Tərtərdə maraqlı görüş | ATƏT nümayəndələri deputatlığa namizədlə görüşdülər

  Рет қаралды 89

Monitor Baku TV

Ай бұрын

Avqust ayının 22-də deputatlığa namizəd Şəhriyar Məcidzadə Tərtər rayonunda ATƏT-in uzunmüddətli missiyasının nümayəndələri xanım Ann Merill və cənab Cerard Bakleylə görüş keçirib.
Bu barədə Şəhriyar Məcidzadə sosial şəbəkə hesabında məlumat verib:
“Bu gün ATƏT-in uzunmüddətli missiyasının nümayəndələri xanım Ann Merill və cənab Cerard Bakley ilə Tərtərdə görüşümüz oldu. Görüş əsnasında 8 avqust tarixindəki seçki pozuntusu, sosial şəbəkələrdə seçki kampaniyamızın doğurduğu böyük rezonans və 97 saylı seçki dairəsində seçici aktivliyi, həmçinin seçicilərlə görüşümüzü müzakirə etdik. Tərtər-Ağdərə-Goranboyun səsi olaq!” - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, Şəhriyar Məcidzadə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa əsas namizəddir.
O, 8 avqust tarixində həmin dairədən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Anar Məmmədovun təbliğat işlərinə vaxtından əvvəl başlaması, daha sonralar isə Anar Məmmədovun görüşlərə digər rayonlardan insanlar cəlb etməsi ilə bağlı məlumat paylaşmış və bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat vermişdi.

Пікірлер
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 78 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3 МЛН