No video

“Tarqovı”da kafe sahibi olmaq üçün nə qədər pul lazımdır? - APA TV

  Рет қаралды 1,432

APA TV

APA TV

Күн бұрын

#APATV #cooffeeshop #kofeşop #Bakı #biznes #AynurQara #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
“Tarqovı”da kafe sahibi olmaq üçün nə qədər pul lazımdır? - APA TV
Öz biznesini qurmaq istəyənlər arasında kofeşop açmaq arzusunda olanlar da az deyil. Bəs kofeşop açmaq üçün nələr lazımdı? Bu sahə gəlirli hesab olunurmu? “Cib dostu” layihəsinin budəfəki bölümündə kofeşop biznesi ilə bağlı bütün detallara aydınlıq gətirəcəyik.
Əvvəlcə onu deyək ki, kofeşop açmağı planlayan kəs öncə mağazanı açmaq istədiyi yerdə gəzməli, ərazidə bu işdən başı çıxan sahibkarlarla məsləhətləşməlidir. İşin bir müddətlik həvəs olmadığına əmin olduqdan sonra mərhələli şəkildə atılacaq addımları dəqiqləşdirməlidir.
Kofeşop işinə başlamaq üçün əvvəlcə şəxsiyyət vəsiqəsilə Vergilər Departamentinə və ya ASAN xidmətə müraciət edərək VÖEN açılır.
Hüquqi sənədlər hazır olandan sonra obyekt sahibi ilə icarə müqaviləsi bağlanır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə danışılır, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit Mühafizəsi ilə bağlı məsələlər aydınlaşdırılır. Lazım gələrsə, obyektə və yerinə uyğun olaraq FHN-dən icazələr alınmalıdır.
Arzu İbrahimova onu da əlavə etdi ki, mərkəzi küçələrdə kofeşop işlətmək və işə başlamaq üçün minimum 20-25000 manat lazımdır. Bu vəsaitin əsas hissəsi təxminən 10-15 min manatı avadanlıqların alınması üçün xərclənir. Vəsaitin böyük hissəsi kofe aparatı üçün istifadə olunur. Minimum 3-4 min manatı isə icarə haqqı edir. İstifadə olunan əsas xammal, yəni süd və kofe üçün minimum 3000 manat xərclənir. Minimum 3-4 işçi nəzərə alınmaqla, onlara da aylıq təxminən 2000 manat verilir. İkinci əl avadanlıqlardan istifadə edildikdə isə start məbləği xeyli azaltmaq mümkündür. Ekspert həmçinin vurğuladı ki, biznesin uğurlu olması üçün işçilərin professionallığına və orada istifadə olunan avadanlıqlara diqqət etmək lazımdır.
Bəli, kofeşop açmaq üçün lazım olan hər şey ölkəmizdə var. Təki başınızda kreativ fikir, cibinizdə bir az pul olsun.
Aydın oldu ki, kofeşop açmaq istəyən kəs ən azı bir neçə aydan, bir ilə qədər həmin məkandan qazanc gözləməməlidir. İşləri uğurlu qura bilsəniz, 1 ildən sonra məkanın yerləşdiyi ərazidən, böyük-kiçikliyindən, iş sistemindən asılı olaraq aylıq təxminən 3-10 min manat qazanc əldə etmək olar. Bu məbləğin yüksəlməsi üçünsə məkanın maraqlı, fərqli, rahat olmasına çalışmaq lazımdır.
Kofeşopun yerləşdiyi ərazidən tutmuş, onun adına qədər bir çox amilə həssaslıqla yanaşmaq lazımdır. Adın qısa, yaddaqalan olması daha məqsədəuyğundur. Yeri isə biznes və ya iş mərkəzlərinin, universitetlərin, insanların çox olduğu digər məkanların yaxınlığında tapmaq lazımdır. Kofeşop üçün böyük mətbəxə ehtiyac yoxdur, minimal mətbəxlə də yaxşı bir menyu düzəltmək olar.
Kofeşop üçün avadanlıq seçəndə hər şey interyerə uyğun olmalıdır. Məsələn, qab-qacaq, işçilərin geyimləri, mebel və s. kimi hər bir detal konseptə uyğun olmalı, zəncir kimi bir-birini tamamlamalıdır.
Mütəxəssis onu da qeyd etdi ki, sahibkar Dövlət Məşğulluq Agentliyinə müraciət edərək avadanlıqları pulsuz da əldə edə bilər. Kofeşop açmaq üçün işin hüquqi tərəfindən və ilk addımlardan danışdıq. Əsas məsələ isə “kofeşop açan sahibkar ayda nə qədər qazanır” sualının cavabıdır. Buna görə də sahibkar Türkan Eyyubova ilə söhbətləşdik.
AYNUR QARA
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 3
@Misha-b5i
@Misha-b5i 10 күн бұрын
Sirket acmirameee
@user-iz5bx2zr8k
@user-iz5bx2zr8k 4 ай бұрын
Fövqalədə nə əlaqə
@barberelshad1247
@barberelshad1247 13 күн бұрын
Yanğın təhlükəsizliyi zad. Min dənə bəhanələri var
Bakıda çayxana açsaq, nə qədər qazanarıq? - APA TV
6:00
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 161 МЛН
BİZNES PLAN-Pub Kafe
17:29
Beledci Tv
Рет қаралды 9 М.
Elvin Dadaşsoy - Biznes qurmaq üçün nələri bilməliyik?
4:55
Elvin Dadaşsoy
Рет қаралды 78 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН