jasminjasmin5777 4 жыл бұрын
Bir hədis danışacam. Peyğəmbərimiz bir əshabə ilə yol gedirdi. Qarşısina çiynində səhəng bır qız çıxir. Peygəmbərimiz qızdan su istəyir. Qız:"buyur əmican" deyərək su verir. Peyğəmbərimiz suyu içir və: "Allahım, bunu bir imansıza rast gətir"- deyir. Yollarina davam edirlər və qarşılarına daha bir qız çixır çiynində səhənglə. Peygəmbərimiz bundan da su istəyir. Qız o dəqiqə kobud cavab verib: "bu uzaq yolu su gətirirəm ki, sizə verim?"- deyir. Peyğəmbərimiz qızın ardınca baxıb: "Allahım, bunu bir imanlı oğlana qismət elə" - deyir. Əshabə mat qalır və soruşur: " Ya Allahın rəsulu , sən niyə belə dua etdin?" Peyğənbərimiz deyir:" Mən birinci qızı ona görə imansıza rast gətir dedim ki, o imansızı öz yoluna çəkərək iman sahibi edəcək. İkinci qız isə imanlıya rast gələrək ondan imanlı olmağın yolunu öyrənəcək və bir imanlı daha artacaq. Mən bunu Ətirşah Çiçəyinin sözlərinə cavab olaraq yazdım.
@agaslimrzayev7556
@agaslimrzayev7556 4 жыл бұрын
Təşəkkür
@mehemmedelimemmedli5553
@mehemmedelimemmedli5553 2 жыл бұрын
Möhtəşəm vallah sözüm yoxdu sağol qardaşh coox gözəl. Ses
@Agayeva555
@Agayeva555 3 жыл бұрын
Ilahi al meni menim elimden.......
@nusabehuseyinli8210
@nusabehuseyinli8210 4 жыл бұрын
Bu şerde, güzgüde özüne baxan adamin,özü haqqinda Allaha şikayeti ve yeniden topla meni deyerek yalvarışı yazilib.Ramiz Rövşen dahidir.Var olun çox möhteşem seslendirmisiniz.👏
@user-ge4dh7uy2w
@user-ge4dh7uy2w 4 ай бұрын
Ilahi😢tezeden yarat meni😢😢😢
@sevincqarayeva2313
@sevincqarayeva2313 2 жыл бұрын
Mənim həyatım 😪
@sabutayismayilov4609
@sabutayismayilov4609 3 жыл бұрын
Allah mənide al bu heyatdan
@reanaismailova433
@reanaismailova433 2 жыл бұрын
Şerdə mükəmməldi söyləyəndə👍👍❤️❤️❤️
@maqa_0234
@maqa_0234 2 ай бұрын
Ömür bitər dərd bitmez
@sabinababayeva7016
@sabinababayeva7016 4 жыл бұрын
İlahi,al məni bunun əlindən....hec bilmədim hardan nə uçun oldu.
@Nr-hy3gd
@Nr-hy3gd 3 жыл бұрын
Şükürrr coxxxx şükür EN
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
Gozel...
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
@@sevaseva5122 can😘😘
@anjelaaliyeva1410
@anjelaaliyeva1410 4 жыл бұрын
Bu sozu men uzun illerdi guzgude gorduyum ozume deyrem😞😞😞meni Bu adama Sen nece qiydin?😞😞
@elgun5201
@elgun5201 3 жыл бұрын
bir gün gedersem eger..Sanma sevgimin azlığındandir... Caresizliyimdendir bunu bil .🥺
@nzkatcfrova7766
@nzkatcfrova7766 4 жыл бұрын
Allah səni həmişə qorusun. Səni sevənlərə çox görməsin.
@musulman3171
@musulman3171 3 жыл бұрын
Dəlib keçir kəlmələr,sınmış ürəklərin məlhəmi kəlmələr.İnsanın üzün güldərən,ağladan kəlmələr.Hər sətir bir məna,hər sətirdə özümü görürəm.Amma təsəlli tapıram tək deyilmişəm.Mənim kimi insanlar çox imiş çox təəssüf.
@dilareceferova4288
@dilareceferova4288 4 жыл бұрын
O qeder mohtewem sese maliksiniz ki adi bir weiri de dinlemek xow geler.Var olasiniz sanki heyatimizi daniwmiq bu insana.Nece derin duwuncelere aparir adam😔
@vusalehuseynova-rp8pz
@vusalehuseynova-rp8pz Жыл бұрын
Her gun mende Allahdan meni tez almagini arzu edirem. Allah qiymir biz qadinlar ozumuz ozumuze qiyiriq. Sonraki pesimaniliq fayda vermez yalniz ölumdur carem😢😢
@heyatdanbezmisoglan.2075
@heyatdanbezmisoglan.2075 4 жыл бұрын
Super😔
@nergiz1990
@nergiz1990 4 жыл бұрын
Superdende o yana
@konulsixiyeva7592
@konulsixiyeva7592 3 жыл бұрын
Butun derdlerimden men yeke oldum...
@user-vy1rk2rv8x
@user-vy1rk2rv8x 2 жыл бұрын
Cox gozellll
@turanamirova9567
@turanamirova9567 4 жыл бұрын
Bir deli at kimi capdi omrumu......😥😥😥
@nigarrehimova5767
@nigarrehimova5767 3 жыл бұрын
Bəli. Ramiz Rövşən. İlahi al məni bunun əlindən. Cox gözəl seir. Təşəkkürlər.
@ayxanyusif7004
@ayxanyusif7004 4 жыл бұрын
Yeniden heyata gelmek sansimiz olmadigina gore...bu omrumuzle kifayetlenek....Xezer bey ne xos oldu bu seiri sizden dinlemek.
@naznaz6029
@naznaz6029 3 жыл бұрын
Özüme baxlram özümü tanlmlram😔ilahi al meni bunun elinden😥😥əvvəlki addamdan əsər qalmayıb,ilahi al meni bunun elinden😭😭😭😭😭😭😭
@vusalqedirov2076
@vusalqedirov2076 4 жыл бұрын
Mohtesem seslendirme çox duygulandim😔😔
@navi_tako5471
@navi_tako5471 3 жыл бұрын
Ay Allah nece mene aitdi bu sozler. Ele bil mene oxuyur bu seiri😔
@rusdam6377
@rusdam6377 5 ай бұрын
Allah heç kimi pisə , səni sevməyənə urcah eləməsin🥱
@katakaterina806
@katakaterina806 4 жыл бұрын
Hər kəs seiri dinlediyi zaman ya özünü ya da əks cinsi gözünün önunə gətirər . Əminəm ki, mən tək belə düsünmürəm
@nubarrzazade6709
@nubarrzazade6709 4 ай бұрын
Meni bu adama sen nece qiydin😢
@UserUser-zy5mi
@UserUser-zy5mi 3 жыл бұрын
Sayenizde şer dinlemeyi sevdim,sizi və Nəriman Həsənzadəni dinləmək ruhumu oxşuyur
@nicatisrayilli5019
@nicatisrayilli5019 4 жыл бұрын
Werin gozelliyin uze cixardirsize.
@lalarahmanova9306
@lalarahmanova9306 4 жыл бұрын
Necə qəribədir... illər əvvəl həyatımın elə məhz belə bir dönəmində bu şeiri dinləmişdim təsadüfən. İçimdə 1000 tikə qırıqlar varkən özü gəlib tapmışdı məni... gecə idi... radioda seslenirdi... çarpayımın yanındakı ağac da yellənirdi xışhaxış... sonra çox axtarsam da tapa bilmədim o şeiri... amma unutmadım, beynimin bir hissəsində həmişə bu cümlələr fırlandı: "İlahi, al məni bunun əlindən..." lİllər keçdi və yenə hisslərimin, həyatımın qırıq yerində yenə təsadüfən bu şeir çıxdı qarşıma. Yenə 1000 tikə qırıqlarla dinlədim... yenə gecə idi... yenə çarpayıda... amma nə radio vardı, nə ağac, nə də o əski, məsum hisslər... ümid belə qaçıb gizlənmişdi hardasa...
@TeraneNovruzqizi
@TeraneNovruzqizi 11 ай бұрын
İlahi,al məni bunun əlindən😢
@fateheliyev5438
@fateheliyev5438 4 жыл бұрын
Bu serin menasini men biliremmm..Sair neyi kime demek istiyir men bilirem.sadece demirem...vaxt gelecek hami bilecek 💙RAMIZ ROVSEN💙
@zerifesukurova6600
@zerifesukurova6600 4 жыл бұрын
Çox təsirlidi insan özündən inciyəndə dediylərini deyir amma seçilmiş sözlərlə.təsirli sözlərdi.
@nrminrhimzad1026
@nrminrhimzad1026 3 жыл бұрын
Ilahi al meni bunun elinden.😔💔
@baxsaliyevaxatire2715
@baxsaliyevaxatire2715 3 жыл бұрын
Gözəl ifa və çox mənalı şeir üçün sizə minnətdaram
@bloxys248
@bloxys248 3 жыл бұрын
Siz tanidigima gore urekden sad oldugum nadir senetkarlardansiniz. Qemli olanda, sad olanda, yorulanda, hedden artiq dolub aglamaq isteyende sizin sesinizle dincelirem. Secdiyiniz cox hessas serlerinizle rahatliq tapiram. Yeni serler gozleyirem sizden. Allah size uzun omur versin. 💐💐🙏🏻🙏🏻
@gulum6918
@gulum6918 4 жыл бұрын
SUPER COX BEYENDIM
@believer6282
@believer6282 4 жыл бұрын
Ilahi al.meni bunun elinden heqiqeten alsin daha dozmurm.bu cur sevgini nece mehv etdin ALLAHSIZ
@shirazcabarov8724
@shirazcabarov8724 Жыл бұрын
Bir dəli at kimi çaptı ömrümü dağlara dawlara cirpti ömrümü. İlahi al meni bunun elinden😢.
@gulnarhubetova6938
@gulnarhubetova6938 4 жыл бұрын
Menim taleyim getirmedi qarsma clxan meni uzdu incidi tam menlik şeirdi
@sfqbayraml9608
@sfqbayraml9608 4 жыл бұрын
Bilmirəm hayandan tapdı məni qırdı geti💔🖤
@orxanabduyev1428
@orxanabduyev1428 3 жыл бұрын
o qizin
@validemamedova786
@validemamedova786 4 жыл бұрын
Xezer ki,Xezer......Mawallah
@semssems3667
@semssems3667 4 жыл бұрын
Çox içden yazıb şair her kelmesi düşündürücü insanın özünden qurtulması mümkün deyil ağılla ürek arasında vicdanla əməl arasında daima mübarizə aparır sonuc ise kaşkilər bəlkələrlə bitir peşmanlıqlar üzür və o an özünə sadece ölüm arzulayırsan ikiye ayrılmış cismine belə tab qalmır ❤-zə sağlıq Xezer bəy elə söyləyirsiz sesiniz belə dinləməyə düşünməyə vadar edir👏💓
@serafettehmezova3728
@serafettehmezova3728 3 жыл бұрын
SANKI COX SEVDIYI BIRINE QARGIS EDIR😢😢💔
@sevdaehmedli2905
@sevdaehmedli2905 3 жыл бұрын
İlahi təzədən dünyaya yollasan meni 😔
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 75 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)
2:47
Aləmzər Pənahqızı
Рет қаралды 18 М.
Qadinın dəyərini aşagi salan aspektlər🌷
16:43
Kemale Poladova
Рет қаралды 7 М.
Şirin Serialı - 1.Bölüm
1:02:00
EmiLab Media
Рет қаралды 752 М.
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
Aygün Bəylər - Özün Günahkarsan (Ulduzlu Yayım)
6:31
ATV Music
Рет қаралды 1,2 МЛН
19 июля 2024 г.
0:20
мишук круглов
Рет қаралды 7 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
0:27
Паша Осадчий
Рет қаралды 9 МЛН