Sovet dövrünün ən yadda qalan 10 əşyası

  Рет қаралды 12,328

Demədi Demə

Demədi Demə

Күн бұрын

S/T: Yəqin ki, hamınızın ailəsində nənədən-babadan qalma əşyalar var və siz onların çoxunun dəyərsiz olduğunu fikirləşirsiniz. Hətta, yığıb zibil yeşiyinə atdıqlarınız da olub. Bizimçün dəyərsiz olan bu əşyalar nənə-babalarımız üçün əfsanəyə dönən xatirələr ola bilər. İnanmırsınız? Qarşıdakı videoda sizə SSRİ-nin əfsanəvi məhsullarından danışacağam...
1. Mağazaların bəzəyi tərəzilər... Sovet dövründə mağaza işçilərindən ticarət bacarığı yox, alıcını tərəzidə aldatmaq bacarığı tələb olunurdu. Bu tərəzilər isə aldatmaq üçün əla vasitə idi. İçi oyulan çəki daşlarından tutmuş, xüsusi rəqəmin üstündə saxlanılan əqrəblərə qədər hamısı satıcının “istedadı”nı göstərirdi...
2. Çapma stəkanlar... Bu stəkanlarla, sözün əsl mənasında, qoz qırmaq olurdu. Deyilənə görə, xüsusi texnologiya ilə hazırlanan bu stəkanlar müharibədən qalan xatirələrdəndi. 1943-cü ildə Leninqradın mühasirəsi zamanı Muxina adlı bir heykəltaraş bu stəkanların eskizlərini hazırlayır, az keçmir ki, stəkanlar istehsal olunur. Sürətlə SSRİ-nin hər bir guşəsinə yayılan çapma stəkanlar nəinki, evlərin bəzəyinə çevrilir, qızların cehizlik sandığına da yol tapır...
3. Komandir saatları... İlk dövrlər komandir saatları yalnız şücaətə görə, qəhrəmanlığa görə medalla birlikdə verilirdi. Müharibədən sonra bu saatlar kütləvi istehsala buraxıldı və hər kəs üçün əlçatan oldu.
4. “Неваляшка” oyuncaqları... Sovet dövründə qız uşaqlarının sevimli oyuncaqlarından olan bu kuklalar artıq əntiq əşya sayılır. İndi bu oyuncaqları alsaq, qızlarımızdan çox, nənələrimiz, analarımız sevinər. Tapıb almaq isə, bir ayrı hünər tələb edir...
5. Pedallı “Moskviç”. Sovet dövrünün oğlan uşaqları üçün bu maşınlar “ən böyük arzu” statusunda idi. Yəqin ki, sürücülüyü peşə olaraq seçənlərin çoxu uşaqlıqda bu maşına minib.
6. İpdən hazırlanan torbalar... Sovet dövründə bazarlığa gedərkən bu torbaları götürmək mədəniyyət göstəricisi sayılırdı. Düzdü, bu torbalar ilk dəfə olaraq 19-cu əsrdə Çexiyada dəbə minib, yenə də hamımızın yaddaşında “sovetdən qalma” kimi möhürlənib... Kompaktlığı və tutumluğu ilə seçilən ip torbalar bəzi tərəvəzlərin qışa saxlanması üçün də əlverişliydi.
7. Qazlı su aparatları. 16 aprel 1937-ci ildə SSRİ-də ilk qazlı su aparatları istifadəyə verilib. Əvvəllər yalnız Moskva küçələrində rast gəlinən bu aparatlar sonra ittifaqın bütün ölkələrinə yayıldı. Bu avtomatlarda adi suyun 1 stəkanı 1 qəpiyə, qazlı suyun bir stəkanı 3 qəpiyə satılırdı. Karantin dövründə qulaqlardan iraq, bu aparatlarda stəkanlar çoxistifadəli idi... Yəni, bir stəkanda gün ərzində yüz adam su içirdi...
8. Əmanət kitabçası. Sovet vaxtı insanlar pullarını banka qoyub, əvəzində əmanət kitabçaları alırdılar. Demək olar ki, əksər evlərdə əmanət kitabçaları ən qiymətli nəsnə sayılırdı. Onu bir, yox, ən azı, iki dəfə kağıza, qəzetə, hətta, kəlağayıya büküb yük yerində, sandıqlarda gizlədirdilər...
9. “Жучок” fanarları. Kompaktlığı və işləkliyi ilə seçilən bu fanarların özəlliyi illərlə istifadə edilə bilməsiydi. Lampası qırıldı? Yeni lampa tax və növbəti 10 ildə də qaranlıq zirzəmiyə qorxmadan gir...
10. “Вихрь” tozsoranları. Bu tozsoranlar gözəl dizayna malik idi. Digər markalardan güclü olmasıyla fərqlənən tozsoranlar hələ də bəzi həyət evlərində işlədilir. Onun sovet dövrü isanlarının yaddaşında əfsanəyə çevrilməsinin səbəbi sənaye tullantılarını təmizləməyə qadir olması idi...
Bəs, sizin evinizdə hansı SSRİ məhsulu var? Və ən əsas sual: niyə saxlayırsınız? Cavablarınızı rəylərdə yaza bilərsiniz...

Пікірлер: 74
@gunayzamanli413
@gunayzamanli413 4 жыл бұрын
Ay allah nece sevindim bir anlic o illere geri dondum. Heyif deyildi o vaxdki devrimiz
@leylaeliyeva4524
@leylaeliyeva4524 4 жыл бұрын
Salam.sovetin "Çayka"tozsoranını indi də işlədirik.Çox möhkəm materialı var, davamlıdır.İndiki tozsoranım kənarda qalıb
@ingitaradersleri
@ingitaradersleri 4 жыл бұрын
Azerbaycan sevenler 💙❤️💚
@BaldiyariSalam
@BaldiyariSalam Жыл бұрын
Bizdə sovet dövründə qalma Qazan, Saat, Bıçaqlar. Bunlar hamısı bizim üçün çox böyük bir dəyərlidir
@user-dw4ll1fp2f
@user-dw4ll1fp2f 3 жыл бұрын
Çox sağolun..Sanki keçmişə xoş günlərə qaytardınız bizi..
@maraqlmlumatlar2585
@maraqlmlumatlar2585 4 жыл бұрын
*Maarifləndirici videolarınız üçün sağ olun !*
@user-cn7og4ci9h
@user-cn7og4ci9h 7 ай бұрын
Çooox maraqlı videolar paylaşırsız ❤ALLAH sizden razi olsun
@baharsoltanova8994
@baharsoltanova8994 4 жыл бұрын
Evde yemeyini bisir ev işini gör hemde işini idare et harda belə iş var 🤔 maraqlananlar drekt👉📩
@azrbaycanmndogmavtndi7908
@azrbaycanmndogmavtndi7908 4 жыл бұрын
Soyuducu neyə demədin 1956 ci ilindi hələ də işləyir alti Curuyub mayor işləyir
@konulibrahimova4462
@konulibrahimova4462 4 жыл бұрын
İpdən olan torba var kartof soğan sarmısaq yığırığ ona
@zaqatala_062vofqa
@zaqatala_062vofqa 4 жыл бұрын
Sslam bu emanet kitabcasindan bizde 3eded var icindede sanballi pul var amma batdi getdi bu pullar dirilse yaxsi olardi
@vuqarmemmedli2878
@vuqarmemmedli2878 4 жыл бұрын
Maragli videolar uçun sagol
@bismillahirrhmanirrhim1865
@bismillahirrhmanirrhim1865 4 жыл бұрын
Maraqlı videolara görə təşəkkür edirəm
@saatshop1
@saatshop1 3 жыл бұрын
Babamın atasının qol və divar saatı.Slava saatıdı Qızıl suyuna çəkilib.Birdə zəngli kəfkirli divar saatı ikisidə mexanikidir.Dəyəri bizim üçün böyükdür.
@dinarecanqayeva9734
@dinarecanqayeva9734 2 жыл бұрын
Zəngli,kəfkirli divar saatı bizim də var...elə sevirəm o saatı...
@MS-hd6iy
@MS-hd6iy 4 жыл бұрын
Tar tamiz. Cox maraqli oldu
@TunjayAkbarli
@TunjayAkbarli 3 жыл бұрын
Bizdə 1.Sinif Qəhrəmanlıq ordeni var.Ulu Babamızındır
@elsnlokbatanl1478
@elsnlokbatanl1478 Жыл бұрын
Yaxşiki o, dövrü azda olsa görmüşəm heyif o, günlərdən😢
@konulibrahimova4462
@konulibrahimova4462 4 жыл бұрын
Bir də uşaq olan da küçəyə çıxan da 3 qəpiklik qazlı sudan içmişəm evdən apardığım istəkanlar ilə hər küçəyə çıxan da deyirdim pul verin bu sadan içim almaq istəmiyən də də ağlayırdım
@ismaylvliyev8242
@ismaylvliyev8242 4 жыл бұрын
Bizde 1975 ci ilin moskva istehsalı samovarı var içi latundan hələdə istifadə edirik
@rufethaciyev6496
@rufethaciyev6496 4 жыл бұрын
Melumat ucun tskn edirem
@kapitannemo5187
@kapitannemo5187 4 жыл бұрын
SALAM ✋🙋MƏNDƏ SOVET PULLARINDAN HƏRƏSİNDƏN BİRİNİ SAXLAYIRAM XATİRƏ OLARAQ😊
@TunjayAkbarli
@TunjayAkbarli 2 жыл бұрын
Məndə
@TunjayAkbarli
@TunjayAkbarli 2 жыл бұрын
Əmək kitabçasıda var
@TunjayAkbarli
@TunjayAkbarli 2 жыл бұрын
Birdə komandir saatı
@ceferceferov7406
@ceferceferov7406 Жыл бұрын
Superdi brat super
@arifquliyev15
@arifquliyev15 Жыл бұрын
Gozel dovrudu heyf o dovurden
@firengizadqozlova410
@firengizadqozlova410 4 жыл бұрын
Sovetin Aurika paltaryuyan maşını,galın granyonnu stəkanı,nazzik şirincay stəkanları gəşəng caşkaları,klin kuklası,3gəpikləri nə bilim saymagla gurtarmaz hamısı bizdə durur.
@yeganemuradova7213
@yeganemuradova7213 3 жыл бұрын
Heyf o gunlerden uwaqluq illerim yadima duwdu
@rikoqasimov8637
@rikoqasimov8637 4 жыл бұрын
Salam kim oruc tutubsa Allah qebul elesin Amin 365 abunem var 400 ederik qarsilili
@Judo0
@Judo0 Жыл бұрын
👍👍👍
@yeganemuradova7213
@yeganemuradova7213 3 жыл бұрын
Saxlayiriq ona kore ki cox keyfiyetlidi
@huseynlizad5522
@huseynlizad5522 4 жыл бұрын
UŞAĞLIQ İLLƏRİM YADIMA DÜŞDÜ. ƏZİZLƏRİM SAĞ İDİ MƏNİSƏ MƏKTƏBLİ . SONRA AĞ XALATLI TƏLƏBƏLİK İLLƏRİM. XƏSTƏXANALARDA PRAKTİKA GÜNLƏRİM. KAŞ O İLLƏRİM OLAYDI .
@kamalinsanov1206
@kamalinsanov1206 3 жыл бұрын
Məndə kolleksiya yıgıram televizor radio val maqnitafon ev telefonu var
@yeganemuradova7213
@yeganemuradova7213 3 жыл бұрын
Bu kukladan menimde var idi olsa indi qizima da alardim
@adminabdullayev6520
@adminabdullayev6520 4 жыл бұрын
Salam. Mende Vesna 308 televizor ve okean 214 radio var
@user-cn7og4ci9h
@user-cn7og4ci9h 7 ай бұрын
Halaldi
@xalidomerov6532
@xalidomerov6532 2 жыл бұрын
bizde qalqa deyilen palçıqdan hazırlanmış bir qav var nehreye oxşayır
@ewref9785
@ewref9785 Жыл бұрын
bu qurmizi kulladan yene var 2023 cu il😅
@user-pn2my7xy7z
@user-pn2my7xy7z 9 ай бұрын
@melahethesenova8008
@melahethesenova8008 4 жыл бұрын
Bizdə heç nə yoxdu.Hamisinj tullamisam.
@tofiqrhimov2932
@tofiqrhimov2932 2 жыл бұрын
Mən SSRİ vaxtında yaşamamışam çaş yaşayardım ancaq SSRİ vaxtından qalma kağız bidə dəmir pullar vat
@seyyidhmdov4420
@seyyidhmdov4420 4 жыл бұрын
Biz də tozsoran var sadəcə yaxşıdır
@rinarinarina3511
@rinarinarina3511 7 ай бұрын
Heyif o gunler❤
@orbitaservis1986
@orbitaservis1986 3 жыл бұрын
Mende Radiotexnika usilitel var. 1986 Ci il
@xalidomerov6532
@xalidomerov6532 2 жыл бұрын
Güzqü birde bir fılaq var
@nesibebayramova4437
@nesibebayramova4437 2 жыл бұрын
Somavarlar hele😄🥲
@vadxanisazade26
@vadxanisazade26 4 жыл бұрын
Evimi dagıtdım milyon əşya çıxdı
@terenemursudova1403
@terenemursudova1403 4 жыл бұрын
Salam bizdə Esserin pulları var qəpikləri var
@Ibrahim-ip4fz
@Ibrahim-ip4fz 4 жыл бұрын
Salam sssr qepikleri satmaq istesez yazın @numazmatikbaku
@logmancebrayilov7105
@logmancebrayilov7105 3 жыл бұрын
Satilir 800 AZN e deyrem razlasma olacaq
@aydtel1269
@aydtel1269 3 жыл бұрын
Soviet devri yaxşı olduğu üçün
@nicathuseynli2716
@nicathuseynli2716 4 жыл бұрын
Məndə sovetin hazırladığı luç saatı var və birdə o illərin ən qədim markaları var.istəyən olsa xəbər eləsin.luç saatım 20% tərkibi qızıldır
@saatshop1
@saatshop1 3 жыл бұрын
Salam qardaşLuçu neçiyə verirsən?
@zaurmuradov7361
@zaurmuradov7361 Жыл бұрын
Apardı dərinə insanı
@qudrtdmirli4943
@qudrtdmirli4943 2 жыл бұрын
2 bizdə var
@АминаГусейнова-щ5э
@АминаГусейнова-щ5э 3 жыл бұрын
Mende tulikiw mawini var helede iwledirem
@user-gi7pl3bw4t
@user-gi7pl3bw4t 4 ай бұрын
Mən dəmir ütü saxlamışam,atmaq istəmirəm. Qara vallarım və kasetlərim
@xeberinizolsun.1118
@xeberinizolsun.1118 2 жыл бұрын
Salam, məndə rusun yarım qəpiyi var. Satmaq istətirəm. Kanalımdakı videoda baxa biləsiniz.
@Ibrahim-ip4fz
@Ibrahim-ip4fz 4 жыл бұрын
Əntiq əşyaların alışı qəpik və medallar @numazmatikbaku
@isgandarow
@isgandarow Жыл бұрын
tozsoran var nənəm gildə hələdə işləyir😂
@maraqlihadiseler2017
@maraqlihadiseler2017 4 жыл бұрын
Hərkəsə salam deyerli azerbaycan halqi sizlerden haiş edirem kanalma kecib abune olasiniz
@user-pn2my7xy7z
@user-pn2my7xy7z 9 ай бұрын
Dediyiniz o antik kukla vankafstankadir.atam rusiyadan almisdi mene.1990
@user-pn2my7xy7z
@user-pn2my7xy7z Ай бұрын
Mende de var.1990 tevelludem
@qemerismayilli6605
@qemerismayilli6605 4 жыл бұрын
Çappa stəkan.
@vadxanisazade26
@vadxanisazade26 4 жыл бұрын
Olmazmı qaqa
@oguzturksoy8319
@oguzturksoy8319 4 жыл бұрын
Bu vidiyonu ikinci dəfədir paylaşırsınız .
@demedideme1
@demedideme1 4 жыл бұрын
Salamlar, texniki problem oldu silindi. Ona görə təkrar yükləməli oldum
@smkirlioglan4232
@smkirlioglan4232 4 жыл бұрын
Salam bizdə anamın cehizlik köz ütusü var işıq olmsyanda anam tez deyir mənim ütümü gətir . Xatirə olaraq saxlayırıq
@furyterlan3802
@furyterlan3802 4 жыл бұрын
SALAM DOSTLAR KZbin DƏ KANALIM VAR ADI ELİT》TƏRLAN ABUNƏ OLMAĞI UNUTMAYIN
@UmidvarEmirov
@UmidvarEmirov 2 ай бұрын
Paltar tikən
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
DİQQƏT! Yatarkən  duzlu corab geyinin - 10 İnanılmaz  Faydası
8:12
Təzyiq Xəstələrindən Həkimlər NƏYİ GİZLƏDİR?
9:31
Новините на NOVA (12.09.2024 - обедна емисия)
18:21
Новините на NOVA
Рет қаралды 14 М.
Su quyusu qazarkən XƏZİNƏ TAPDI - 5 şanslı insan
8:27
Demədi Demə
Рет қаралды 8 М.
Axşam söhbeti
ÇingizPəhləvan
Рет қаралды 174
Almaniyada ödənişsiz Tibb Təhsili
4:44
UniDream
Рет қаралды 2 М.
VACİB XƏBƏR!!! Pitminutka işlədənlər baxın!
2:17
Demədi Demə
Рет қаралды 3 М.
Неофициальная работа
0:57
Тони
Рет қаралды 2,6 МЛН
... #android #smartphone #error
0:16
LOGOswerty
Рет қаралды 273 М.
Data recovery from MicroSD using PC3000 Flash & Spider Board 😎
1:01
Introducing iPhone 16 Pro | Apple
2:53
Apple
Рет қаралды 19 МЛН
Low battery part 99
0:10
dednahype
Рет қаралды 2,7 МЛН
Samsung vs Iphone
0:21
Takadori1
Рет қаралды 29 МЛН