Рет қаралды 8,747
Müəllif: Samir Cəbrayıllı
Studiya: Tarixin bir günü
Mən sənə nə qəzəl, nə şeir yazım
Yazdığım şeirim, sözümsən mənim
Mən necə deyimki səninəm indi?
Onsuz da sən elə özümsən mənim
Nə gözəl sevirsən adam sevəndə
Ayrılıq düşünmək yaraşmaz bizə
Ayrılıb natamam yaşasaq əyər
Vallah ayıb olsun hər ikimizə
Gözlərin danışsın bir nəğmə kimi
Hər bir baxışının bəstəsiyəm mən
Deyirsən nəyimi sevirsən mənim
Məni sevməyinin xəstəsiyəm mən
Gülüşün parlayar bir işığ kimi
Bax onda sən məni məndən alarsan
Ən gözəl mən səni sevdim əzizim
Gedib özgəsində heyif olarsan
Diqqət…! Müəllif hüquqları qorunur
#azerbaijan #baku #youtube #sebnemtovuzlu #samircebrayilli
#poetry #music #shorts