Рет қаралды 19,611
Bədii rəhbər: Elşən Hüseynov
Quruluşçu rejissor: Rəşad Süleymanoğlu
Oranjiman: Əməkdar Artist Vuqar Camalzadə
Montaj,qrafika və rəng: İlkin Eminov
Operator: Tərlan Haqverdiyev
Qrim: İradə Rzayeva
Musiqi: Bəhram Nəsibov
Söz: Rafail Oğuztürk
Xoreoqrafiya: Xalq artisti Rüfət Xəlilzadə və Əməkdar artist Xanlar Bəşirov
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Qarabağ Azərbaycandır:
Fani dünya bu qədər poza bilməz mizanı
Çaqqala yuva olmaz axı aslan məkanı.
Gəlirəm,gözlə məni,ağlama,gül Qarabağ,
Şuşadan boylanacaq Xarıbülbül,Qarabağ!
Nəqarət:
Fəxr edir ana torpaq,asiman,Qarabağ,
Şanlı bayaqmız ilə hər zaman,Qarabağ!
Qarabağ- Azərbaycandır, yurdum!
Nə gözəldir qədəmi müzəffər Ordumuzun,
İgid övlanlarıdır qəhrəman yurdumuzun!
Ölüm də gəlsə,səni məndən almaz, Qarabağ,
Şəhidlərimin qanı yerdə qalmaz,Qarabağ!
Müzəffər Ordumuzu uca ALLAH qorusun!
Müstəqil Yurdumuzu uca ALLAH qorusun!
Milli irsimizdədir haqq-ədalət,Qarabağ!
Tanrının nemətidir bu səadət,Qarabağ!
Nəqarət:
Fəxr edir ana torpaq,asiman,Qarabağ,
Şanlı bayraqmız ilə hər zaman,Qarabağ!
Qarabağ-Azərbaycandır, yurdum!
Ey şanlı bayrağı pak,azad Azərbaycanım,
Haqqın uğrunda zəfər bayrağısan meydanımın!
Üçrəngli bayrağımla budur müxtəsər xitabım!
Xaliqim ALLAH,köküm Türk və Qurandır kitabım!!!