Sənədsiz evlərlə bağlı konsepsiya hazırlanır

  Рет қаралды 12,045

Yeni Kanal

Yeni Kanal

Күн бұрын

"Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək”.
AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq:
"Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.
Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəlla, bizim təkliflərimiz "Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.
V.Bayramovun sözlərinə görə, hazırlanan konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:
"Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır.
Bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir. Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.

Пікірлер: 21
@iradebexseliyeva9506
@iradebexseliyeva9506 5 жыл бұрын
Çox yaxşı olar. Allah ağzınızdan eşitsin...
@azerbaycanazerbaycan4557
@azerbaycanazerbaycan4557 4 жыл бұрын
insalla
@faiqfaik2562
@faiqfaik2562 5 жыл бұрын
Sənədsiz evlərin əksəriyyətini qaçqınlar tikib yerli camaatda olara baxıb ev tikiblər
@qasimovilham6961
@qasimovilham6961 5 жыл бұрын
Belediyye sedimlz vardi torpaq aldiq ev tikdirende celladlar tokuldu.o,pul ver bu pul ver.belediyyenin verdiyi senet deyil dediler.indi hara getdik senet ala bilmemisek.prezident 10 ildir qerar verir lakin hec bir sey deyismir.kime deyek ne deyek.adami gonderirler geder gelmeze adini qoyurlar yaritmaz.kenardan ev tikmek lazim olanda gelirler bura azerbycandi pulunu ver tik qurtarsin.indi senet ala bilmirik.
@serxankazmov1051
@serxankazmov1051 4 жыл бұрын
Gozel Fikirdi Menimde Evimin senedi yoxdu 4 min pul isdyrler Indiki vaxda hardan alasan o qeder pulu
@azerbaycanbaku9996
@azerbaycanbaku9996 5 жыл бұрын
Rusvete yol acirlar.turbalari bahane edib yaxsi pul alinacax.bura vatandir azerbaycandir
@ceyhunseferov8713
@ceyhunseferov8713 4 жыл бұрын
sumqayıtda metakruq küçesinede sened verilrcek ?
@avezacez2152
@avezacez2152 5 жыл бұрын
10 ildi hazirlanir amma hecne eliyen yoxdu. Osturaga basirlar
@rinadquliyev9034
@rinadquliyev9034 5 жыл бұрын
👍
@revanmemmedov4478
@revanmemmedov4478 4 жыл бұрын
Bu deyilenler tekce evlere aiddir ? Yoxsa obyekt ev ve diger tikililer? Kimin bu haqda melumati var
@rustammamedov9393
@rustammamedov9393 5 жыл бұрын
Ve sonda goyden 3 alma duwur😂😂😂
@xuramanqasimova8032
@xuramanqasimova8032 5 жыл бұрын
Boş şeydir olmayacaq Sumqayıtda naxalstroy betonzavod ərazisi deyilən yer var illərdir deyirlər ki söküləcək amma bir xəbər yoxdur razıyam söksünlər bizə də ev versinlər kompensasiya istəmirik çünki elə pul verəcəklər ki heç nə ala bilməyəcəyik 😠
@kontakthome2235
@kontakthome2235 5 жыл бұрын
Allaha şükür.
@rustammamedov9393
@rustammamedov9393 5 жыл бұрын
35 ildir burda dogulub yawayiram yalniz umud verilir amma ortada birwey helede yoxdu
@ayazcavadov7811
@ayazcavadov7811 5 жыл бұрын
Off yenə yalan yenə sürünnn
@simruqquwu6449
@simruqquwu6449 5 жыл бұрын
DƏFƏLƏRLƏ YALAN DANIŞIRSIZ DEYİRSİZ ƏMƏL ETMİRSİZ
@ayazcavadov7811
@ayazcavadov7811 5 жыл бұрын
Off yenə yalan yenə sürünnn
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 2,5 МЛН
Sənədsiz evlərin problemi necə həll ediləcək?
2:15
Baku TV
Рет қаралды 20 М.
Gərginlik! Xüsusi təyinatlılarla erməni üz-üzə
35:27
Mircavidan Niftullayev
Рет қаралды 588 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 2,5 МЛН