Рет қаралды 9,718
Yəqin ki, onu Qərbin Putini adlandırmaq olar. Donald Tramp. Onun da gözü Putin kimi başqasının torpaqlarındadır. Hər gün yuxudan yeni torpaq arzusu ilə oyanır. Artıq hər günümüz “Tramp bu gün haranı istəyəcək” gözləməklə keçir. Dünya hələ Trampın Qrenlandiyanı, Kanadanı və Panama kanalını ələ keçirmək niyyətinin şokundan ayılmamışdı ki, Qəzzanı da istədi. Hər kəs yaxşı xatırlayır ki, Tramp seçki ərəfəsində Baydeni Qəzzada müharibə başlatmaqda günahlandırırdı. Netanyahuya isə “Mən gələnə qədər Qəzzada müharibəni bitir” demişdi. Tramp gəldi, müharibə dayandı. Amma Qəzza üçün xoşbəxt günlər başlamadı. Bu həftə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər etmişdi. O, Trampın andiçməsindən sonra Vaşinqtona səfər edən ilk lider oldu. Trampa maraqlı hədiyyəsi də var idi. Peycer. Adi yox, qızıla bürünmüş. Bu hədiyyə “Hizbullah”a qarşı məşhur peycer əməliyyatına işarə idi. Netnyahu və Tramp Hizbullahla belə əyləndilər. Liderlərin görüşü birbaşa İranı maraqlandıran məsələ idi. Trampın Qəzzanı Yaxın Şərqin Rivierasına çevirmək istəyi Tehranda qıcıq yaratmaya bilməzdi. Hələ Netanyahu ilə görüşdən əvvəl Tramp İranı qaralamışdı. Tehrana maksimum təzyiqi nəzərdə tutan sərəncam imzaladı. Netanyahu ilə görüşdə də əsas müzakirə mövzuları İran oldu. Ehtimallar o yöndədir ki, Netanyahu Trampla görüşündə İranın nüvə obyektlərinə zərbə endirilməsinə icazə istəyib. Tramp Tehranı İran neftinin başqa ölkələrə satışını dayandırmaqla da hədələyir. Bir müddət əvvəl İranla müharibəni də istisna etməmişdi. Amma deyəsən, bu fikrindən də daşınıb. Sözlərini çox şişirdilmiş xəbər adlandırır. İranın ali lideri Xamenei isə Trampa onun dili ilə cavab verir. Dünya ABŞ-İran gərginliyinin nə ilə bitəcəyini gözləyir.
Bizi İzləyin:
Whatsapp: whatsapp.com/c...
Facebook: / ictimai.tv
Instagram: / ictimaitv.official
Teleqram: t.me/tvictimai
Sayt: itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet