YENİ BÖLÜM: Ağdam və mən - "SEYİDLİ" - I hissə (25.05.2024. ATV)

  Рет қаралды 17,110

Səadət Məmmədova

Səadət Məmmədova

Ай бұрын

Пікірлер: 152
@naileesgerova1898
@naileesgerova1898 Ай бұрын
TƏŞƏKKÜRLƏR SƏADƏT XANIM,GƏZDİYİM YERLƏRİ GÖRDÜM KÖVRƏLDİM,AMMA ÇOOOOX SEVİNDİM💖
@muradzeynalovagdam5176
@muradzeynalovagdam5176 Ай бұрын
Salam olsun hər kəsə Allah şəhidlərimizə rəhmət eləsin inşallah Allah ölkə başçısına can sağlığı versin inşallah ❤️ Bir Ağdam Əhmədov balası olaraq ölsəmdə dərdim qəmim qalmadı❤🇦🇿
@gulnaramamedova3378
@gulnaramamedova3378 Ай бұрын
Salam əleykum Səadət xanım sizə çox minnətdarıq kəndimizi tarixi ilə təqdim etdiyinizə görə.Məndə Fətalılar nəslindəyəm,Tillər məktəbinin ilk 11 ci məzunlarındanam.91 ci ildə son zəngimiz çalındı.Seyidlim dünya durduqca yaşa,kaş bu günləri Atam,anam görəydi .Ancaq Qarağacı qəbiristanlığının dağılmasına dözə bilməzdilər ...... Allah şəhidlərimizə rəhmət eləsin amin 🇦🇿🤲
@super-fu2ot
@super-fu2ot Ай бұрын
Cox sag olun. Mende Seyitlinin bir parcayima qeriblikden seyr etdim.Bir daha usaqliq xatirelerime qayitdim.Allah butun dunyada kocenlerimize rehmet elesin.Yeni nesil sad firavan yasasin o torpaqlarda🙏🙏🙏
@kemaleelekberova1564
@kemaleelekberova1564 Ай бұрын
Tiillər məkrəbinin son 11 ci sinifi biz olduq 93 cü ildə.Bizə son zəng qismət olmadı,müharibə düşdü😢.Allah Tillər məktəbində bizə dərs deyən müəlimələrin sağ olanlarna can salığ versin,rəhmətə gedən müəlimlərimzin ruhu şad olsun.
@user-dl6id9jx7k
@user-dl6id9jx7k Ай бұрын
Allah size can sagligi versin Ulduze muellime.siz nece gezel teferruatiyla maragli danisirsiz
@naileesgerova1898
@naileesgerova1898 Ай бұрын
GÖZƏL AĞDAMIM,GÖZƏL SEYİDLİM,CANIM QURBAN TORPAĞINA,DAŞINA❤,ALLAH SİZLƏRƏ ÖMÜR VERSİN RAFİZƏ XALA,ULDUZƏ MÜƏLLİMƏ,🤲,ULDUZƏ MÜƏLLİM HƏMDƏ MƏNİM ANSMIN DAYISI QIZIDI ALLAH CAN SAĞLIĞI VERSİN,YENƏ GEDƏK ELİMİZƏ,YENƏ TOYLARDA,EL ŞƏNLİKLƏRİNDƏ BİRLİKDƏ OLAQ İN ŞƏ ALLAH🤲🤲🤲
@user-br5hi3us2u
@user-br5hi3us2u Ай бұрын
Coox duyğulandim. Doğma kəndim olmasada orda coox olmuşam. Tətilləri demək olar ki orda qalirdim😔🥹
@nergizqedimova8784
@nergizqedimova8784 Ай бұрын
Çox təşəkkürlər, yaxşı ki varsınız, komandanıza afərin, Ülduzə müəllimə 1 nömrəlidə dərs deyib bizə də 91 məzunlarıyıq, sağ olan müəllimlər az qalıb , ömürlərinə bərəkət, keçənlərə rəhmət, şəhidlərimizin ruhu şad olsun inşallah 🤲
@gulnazquliyeva3311
@gulnazquliyeva3311 Ай бұрын
Var olsun bizim Səadət xanımımız .onun Ağdama olan sevgisi sayəsində köhnə Ağdamın tarixi yeniden uzə cıxır və gələcək nəsillərə öturuləcək Yeni nəsil Ağdamlılar ona minnətdar olacaqlar
@mubarizkerimov7038
@mubarizkerimov7038 Ай бұрын
Çox doğrudur!
@user-br5hi3us2u
@user-br5hi3us2u Ай бұрын
Mənim xalam gildə Seyidlidə yaşayirdilar, deyilən o məhəllərin coxunda olmuşam. Xalam qizi rəhmətlik😢😢 tək qiz idi detə cox qalirdim onlarda, və o məhlələrin coxuna sinif yoldaşi gilə gedirdim onunla. Rəhmətlik Zərgər Zahid əmimi tanimayan yoxdu Seyidlidə Süleyman Sani Axundovun evinin arxasi böyük bir boş sahə vardi, xalamgilin evi də elə o sahənin qurtaracağinda idi. Heyiiiffff😢😢😒😒. Allah bəlani versin erməni donuzlari, sizi Allah özü viran qoysun
@yeganeezizova3037
@yeganeezizova3037 Ай бұрын
Nə gözəl tariximiz olub. Bu tarix mütləq yazılmalıdı ki,gələcək nəsillərə çatdırılsın.Nə qədər ki, canlı yaddaşlar yaşayır tarixçi yazarlar bu salnamələri əbədiləşdirməlidir.Səadət qızım,sənə çox -çox təşəkkürlər edirəm.
@nesimisemedov7069
@nesimisemedov7069 Ай бұрын
Salamlayıram bütün seyidli əhlini allah can sağlıqı versin hərbirinizə
@nizaminesirov9044
@nizaminesirov9044 Ай бұрын
Ziyarətiniz qəbul olsun inşallah.var olun .
@RaulMehraliyev
@RaulMehraliyev Ай бұрын
Canim rafize nenem allah sene can sagligi versin allah İbrahim babaya rehmet etsin canimsan şükür agdamina qovuşdun ❤❤❤
@gulsen1204
@gulsen1204 Ай бұрын
Səadət xanım,təşəkkürlər ,gözəl bir çəkilişdi! Ulduzə müəllimənin məlumatları da çox gözəldi,allah ömür versin.O binalar,onları tikdirənlər, hamısı əslində Qarabagın tarixidi.İnşallah hər kəs öz dədə-baba torpagında yerləşər və bu tarixi yaşadarlar.
@MahirVeliyev
@MahirVeliyev Ай бұрын
Sonunda biz də kəndimizi gördük. Təşəkkür edirəm Səadət xanım 🙏🏻
@elxanliyev3861
@elxanliyev3861 Ай бұрын
Seyidlim, ay seyidlim, gəlmişik səni yoxlayaq, qucağında birdə yataq güllərini qoxlayaq. Gənclik tay-tuşum olmuş Qaraçava Nadirə Tanrıdan rəhmət diləyirəm. Tarix üçün , arxiv üçün, belə çəkilişlərə görə Səadət xanıma çoxlu sağollar düşür.
@seadet945
@seadet945 Ай бұрын
Mənim gözəl Seyidlim daşına torpağına qurban olum qonşumuz Rafizə xala Allah sizə cansağlığı versin İlduzə m Gulzadə x hamınız çox gözəl məlumatlar verdiniz Dadaş baba mənim babam olub anamın atası anam Adilə muəllimə Seyidlim kənd orta məktəbində uzun illər dərs deyib kəndimizinşəhidlərinə vəfat edənlərinə Allah rəhmət eləsin qalanlara can sağlığı versin
@ayguncfrli4232
@ayguncfrli4232 Ай бұрын
Can Seadet xala
@aidkrimova7757
@aidkrimova7757 Ай бұрын
Heyif gözəl Seyidli kəndimizdən.Dərdsiz qəmsiz uşaqlıq illərimizdən.Baxdıqca Tillər məktəbində oxuduğumuz o illəri , 7-ci sinifdə çəkdirdryimiz şəkili həmin vaxtları sanki yenidən yaşadım.Çox sağ olun Səadət xanım. 8 il bir sinifdə oxuduğum hörmətli Elşən müəllim.
@SuziSuzi-st7hu
@SuziSuzi-st7hu Ай бұрын
Eh hardadı o günlər😢😢 torpağına daşına dönüm ay Ağdamım
@esmirasuleimanova2685
@esmirasuleimanova2685 Ай бұрын
Salam bütün qonşulara qohumlara bu ğün özümü zorla saxlamisam.Gözəl kəndimiz məhləmiz, Heç nə yoxdu.Evimiz bağ baxçasız qalib.Rafizə xanim mənim anamdi. O ev bizim evimizdi .Çox sağ ol Səadət xanim Allah sizə çan sagligi versin.İlduzə xanim bizim 1nom məktəbin müəllimi.Salamlayiram..heyif 😢😢😢 kəndimizdən.Allah dunyasin dəyişən qonşularımıza rəhmət eləsin məkanlari çənnət olsun inşallah ,qalanlara çan sagligi bərəkətli ömür versin Gülzadə xanim sizi salamlayıram baji.🙏🇦🇿
@ilhameaxundova2239
@ilhameaxundova2239 Ай бұрын
Bu günə min şükürlər olsun Allah şəhidlərimizə rəhmət eləsin qazilərimizə səfa versin seyidlidə gəzdiyimiz gunlər olaydı heyf😢 Rafizə Haciyeva mənim mamamdı(bibim) Allah sizə xeyirli saglam ömür versin nəslimizin cox az yaslı numayəndələri qalıb Rəbbim sizi qorusunheyif o ucubucagı görunməyən baginizdan usaqluqda yay tətilimiz bu bagda seyidlidə kecib İlduzə müəllimə mənim sinif rəhbərim olub cəbr həndəsə dərsin kecirdi Allah sizə can saglıgı versin 1987 ci ilin məzunu olmusam
@RaulMehraliyev
@RaulMehraliyev Ай бұрын
Esma xala allah Rafize neneme can sagligi versin cox sevindim televzorda gorende Rafize nenemi
@jalequliyeva3639
@jalequliyeva3639 Ай бұрын
Sənə də, anana da (Rafizə bibimə) qurban olaram,Esma... İçim keçdi "Ağdam və mən" in bu buraxılışına... Nələr düşdü, yadıma nələr... Görüşəcəyik inşallah o torpaqlarda yenə....
@vfavliyeva5929
@vfavliyeva5929 Ай бұрын
Seyidlini indi kəşf etdim, necə zəngin, tarixi kəndimiş, gözəl memarlıq nümunələri,görkəmli insanları varmış ❤. Həmkarım Ulduzə m.salamlayıram, çox ətraflı məlumat verdi. Çox sağ olun Səadət x.belə gözəl çəkiliş üçün ❤👏
@hemidhuseynov3975
@hemidhuseynov3975 Ай бұрын
Mən də Seyidlidənəm. Evimiz Suleman Sani Axundov küçəsində idi, nömrəsi də yadımdadı-183. Atam kariyer Qasımın karyerində sürücü, anam xalça fabrikində işləyirdi. Evdə 7 uşaq idik. Ağdam işğal ounan vaxtı 9 yaşım vardı, 8 nömrəli məktəbdə oxuyurudum. Biz Ağdamdan çıxanda 7 uşaq və atan anamla birlikdə çıxmışdıq. Böyük bacım ""Ağdam" qəzetində mətbəədə, böyük qardaşım usta maşın ustası idi. Seyidliyə xüsusi yanaşdığınız üçün təşəkkür edirəm, Səadət xanım.
@ruhangizhuseynova4347
@ruhangizhuseynova4347 Ай бұрын
Gözəl Seyidlım! Təşəkkürlər, Səadət xanım! Təşəkkürlər, Ulduzə müəllımə! Təşəkkürlər Mürsəl bəy!
@tunzaleseyidova5392
@tunzaleseyidova5392 Ай бұрын
Canım mənim, ürəyim dağa döndü,var olsun bu videonu təqdim edir ❤
@ruhangizhuseynova4347
@ruhangizhuseynova4347 Ай бұрын
@@tunzaleseyidova5392 ❤️👍❤️
@user-td2be8gb9f
@user-td2be8gb9f Ай бұрын
Uşaqlığına qayıtdım çox kövrəldim hey o gözəl kənddən heç nə qalmayıb babamız olan Xurşut bəyin adın eşidəndə qürurlandım
@kamaleqasimova1071
@kamaleqasimova1071 Ай бұрын
Sağ ol əziz Ulduzə müəlliməm.Mənə riyaziyyatı sevdirib.❤
@Lua37459
@Lua37459 Ай бұрын
Kəmalə xanım 87 də bitirmisiniz bir nömrəlini?
@FuadSadqov-di9wv
@FuadSadqov-di9wv Ай бұрын
Məllimə cox duz deyir muradbəyli və seyitli adamın təməli olub .
@zulfiyyerzayeva946
@zulfiyyerzayeva946 Ай бұрын
CAN. QARABAGIN DERDİ YERE GÖYE SIGMAZ.....
@arshadzeynal9617
@arshadzeynal9617 Ай бұрын
37 dəq 50san. Heyif köhnə kişilərdən..... Allah rəhmət eləsin.
@ulviyyamekhtiyeva4931
@ulviyyamekhtiyeva4931 Ай бұрын
Mən də 1990-cı ilin yayında Seyidlidə qonaq olmuşam . Atamın əmisi Temir Quliyev Seyidlidə yaşayıb, dərzi işləyib. Əslimiz Şuşanın Seyidli məhəlləsindəndir. Nənəmgil, haradasa 1918-ci ildə, qırğınlar vaxtı Seyidli məhəlləsindən köçüb, Muradbəylidə məskunlaşıblar. Nənəm Cabbarın qardaşı Qafar Qaryağdının qızı olub.
@ayguncfrli4232
@ayguncfrli4232 Ай бұрын
Var olun SEADET xanim
@aygunmemmedova4462
@aygunmemmedova4462 Ай бұрын
Təşəkkür edirəm ki,Nə yaxşı ki,bu videonu cəkiblər
@user-qj3bo7lo9t
@user-qj3bo7lo9t Ай бұрын
Canım seyidlim doğma yurdum gözəl evimiz kaş keçmişə qayıda bilsək canım gülnaz sənidə gördüm həm sevindim. Həm çox təsirləndim allah bütün şəhidlərə rəhmət eləsin Akif qardaşıma Bəhruz qardaşıma allah rəhmət eləsin həmin gündən sonra indi gördüm səni haştağılar nəslinin bütün dünyadan köçənlərinə allah rəhmət eləsin qalanlarına can sağlığı versin
@gulnazquliyeva3311
@gulnazquliyeva3311 Ай бұрын
İnşallah vətəndə göruşmək umudiylə❤🙏🥰
@meyxana7888
@meyxana7888 Ай бұрын
Allah rəhmət eləsin Nadir əmiyə
@FexreddinEliyev-ts2bz
@FexreddinEliyev-ts2bz Ай бұрын
Arzu edərdim Seyidli kəndi əvvəlki kimi olsun hər kəsin həyətyanı sahəsi ozlərinə verisin bag bagatlarl olsun
@vusalqafarov7027
@vusalqafarov7027 Ай бұрын
Eslinde ele de olmalidir. Niye, bu torpaqlar basqasina qalmalidir? Niye bu torpaqlari varli memurlar zebt edib, camaatin elinden almalidir? Sehid bacisi
@gulnazquliyeva3311
@gulnazquliyeva3311 Ай бұрын
Mən arzu ederdimki hec olmasa qedimi evler bərpa olub muzeykimi qalsın
@vusalqafarov7027
@vusalqafarov7027 Ай бұрын
@@gulnazquliyeva3311 Niye butun evler berpa olunmasin axi? Demeli bele cixir ki, hemin kendde hec kim yasamasin? Torpaqlari da basqalari zebt eleyib. ozu ucun pul qazansin? Sehid bacisi
@user-vd4sz6rn5g
@user-vd4sz6rn5g Ай бұрын
Çox sağolun Səadət xanım təşəkkür edirəm sizə Fətalıların nəvəsiyə gözəl Seyitlim❤❤
@kanbarcabrayilov6375
@kanbarcabrayilov6375 Ай бұрын
GÖZƏL ÇƏKİLİŞ, ĞÖZƏL SÖHBƏTLƏR VAR OLUN ! ❤ MƏN QİYASLIYAM, BU GUNLƏRMİZƏ MİN ŞÜKRLƏR OLSUN ❤ ALLAH QAYIDIŞI HAMIYA NƏSİB ELƏSİN ❤
@elmekhtiev6803
@elmekhtiev6803 Ай бұрын
Мой родной Агдам! Agdam lehcesinden shirini var!? Menim dogma Seyidlim, babalarimin yurdu!
@asimesukurova8426
@asimesukurova8426 17 күн бұрын
Allah şəhidlərimizə rəhmət eləsin
@FexreddinEliyev-ts2bz
@FexreddinEliyev-ts2bz Ай бұрын
Allah dəyirman Ziba anaya min təsbeh rəhmət eləsin Rəmətlik Abbasəli əmim Seyyidli sovetliyində is dovrundə Ziba arvadln necə mərd kişi kimi oldugundan danışardı
@kemalehaciyeva7364
@kemalehaciyeva7364 Ай бұрын
Cox sag olun gozel Agdamimizdan verliwler hazirlayirsiz.
@kemalehaciyeva7364
@kemalehaciyeva7364 Ай бұрын
Agdam esil medeniyyet ocagidir 😍
@mensureagayeva7997
@mensureagayeva7997 Ай бұрын
Qurban olum hər dasina torpagina Seyidlim Tillər məktəbim Biz 84 de ilk 10 cular oldux məktəbimizim məzunlari heyif Agdamim Seyidlim yenəde gozəlləsəcəksən İnsaalah
@kamilkamil2769
@kamilkamil2769 Ай бұрын
ALLAH ŞEHİDLERİMİZE REHMET ELESİN RUHLARI QARŞİSİN DA BAŞ EYREM SEİDLLERİME SALAM OLSUN AKMUYOTOR YUSİF KARYEL QASİM QONŞU OLMUSUQ CİXAN DA 6 YASİM VAR İDİ
@gunayelshadqizi2101
@gunayelshadqizi2101 Ай бұрын
Əziz Səadət xanım, çox təşəkkür edirəm. Bu verilişdə iştirakım, Seyidli və ailəmlə bağlı danışmağım əminəm ki, babam Nadir Kərimovun, atam Elşad Kərimovun, Rafizə nənəmin, Ziba nənəmin və bütün doğmalarımın ruhunu şad edib
@ilhameaxundova2239
@ilhameaxundova2239 Ай бұрын
Cəkilisə görədə Səadət xanım sizə təşəkkür edirəm belə cəkilislər edirsiniz qonşuları qohumları görürük
@baxseyishuseynov4523
@baxseyishuseynov4523 Ай бұрын
Allah NADİR ƏMOĞLUYA RƏHMƏT ELƏSİN . HEYİF ÖZ ÇƏKİLİSİNİ ĞÖRƏ BİLMƏDİ ALLAH RƏHMƏT ELƏSİN
@xeyyamhuseynov-hi3uq
@xeyyamhuseynov-hi3uq Ай бұрын
Ağdamın kökü Seyidli kəndi olub sonradan o biriləri yaranıb
@asimesukurova8426
@asimesukurova8426 17 күн бұрын
Allah rəhmət etsin Babək yetkin yaşlarında dünyasını dəyişdi Yavər m 2ildi rəhmətə getdi
@YunisCamalov_002
@YunisCamalov_002 Ай бұрын
Ülduzə müəlliməni, Rafizə xalanı görmək çox xoş oldu. Köhnə qonşularımız, Rafizə xalagil Rəhmətlik Babam Yunis Camalovgillə demək olar ki çəpər qonşusuydular. Gülzadə xanımdakı əminəvəsiyik, fəxrimizdi.
@xdiczimova-io1dv
@xdiczimova-io1dv Ай бұрын
Uşaglıgıma gayıtdım , kaş anam bu günü göre bıleydı
@Mlk-mg8rb
@Mlk-mg8rb Ай бұрын
Gözəl Ulduz müəllimimiz sizinlə fəxr edirik ♥️
@user-mo2by5qt5f
@user-mo2by5qt5f Ай бұрын
Хайф сандан Ахдам 😢😢
@SurxayTağıyev
@SurxayTağıyev 13 күн бұрын
Gözəl seyidlim 🥰
@Padsetv
@Padsetv Ай бұрын
Səadət xanım sizi çox bəyənirik və sizə hörmətimiz var sizdən hər həftə yeniliklər gözləyirik🎉❤❤
@eminismayilzada7875
@eminismayilzada7875 Ай бұрын
⭐️AGDAM⭐️👍🏻🇦🇿👑
@aygunshukurlu1912
@aygunshukurlu1912 Ай бұрын
Tillər məktəbi Umuxanım müəllimə,xanım xatın,savadlı ingilis dili müəlliməsi
@nizaminesirov9044
@nizaminesirov9044 Ай бұрын
Allah Nadirə rəmət eləsin.
@Anar_Kamal
@Anar_Kamal Ай бұрын
Heyf bu kəndlərdən. Ermənilərlə istəyir sülh şəraiti yoxe nə bilim nə şəraitində yaşayırıqsa yaşayaq 44 gündə bizə çəkdirdiklərinin, şəhidlərin qisasının artıqlaması ilə alınmasına baxmayaraq bu vəhşi qəbiləyə olan nifrətim, kinim, qəzəbim bitib tükənmək bilmir. Allah bunlara lənət eləsin. Cənnət kimi yerləri səhralığa çeviriblər.
@user-mn7qy2we6u
@user-mn7qy2we6u Ай бұрын
Allah atan Wlkar dayiya rehmet elesin. Seyidlinin butun toy meclislerini o kiwi aparardi.
@huseynhuseyn29
@huseynhuseyn29 Ай бұрын
Salam Seadet xanım ,Seyidli kolxozunun sedri Hüseynov Yusif olub ,ordan çıxana kimi ,neceb ondan müsahibe almamısız ☺️
@user-sx6ly2np5n
@user-sx6ly2np5n Ай бұрын
Siz kimsiz?
@huseynhuseyn29
@huseynhuseyn29 Ай бұрын
@@user-sx6ly2np5n men Hüseynov Yusifin gelini Dilarə Hüseynova
@user-jw6bh4qy3o
@user-jw6bh4qy3o Ай бұрын
Молодец матушка умница❤❤❤
@user-ll4zh9ei5w
@user-ll4zh9ei5w Ай бұрын
Düzdür sayğılı soydaş rusbaş
@asimesukurova8426
@asimesukurova8426 17 күн бұрын
Elşən qardaşım Ulduza bacım qonžumuz İldırım müəllim və Seyidlini yada salan yaşadan həqiqətləri ortaya çıxaran Hər bir kəsə təşəkkür edirəm Ağdam şəhəri Seyidli üzərində qurulub Tillər məktəbi anam Edelyanın babası evi olub son zamanlar tək mən dərs keçirdim binada şagirdlərim Niyazi Səxavət Könül Ülviyyə Adil Natiq əkizlər Ramil Rabil çooooxları.... hər zaman düşünmüžəm sizi təzə sinif götürmüşdüm Elşən müəllimin övladları Aysel Fərid Yavərmüəllimin oğlu Şükürov Babək
@user-mn7qy2we6u
@user-mn7qy2we6u Ай бұрын
Salamlar olsun butun izleyicilerimize. Muellime cox dogru daniwir, onunla tam raziyam.
@gulnazquliyeva3311
@gulnazquliyeva3311 Ай бұрын
İlduzə muəllimə ,Rafizə xala ensiklopediadılar Allah uzun ömur versin hərikisinədə
@user-jw6bh4qy3o
@user-jw6bh4qy3o Ай бұрын
Вы царица .г Агдама💪💪💪❤️❤️❤️👍👍👍
@user-ll4zh9ei5w
@user-ll4zh9ei5w Ай бұрын
Ay rusbaş ağ eləmə əəəəəə
@mubarizquliyev8643
@mubarizquliyev8643 Ай бұрын
Bizdə o Kənddənik Sarıhacılıdan Quliyevlərdən😢
@user-yf5rl1dx4z
@user-yf5rl1dx4z Ай бұрын
Çox sağ olun
@rehimerehimova8366
@rehimerehimova8366 Ай бұрын
Rafize xala seni ğörfüm hem sevdim hem kederledim menim ğözel qoşum men seni cox sevdim men senile17 il qonşu olmuşam ve seni sevdim allah sene uzun ömür versin amin🙏😘
@islamqasimli2284
@islamqasimli2284 27 күн бұрын
Təşəkkürlər o illərə qaytim Kötəl çayı anamın ata evinin qarşısından keçirdi Qaraçava çayı bizim evin arxasından axirdi
@SexavetMuhbeliyev
@SexavetMuhbeliyev Ай бұрын
Xaçmaz rayonunda da var Seyidli kəndi
@SahilSemedov-nd9qw
@SahilSemedov-nd9qw 19 күн бұрын
Sağ olun səadət xanım
@user-pl6lr8bx7x
@user-pl6lr8bx7x Ай бұрын
Ханкенди Азербайджан Турк торпахыдыр ❤❤❤
@SahilSemedov-nd9qw
@SahilSemedov-nd9qw 19 күн бұрын
Sağolun səadət xanım
@asimesukurova8426
@asimesukurova8426 17 күн бұрын
Səadət xanım çox sağ olun
@asimesukurova8426
@asimesukurova8426 17 күн бұрын
🎉Seyiddilər ta qədimdən qonaqsevər zəhmətkeş qeyrətli
@MuhammedAgakisiyev
@MuhammedAgakisiyev Ай бұрын
Men Ulduzənin nevesiyam 10yaṣ❤❤❤
@MuhammedAgakisiyev
@MuhammedAgakisiyev Ай бұрын
Mühammed❤
@celalbayat
@celalbayat Ай бұрын
@musayev7727
@musayev7727 Ай бұрын
Qelecekde Seherin bas planina riayet etmek cox vacibdi,indi biz qőruruk basqa seherlerde nece aqaclari kesib baqalxanalr salıb şəhəri eybecer hala salilir.
@elsadisgndrov3146
@elsadisgndrov3146 Ай бұрын
Tillər məkdəbində oxumusam 4 cü sinifə qəqər Nubar müəllimə dərs deyib
@niziceferov531
@niziceferov531 Ай бұрын
Doğma vətənim ata yurdum❤
@mehpareagayeva6278
@mehpareagayeva6278 Ай бұрын
Yazığ xalam oğlu evinin ocağının alınmağını görmedi
@user-ti5te4ne5u
@user-ti5te4ne5u 18 күн бұрын
Cox diqqetle izledim cekilise gore tesekkur edirem ozume gormek qismetim olmasada babam tiller mektebinde muellim isleyib Camal hesenov Susadan gelmisdi seyidliye atam Seyidlide anadan olub
@akifqenberov4285
@akifqenberov4285 Ай бұрын
Mamamın ən çox gözlədiyi bölüm idi 😢
@vusal3773
@vusal3773 Ай бұрын
Kaşki hemişe deyirem evimiz dağılaydı amma torpağımız getmeyeydi bizi bu 30 ilde yandıran bax o torpaq olub
@SevincEhmedova1287
@SevincEhmedova1287 Ай бұрын
Ağdamım❤Seyidlim ❤
@vusalqafarov7027
@vusalqafarov7027 Ай бұрын
isteyirler Isgaldan azad olunmus rayonlari birlesdirsinler. Mene ele gelir ki, ona gore bu kendler tikilmir. Qarabag isgaldan azad olub ki, Qarabaglilarin elinden torpagi ozumuzkuler alsin? Sehid bacisi
@OrkhanAev7
@OrkhanAev7 Ай бұрын
Salam hemyerlilerim kendchilerim. Seyyidli camaati sizden bir xahisim var. Men Əliyev Ədalət Müzəffər oğlunun oğluyam, əmim Səxavət olub. Öz evimizi görüntülərdə tapa bilmirəm, kimdəsə varsa bizim dədə yurdumuzun yerini mənə göstərəsiniz.
@user-td2be8gb9f
@user-td2be8gb9f Ай бұрын
Sevimli müəlliməm Pakizə müəllimə Ədilə müəllimə Zoya müəllimə və doğma məktəbin Seyidli kənd orta məktəbi çox kövrəldim kaş yenidən uşaq olaydım .
@FexreddinEliyev-ts2bz
@FexreddinEliyev-ts2bz Ай бұрын
Gülnaz gordum sevindim şükür baba yurdundasan
@gulnazquliyeva3311
@gulnazquliyeva3311 Ай бұрын
Cox sağ olun
@nushabajafarova3934
@nushabajafarova3934 Ай бұрын
Dogma Seyidlimi gordum nehayet kanalinizda, Seadet xanim, tesekkur edirem! 2-ci hisseni sebirsizlikle gozleyirem.
@xdiczimova-io1dv
@xdiczimova-io1dv Ай бұрын
Men de Seyidlıyem- klubun yanında ıdı babamın evı
@user-pl6lr8bx7x
@user-pl6lr8bx7x Ай бұрын
❤❤❤
@gulzarmehdiyeva4383
@gulzarmehdiyeva4383 Ай бұрын
İnşallah Ay xanım
@user-dl6id9jx7k
@user-dl6id9jx7k Ай бұрын
Sovet ermeni kimi etmeyib
@user-dl6id9jx7k
@user-dl6id9jx7k Ай бұрын
Bu giz Seadet yurnalist Agdami tanimir.evel cekilisleri Agdamin kenarindan cixacagindan baslamisdi hansiki o tereflerin sakinkeri Agdama sonradan kocenledi.Indi ozude mehetel galib ki Agdam seyidliden baslayir.Butun varli ayileler Seyidlide yasayiblar esrin evvelinde
@vusal3773
@vusal3773 Ай бұрын
Bizde seyidlide ev tikdirmişdik
@asimesukurova8426
@asimesukurova8426 17 күн бұрын
Söyüd ağaclarıı Kötək çayın atam evi qonşular qohumlar nə olar bir anlıq qayıdın geri
@ulkerqasimova9924
@ulkerqasimova9924 Ай бұрын
Ülduzə müəllimə mənə riyaziyyat dərsi deyib 1973 cü ildə 1 nömrəli məktəbdə Allah dəyməsin
@FexreddinEliyev-ts2bz
@FexreddinEliyev-ts2bz Ай бұрын
Allah heç kimə dəymir Adama dəyən nankor şeytandlr bikini dediyin söz Allaha ağlr gedən sözdür baclm
@vusalqafarov7027
@vusalqafarov7027 Ай бұрын
Niye , bu kendlerde evler tikilmir. ? deyesen Agdamin ozunde binalar tikib, bu kendin de camaatini ora kocurecekler ki, bu kendler de bos qalsin, Sabah desinler ki, kendler bos qalib, onlari birlesdirek.Yeni, kendlerin sayini, daha sonra Qarabag rayonlarinin sayini azaltsinlar. Gelecekde de Zengezura cevirsinler.Sehid bacisi
@vusalqafarov7027
@vusalqafarov7027 Ай бұрын
niye Zengezur adlandirilan rayonlarin butun kendlerinde evler tikilir, ancaq Seyidli ve diger kendlerde evler tikilmar? Sehid bacisi
III hissə: "Ağdam və mən" - "SEYİDLİ"  (08.06.2024, ATV)
36:23
Səadət Məmmədova
Рет қаралды 7 М.
YENİ: "Ağdam və mən" - SEYİDLİ - II hissə  (01.06.24, ATV)
43:57
Səadət Məmmədova
Рет қаралды 12 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 18 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 67 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 23 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
Nağıla yuxuya dönmüş Seyidli obamız
12:15
Elxan Əliyev
Рет қаралды 559
“Ağdam və mən” - Dəyirman həyəti (06.08.2021)
35:15
Seyidli oğlu Allahverdinin Şahbulaq xatirələri
8:54
Elxan Əliyev
Рет қаралды 862
Ağdam rayonu Papravənd kəndi I ÇÖL ADAMI - 29.09.2021
23:53
AĞDƏRƏ - KEÇMİŞDƏN GƏLƏCƏYƏ  (ELTV 2024)
21:33
YENI BÖLÜM - "Ağdam və mən" - Usta Sərdar (26.03.2022, ATV)
30:39
Səadət Məmmədova
Рет қаралды 18 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 18 МЛН