Рет қаралды 222,817
Tofiq Musayevin Bellatordakı döyüşünün gözlənilməz qonağı - BAKU TV
Aktual xəbərlərimiz
• QARABAĞ XRONİKASI
• Playlist
• Playlist
Bir neçə gün əvvəl “Bellator” turnirində parlaq qələbəyə imza atan Tofiq Musayevin döyüşündən yeni görüntülər yayılıb.
Videodan aydın olur ki, yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov Tofiq Musayevin “Bellator” turnirindəki debüt döyüşünü izləyib. Veteran idmançı qarşılaşmanı məşhur menecer Abdel Azizlə birgə seyr edib. Tofiqin texniki nokautla qazandığı qələbəsindən sonra həmyerlimiz və Həbib arasında qısa dialoq yaşanıb.
Qeyd edək ki, Vaşinqton şəhərində baş tutan görüşdə Tofiq amerikalı Sidney Outlava cəmi 27 saniyə ayaqüstə qalmağa imkan verib. Rəqibini nokauta salan azərbaycanlı idmançı “Bellator”da keçirdiyi ilk döyüşünü uğurla yekunlaşdırıb.
Xatırladaq ki, T.Musayev peşəkar karyerası ərzində ümumən 23 döyüş keçirib. O, bu görüşlərin 19-da qələbə qazanıb və cəmi 4-də məğlub olub.
Sosial şəbəkələrimiz
/ www.baku.tv
/ bakutvofficial
/ bakutvofficial
t.me/bakutvxeber
www.baku.tv
© 2022 © All Rights Reserved ℗ Baku TV
#bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər