TALASSEMİYA XƏSTƏLİYİNİN MÜAYİNƏSİNDƏ İNQİLABİ YENİLİK

  Рет қаралды 6,564

CBC TV Azerbaijan

CBC TV Azerbaijan

Күн бұрын

Talassemiya xəstələrinin müayinəsi yeni, daha asan üsulla mümkün olacaq. Talassemiyalı xəstələrə mütəmadi olaraq qan köçürüldüyündən bədənin dəmirlə yüklənmə dərəcəsini yoxlamaq lazım olur. Azərbaycan Tibb Universitetinin Histologiya və Stomatologiya kafedralarının mütəxəssislərinin araşdırmaları sübut edib ki, bunu diş ətindən götürülən nümunə ilə də müəyyənləşdirmək mümkündür.
Azərbaycanın elm adamları ilk dəfə olaraq ferritin molekulunda baş verən dəyişiklikləri mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə bilib. Bu elmi yenilik talassemiyanın ağır formasından əziyyət çəkənlər üçün xüsusilə önəmlidir.
Mütəxəssislər bu yenilik barədə dünyanın aparıcı elm jurnallarında məqalələr dərc etdirməyə hazırlaşır. Artıq tərcümə prosesində olan iki məqalə ilin sonunadək bu jurnallara təqdim olunacaq.
Talassemiya qanda hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmamazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində olmaqla oksigeni ağciyərlərdən bütün bədən hissələrinə daşıyır. Talassemiya xəstəliyi olan insanlarda hemoqlobin zəncirindən biri olmur. İrsi olan bu qan xəstəliyi əsasən Aralıq dənizi hövzəsində geniş yayılıb. Bu ilin aprel ayında Respublika Talassemiya Mərkəzinin açıqladığı statistikaya əsasən, Azərbaycanda 2959 talassemiyalı xəstə dispanser qeydiyyata salınıb. Son illər Azərbaycan səhiyyəsi talassemiya xəstəliyi ilə mübarizə sahəsində uğurlara imza atıb. Bunlardan biri xəstələrin tam sağalmasına səbəb olan sümük iliyinin köçürülməsi əməliyyatının ölkəmizdə gerçəkləşdirilməsidir.
Azərbaycan alimlərinin son araşdırmasının nəticəsi də talassemiyanın müayinə və müalicəsində böyük uğur sayılır. Bu, həm də dünya səhiyyəsində nəzərə çarpan yenilikdir.

Пікірлер
Talassemiya - Həkim İşi 14.02.2019
29:05
Xəzər Media
Рет қаралды 12 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Dəmir defisitli anemiya nədir? Əsas əlamətləri hansılardır?
14:16
Bioloji Tebabet Klinikası
Рет қаралды 12 М.
Самые Опасные Дороги в Мире, По Которым Вы Не Захотите Проехать
31:29
Valideynlər Talassemiya Mərkəzində etiraz ediblər
28:31
Meydan TV
Рет қаралды 1,9 М.
Qan Azlığından Təbii Yolla Qurtulmaq?- Vacib İzlə...
6:50
Dr. Günay Əhmədova
Рет қаралды 405 М.
TALASSEMIYA
8:24
Kanal S
Рет қаралды 20 М.
Talessemiya xəstəliyi nədir?Talessemiya xəstəliyinin hansı növləri mövcuddur?
6:54
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН