Рет қаралды 58
Mingəçevir Gənclər Evinin 10 illiyi ilə əlaqədar #Gənclərevihəftəsi çərçivəsində baş tutan “Təhsil və karyerada inkişaf” təlimində Fərqanə Bayramlı ilə görüş keçirilmişdir.
Xaricdə iş və təhsil təcrübəsini gənclərlə bölüşən Fərqanə xanım görüş zamanı xaricdə təhsilin yolları, karyera imkanları, xaricdə təhsil almaq üçün mövcud olan dövlət proqramları haqqında danışmış və gənclərin suallarını cavablandırmışdır.