İsgəndər Həmidovun qardaşı oğlu deputatlığa namizəd oldu | EKSKLÜZİV AÇIQLAMA

  Рет қаралды 910

Monitor Baku TV

2 ай бұрын

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğlu, Tərtər rayonunun sabiq icra hakimiyyəti başçısı, Tərtər batalyonunun keçmiş komandiri Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadənin 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə Şəhriyar Məcidzadə öz “facebook” hesabında məlumat verib. Məsələ ilə bağlı “Monitor Baku”ya açıqlama verən Şəhriyar Məcidzadə bildirib ki, o öz bilik və bacarıqlarını Azərbaycanın mənafeyinin qorunmasına sərf etmək istəyir:
“2015-ci ildən bəri parlament müddəti tamamlanmadan artıq ikinci dəfə buraxılır. Azərbaycana daha işlək bir parlament lazım olduğunu indi hamımız başa düşürük. Amma bu işlək parlament biznesmenlərin qohumlarının, ya da məmurlara yaxın adamların təmsilçiliyi ilə qurula bilməz. Son 9 ildə bu, aydın şəkildə göründü.
Mənim nə böyük məmur qohumlarım var, nə də böyük biznes şəbəkələrinə sahib qohumlarım. Son 10 il ərzində maarifçilik istiqamətində çalışmalarım, tərcümə edib çap etdiyimiz kitablar, təşkil etdiyimiz böyük elmi konfranslardan gəldiyim nəticə budur ki, parlamentdə innovativ naşirlik, elmi tədqiqat sahəsi ilə məşğul olan heç olmasa bir deputatın olması toplum üçün faydalı olar. İnnovativ naşirlik, savadlılıq, maarifçilik, Azərbaycan naşirlərinin beynəlxalq qurumlara inteqrasiyası istiqamətində görə biləcəyimiz çox işlər var.
Amma bu da bir reallıqdır ki, mənim qarşımda qeyri-şəffaf yollarla zənginləşən və bu maddi imkanlarla məmurlara nüfuz etməyi bacarmış oliqarxlar var. Mən isə təkəm. Amma bilik və bacarığımı Azərbaycanın mənafeyinin qorunmasına sərf etmək istəyirəm. Əlbəttə, böyük pullar və məmurların yarıtmaz iddiaları imkan versə... Buna baxmayaraq, yenə də seçicilərimə böyük etimadım var.
Xatırladaq ki, Şəhriyar Məcidzadə dünyanın aparıcı universitetlərinin nəşrlərini Azərbaycan dilinə tərcümə edib çap edən və dünyanın aparıcı universitetlərinin professorlarının Azərbaycanda konfranslarını təşkil etməklə tanınan Kitabıstan nəşriyyatının təsisçisi və direktorudur.

Пікірлер: 5
@ayxanhmdli6657
@ayxanhmdli6657 2 ай бұрын
InweAllah prezdentimiz sesine ses verer qardaw
@AlirizaMemmedzade
@AlirizaMemmedzade 2 ай бұрын
Uğurlar
@kamilveliyev9462
@kamilveliyev9462 2 ай бұрын
Allah Sədar bəyə, İsgəndər bəyə rəhmət eləsin! Şəhriyar bəy ən uğurlu namizəddir. 2015-ci ildə də qalib gəlmişdi. Amma lal Sahib Alıyevə mandat verdilər.
@VahidHaciyev-h2g
@VahidHaciyev-h2g 2 ай бұрын
Ugurlar
@kelbecer032
@kelbecer032 2 ай бұрын
Uğurlar
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 24 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 105 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 24 МЛН