Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

  Рет қаралды 3,536

Baku TV

Baku TV

17 күн бұрын

Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin mülki iddiaları məhkəməyə təqdim edilib.
Daha sonra Aynur Bayramovanın vəkili Elnur Quliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. O qeyd edib ki, Aynur Bayramovanın həm özü, həm də qızı xərçəng xəstəliyindən əziyyət çəkir, onların hər ikisinin müalicəyə ehtiyacı var.
Daha sonra prokuror Fariz Rzayev vəsatətə münasibət bildirib. O bildirib ki, cinayət işində 900 min manatdan çox ziyan var. Bu baxımdan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyiblər.
Hakimlər təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlərin dindirilməməsini əsas gətirərək vəsatəti təmin etməyiblər. Bu qərara etiraz edən Aynur Bayramovanın digər vəkili Ramil Əliyev bütün məhkəmə tərkibinə etiraz etməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova müraciət ünvanlayıb və cinayət işinin başqa hakim heyətinə verilməsini istəyib. Müşavirə keçirən hakim heyəti etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edib.
Qeyd edilib ki, etirazda Cinayət Prosessual Məcəlləsinin tələbləri pozularaq işə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun baxmasının təmin edilməsi tələb olunub. Qanunda isə birbaşa göstərilir ki, bütünlüklə hakim heyətinə verilən etiraza Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkmiş kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #dələduzluq #talassemiya #pul #oğru #fırıldaq #hakim #məhkəmə #xəstəuşaq #talassemiyalıxəstələr

Пікірлер: 7
@Boss-cr6qh
@Boss-cr6qh 15 күн бұрын
Allah lənət eləsin
@PLN-AZN
@PLN-AZN 15 күн бұрын
Lənətliyibdə,özüdə,qızımda xərçəng xəstəsidi
@EduardAsad
@EduardAsad 15 күн бұрын
Azerbaycandan ne desen görə bilirsen,daha teecublü bir şey yoxdur
@Bakinec.001
@Bakinec.001 15 күн бұрын
Gunahdiye bu xestelerin pulunu yemek nc nc
@eminkrimov5289
@eminkrimov5289 14 күн бұрын
Qəhbə olasan bu qədərdə yoxdaa
@heyran333
@heyran333 15 күн бұрын
Tək adamın işi ola bilməz bu yeyinti sistemli şəkildə edilib yəqjnki
10 minə yaxın şəxsi aldadıb pullarını alanlara hökm oxundu
17:27
Can you beat this impossible game?
00:13
LOL
Рет қаралды 39 МЛН
О, сосисочки! (Или корейская уличная еда?)
00:32
Кушать Хочу
Рет қаралды 8 МЛН
Fırıldaqçı falçı tapıldı. Polisə təhvil verildi
10:53
Seni Axtariram TV / Səni Axtarıram TV
Рет қаралды 64 М.
Baku TV - Canlı yayım 01.06.2024
Baku TV
Рет қаралды 208
Bu Şəhərdə Kimsə Yoxdur - "Çempion"  (13-cü seriya)
44:15
Xəzər Film
Рет қаралды 10 М.
Ağdam - İLAN ZƏHƏRİ YEYƏN ADAM
21:38
Peleng
Рет қаралды 144 М.
Under What Conditions and Where Do Azerbaijani Kurds Live?
33:54
Burak Durgun
Рет қаралды 118 М.