Salur Qazanın evinin Yağmalandığı boy. 10cu sinif Azərbaycan Ədəbiyyatı.

  Рет қаралды 8,650

Sesli Ders

Sesli Ders

2 жыл бұрын

Salur Qazan, Ədəbiyyat, Azərbaycan Ədəbiyyatı. Şöklü Melik, Beyrek.Uruz,Burla Xatun, Qaraca Çoban. səsli dərs, sesli kitab, sesli kitap, okuma kitabı. Ədəbiyyat. Dastan, Kitab-i Dədə Qorqud eposu. Dədə Qorqud dastanı.
Günlərin bir günü Salur Qazan evinə oğlu Uruzu 300 keşikçi ilə birgə qoyaraq başının dəstəsi ilə ova getmişdi. Düşməni Şöklu Məliyin adamları bundan xəbər tutdu. Oğuz elinə hücum çəkdi. Qazan xanın evlərini yağmaladılar, xəzinəsini taladılar. Anasını, qırx incə belli qızla yoldaşı Burla xatunu və oğlu Uruzu 300 igidlə birgə əsir götürdülər.
Düşmənin gözü bununla doymadı. Dedilər: “Gedək, Qazanın qoyun sürülərini də ələ keçirək”. Qazan xanın qoyun sürüləri Dəmirqapı Dərbənddə idi. Onun Qaraca Çoban adında qoldan qüvvətli bir çoban idi. Qaraca Çoban düşmənin hiyləsindən xəbərsiz idi. Yapıncısını yerə atıb yatmışdı. Gecənin bir aləmi pis yuxu gördü. Yerindən dik atıldı. Üç yerdə təpə boyda daş yığdı. Sapandını əlinə aldı, oturub gözlədi. Bir də gördü, budur, altı yüz düşmən onun üstünə gəlir. Düşmənlərin başçısı dedi: Qar-yağış yağanda çaxmaqlı çoban! Südü, pendiri bol, qaymaqlı çoban! Ədə, çoban, Salur Qazanın evlərini yağmaladıq, var-dövlətini ələ keçirdik. İndi də qoyunlarını almağa gəlmişik. Ya dinməz-söyləməz ver aparaq, ya da zorla alıb özünü də əsir edərik.
- Boş-boş danışma! - Qaraca Çoban qəzəblə nərə çəkdi. - Səndən qorxsam, səndən betər olum. Hünərin var, yaxın gəl!
Düşmənlər bunu eşidəndə atlarını çobanın üstünə sürdülər. Hər tərəfdən ox yağdırmağa başladılar. Qaraca Çoban sapandına daş qoydu, atdı. Birini atanda ikisini yerə sərdi. Axırda daşı qurtardı, qoyun-keçi demədi, onları düşmənin başına ələdi. Düşmənin gözü qorxdu.
Dedilər:
Bu çoban axırda bizi qıracaq! Gəlin qaçaq!
Düşmənlərdən ölən öldü, sağ qalanlar dabanlarına tüpürüb qaçdılar.
Handan-hana Salur Qazan yetişdi. Düzdə sərilib qalmış düşmənlərə baxdı. Üzünü Qaraca Çobana tutub dedi: Çoban, de görüm Oğuz elini kim bu günə qoydu?
Qaraca Çoban olub-bitənləri Qazan xana danışdı. Qazan xan əsdi, gurladı, qisas eşqi ilə alışıb-yanmağa başladı. Atının ağzını düşmən ölkəsinə çevirdi. Bir də baxdı ki, Qaraca Çoban da arxasınca gəlir.
Soruşdu:
- Çoban, sən hara?
- Oğuz elinin qisası mənim qisasımdı. Mən də səninlə gedirəm.
Qazan xanın ürəyi Qaraca Çobanın belə cəsarətli, sədaqətli olmasından dağa döndü. Bir yandan da fikirləşdi ki, çobanla getsə, düşmən onu qorxaq bilər, deyər ki, anasını, arvadını qurtarmağa özüylə çobanını da gətirib. Atdan endi. Çobanı bir ağaca möhkəm sarıdı. Yola düzəldi.
Amma Çoban inadından dönmədi. Ağaca bir güc verdi, iki güc verdi, üçüncüdə kökündən qoparıb belinə aldı, Qazan xanın arxasınca yola düzəldi. Qazan baxdı ki, çoban yenə gəlir, atın yüyənini çəkdi, yerə düşdü. Qaraca Çobanın əllərini açdı, alnından öpüb dedi:
- Sağ ol, çoban! Var-dövlətimi qaytara bilsəm, bu sədaqətinə görə səni baş ilxıçı edəcəyəm.
Bu arada Şöklü Məlik bundan xəbərsiz Burla xatunu özünə arvad eləmək istəyirdi. Köməkçilərini göndərir ki, get burla xatunu gətir yanıma. Köməkçisi gəlir Burla xatuna səslənir, 40 qızın qırxı da dillənir. Köməkçi gəlib Məliyə hadisəni nəql edir. Məlik tapşırır ki, gedin oğlu Uruzu öldürün, ətindən də qovurma biçşirin. Hansı qız yeməsə ilin ki, Burla xatun odur. Uruzu öldürməyə aparanda Qazan xan və ordusu yetişdi. Düşmənin qoşununu şil-küt elədilər. Qazan xanın anasını, arvadını xilas etdilər. Oğuz elinə döndülər.
Dədə Qorqud gəldi, boy boyladı söz söylədi.

Пікірлер: 16
@rahidtagiyev9200
@rahidtagiyev9200 Жыл бұрын
Çox sağ olun 😍səsinizə maşallah 🤲
@sesliders2708
@sesliders2708 Жыл бұрын
Təşəkkür edirəm.
@vuqarademirova8388
@vuqarademirova8388 Жыл бұрын
Teşşekkurler💙
@sesliders2708
@sesliders2708 Жыл бұрын
Sağ olun
@leylaqasimli6065
@leylaqasimli6065 Жыл бұрын
@mayisyaqubov1188
@mayisyaqubov1188 Жыл бұрын
Çox sağolun əziyyətinzə görə 🙏 biraz daha az emosional fonda olsa çox daha əla olar
@zerifememmedova8135
@zerifememmedova8135 Жыл бұрын
Səsləndirmə üçün təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun. Ancaq səsləndirmə zamanı tələffüz qaydalarına tam əməl olunmayıb. Duraq sözü [durax] paylayırdılar [paylıyırdılar] ovlayaq [ovluyax] qaranlıq [qarannıx] və s.
@sesliders2708
@sesliders2708 Жыл бұрын
Mən də təşəkkür edirəm. Dastan oğuz elinin şivəsi ilə söylənmiş və qələmə alınmışdır. Səsləndirərkən buna diqqət etməyə çalışdım. Dinlədiğiniz və diqqətiniz üçün təşəkkürlər.
@user-wp6xe7gt7d
@user-wp6xe7gt7d Жыл бұрын
Ancaq oxuyursunuz?
@bilikdunyas8890
@bilikdunyas8890 Жыл бұрын
Salam muellime zəhmət olmasa Qazan beyin dustaq olduğu boyun boyük hecmde mezmunu yorumda qeyd ederdiniz
@sesliders2708
@sesliders2708 Жыл бұрын
Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy istəyiniz nəzərə alınaraq səsləndirildi....
@Axm.fatima
@Axm.fatima Жыл бұрын
Çox sağolun ama ləhcə ilə oxuyursunuz
@sesliders2708
@sesliders2708 Жыл бұрын
Dastan Oğuz elinin şivəsi ilə söylənmiş , yazıya alınmış . Elə də oxunmalı deyilmi? Hətta bu sadələşdirilmiş halıdır.. qismən də olsa o ləhcə ilə ifadə etməyə çalışdım. Dinlədiyiniz və yorumunuz üçün təşəkkür edirəm.
@cr78210
@cr78210 Жыл бұрын
​@@sesliders2708 bu oğuz ləhcəsi deyil
@nzrinhaciyeva7863
@nzrinhaciyeva7863 Жыл бұрын
Çox sağolun ama vurğunu düzgün qoyma . , düzgün oxunuş qaydasına tam əməl olunmamışdır🥲🫶🏻
@gulnarexelilli7838
@gulnarexelilli7838 8 ай бұрын
Əməl olunmayıb yox deyəsən müəllimə bunu birinci dəfə oxuyur 😂
Salur Qazanın evinin yağmalandığı boy
30:46
Kitabçı qız
Рет қаралды 13 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
“Salur Qazanın evinin yağmalanması” boyu
17:23
Rəhimə Mürvətova
Рет қаралды 4,9 М.
Edebiyyat 8 Kitabi Dede Qorqud dastani Uruz beyin dustaq olduqu boy
26:43
Heyder Elievden B.Vahabzadenin çıxışına sert reaksiya
12:23
Aləm TV
Рет қаралды 1,4 МЛН
Bütün xəstəliklər bizim beynimizdən başlayır! | İradə İmanova | Sağlam Həyat
54:58
Etibar Məmmədov sükutu pozur və sirrləri açır
25:58
OSMANQIZI TV
Рет қаралды 68 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН