İran Məkkədə nə etməyə hazırlaşır?

  Рет қаралды 2,197

Baku TV

Baku TV

Ай бұрын

İran Məkkədə nə etməyə hazırlaşır?
İranın dini rəhbəri Əli Xamenei bundan əvvəl baş verənləri nəzərə almadan növbəti dəfə Həcc ziyarəti üçün Məkkəyə getməyi planlaşdıran 87 550 iranlı zəvvardan Həcc mərasimləri zamanı siyasi fəallıq göstərmələrini tələb edib. O, mayın 6-da etdiyi çıxışında Qəzzada baş verənlərə toxunub, İsrailə qarşı ənənəvi ittihamlar səsləndirib və zəvvarları zalımlara, İsrailə və onu dəstəkləyənlərə qarşı mövqe nümayiş etdirməyə çağırıb.
İran hakimiyyətinin Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə etməsi dəfələrlə Ər-Riyadla Tehran arasında münasibətlərin gərginləşməsinə yol açıb. İranlı zəvvarlar 1987-ci ildə Məkkədə siyasi aksiya keçirib. Bu zaman polislə yaranan qarşıdurma nəticəsində 280 zəvvar həyatını itirib.
Bundan nəticə çıxarmayan Əli Xamenei 2015-ci ildə bir daha zəvvarlardan siyasi-ideoloji məqsədlər üçün istifadə edib, Məkkədə qanlı qarşıdurma yaranmasına səbəb olub. Həmin il ziyarətçi adı ilə Məkkəyə göndərilən və siyasi-ideoloji təbliğatını aparmaq üçün təlimatlandırılan hakimiyyət məmurlarının iğtişaş törətmələri daha çox insanın həyatını itirməsi ilə nəticələnib.
Belə ki, iranlı zəvvarlar Məkkədə geniş iğtişaşa əl atıb, siyasi aksiya keçirib və Həcc ziyarəti mərasimini pozublar. Bunun qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı polisinə müqavimət göstərdikləri üçün qanlı toqquşma olub. Güc tətbiq etməyə məcbur olan Səudiyyə Ərəbistanı polisi ilə yaranan qarşıdurma nəticəsində bu dəfə 460 iranlı həlak olub. Bundan sonra Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər daha da gərginləşib, Ər-Riyad müqəddəs məkanlarda nəzarəti gücləndirib.
İranın Həcc və Ziyarət Təşkilatının verdiyi məlumata görə, bu il 87 550 iranlı zəvvar Həcc ziyarətinə gedəcək. Müstəqil mənbələrin verdiyi məlumata görə, onların arasında minlərlə təbliğatçı var və Tehran hakimiyyəti builki Həcc ziyarətini anti-İsrail mərasiminə çevirməyi planlaşdırıb.
Əli Xameneinin son çağırışı İran hüdudlarından kənarda yaşayan nüfuzlu din xadimləri və şiə müctəhidlərinin də narazılığına səbəb olub. Onlar İran hakimiyyətini özünün siyasi məqsədləri naminə islamın müqəddəs mərasimləri və məkanlarından sui-istifadə etməsinin islam qaydaları və təlimlərinə zidd olduğunu bildiriblər.
Bir sıra yerli mənbələrin məlumatlarında isə bildirilib ki, Əli Xameneinin çağırışından sonra çox sayda iranlı zəvvar Məkkəyə getməkdən qorxaraq Həcc və Ziyarət Təşkilatına səfərdən imtina ilə bağlı müraciətlər ediblər.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
İran Məkkədə nə etməyə hazırlaşır?
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #iran #məkkə #xamenei #zəvvar #həccziyarəti #həccmərasimi #qəzza #israil #reels

Пікірлер: 73
@user-ek7qp1nz9s
@user-ek7qp1nz9s Ай бұрын
Аллах Ислам дышменлерине лехнет елесин Ин Ша Аллах
@user-dd6vv4ls5j
@user-dd6vv4ls5j Ай бұрын
Fələstində uşaqlar öz torpaqlarında qırılır amma heç bir müsəlmanın vecinə də deyil
@Bhgvvvvvvgy
@Bhgvvvvvvgy Ай бұрын
Irannan Israil əlbirdi. Sabir Meşhur və Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar bəyin çıxışlarına bax özün biləssən, bu müharibə hamısı bir oyundu ,İran neylədi ki guyə ,boş ərazilərə atdı heç kimin burnuda qanamadı
@user-dd6vv4ls5j
@user-dd6vv4ls5j Ай бұрын
@@Bhgvvvvvvgy Fələstinlilər başqa şey deyir .
@Abdullah76247
@Abdullah76247 Ай бұрын
@@Bhgvvvvvvgy qardaşdılar! Ən çox islama zərər vuran irandır! Ömür boyu yalnız müsəlmanlara qarşı vuruşub!
@user-kg7ne6gf4o
@user-kg7ne6gf4o Ай бұрын
​@@Abdullah76247Hamas əksini deyir
@Shura-23
@Shura-23 Ай бұрын
​@@Abdullah76247kzbin.info/www/bejne/pKOupISEaJqkr68si=-LPOhmbJXNvlVzoW
@user-rp2oe6er5k
@user-rp2oe6er5k Ай бұрын
❤🇮🇷🇮🇷🇮🇷 Последняя минута!!!... Австралийских граждан призвали покинуть Израиль.
@firuzhmdov6926
@firuzhmdov6926 Ай бұрын
Allaha şərik qoşan, Quranı inkar edən, Peyğəmbərimizin həyat yoldaşı və möminlərin anası olan Aişəni söyən, Allahın Quranda Allah onlardan razıdır və onlarda Allahdan razıdır deyərək müjdələdiyi səhabələri söyən azğın bir tayfadan bundan artıq nə gözləmək olar ki?
@xansuturkumusic
@xansuturkumusic Ай бұрын
BAKU TV REHBERLIYI VE KOLEKTIVI DTX HAMINIZ BASACAQ IÇERI AZ QALB. CENUBIAZERBAYCANLILARIN YOX EREBIN TEREFIN TUTURSUZ ONA GŐRE 👈
@kenanhebibli8621
@kenanhebibli8621 Ай бұрын
Səudiyyə Ərəbistanı Azərbaycan ilə qardaşdı. Səudiyyə Ərəbistanı Azərbaycana görə Ermənistan ilə bütün əlaqələri kəsib və cənab prezdentimizdə Səudiyyə Ərəbistanın bu addımına görə onlara təşəkkür edib. Amma iran isə ermənistanın qardaşıdır. 1ci və 2ci Qarabağ muharibəsində iran ermənistana kömək edirdi. Bunu bütün dünya bilir
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Ай бұрын
Cənubi Azərbaycanlıların tərəfini tuturuq,farsın tərəfini tutmuruq.Bular başqa-başqa şeylərdi.
@Shura-23
@Shura-23 Ай бұрын
​@@kenanhebibli8621kzbin.info/www/bejne/pKOupISEaJqkr68si=-LPOhmbJXNvlVzoW
@user-qg4zx7yf8r
@user-qg4zx7yf8r Ай бұрын
Bu cırdırları niye buraxırlar mūqqedes yerlere.
@bssar8084
@bssar8084 Ай бұрын
Cırdır yəhudi atalarındır
@elcinquliyev7716
@elcinquliyev7716 Ай бұрын
LƏBBEYKƏ YA XAMİNEYİ KİM NƏ DEYİR DESİN AĞA ÖZ POSTUNDA DAĞ KİMİ DAYANİB YEL.QAYADAN HECNƏ APARMAZ
@Shura-23
@Shura-23 Ай бұрын
Aynen... Selam ve saygılar #FreePalestine 🇵🇸
@bssar8084
@bssar8084 Ай бұрын
Zor edib deyib
@user-ix6sk8kh3l
@user-ix6sk8kh3l Ай бұрын
Ermenistana qardas deyen benamus iran benamus inanc
@user-rp2oe6er5k
@user-rp2oe6er5k Ай бұрын
❤🇮🇷🇮🇷🇮🇷
@lllll-sl9ze
@lllll-sl9ze Ай бұрын
Шиаларин Рахбари❤❤❤❤
@Shura-23
@Shura-23 Ай бұрын
Türkiyeden Selam ve sevgiler Keş ki,aslında tüm Müslümanların Rehberi olduğunu bi bilseydik... Saygılar #FreePalestine 🇵🇸
@esed.esedov
@esed.esedov Ай бұрын
Hə, hə. Bunla da İsrailin gücü tükənəcək və Qəzza azad olacaq. 😅😅
@user-rp2oe6er5k
@user-rp2oe6er5k Ай бұрын
❤🇮🇷🇮🇷🇮🇷 Шалом очень зол. Он поручил всем журналистам летом объездить 9 городов Ирана 😀
@azerbaycan_tarixi
@azerbaycan_tarixi Ай бұрын
Həccə mərasimindən siyasi məqsədlər üçün istifadə? Özünüzü niyə güldürürsüz? İslamda bir qrup ibadətlər siyasidir, onları qeyri-siyasi icra etmək mümkün deyil. Məsələn cümə namazının ikinci xütbəsi siyasi xütbədir. Namazdan siyasi məqsədlərçün istifadədir indi bu?
@user-zs6gl4fi7q
@user-zs6gl4fi7q Ай бұрын
İran İsrail ikiside eyni poxdu
@Abdullah76247
@Abdullah76247 Ай бұрын
İranda yəni müsəlmanıar qalıb..!? Onlar axı məşədə gedir) rafizi yığınağı
@user-up5io5gr4s
@user-up5io5gr4s Ай бұрын
sən yəqin müsəlman deyilsən
@Abdullah76247
@Abdullah76247 Ай бұрын
@@user-up5io5gr4s Qarabaq savaşında sənin qibtə etdiyin ordumuzun qarşısına xaincəsinə çıxan fars tulalarından ibarət o ordu müsəlman deyirlər! Mən isə əlhəmdulilləh müsəlmanam namaz da qılıram üzü qibləyə kərbalaya yox!
@xansuturkumusic
@xansuturkumusic Ай бұрын
RAFIZI SENSEN SENIN AYLENDI.....IRANDA AZERBAYCSNLI VAR 40 MILYON VƏ SEYID ƏLI XAMNEYIDE AZERBAYCANIDI
@namikaliev6928
@namikaliev6928 Ай бұрын
Rafizi olsam neslinde bir giz biraxmaram alcaq get atani tap
@Abdullah76247
@Abdullah76247 Ай бұрын
@@xansuturkumusic Sənin xuymeynin kafirdi! Sən də görünür ermənidən törəməsən əgər onları dəstəkləyirsənsə alçaq! Məhv olsun İran və molla rejimi! Yaşasın türk xalqı! Siğədən doğulan alçağlar!
@firuzhmdov6926
@firuzhmdov6926 Ай бұрын
Zındıxlar bütün müsəlmanların ayağının altını qazıb, pis günə qoyublar. İndidə Səudiyyəni qarışdırmaq istəyirlər. Allah təələ bunları zəlil etsin, bütün müsəlmanları bunların şərrindən qorusun
@libaba3632
@libaba3632 Ай бұрын
xamenei'nin ehdibarının aradan getməsi, xamenei çox narahat edir😂😂. Nə tökərsən arşına, oda çıxar qarşına
@dayeermova172
@dayeermova172 Ай бұрын
IRANDA AFTAXA NECIYEDIR????AFTAXALAR ÖLKESI
@reshadetezizov5921
@reshadetezizov5921 Ай бұрын
Birdənə aftafa sənə də lazımdır ki, götü poxlu gəzmiyəsən😂😂😂
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 43 МЛН
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 20 МЛН
Zəngəzura hərbi müdaxilə an məsələsidir - Prime TV
17:37
Prime TV Azerbaijan
Рет қаралды 42 М.
Mustafa Ragıp Galveş - Muhteşem bir kıraat 2
25:11
Kaan Prodüksiyon
Рет қаралды 1,9 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 43 МЛН