Ey RƏHMLİ və MƏRHƏMƏTLİ olan UCA ALLAH !!! Güc qoxusu almış ALLAHSIZLAR, qan qoxusu almış yırtıcılardan da güclü TƏLÜKƏYƏ çevrilib. Odur ki, SƏNƏ doğru istiqamətlənib və SƏNDƏN, ŞƏHİDLƏRİMİZİ öz geniş rəhmətinə daxil etməyi, onları peyğəmbərimiz Məhəmməd (s.ə.s) və pak əhli-beytinin (s.ə) dostları ilə cənnətə gətirməyi, üz-üzə qaldığımız bu kədərli hadisə ilə bağlı zərər çəkənlərin tezliklə şəfa tapmasını və onların geridə qalan yaxınlarına: ailəsinə, evladlarına, dostlarına, tanıyanlara, şəxsimiz, yaxınlarımız və ailələrimiz adından dözüm və səbir diləyirəm---AMİN !!! RƏHMLİ və MƏRHƏMƏTLİ olan UCA ALLAH, şəhidlərimizin ruhlarını ŞAD, məkanlarıını CƏNNƏT eylə --- AMİN !!! Ey RƏHMLİ və MƏRHƏMƏTLİ olan UCA ALLAH, HAQQI və ƏDALƏTİ itirənlərin və yolunu azmişların CƏZASINI özün ver !!! Ümüd edirəm ki, dünya üzrə qeydə alınmamış belə şücaətlərə, bacarıqlara və nail olduqları nəticələrə görə, qəzada həlak olan Azərbaycan pilotlarına və Azərbaycan stuardessalarına şəhid statusu və “Azərbaycanın Milli Qəhramanı” adı veriləcəkdir. Onlar, ölümündən sonra bu fəxri adı daşımalarına layiqdirlər !!! Belə ki, onların əvəzedilməz peşəkarlığı ilə yanaşı fəzadakı şücaətinin nəticəsində təyyarənin apardığı sərnişinlərin 44 %-i xilas edilmişdir. Bundan başqa, açıq-aşkar dövlətlər və millətlər arası münasibətlərin pozulmasına hesablanmış bu cinayətin araşdırılması və sübüt edilməsi üçün canlı və cansız şahidlərin və maddi sübutların məhv edilməsinin qarşısı alınmışdır. Təyyarənin Aktau aeroportuna yönəlməsinin mahiyyəti aşağıdakılardan ibarətdir: əgər dispeçer təyyarəni, Qroznunun yaxınlığında yerləşən (Maqas-55 km, Beslan-90 km, Maxaçkala-170 km, Tbilisi-190 km) aeroportlarına deyil, Aktauya (440 km) yönəldibsə, deməli canlı və cansız şahidlərin və maddi sübutların məhv edilməsinə hesablamışdı. Görünən odur ki, Rusiya Federasiyasının Quru Qoşunları Hava Hücumundan Müdafiə Qüvvələrinin radioelektron mübarizə bölməsi, nədənsə düz xətt boyunca bir-birinə əks istiqamətdə yerləşən Ukraina ərazisindən gələn БПЛА(dron) ilə Xəzər dənizindən Qroznuya gələn sərnişin təyyarəsinin istiqamətlərini aydınlaşdıra bilməmişlər. Hətta, köçəri quşların köçə avqustda başlamasını və sonuncuların isə noyabrda başa çatmasını unutmuşlar. Əgər təyyarənin kapitanı, təyyarəni Bakıya deyil, Aktauya yönəlməsinə özü qərar veribsə, deməli təyyarəni düşməyə yaxın manevrlərin vasitəsi ilə atəş açan tərəfi aldadaraq növbəti raket atəşindən qorumaq üçün yeganə çıxış yolunun qaldığını əvvəlcədən dərk etmişdi. Bundan sonra, bu cinayətin qəsdən və ya səhvən törədilməsinin araşdırılması aidiyyatı dövlətlərin üzərində qalır !!!