Təmənnasız olaraq cəmiyyətə verdiyiniz töhfələrə görə təşəkkür edirəm.
@Fidanazizova223 жыл бұрын
Zövq alıram sizi dinləməkdən.Həyatımda çatışmayan savadlı ünsiyyət və dinləmək əskikliyini, boşluğunu sizi dinləməklə doldururam.❤️
@azerbaijan9391 Жыл бұрын
Çox sağ ol
@afaqmustafayeva3 жыл бұрын
Çox gözel meqamlara toxundunuz. Mence bu podkastı bütün valideynler dinlemelidir. Teşekkür edirem ki, bele bir mövzunu gündeme getirdiniz. Teessüf ki çoxları bu saatlarda oturub uşaqlarıyla seriala baxır. İnşallah ki, çox insana çatar mesajlarınız.
@xaliqmirzezade2 жыл бұрын
@@Sohbatgah Mən hər şeirdən sonra ağlayıram Əli Xəyyam
@ayguntaghili30472 жыл бұрын
Bu cür maarifləndirici bir podcastin olması çox sevindiricidir. Bu proqramı youtube dan TV-yə daşımaq lazımdır mənə görə. Yaşlı nəsillər belə izləyib nəticə çıxarmalı proqramdır. Çox təşəkkür edirəm.
@shebnem2733 жыл бұрын
Normalda çox hövsələm çatmır hər hansı bir kontenti sona qədər dinləməyə və ya izləməyə,ancaq bu söhbət çox axıcı və maraqlıdı,bəlkə də baxış bucağı və maraqlar üst-üstə düşdüyünə görədir) Sondakı Halil Cibranin sevdiyim fikirləri idi.Ermiş (türkçe) kitabı möhtəşəm əsərdi.
@curiousignorant15543 жыл бұрын
İlk növbədə məsələyə oradan başlamaq lazımdır ki, bizim valideynlərimiz özləri böyüyüblərmi?! Yaşın artması böyümək, yetkinləşmək demək deyil. Çox sevdiyim türk yazarlarından Doğan Cüceloğlunun "Yetişkin çocuklar" deyə bir kitabı var. Bu kitabı hər bir Azərbaycan valideyninin oxuması gərəkdiyini düşünürəm. Bizim valideynlərimiz əksərən özləri özlərini tanımadan, saf-çürük etmədən yarımçıq olaraq yaşlanırlar. Məsələn, heç uzağa getməyərək öz atamdan misal gətirə bilərəm. Bircə xatirəm belə yoxdur ki, mən bu insanla oturub uzun-uzadı bir-birimiz haqqında danışdığımızı xatırlayam. Bu insanın nəyi bəyənib-bəyənmədiyini, nələrdən nifrət etdiyini, hansı məsələlərin onlar üçün qırmızı xətt olduğunu, hansı istəklərin gerçəkləşdirə bilmədiklərini, geriyə dönüb, nəyi dəyişdirmək istədiyini bilmirəm. Eləcə də onun mənim haqqımda bunlar haqqında zərrə qədər fikri belə yoxdur. Amma yeri gələndə əgər mən tərəfdən hər hansı bir soyuqluq yaranırsa, bunu enən uşaq kimi öz içinə salacaq. Buna görə deyirəm ki, hərçənd ki artıq demək olar ki, 60 yaşı var, əslində mənim atam özü belə hələ tam yetişməmiş bir uşaqdır.
@mehribanedilova49608 ай бұрын
Bilmirem men sizin bu yazinizi oxudum gòzlerim yasrdi
@matanattahmazova6823Ай бұрын
Tam raziyam
@OrkhanRahmanli3 жыл бұрын
Sadəcə, bu və Özgür ilə olan podkast şəxsən məni çox, çox yuxarılara qaldırdı, vallah. Və, bu, müzakirə belə başqa olduda… Ruhumla baxmışam vallah ) Şair, “bizim adamdır”, “bizdəndir” anlayışı var idiye - çox bizdən oldu bu söhbət. Çox eyni ruhdan baxdım, bu gün, biləsiz. Əjdahasız! RESPECT !
@turanaaliyeva6992 жыл бұрын
"Qarni tox,ruhu ac usaqlar olduq" 😔
@Aminaİş-y1g Жыл бұрын
Hamın qarnı tox deyildi və elə bundan ötəridir ki, indi bir çoxumuz qıtlıq inancından qurtula bilmirik. Çoxumuz ən sadə ehtiyaclarımız dilə gətirməkdən çəkinirdik, qorxurduq. Bilirdik ki, “yox” cavabı alacayıq.
@aykhanrizvanmammadli10003 жыл бұрын
Əladan da əladı, davamlı olsun. Var olun.
@afaqmustafayeva3 жыл бұрын
Canlı izlemek super👍
@isfndiyarliyev36453 жыл бұрын
Mənə kitabı oxumağı atam sevdirib. Gözümü açıb evdə kitab görmüşəm. 5 ci sinifə qədər Atam oxuduğu kitabları mənə danışıb. Mən kitab oxumağa başlayanda bir çox yazıçıları və qəhrəmanları tanıyırdım. Bir də küçəmizdə atasından qorxmayan, atası tərəfindən döyülməyən, hərşeyi atası ilə danışa bilən uşaqlar da biz idik. Əla podcast idi, hər ikinizə təşəkkür edirəm. Faydalanıram. Ətrafımdakı insanlara tövsiyyə edirəm. Çoxsağolun
@MhbubSiriyeva Жыл бұрын
Sağolun
@efsanenamaz60093 жыл бұрын
Allah sizi qorusun..şükür edirəm sizi "tapdığıma". əməyinizə qüvvət🤲
@efsanenamaz60093 жыл бұрын
Bir də istərdim bir gün mövzunuz "mütaliə" olsun
@ЭлданизАмрахов9 ай бұрын
Hər ikinizə uzun ömür və can sağlığı arzulayıram...Belə söhbətlərə c əmiyyətimizin çox böyük ehtiyacı var....
@curiousignorant15543 жыл бұрын
Uşaq tərbiyəsi ilə bağlı populyar kitabları vərəqlədikcə, orada uşağa sevginin və güvən ortamında davranmanın fiziki ehtiyaclardan nə qədər vacib olduğunu anlayırsınız. Bu yöndə çox məşhur bir nümunə də var. Ruminyada Çauşesku dönəmində o, məcburi olaraqhər hər bir ailənin uşaq sahibi olması gərəkdiyi haqqında qanun gətirir. Və diktator devrildikdən sonra, ölkədə uşaq evlərinə atılmış minlərlə uşağın xəbəri qərb mətbuatında geniş yayılır. Bu yüzlərlə uşaq ana sevgisindən, güvənli ortamdan məhrum olaraq, böyüyürlər. Hətta səhv etmirəmsə, Kanadadan bir neçə ailə bu uşaqlardan bəzilərini övladlığa götürürlər. Bu yöndə ixtisaslaşan alimlər bu iki uşaq qrupunu müşahidə edirlər. Məlum olur ki, bəlli bir yaşa qədər(səhv etmirəmsə 3 yaş) övladlığa götürülən uşaqlar digərlərindən fərqli olaraq böyüdüklərində travma almamış olurlar. Ümumiyyətlə, bizdə uşağa say olaraq yanaşırlar. İzah edə bilmirsən ki, bu uşaq bir şəxsiyyətdir. Sən buna yetərincə zaman, diqqət, sevgi ayıra bilməyəksənsə, onu həyata gətirib, bədbəxt edirsən. Sonra bu yarımçıq fərdlərdən yaranan toplum da elə ala-yarımçıq olur....
@ilahasaidva3 жыл бұрын
Möhtəşəmsiz
@cavidcan76723 жыл бұрын
Cox sag olun. Mohtesemsiniz Tural bey siz xususi ile . Qulagimin pasi silindi. Uzun zamandi bele sohbete qulaq asmamisdim.Bele sohbetlere cox ehtiyac var. Isterdim butun atalar sizin kimi dusuncede olsun.Tesekkurler ruhum qidalandi.
@CavidanDadashov3 жыл бұрын
Tərbiyə mövzusunda çox sevdiyim bir söz var, amma təəssüf ki müəllifini unutmuşam, deyir ki: " Siz övladlarınızı tərbiyə etməyə çalışmayın, siz özünüzü tərbiyə edin, çünki onusuzda sonda sizə bənzəyəcəklər".
@salehvalehoglu3 жыл бұрын
Var möhtəşəm mövzu, var mövzunu möhtəşəmləşdirmək. Söhbətgahda ikincini edirsiz. Möhtəşəmsiz
@letiflazimzade68402 жыл бұрын
Bir sözlə MÖHTƏŞƏMSİNİZ💛. Hər dəfə müxtəlif programlar açıb izləmək həvəsi gəldikdə, öz dilimdə izləyə bilmədiyimə görə çox pis olurdum. Çünki, Azərbaycanda sizin kimi modellər yox idi, yaxşı ki, varsınız, sükanı belə saxlayın, heç dəyişməyin
@lkbrmmmdov82893 жыл бұрын
Münasibət olan gün dəhşət sevincli oluram,Çox Çox sağolun💚💙
@SamirBahram3 жыл бұрын
Cox sagolun Tural ve Eli bey
@calalbalacayev4323 Жыл бұрын
Cox alqislayiram sizi cox vacib movzulara toxunursuz👍👍👍
@savalan893 жыл бұрын
Dəyərli fikirlər bölüşdüz. Çox sağ olun ki, cəmiyyətin formalaşması üçün əziyyət çəkirsiz.
@firidunguliyev21053 жыл бұрын
Möhtəşəmsiz. Belə davam edin. Cəmiyyətin düşünən kütləsi üçün çox faydalı iş görürsünüz. Evdə, avtomobil idarə edəndə də Sizin podkastlara qulaq asıram.
@ilkinmmmdov82713 жыл бұрын
Mükəmməl mövzudur! Sağ olun.
@panahyusibov3 жыл бұрын
İlk dəfədirki bir verlişi televiziya və yaxud burda sona qədər izlədim. Təşəkkürlər!
@turalferzizade31043 жыл бұрын
Hər gün qulaqcığı taxıb işləyərək dinəyirəm. Qısa müddət ərzində ilk videodan bura qədər izləmişəm. Bütün mövzuları çox ətraflı izah edirsiniz və çox şeyin həlli yolunu göstərirsiz. Mən də uşaq yaşlarımda saysız travmalar almışam və o travmaların izləri hələ də özünü göstərir.
@sevincrzaxanova80132 жыл бұрын
Möhtəşəm müzakirə idi.Hamıya faydalı olacaq məsləhətlər üçün çox saqolun
@fidans3 жыл бұрын
Ofisde qulaq asa-asa ishlemek cox yaxshi alinir. Davam edin!
@Abd1837s2 жыл бұрын
Əla,Tural qardaşın fikirləri çox yerində oldu,dərin düşünmək üçün fəlsəfəni oxumaq lazimdir....və uşaqlara kitablara qarşi sevgini aşalamaq...peyğəmbərimiz(əss)demişdi "uşaqlariniza kiçikkən qayğıkeş,yeniyetməykən müəllim ,böyüdükdən sonra isə dost olun..."ən gzl model bizim üçün peyğəmbərdir..əleyhi sələm..uşaqlardan çox şeyi öyrənmək olar çünki fitrələri güclüdür,onlari dinləmək və istiqamətləndirmək vacibdir...çox ağilli insanlarsiz, zövq aldım sizi dinlərkən
@nuraddinkhalilov81843 жыл бұрын
23 yaşım var. Tural və Əli kimi insanlardan həyat təcrübəsi alıram. Öz dilimizdə də keyfiyyətli podcast yaratdılar adamlar. Özümnən daha gənclərə səslənirəm: Bax bu insanlar role model'dirlər. Amandır, özünüzə nəsə qatın onlardan
@AMGpro19923 жыл бұрын
Çox gözəl mövzuya toxundunuz, təşəkkür edirəm növbəti belə maraqlı söhbətiniz üçün! Davamlı olsun! Uğurlar!
@tehran2623 жыл бұрын
Münasibət bölümləri çox super və maraqlı alınır. Növbətini səbirsizliklə gözləyirəm. İşdə sizə qulaq asa-asa iş görürəm. Təşəkkür edirəm!
@firangizisa Жыл бұрын
Zövq aldım💚💙
@gunelhesenova51172 жыл бұрын
Özümüz hislərimizi yaşamadığımız kimi övladlarımıza da hislərini yaşamaq şansı tanımırıq.
@gunelhesenova51172 жыл бұрын
Bizim iki mübarizəmiz var; həm özümüzü sağaltmalıyıq, həm də övladlarəmızı sağlam böyütməliyik.
@ramazanaliguliyev48413 жыл бұрын
Elaaa!
@qurbanquluzade86293 жыл бұрын
Cox eladir.Auditoriya qarwisinda olsa daha ela olar(biz de oz suallarimizi unvanlayaq )
@elvino.3 жыл бұрын
Söhbət etməyə adam tapmırıq, qardaş. Tənhayıq. Tənhalığımızı doldurursuz. Siz də ki, lap kefdəsiz))
@seymurqulamov12042 жыл бұрын
Cox dogru...
@fridcfrova85523 жыл бұрын
Nə gözəl sözlər.. maarifləndirici söhbətiniz üçün çox sağolun
@nuranaimanova2 жыл бұрын
Yenə həmişəki kimi möhtəşəm podkast olub. Zehninizə, ürəyinizə sağlıq. 👏👍 Dostlar, mütləq paylaşın bu kanalı, abunəçi sayı artsın, çünki baxılmağa dəyər kanaldır.
@latifaNasibova8 Жыл бұрын
Cox sag olun, Azerbaycan dilinde maariflendirici melumatlar yox derecesindedi, amma sizin muzakirelerinizle artiq umid yaranir daha da artacaq. Cemiyyetimizi savadlandirmaq ucun bu qeder urekden eziyyet cekdiyiniz ucun size tesekkur edirem🤲
@seymurqulamov12042 жыл бұрын
Cox gozel,tesekkur edirik...
@MIRZEYEVA33502 жыл бұрын
Tural beyde Eli beyde cox cox pozitiv ilk novbede savadli derin dusunceye sahib olan insanlardi .Tural beyi taniyiriq Eli beyide yeni tanidim .cox savadli insanlardi her iksi👏
@bilalaliyev73 жыл бұрын
Bu podcastdan özüm üçün kitab,film,cizgi filmi qeydləri götürdüm. Yaxşı ki, varsınız. Təşəkkürlər.
@gunelhesenova51172 жыл бұрын
Və fərqində olmalıyıq ki, övladlarımız bizim içimizi görür nə qədər saxlamağa çalışsaq da...Ona görə də biz özümüzü yetişdirməliyik...
@quluagayev11462 жыл бұрын
Çox sağolun. Minnətdaram Sizə. Hər zamanki kimi gözəl və maarifləndirici video oldu. Bunun üçün təşəkkür edirəm.
@vazehnsrli3443 жыл бұрын
Cox gözəl mövzular müzakirə olunur davamlı olsun yaxşiki varsız
Çox sağolun. Bu mövzuyla bağlı insanların maariflənməsinə ehtiyac çoxdur.
@magamedseidov8815 Жыл бұрын
Allah sizden razi olsun . Her gun sizi izleyirem. Caliwiram ki , her bir cekiliwinize baxim 👍
@orxanshammadli76403 жыл бұрын
Ela çox sağolun daimi olsun inşaAllah.Uğurlar
@konulbabayeva62142 жыл бұрын
Möhtəşəm. Çox xoşbəxtəm ki, sizin kimi insanların söhbətini sonadək izlədim.
@samiraismayilzada1991 Жыл бұрын
Kaya Yanar adinda bir Türk komedyen var Özü Isvecrede sef etmiremse yasayir alman diin super bilir ve neyniyir müsahide edir meselen hindistanlinin, cinlinin , Rusun , Türkün dialektinde Almanca danisiqlarin teqlid edir Almanyaya Cox gelir cünki Almanya Multi Kultireldi bütün milletlerden var Oma görede onlarin Yasamda isde o qeder gözel vede düz teqlid edirki Almanyada Cox sevilir . Deyerli vaxtiniz ücün Cox sagolun . Bu günde geleceyim ücün Yeni usaqlarim ücün maraqli melumatlar öyrendim .
@gunelhesenova51172 жыл бұрын
Supersiniz, bizim cəmiyyət üçün belə uşaqlar, fərdlər tərbiyə etdiyiniz üçün təşəkkür edirəm
@cmalmlikzad8953 Жыл бұрын
Cox gozel ..Allah sizden razi olsun.
@terlanaliyev63423 жыл бұрын
Duzdur oxşar kommenti yaziblar , təkrar edirəm, təmənnasız keçilən dərslərinizə görə minnətdaram sizə
@xaliqhuseynov98163 жыл бұрын
cox xosbextem ki azerbaycanda bele content var.24 yasim var sizden cox faydali qeydler gotururem
@lady-rp2zo3 жыл бұрын
21:47 👏👏👏
@BeyazFazilzade3 ай бұрын
Muellimem. Hem mene oyretdiyiniz ucun, hem usaqlari size yönlendire biləcəyim ucun teşekkürler.
@yeganemelikova1926 Жыл бұрын
Sizi çooox diqqətlə izlədim.Kaş gənc olaydım,uşaqlarım da körpə....Amma övladlarımla qürur duyuram.🤲🇦🇿nəvələrim siz deyən kimi böyüyürlər.🤲🤲🤲👍
@realtobe3 жыл бұрын
Elə siz özünüz rol-modelsiniz, brolar. Var olun!
@yaqubagazade32412 жыл бұрын
Ne cox sey oyrendim sizden bezi yerlerde utandim.bezi yerlerde qurur duydum duz addim atdigima gore cox sagolun👏👏
@vusaleabbasova23313 жыл бұрын
Tesekurler Bu podkastıvız 👏👏👏layıqdı Allah razı olsun sızlerden
@gunelhesenova51172 жыл бұрын
Və sonda bir daha təşəkkür edirəm. Sizinlə söhbətin içinə o qədər daldım ki, sanki sizinlə oturub müzakirənin içindəymiş kimi hiss etdim. Çox sağ olun
@necibeabdullayeva37323 жыл бұрын
Mövzu çox maarifləndirici,tərbiyəedicidir.Tam axıra qədər izlədim.Bir valdeyin kimi mənim üçün çox maraqlı oldu.Övladımın tərbiyəsində buraxdığım müəyyən səhvlər olub,məcburi tələblərim olub.Çalışacam oları düzəldəm.Çox sağ olun deyirəm,minnətdaram.
@BabayevaRamle2 жыл бұрын
Salam,Tural bey,Eli bey bütün potcastlara defelerle qulaq asmişam, ve hele de dinleyirem her defe ilk defe kimi çox teşekkür edirem
@gunelhesenova51172 жыл бұрын
Nə qədər ürəyimdən gələn söhbət edirsiz. Bir şeyi qeyd etmək istəyirəm, müşahidələrim göstərir ki hazırda gənc valideynlərdən analar daha toleranslı və müasir tərbiyə üsulunu anlayan atalar isə daha sərt və eski üslublardan ayrıla bilməyən valideyndirlər
@narminalili30532 жыл бұрын
Yaxshi ki varsiz🙏🏼
@turanaaliyeva6992 жыл бұрын
Dusunurdum Mubariz I,Polad H.Adlarini cekmiyeceksiniz,ama sona dogru icimden kecenleri seslendirdiniz, Min alqish Size👏👏👏👏👏👏
@turalmubariz75763 жыл бұрын
Taki yeni nasilda butun valideynlar oz ovladlarini sizin bu dayarli tofsiyyalarinizdan bahralanib tarbiyalandirardi.O zaman ideal ola bilacak ganclik getişa bilar.Var olun🙏❣️
@gunelhesenova51172 жыл бұрын
Əli bəy, sizin xəbərdarlığınız vətəndaşlıq fərqindəliyidi; təbrik edirəm sizi.
@orhanbagirov3351 Жыл бұрын
Uşaqlar ne yaxşı ki varsınız!!! Halal olsun sizlərə! p.s. rus dilində doğurdanda çox keyfiyyətli kontent var amma ingiliscə olanın 0.1 % dir) və rus dilli əhali bunnan doğurdan əziyyət çəkir. Və tək video/audio kontent yox, kitablar, məqalələr və s. İşinizə görə çox sağolun!!!
@ilgara.isa.2 жыл бұрын
Tək sözlə - möhtəşəm!
@shidimilham2941 Жыл бұрын
Maşallah
@aqshinbashirov8313 жыл бұрын
Çox faydalı bir söhbət oldu.Tural,Əli uğurlar sizə.kaşki TV kanallarda kuxnada gözübağlı yemək adı axtaran,kiminsə şəxsi ailə söhbətlərin danışmaq əvəzinə bu formatda verliş lərə yer versələr.
@parvinshukurov37953 жыл бұрын
Cox tesekkur edirəm. Rol model haqda danisdiz. Populyar. Rol model olmasa da mekteb is heyatinda rol model olan insanlar çoxdur. Yeter ki insan yaxsi rol modeli secmekde agilli olsun bir terefden.
@elvinbabayev40643 жыл бұрын
Bütün buraxlislarinizi diqetle dinledim bezilerini tekrar tekrar her sey ücün təsəkürler ugurlar
@fatimamusayeva275 Жыл бұрын
Və nəticədə demək olar ki, biz valideynlərimizi artıq dəyişə bilmərik Onları olduqları kimi qəbul edib öz üzərimizdə işləyərək özümüzün yaralarını sağaldaraq yola davam etməliyik. Və sağlam düşüncəli ailə qurub bizə edilən səhvləri onlara etməməliyik
@nigaragazada Жыл бұрын
Çox faydalı kontentlər hazırlayırsınız təşəkkürlər 🙏
@cavidabbasov4261 Жыл бұрын
Cox semimi icden bir dialoq👏👏
@Lifestyle_in_the_village2 жыл бұрын
Tural bəy həqiqətən çox qaranlıq məqamlara aydınlıq gətirdiniz, çox sağolun,mənim yaralı yerim,biz bir cəmiyyət kimi hələ çox geridəyik,və ona görə də uğur qazanmaq bizlərdə çox çətindir.
@horgu_butik_gence14072 жыл бұрын
Çox sağ olin, çox şey öyrəndim bu videodan
@fidannesirova94022 жыл бұрын
Çox sağ olun, inşallah bu işdən çox pul qazanarsiz.Biz sizinle puldan daha dəyərli şeyler qazanırıq.o qədər aclıq hissi duyurdum ki,aqilli sohbetlere,dərin məzmunlu söhbət edecek insanlar yoxdu ətrafımızda,hətta o qədər cetindi ki,vəziyyət danışmaq istəsən bele sənə ters baxırlar ki," ne olub buna"-deye, san sözünü kəsib yenə səthi mövzuya keçirsen magmunca..Davam edin çox xahiş....
@izuleabdullayeva5979 Жыл бұрын
Əli bəyin fikirlərini daha çox bəyənirəm
@kifayeteliyeva4793 жыл бұрын
Olkemizde bele bir kanalin olmagi eladir.👏Mence movzuya uygun qonaqlar devet etseniz daha gozel alinar. Fikir mubadilesi cox olanda maraqda coxalir. Evvelki podkastlarda oldugu kimi.
@gunelhesenova51172 жыл бұрын
Oyyy oyyy Tural bəy və Əli bəy o qədər ürəyimiz doludu ki...
@ilmarm95513 жыл бұрын
Çox yaxşı təşəbbüsdür, dəstəkləyirəm. Kiçik bir tənqidim olacaq, səhv başa düşməyin, bir dost kimi yazmaq istəyirəm. Hər şey yaxşıdır, sadəcə müzakirə edərkən sanki mövzunun mütəxəssisi kimi danışırsınız, tam əminlik görünür sizdə. Əsl kamil insan heç vaxt özündən tam əmin olmur, hər zaman səhv etmə ehtimalını düşünərək, özünü daim mühakimə edir və şübhə duyur. Yəni, təvazökar olur. Kamil olmağa çalışdığınızı bildiyim üçün bunu yazıram. Uğurlar! 🙂
@ulyaulya8437 Жыл бұрын
Sadəcə TƏŞƏKKÜR.
@leylaliyeva28283 жыл бұрын
Söhbətinizdən çox böyük zövq aldım.Uğurlar .
@СИГМА_ДЕВКА_ИЗ_ГАЧИ3 жыл бұрын
1 saat istirahət etdim, zövq aldım. Təşəkkür edirəm 👏
@nigarmamedova82202 жыл бұрын
Təsəvvür edin ki, 26 yaşım var. İxtisasca psixoloqam.. və hələ li təkmilləşdirirəm özümü. Baxmayaraq ki, bu işin təhsilini almışam amma uşaq tərbiyəsində siz deyənləri 100/100 edirəm 2 yaşli oğlum var.. hər şey bir yana sizin kimi düşüncəyə sahib insanların fikirləri ilə üst-üstə düşdüyünə görə sevinirəm 😍 uğurlar sizə, çox vacibsiz🌷
@qurbanova7772 жыл бұрын
Möhtəşəmsiz.💚💙
@fidanallaverdiyeva1098 Жыл бұрын
Шикарный выпуск!!❤
@gunelhesenova51172 жыл бұрын
Bütün bu girdiyiniz, toxunduğunuz mövzuları hamısı tək tək işləmək olar...o qədər dərin və geniş mövzulardır ki...
@UlkerBayramova-m8j Жыл бұрын
Təşəkkür edirəm 2 övlad böyüdürəm sizdən söhbətdən çox bəhrələnirən Allah razı olsun
@pervaneelcan3 жыл бұрын
Möhtəşəmsiz❤❤
@andreibrahimsoy43463 жыл бұрын
Çox bəyəndim. Söhbətlərinizi. Qeyd edim ki, gözəl tərbiyə və təhsil bəyəndiyim yer Finlandiya-dır. Bizim ölkəmizdə kökdən dəyişikliklər lazımdır
@rustemovafexriye28082 жыл бұрын
MÖHTƏŞƏM👍
@aysanismayilova40332 жыл бұрын
Supersız davamlı olar ınsallah sade dille basa salırsız mende ozume nese goturem mınetdaram