Рет қаралды 85,991
Səsyazma: BLACK ROOM Studio
Mix & mastering: Tuncer Ali
Beat: Arya
/ tunceralibr
/ tunceralibr
/ tunceralibr
/ tunceralibr
Dörd tərəf məzar, gözümdə xatirən yaşar,
Tanrı qəm yazar, hər bəndi damğalar basar,
Leyli gülümsər Məcnun eşqi qəlbə asar,
Sirat körpüsü, ətrafımız günahdan hasar.
Füzuli sevdası ürəklər xəyanət bəlası,
Yetim körpələrdi dövrümün qanlı Kərbəlası,
Barmaq uclarımda vərəm gözlərimdə mürəkkəb,
Dəlixanamda xəstə ruhlu şeirlərim düzəlməz.
Eşqi torpağa birləşdirib intihar yaratdı,
Qapı açıqdı ruhun gəlsin biləyimi qanatsın,
Dərdə yar edib dağıldı bu son qanlı nağıldı,
Ağ divarlarım qaraldı şeirim ölümü çağırdı.
Getdiyin hər diyar biraz kirlədirdi ürəyini,
Cənnətdən qayıt gəl gətir Bakının küləyini,
Bir gecə daha qələmə yadigardı sənin təkliyin,
Körpə qızım rəsmə baxıb “məzarımı da çək” deyir.
Xəyallarıma girmə tanrıdan sonuncu istək,
Dualarıma cavab vermə məzarından izlə,
Son dəfə son kabusumda görüşmüşdü bizlə,
Orda zaman dondu dedi ki “ləkələrivi təmizlə”,
Şəhər qar altında buludlarla yaramı gizlə,
Ayaqlar altında saçların tükəndi hisslər..
Odlar yurdunda gözlərim qaraldı hislə,
Ruhu təslim etdi Xəzərə ən gözəl dənizlər,
Qürbətə məktub yazıram deyir ki “acizsən”
Xəstəliyimə çarə deyil dualar hədislər,
Ay doğanda fatihəmdə ağladı İblislə,
Cənnətin yolunda dizlərimdə qanlı izlər...
Məndə cahan sığdı mənsə səhifələrimə sığmadım,
Son xatirəm olsun dəli şairin asılmağı,
Edam mənzərəsi inanclar töküldü boğazdan,
Dekabr gəlməsin, sən də ölmə gülüm! Biraz qal..
Əlim qana boyandı o gecə Tanrılar ağlayırdı,
Təmizliyimi sonda kirli gözlərə saxlayırdım,
Okeanlar gözyaşını qurutdu öldü mələklər,
Tanrım məni inkar etdikcə doldu qədəhlər.
Bir də yadımdan çıxır səsin, dağılır divarlar,
Nuhu gözləmədən gəldi sel dağıtdı bir anda,
Gəmilərimdə adəm oğlu Həqqi görüb inanmaz,
Həzrəti İsaya çarmıxam dumanlı bir axşam.
Ehtiyacım olduğu an bağlı olan telefonlara
Bağlı həyat keçirdim və cənazəsinə gecikdim,
Qaranlığımı çirkaba qatdım, qanlıdı hər addım,
Məni xəlq edərək verdiyi son sözləri satdı.
Xəyallarıma girmə tanrıdan sonuncu istək,
Dualarıma cavab vermə məzarından izlə,
Son dəfə son kabusumda görüşmüşdü bizlə,
Orda zaman dondu dedi ki “ləkələrivi təmizlə”,
Şəhər qar altında buludlarla yaramı gizlə,
Ayaqlar altında saçların tükəndi hisslər..
Odlar yurdunda gözlərim qaraldı hislə,
Ruhu təslim etdi Xəzərə ən gözəl dənizlər,
Qürbətə məktub yazıram deyir ki “acizsən”
Xəstəliyimə çarə deyil dualar hədislər,
Ay doğanda fatihəmdə ağladı İblislə,
Cənnətin yolunda dizlərimdə qanlı izlər...