Рет қаралды 24,689
Sentyabrın 1-dən ölkə ərazisində ov mövsümü açıq elan edilib. Ötən müddətdə hazırlıqlarını görən təcrübəli ovçular ov ediləcək yerləri seçib, silahları sazlayıb, qayıqları hazır vəziyyətə gətiriblər.
AZƏRTAC xəbər verir ki, ov ediləcək məkanlardan biri də Sarısu gölüdür. Burada ov edə bilmək üçün əlverişli şərait mövcuddur.
Sarısu gölünə ova gələn İmişlidən olan təcrübəli ovçu Zaur İsmayılovla söhbət edirik. O, ova gəlməmişdən qabaq hazırlıq prosesinin önəmindən danışaraq deyib: “Ova getmədən öncə silaha baxış keçirilməlidir. Silah tam hazır olduqda hansı quşu hansı patronla vuracağını bilməlisən. Yəni, hansı quşu ovlayacaqsansa, ona uyğun patron seçməlidir. Vacib şərtlərdən biri də, hansı quşlara güllə atmaq barədə ovçunun məlumatlı olmasıdır. Onu da deyim ki, quşa 15-20 metr məsafədən güllə atılması məsləhət deyil. Çünki güllə 25 metrdən sonra yayılır və həmin vurulan ov parçalanmır”.