Səni qısqanıram - "Suno" (Söz Nüsrət Həsən)

  Рет қаралды 192

Nüsrət Həsən

6 ай бұрын

Səni qısqanıram, hər gün, hər gecə.
Çaxır gözlərimdə bir dəli şimşək.
Səni qısqanıram, bilirsən necə?
Payızın baharı qısqandığı tək.
Bahardı sevilən çiskin nəfəsli.
Yayılar ətrafa çəmən qoxusu.
Dərdini yadına salan bir fəsli
Payız da bilir ki, sevməz çoxusu.
Səni qısqanıram, səndən gizlicə.
Görməzdən gəlirsən bəlkə sevgimi.
Səni qısqanıram, bilirsən necə?
Göydə Ay Günəşi qısqanan kimi.
O gecə tək qalar göyün üzündə.
Günəş bircə dəfə yanına gəlməz.
Ay isə dolanar onun izində,
Gündüz də görünər dayana bilməz.
Səni qısqanıram inan hamıya.
Heyif ki, nə səsim, nə əlim çatır.
Səni qısqanıram dilsiz qapıya,
Gündə neçə dəfə əlindən tutur.
Səni qısqanıram ətrini alan,
Ana təbiətin küləklərinə.
Səni qısqanıram sirdaşın olan,
Sevgi bəslədiyin çiçəklərinə.
Səni qısqanıram, qəsdən hər səhər,
Saçına toxunan dərdsiz darağa.
Səni qısqanıram məndən bəxtəvər.
Evinin içində yanan çırağa.
Səni qısqanıram, haqsız deyiləm.
Elə bil bu dünya mənə qarşıdı.
Ya sən laqeydsən, ya mən dəliyəm.
Səni qısqanıram, bilsən yaxşıdı!
müəllif: Nüsrət Həsən

Пікірлер: 3
@HikmətMehdi
@HikmətMehdi 6 ай бұрын
Əla🎉
@uzaqlarnqadn-1719
@uzaqlarnqadn-1719 6 ай бұрын
_Möhteşem yenede_
@benovsheyusifova5166
@benovsheyusifova5166 5 ай бұрын
Şair necəsiz?bənövşəm şeirinizi paylaşın lütfən.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 19 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 19 МЛН