No video

Shehid Soltan Memmedovun doyush ve omur yolu | Gune Dogru

  Рет қаралды 1,491

Kanal S

Kanal S

Күн бұрын

Abone OL: goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: goo.gl/NfKDu5
Facebook: goo.gl/XVhVzG
Vətən dedi və onun uğrunda şəhid oldu. 40 yaşlı Şəhid Məmmədov Soltan Akif oğlu 27 sentyabr tarixində, vətən müharibəsi başladıqda şanlı Azərbaycan igidləri kimi o da, ön sıralarda döyüşlərə qatılır. Vətən müharibəsində N saylı hərbi hissədə ehtiyat taborunun komandiri olan şəhid polkovnik leytenant Soltan Məmmədovun döyüş yolu Suqovuşan istiqamətindən başlayır. 1981-ci ildə Yevlaxda dünyaya göz açan Soltan uşaqlıq yaşlarından hərb sənətinə həvəsli olur. Elə bu həvəsi onu orta məktəbin 8-ci sinifindən hərbçi olmağa yönəldir. Belə ki, 8-ci sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verən Soltan elə həmin il liseyə qəbul olur. Zabitliyinin ilk günlərindən isə ancaq ön xətlərdə xidmət etməyi özünə borc bilir. 22 illik hərbçi həyatında Soltan istər öz əsgərləri qarşısında istərsə də zabit yoldaşları arasında böyük hörmətə sahib olur. Hərbidə olan nizam intizamı, tələbkarlığı isə ailədə heç də hiss olunmurdu. Yoldaşının sözlərinə görə Soltan ailədə sanki bir başqa insane idi. 2 qız 1 oğlan atası olan polkovnik leytenant Soltan Məmmədov hər zaman yoldaşına deyərdi ki, işğal altında olan torpaqlara ilk addım atanlardan olmaq istəyir. Dedi və etdi. Belə ki, Soltan Məmmədov döyüşlər başladıqda, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edir və həmin ərazilərə ilk addım atan zabitlərdən olur. Soltanın ən sevdiyi məşğuliyyətlərindən biri isə balıq tutmaq idi. Qardaşlarının sözlərinə görə hər zaman məzuniyyətə gəldikdə dərhal onunla balıq tutmağa gedərdi. Talış, Suqovuşan istiqamətində ilk cəbhə xətlərini yaranlardan biri olan Soltan 10 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olur. Göstərdiyi igidliklərə görə isə şəhid polkovnik leytenant Soltan Məmmədov ölümündən sonra, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ,”Suqovuşan və Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
#GünəDoğru #şəhid #SoltanMəmmədov

Пікірлер: 22
@eltacsuleymanov7800
@eltacsuleymanov7800 2 жыл бұрын
Allah size rehmet elesin kamandir cox zarafatcil qelbi temiz merd kamandir idin
@HuseynMuzefferov
@HuseynMuzefferov 11 ай бұрын
Allah rəhmət eləsin Bu gecə dostumun yuxusuna girib.
@sadttyyarl4585
@sadttyyarl4585 3 жыл бұрын
Səninlə Fəxr edirik Cənəb Polkovnik-leytenant Soltan Məmmədov.Suqovuşanın Talışın Fatehi Soltan Məmmədov. 🇦🇿🇦🇿
@sevilagamalieva1499
@sevilagamalieva1499 9 ай бұрын
Allah rəhmət eləsin
@acflltofofif2606
@acflltofofif2606 3 жыл бұрын
Allah sənə rəhmət eləsin Qardaş.Hər zaman FƏXRİM olmusan
@khje9748
@khje9748 3 жыл бұрын
Allah rəhmət eləsin bölük kamandirim plub çox yaxşı insan idi😭😭😭
@elkinmustafayev3489
@elkinmustafayev3489 Жыл бұрын
Menimde Tovuz rayonunda bölük komandirim olub
@osmanrustemli8521
@osmanrustemli8521 Жыл бұрын
@@elkinmustafayev3489 nrcənci ildə
@elkinmustafayev3489
@elkinmustafayev3489 Жыл бұрын
@@osmanrustemli8521 2010 iyul
@osmanrustemli8521
@osmanrustemli8521 Жыл бұрын
Məndə orda olmusam 2010 2011 hansi posta olmusan kimin əsgəri olmusan de səni taniyacam
@elkinmustafayev3489
@elkinmustafayev3489 Жыл бұрын
@@osmanrustemli8521 eminov kekil postu
@atemaliyev3278
@atemaliyev3278 3 жыл бұрын
Məkanın cənnətdir cənab polkovnik
@kamranceferli8075
@kamranceferli8075 2 жыл бұрын
Kombatım olub vallah heç hərbidədə çətin deyildi mən əsgər olmuşam heç vaxt bizi heç kəsin ayaqına vermədi
@osmanrustemli8521
@osmanrustemli8521 2 жыл бұрын
Mənimdə komadirim olub
@elkinmustafayev3489
@elkinmustafayev3489 Жыл бұрын
@@osmanrustemli8521 Tovuzda?
@ilqaresrefov
@ilqaresrefov 11 ай бұрын
Şahbuzda kambatım olub 2015_16 da
SEHID POLKOVNİK LEYTENANT SOLTAN MEMMEDOV
20:51
ELTV
Рет қаралды 6 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Şəhid Polkovnik -leytenant Soltan Məmmədov.Talış kəndi
2:30
Səadət Təyyarlı
Рет қаралды 406
Həkim qudasının evində öldürüldü @Kanal-S
1:18
Kanal S
Рет қаралды 2,7 М.
VƏTƏN DEYƏNDƏ | Teymur Həsənov
19:29
İdman Akademiyası
Рет қаралды 653
Sabaha saxlamayaq - Meyxana niyə mübahisə doğurur? - 26.05.2022
1:42:55
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН