Рет қаралды 216
Neylirəm gülzarı kim,sən gülüzarımsan mənim
Sünbülüm sərvim gülüm bağım baharımsan mənim
Dolsa aləm xublərdən istəməm zira ki sən
Xublərdən sevdiyim ziba nigarımsan mənim
Gah alırsan canımı gahi verirsən can mənə
Sən məgər kim ey büti-tənnaz tarımsan mənim
Gəlmə nəşim üstə versəm həsrətindən can əgər
Qeyrilər ta olmasın agəh ki yarımsan mənim
Başımın tacı qübari-məqdəmindir ey sənəm
Sən səriri -izzət üzrə tacdarımsan mənim
Seyyidi-sərgəştə tək miskin gədayəm leyk sən
Sərvərim şahım pənahım hər nə varımsan mənim.