No video

Əsgəri ilə birlikdə şəhid olan baş leytenant - Baku TV

  Рет қаралды 4,357

Baku TV

Baku TV

Күн бұрын

Əsgəri ilə birlikdə şəhid olan baş leytenant - Baku TV
Ərazi bütövlüyümüz uğrunda döyüşərək qəhrəmanlıq göstərən, düşmənə xeyli sayda zərbə vuran, əsgəri ilə birlikdə şəhid olan baş leytenant Murad İbadov 1993-cü ildə Qobustanda anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ildə həmin məktəbi başa vuraraq, N saylı hərbi hissədə xidmətə başlayıb.
Üç bacının bir qardaşı olan Murad İbadov fədakar, qayğıkeş, ailəcanlı övlad olub, ailəsinin yükünü çiyinlərində daşıyıb. Həmçinin hələ uşaq yaşlarından böyükdən-kiçiyə hər kəsin hörmətini qazanıb.
Qəhrəmanımız sonuncu dəfə müharibədən bir neçə gün əvvəl evə gəlib, sanki geri qayıtmayacağını hiss edirmiş kimi ailə üzvləri ilə görüşüb, sağollaşıb.
Oktyabrın 15-dən 16-na keçən gecə Ağdərə istiqamətində qızğın döyüşlər başlayıb. Həmin döyüşdə Murad öz bölüyü ilə bir çox ərazini işğaldan azad edib. O, düşmən postuna daxil olaraq bir neçə ermənini məhv edib, özü də yaralanıb. Lakin qarşıya qoyulan vəzifəni tam yerinə yetirmək üçün döyüşməyə davam edib və içdiyi anda sadiq qalaraq, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
Döyüşlərə böyük ruh yüksəkliyi ilə qatılan Murad İbadov həm öz əsgərlərinə nümunə olub, həm də daim onları qoruyub. Elə Zahid adlı əsgərini düşmənin açdığı atəşdən qorumaq üçün qucaqlayaraq, onunla birlikdə şəhadətə ucalıb.
Aprel döyüşlərinin də iştirakçısı olan Murad İbadov o zaman fəxri fərmana layiq görülüb. Vətən müharibəsindən sonra isə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda ", "Suqovuşanın azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
/ www.baku.tv
/ __baku_tv__
baku.tv
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend

Пікірлер: 25
@ncframazanov6464
@ncframazanov6464 3 жыл бұрын
ALLAH RƏHMƏT ETSİN QƏBRİ NURLA DOLSUN AMİN
@iradaastanova6949
@iradaastanova6949 3 жыл бұрын
AMİİN🤲
@shidlrolmur2423
@shidlrolmur2423 3 жыл бұрын
Ruhun şad olsun Şəhidim
@ismaylzadexyal7665
@ismaylzadexyal7665 3 жыл бұрын
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.HAQQINIZI heç vaxt ödüyə bilməyəcəyik QƏHRƏMAN İGİD AZƏRBAYCAN OĞULLARI.
@Wolf_Adil
@Wolf_Adil 3 жыл бұрын
Allah rəhmət eləsin ruhu şad olsun
@nickzlobin7705
@nickzlobin7705 3 жыл бұрын
Сердце кровью обливается!!!..Сколько молодых и красивых парней уходили и уходят из-за проклятых армянских фашистов и их приспешников! Примите мое глубокое соболезнование !!!!
@cfrov2033
@cfrov2033 3 жыл бұрын
Kaş elə bir tur təşkil edən şirkət olaydı Bütün rayonlarda şəhid ailələrini ziyarət turu . gedib bütün rayonların .özündə kəndində olan hər Şəhid ailələrini ziayarət .etmək imkanı olardı.😥
@asceticim
@asceticim 3 жыл бұрын
Allah rəhmət eləsin Amin
@asgerasgerov9269
@asgerasgerov9269 9 ай бұрын
Allah rəhmət elesin
@aydinovagulmaye6147
@aydinovagulmaye6147 3 жыл бұрын
Her insan isder onun veteni azad olsun sen rahat yat qardaslm ruhu senin şad olsun
@cimnazxudiyeva4418
@cimnazxudiyeva4418 3 жыл бұрын
Allah rəhmət eləsin
@aslantairov242
@aslantairov242 3 жыл бұрын
Allah rəhmət eləsin !!!
@elminfeteliyev4349
@elminfeteliyev4349 3 жыл бұрын
Can wehidim Mekanin cennet olsun
@TexnoClub
@TexnoClub Жыл бұрын
Allah Şəhidlərimizə Rəhmət Eləsin 🤲🏻🥀🇦🇿
@azize4
@azize4 3 жыл бұрын
TARİX YAZAN QƏHRƏMANLAR..UNUTMAYAQ UNUTDURMAYAQ.. hər birimiz fani dünyadan bir gün köcəcəyik amma QƏHRƏMAN kimi ŞƏHADƏTƏ YÜKSƏLƏRƏK ƏBƏDİYYƏTİN CƏNNƏTİNİ qazanmaq hər kəsə nəsib olmaz CAN ANA qarşında baş əyirəm NUR ÜZLÜ ANAM SİZİN KİMİ ANALARIMIZ BÖYÜTDÜ QƏHRƏMANLARI
@sahibferecov7608
@sahibferecov7608 3 жыл бұрын
Allah bütün şehidlermizi rehmet elesin inşallah 😔😔😔😪😪😪🙏🙏🙏
@eldarqarayev704
@eldarqarayev704 3 жыл бұрын
Can ay bala Peygenberimize qonşu olasız gözel bala
@abushovaterane6997
@abushovaterane6997 3 жыл бұрын
Qucaqlayaraq şəhid olduğu əsgərin adı Zahid deyi,Gözəlov Ziya Zahid oğludur.Ailə bu şəhin ailəsi ilə əlaqə saxlamaq arzusundadır.Ziyanın ad günündə çəkilən videoda anası müraciət də edib,amma onlar başqasını bilirdi deyə başqa şəkil göstərib.Cəlilabadlı qazi Şəhriyarın danışdıqlarından sonra(baxa bilərsiz Nail Kəmərıinin kanalında) axtardıqlaının bu şəhidimiz olduğun bildik.Ziya komandiri haqqında ailəsinə çox danışırmış,hətta özü də Ziyanın anası ilə danışıb"ay ana oğul yoxee canavar göndərmisən bura"deyib,Ziya da müharibə qutarsın ana,komandirimi evimizə dəvət edəcəm,onu İsti suya aparıb gəzdirəcəm deyib.Komandir ana sizin tərəflərin ləvəngisi məhşurdu deyəndə anası qurbandı sizə ləvəngi deyib.Onlar döyüş yoldsşı olmaqdan əlavə möhkəm dost idilər,şəhadətə də qucaqlaşaraq yollanıblar.Xahiş edirik ailəsinə əli çatan varsa bu nömrə ilə əlaqə saxlasınlar 050 992 13 92 .
@cfrov2033
@cfrov2033 3 жыл бұрын
Məkanl Cənnət qardaşlar😪😪
@gabriellasefardi3659
@gabriellasefardi3659 3 жыл бұрын
Beishtik olsun
@Psix_War
@Psix_War 6 ай бұрын
Can ziya🥺🥺🥺
@shidlrolmur2423
@shidlrolmur2423 3 жыл бұрын
Vətən sənə Minnətdardı
@user-ob3jl4kj7x
@user-ob3jl4kj7x 3 жыл бұрын
НЕЖАДА АНАСЫНА ОХШАЙЫР
@zahidegozelova2865
@zahidegozelova2865 Жыл бұрын
Başa düşə bilmirəm ki niyə hər vidyoda Zahid deyilir .....Şəhid İbadov Murad yaralanıb Əsgəri olan Gözəlov Ziya onu xilas edərkən özüdə yaralanıb və 2si bir yerdə qucağlaşaraq Şəhid olublar ...xahiş edirəm şəhidimizin adını düzgün tanıdaq .ŞƏHİD GÖZƏLOV ZİYA ZAHİD oğlu
Kuzey Irak'ta Aksungur İHA mı Düşürüldü?
11:27
Haber Global
Рет қаралды 16 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Ermənilər YAŞMA nın məxfi səs yazısını yaydı
30:07
Mircavidan Niftullayev
Рет қаралды 155 М.
AZƏRBAYCANDA YOL POLİSİNİN GERÇƏK ÜZÜ !!!
5:36
Rosh Life
Рет қаралды 189 М.
Alim Qasımov  Şuşada şəhid anaları üçün Azan verdi
4:53
VƏTƏN DEYƏNDƏ | Muxtar Qasımlı
20:04
İdman Akademiyası
Рет қаралды 10 М.
Həbsdən çıxan şəhid atası - ARZUNUN VAXTI | BAKU TV
13:30
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН