Ramiz Rövşən - Mən bir tozam - Kamran M. YuniS

  Рет қаралды 19,752

Kamran M. YuniS

Kamran M. YuniS

Күн бұрын

#kamranmyunis #ramizrövşən #kamranyunis #poeziyateatrı
#şiirler #şeirlər #sevgişeirləri #hacıxanməmmədov
Ramiz Rövşən - Qocalmaq
Bəstəkar - Hacı Xanməmmədov - "Kamança üçün sinfoniya"
Mən bir tozam
Göy üzündə
hərlənən bir tozam mən,
Göydən-yerə
Boylanan bir gözəm mən.
Mən bir gözəm
Kirpiyim yox, qaşım yox,
Mən bir gözəm,
Ayağım yox, başım yox.
Həsəd çəkib
İnsanına, heyvanına, quşuna,
Hərlənirəm bu dünyanın başına.
Bir nəhəng toz dənəsitək
Bu dünya da hərlənir
Min-min ulduz içində,
Bu dünyanın içi tozdu,
Bu dünya toz içində,
Aşağı da, yuxarı da
Tozdu, toz,
Bu dünyanın
əvvəli də,
axırı da
tozdu, toz.
Mən bir tozam, -
kim nə bilir, axı hardan qopmuşam,
Ya əvvəldən,
ya axırdan qopmuşam,
Yorulmuşam toz olmaqdan, ilahi,
Bədənsiz, cansız olmaqdan, ilahi.
Mən bir qadın bətninə yığılmaq istəyirəm
Bu dünyada
İnsan kimi doğulmaq istəyirəm.
Özümə can istəyirəm ətdən-sümükdən
Göz yaşından,
tərdən,
qandan,
ilikdən.
Mən bir tozam, azadam göy üzündə,
Nə olsun ki,
Azad deyil bir adam yer üzündə,
Sən bu cansız azadlığı
Gəl, məndən al, ilahi,
Tez ol məni qəfəsə sal, ilahi!
Nəfəssizəm -
Tez ol, mənə nəfəs ver,
Nəfəsimə
bədən adlı qəfəs ver,
Mənə səs ver, -
Səsə qəfəs ağız ver.
Mənə söz ver -
Sözə qəfəs kağız ver!..

Пікірлер: 59
@Мистерумник-п3х
@Мистерумник-п3х 4 жыл бұрын
Ramiz Rövşən insanın iliyinə, qanına işləməyi bacarır. Sözə can vermək , canlandırmaq hər adamın işi deyil var olun.
@teriagayev8100
@teriagayev8100 3 жыл бұрын
Gözəl şeir və mükəmməl ifa sonsuz təşəkkürlər
@baxsaliyevaxatire2715
@baxsaliyevaxatire2715 4 жыл бұрын
Təşəkkür edirəm bizləri şeirlərdə yaşatdığın üçün .
@emilio16
@emilio16 4 жыл бұрын
Sanki Kamran bey yashiyireee Ramizin dunyasinda
@anarmemmedzade4697
@anarmemmedzade4697 4 жыл бұрын
Evezolunmaz ifa ne güzel ser 👍♥️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Səsiniz, nəfəsiniz, qəlbiniz daima var olsun Ustad🙏❤️🙏
@renaagabekova1741
@renaagabekova1741 4 жыл бұрын
GÖZƏL ŞEYIR ...BÖYUK BIR MƏNA VAR .... ....... BU ŞEIRDƏ ................
@aygunaygun8263
@aygunaygun8263 5 жыл бұрын
Birdən nəıərimizsə yoxdu deyə naşükrlük edirik .Əslində Allah bizə elə bir sərvət verib ki ...Bu əvəzolunmazdır Şükr şükr .❤❤❤❤❤❤
@validamamedova2237
@validamamedova2237 5 жыл бұрын
Mən bir tozam, azadam göy üzündə, Nə olsun ki, Azad deyil bir adam yer üzündə... Nə qədər fəlsəfi sətirlər. Hər iki sənətkara can sağlığı.Əla.👍 👏👏👏👏👏👏
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Sonsuz təşəkkür elə yaratmısınız ki...
@mehribancefer5665
@mehribancefer5665 5 жыл бұрын
Şair,hətta ən kiçik zərrənin də kütləsi var toz da bu qəbildəndir.
@yqt0077
@yqt0077 4 жыл бұрын
Mən bir tozam..sevdiyimin yoluna .!..əlim çatmır ,..heyif olan tozam mən...! Bir əlinə. dəysə əlim , eyb etməz ..yerə səp nolar. olum tozun mən! ...
@snsizolsmbagsla5814
@snsizolsmbagsla5814 6 жыл бұрын
Insan övladı yer kürəsində kiçicik bir tozdur.
@lolaazeri3917
@lolaazeri3917 5 жыл бұрын
Mən bir tozam göy üzündə...
@rovsenceferov8830
@rovsenceferov8830 5 жыл бұрын
Yorulmuşam toz olmaqdan ilahi....😔😔😔
@ruslanfamilov819
@ruslanfamilov819 6 жыл бұрын
Ne xow Ramiz beyin halina,gelbinden kecenleri allahdan istediyi o kaĝiza bele mukemmel kocůre bilir,ne xow sizinde haliniza onlari bele můkemmel bize catdirirsiz,var olun.
@RenaAgabeyova-bc7uz
@RenaAgabeyova-bc7uz Ай бұрын
BU DYNYANIN. EVVELIDE ..AXIRIDA TOZDU .TOZ MEN BIR TOZAM .........
@minayeazimova6597
@minayeazimova6597 5 жыл бұрын
Var olun her ikiniz Ramiz Rovwen ve Kamran Yunis. Vetenimin deyerli ogullari
@xatiraheydarova3677
@xatiraheydarova3677 6 жыл бұрын
Nə tez yaşlandın sən Kamram M.Yunis...
@aygunaygun8263
@aygunaygun8263 5 жыл бұрын
Bu ses.KAMRAN BEY. MENI MEHV EDIR❤
@bakubaku4393
@bakubaku4393 5 жыл бұрын
Əla
@seniorjuveman8395
@seniorjuveman8395 6 жыл бұрын
Bu kiçicik "toz dənəsi"-ndən böyük, mükəmməl br şeir ola bilməz dünya ədəbiyyatı tarixində
@ulviyyahajili9267
@ulviyyahajili9267 6 жыл бұрын
Əvəzolunmaz Ramiz Rövşən şeiriyyatı və Kamran m sənətkarlığı.Var olasınız .
@lemanislamova5940
@lemanislamova5940 6 жыл бұрын
Ureyinize, sesinize, avaziniza saqliq deyerli Kamran muellim 👏👏👏
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 2 жыл бұрын
Mən də bir insanam ,yaşamag haggım. Bura cəhənnem deyil ki,yediyim zəggum. Vətənimdə dənizəm ya da sahilinde parlayan gum. Bi torpağın ne'məti olmalı rahatı ulgum. Amma sıxıntılarım tükənmək bilmir. Əslində tükənən səbrimdir. Öz əllərimlə gazacagım gəbrimdir. Artıg yorulmuşam ,galmayıb tagətim Get-gede yox olur güvvətim. Hər ğün bahalıg xəbərləri ruhumu sarır. Məndən yaşamag hissini yaman goparır. Allah ,bu ğedişlər bizi hara aparır.?
@minayeazimova6597
@minayeazimova6597 6 жыл бұрын
Cox sagolun Kamran bey sesinize sagliq ne yaxwi ki varsiniz. Ramiz Rovsene sonsuz mehebbetimiz........
@kamrankamran9149
@kamrankamran9149 6 жыл бұрын
Sair yaxsiki varsiz.cox gozel ifa.ela.allah size can sagligi versin .amin
@xs2931
@xs2931 6 жыл бұрын
Həmişəki kimi yenə mükəmməl bir səs, ifa.....😍❤🌷
@sevincrzayeva139
@sevincrzayeva139 3 жыл бұрын
Nefesss.
@sevincquliyeva9305
@sevincquliyeva9305 4 жыл бұрын
👍👍
@lemanxalilova3629
@lemanxalilova3629 5 жыл бұрын
Allah can saqliqi, uzun ömür bəxş elesin Ramiz Rövşənə. Bu yaxında Xalq Şairi adını aldı. Bu münasibət ilə de tebrik edirem sevimli sairimi 📚📖🖋️
@hshhsgsgsgssgsggsgsgsgsgss7180
@hshhsgsgsgssgsggsgsgsgsgss7180 6 жыл бұрын
BU GOZEL SESI BU GOZEL IFANI ALLAH BIZE COX GORMESIN👏👏👏. ADAM SOZ TAPA BILMIR DESIN . VAR OLUN!!!!!!!
@oguzrustmli1439
@oguzrustmli1439 6 жыл бұрын
Sağol sənatkar həmişəki kimi super
@11oo67
@11oo67 6 жыл бұрын
Ustad,təşəkkürlər . Böyük şairimiz var olsun . İnsan olmaq gözəldir. İnsanda tanrıdan nəsə var. Ən qiymətli gövhərdir insan. Yetər ki, nəfsinə hakim olsun.
@muskofteacher3197
@muskofteacher3197 6 жыл бұрын
Bu dünyanın içi tozdur.... bu dünya toz içində.... Var olun SƏNƏTKAR💖
@renaagayeva2817
@renaagayeva2817 6 жыл бұрын
Həmişəki kimi mənalı sözlər,həzin musiqi,mükəmməl səs və əvəzsiz ifa.Yaxşiki varsız,hər zaman da var olun.Demək istiyib, amma deyə bilmədiklərimizi ürəkdən elə deyirsizki,sanki özümüz deyirik,ürəyimizdən gələn kimi bir rahatlıq çökür canımıza,beynimizə.
@melekqizz6544
@melekqizz6544 6 жыл бұрын
Sizin nefesinizden cixan her kelme insanlara ruh verir siz ozunuz nefesiz Kamran bey siz ilikden qanan terden etden sumukden ilahinin bize bexs etdiyi gozel deyerli senetkarimizsiniz siz toz yox konullere melhemsiniz 🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹
@xs2931
@xs2931 6 жыл бұрын
👍🌹🌸
@melekqizz6544
@melekqizz6544 6 жыл бұрын
@@xs2931 🌹🍃🌸🍃🌹🍃🌸🍃🌹🍃
@mr.lunatik8144
@mr.lunatik8144 6 жыл бұрын
😯😪super
@sadiqovanecibe9785
@sadiqovanecibe9785 6 жыл бұрын
Nefesinizi duydum sesinizde ...
@sahinmmmdov5955
@sahinmmmdov5955 4 жыл бұрын
😊
@kemalememmedova4090
@kemalememmedova4090 6 жыл бұрын
Süper
@userzemfira8022
@userzemfira8022 5 жыл бұрын
👍👍👍.........👐
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
🎧 315👍 👏
@realreal5851
@realreal5851 4 жыл бұрын
2:27
@rufatmammadov5112
@rufatmammadov5112 6 жыл бұрын
Super 📝👍❤
@cickyags4191
@cickyags4191 3 жыл бұрын
❤️433❤️
@nata3927
@nata3927 6 жыл бұрын
İlahi...
@xhypothesis549
@xhypothesis549 4 жыл бұрын
Reinkarnasiya ilə əlaqəsi var mı bu şeirin görəsəsn
@elmarmerdekan3237
@elmarmerdekan3237 6 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 elaaaaaa ✅
@fatimulusoy4228
@fatimulusoy4228 5 жыл бұрын
265👍👏👏👏👏
@askammmdov7967
@askammmdov7967 2 жыл бұрын
Hamı yazır gözəldir amma çoxu mənanı başa düşmür Ramiz müəllim bu şerdə bütün kainatı təsvir etdi çox bu isdedaddir doğurdan
@ferahnazdemirci5901
@ferahnazdemirci5901 5 жыл бұрын
👏👏👏💗💗💕💕💕🌼💮🌼💮
@sebrsebr9683
@sebrsebr9683 2 жыл бұрын
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 жыл бұрын
Sözə qəfəs kağız ver! İkinizdə çox sərbəst bürcün nümayəndəsisiniz Ramiz Rövşən, Kamran M. Yunis Var Olun!
@samiraqdirli6543
@samiraqdirli6543 6 жыл бұрын
*MƏNCƏ SİZ SƏSDƏN VƏ NƏFƏSDƏN İBARƏTSİZ*
Jeyhun Samedov - Getmə (Rəsmi Video)
4:09
CırtdanPro
Рет қаралды 22 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 108 МЛН
Ramiz Rövşən - Mən küsüb gedirəm - Kamran M. YuniS
3:01
Kamran M. YuniS
Рет қаралды 27 М.
INSAN HEYATI HAQQINDA MENALI QEZEL
33:27
Ahmad Verdiyev
Рет қаралды 188 М.
Ramiz Rövşən bu şerin ilhamını haradan alıb?#isa #allah
4:51
Tarana Lindsay
Рет қаралды 4,6 М.
"Oxu" layihəsi  Təranə Vahid "Mən toz dənəsiyəm"
17:22
ADTV Azərbaycan
Рет қаралды 353
Ramiz Quliyev - Ləpələr
4:09
Etibar Hasanov
Рет қаралды 4,7 МЛН
Ramiz Rövşən-Sənə bir daş atar yerindən duran (Elçi BƏYə ithafən)
1:50
Elçibəyin Əsgərləri
Рет қаралды 2,2 М.
Azerbaycan film musiqileri- Nostalji Azerbaycan musiqileri
26:57
Rashad Mammadov
Рет қаралды 634 М.
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56