Şuşa qayalıqlarından bir erməni baxırdı

  Рет қаралды 50,700

APA TV

APA TV

Күн бұрын

#APATV #Daşaltı #Şuşa #OrxanMəmmədli #Qarabağ #erməni #XanqızıNatəvan #İsabulağı #şəhid #XTQ #MüdafiəNazirliyi #Vətənmüharibəsi #44günlükmüharibə #Zəfərgünü #dəmiryumruq #vətən #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022
Kəndin adı çəkiləndə onsuz da başqa nəsə təsəvvür etmək çətindir. Burada ən çox gözə dəyən də elə daşlıq, qayalıqdır. Şuşanın altıdır. Materiala xəbər cümləsi ilə də başlaya bilərdim. Məsələn, uğursuz Daşaltı əməliyyatından 30 il keçir və sair. Amma bu gün bura qalib kimi gəlmişik.
Daşaltıya səfərimiz Müdafiə Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Kəndin girişində Daşaltı şəhidlərinə simvolik bir abidə qoyulub. Sayqı duruşundan sonra Müdafiə Nazirliyinin sözçüləri təkcə 30 il əvvəl şəhid olanlarımızı yox, 44 günlük vətən müharibəsində bu torpaqlarda şəhid olan oğullarımızı da xatırlatdılar.
Biz unutmuruq, unutdurmuruq. Bu vətən uğrunda canından keçən hər kəsi yad edirik. Təntənəli marşdan sonra kəndə doğru irəlilədik.
Məşhur daşaltı kəndindəyik. İndiyə qədər buranın adı internet resurslarında axtarışa veriləndə məğlubiyyətlə xatırlanırdı. Amma 2020-ci ilin noyabrın 4-də Azərbaycan Ordusu buranı işğaldan azad etdi və 28 il ruhu burada nigaran dolaşan şəhidlərimizin qisası alındı.
Biz 44 günlük Vətən müharibəsində Daşaltını düşməndən pusquyla, hiyləylə yox birbaşa həmləylə azad etmişik. Bura hücum edən hərbçilərimizdən biri də taborunu Daşaltıya endirəndə ağır yaralanan mayor Həmid Əliyevdir.
Ayın 2-si gördüyünüz o 1553 yüksəkliyinin sol tərəfində yerləşdik. Oradan ərazini kəşfiyyat etdikdən sonra noyabrın 3-də yüksəkliyi tam əldə etdikdən sonra ayın 4-də Daşaltıya girdik. Bu ərazi çətin olduğuna baxmayaraq bizim üçün heç nə maneə törətmirdi. Əksinə bizdə stimul yaratmışdı ki, biz buranı almalıyıq. Biz bura kiminsə torpağını almağa gəlməmişdik, öz torpağımızdır. Bizim şəhid və qazi qardaşlarımızın qanı bahasına gəlib bura çıxmışıq. Taborumda 57 şəhidim olub, Allah onlara qəni-qəni rəhmət eləsin.
Müsahibə vaxtı onu da öyrəndik ki, hərbçimiz hazırda da taboruyla burada xidmət edir.
1992-ci ildə vahid komandanlığın olmaması ağır itkilərə səbəb olmuşdu. Şuşanın altında yerləşən kəndi elə yuxarıdan vurmaqla da azad etmək olardı. 2020-ci ilin noyabrın 4-də Azərbaycan ordusu buranı elə yüksəklikdən hücum etməklə azad etdi. Vəziyyət dəyişmişdi. Daha çətin tapşırıq vardı. Yenidən yüksəkliyə - Şuşaya qalxmaq lazım idi.
Biz isə Qubadlı ərazisindəydik. Orada bizə tapşırıq gəldi ki, Şuşa istiqamətində bizim Xüsusi Təyinatlı Qüvvələrimiz irəliləyib. Biz də getməliyik ki, XTQ ilə birlikdə Şuşaya qalxaq. Gecə saat 3 olardı. Gətirib bizi Topxana meşəsində yerləşdirdilər. Qarşımızda gördüyümüz yüksəklikdir. Çıxdıq həmin yüksəkliyə, ərazini müşahidə etdik. Komanda gəldi ki, Daşaltı işğaldan azad olunmalıdır. Bizim XT-lər ermənilərin xəbəri olmadan Şuşada döyüşürlər. Yəni biz Şuşaya çıxmalıyıq. Və bir gün ərzində biz o yüksəklikdən Daşaltıya sızdıq.
Burada bir haşiyə çıxım. Müsahibim Seymur demir ki, düşdük. Kəndin relyefinə nəzər saldıqda - bu qayalıqlara, meşəliklərə baxanda görürsən ki, bura elə sızmaq olar, düşmək yox.
Bir neçə istiqamətdən sızdıq və gecə saat 5 olardı, hələ də atışma gedirdi. Səhər 7-də bizə məlumat gəldi ki, Şuşaya qalxmalıyıq. Səhər 7-də biz Daşaltını düşməndən tamamilə azad etdik.
Buranı ev-ev, küçə-küçə gəzdikcə burada hansı döyüşlərin getdiyini təsəvvür etmək çətin deyil. Gizlənməyə, pusquya salmağa o qədər yer var ki. Hər anı təhlükə olub. Di gəl, ordumuz buranı erməni silahlılarından 2 günə təmizləyib.
Daşaltını azad edən hərbçilərimizdən biri də Fəriddir. Söhbət əsnasında məlum oldu ki, o da hazırda elə bu ərazidə xidmətini davam etdirir.
Qar yox idi. Amma hava duman idi. Xatırlamaq deyəndə, çətin günlər idi amma şərəfli günlər idi. Qismət oldu o günləri yaşadıq. Var olsun Azərbaycan ordusu! Var olsun Azərbaycan xalqı!
Daşaltıyla sağollaşıb, Şuşaya doğru qalxırıq ki, ora da bir salam verək. Nəzərimdən bir şey qaçmadı. Azərbaycan oğullarının Şuşaya dırmaşdığı bu qayalıqlardan Daşaltıya sanki bir məyus erməni siması baxır.
Şuşanın şüşə kimi havasında bir qədər gəzəndən sonra üzü yaza bir də gəlmək ümidiylə xudahifzləşib gedirik. Hər dəfə zirvəyə doğru qalxanda məyus erməni simasını bu qayalıqlarda görəcəyik.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 60
@Танкигрязинебоятся-ч9о
@Танкигрязинебоятся-ч9о 2 жыл бұрын
Sizi bu dunyaya getiren analarin elinden öpurem. Allah Şehidlerimize rehmet elesin. Allah Gazilerimize şefa versin. Allah milletimizi gorusun.
@aytenquliyeva2381
@aytenquliyeva2381 2 жыл бұрын
Allah qorusun sizi Azərbaycan əsgəri qarda boranda səngərdə kafirlərlə üz üzə vətən qoruyursunuz Allah sizləri rusların ermənilərin hiyləsindən gülləsindən qorusun Amiiin əziz qazi qardaşlarımıza Rəbbim şəfasını əsirgəməsin,əziz Şəhidlərimizə Rəbbim qəni -qəni rəhmət etsin məkanları cənnət olsun əzizlərinə səbir dözüm ihsan etsin uca Allah
@aynurliyeva6484
@aynurliyeva6484 2 жыл бұрын
Səninlə qürür duyuruq atam Mayor Həmid Əliyev. 14 illik sənsiz gecən uşaqlığım...həyatımda dəyər verdiyim ömrümü fəda edəcəyim 3 şəxs atam anam bacım.Atam mənim baş ucalığımdır özümü güvəndə hiss etməyimdi,hər anımda başımın üstündə nəfəsini hiss etdiyim kəsdir Gücsüz anlarımda güclü olduğumu hiss etdirəndir.Atam məni bu dünyada dəyərli hss etdirəndi Allahın qız övladına verdiyi ən gözəl vasitə.Həmd olsun ALLAHA Daşalta gedən döyüşlərdə vuruşan yaralanan....əməliyyatını uğurla başa vuran qəhrəmanım
@azrazrbaycanl3111
@azrazrbaycanl3111 2 жыл бұрын
Afərin Azərbaycan igidləri
@mehemmedagalarov6403
@mehemmedagalarov6403 2 жыл бұрын
Allah atanıza uzun və sağlam ömür versin onlar hamimizin qürur yeridir.
@iradaibrahimova2007
@iradaibrahimova2007 2 жыл бұрын
Halaldı Orxan 👍Çox ətraflı məlumat və görüntülər üçün təşəkkürlər 🙌🙌🙌🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@umudlu4772
@umudlu4772 2 жыл бұрын
Afərin Orxan! Yolun uğurlu olsun! Allah səni və ürəyi vətən eşqi ilə döyünən hər bir vətəndaşımızı qorusun!
@dosttelekom2880
@dosttelekom2880 2 жыл бұрын
Allah müqəddəs vətən uğrunda canından keçən şəhidlərmizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət . Bəli əziz hərbiçilər əziz qazilərmiz siz tarix yazdız ki, böyüməkdə olan yeni nəsillərmiz oxusun.
@nicatmammadov5456
@nicatmammadov5456 2 жыл бұрын
Var olasan Orxan. Səsin Xankəndindən, Ağdərədən, Xocalıdan gəlsin inşallah...
@umudlu4772
@umudlu4772 2 жыл бұрын
Amin! Allah bütün oğullarımızı qorusun!
@arzubeymuradov408
@arzubeymuradov408 2 жыл бұрын
MƏN ONDA ORDA İKİ EV YANDIRDIM .SATÜINLIQ OLDUQUNA GÖRƏ ERMƏNİLƏR ƏVVƏLDƏN GÖZLƏYİRDİIƏR. MƏN İCRADA TƏKLİF EIƏDİMKİ QAZ BORUSUNA BENZİNLƏ QARİŞIQ MAYE BURAXAQ HARDA İSİNİRLƏSƏ YANSİNLAR DEŞİKLƏRDƏN ÇİXSİNLAR. İCRA BAŞÇİSİ DEDİ YOX ONLAR BİZİM VƏTƏNDAŞLARDİR. HAYIF ŞƏHİD QARDŞLARIMIZA ÇOX UŞAQ QIRILDI. MƏN EVƏ QAYIDANDA BÜTÜN ÜSTÜM UŞAQLARIN YARASINDAN AXAN QAN İDİ.
@AlifaqaAlfaqov
@AlifaqaAlfaqov 2 жыл бұрын
Аллахым озун есгерлеримизи ичимиздеки ермени сифет мемурлардан горусун, шехидлеримизи рехмат еласин газилеримиза шефа версин, Азербайджан есгерлерина джан саглыгы версин, бес бизим гачгынларымыз не вахт гайыдар оз деда баба торпагларымыза,
@faiqahmadov616
@faiqahmadov616 2 жыл бұрын
Canimiz qurban Azərbaycan əsgərinə Allah Azərbaycan esgerini qorusun
@baxtiyarqasimov740
@baxtiyarqasimov740 2 жыл бұрын
Ola biler ki , iller conra , zaman deyise , gelecek nesiller sizi unuda. Allah derkahinda siz hec vaxt unudulmazsiz . Sizin. Sehid adiniz uca. Allahin yaninda sizin cennete vesiqenizdir. Allaha and olsun ki , sizim yerinize olmek isterdim .
@qruz-2007
@qruz-2007 2 жыл бұрын
DAŞALTİ nece ogullar apardi.
@sadigsultan569
@sadigsultan569 2 жыл бұрын
Allah rəhmət eləsin bütün şəhidlərimizə, qəbirləri nurla dolsun, ordumuzun bütün əsgərlərini və zabitlərini qorusun və xoşbəxt eyləsin. Amin Ya Rəbbim
@A-H-61
@A-H-61 2 жыл бұрын
Bir daş altda,bir Şuşa üstə.. Müəllifə təşəkkür edirəm.
@orxanmammadli5310
@orxanmammadli5310 2 жыл бұрын
Buyurun, bəy. Var olun!
@sefa6585
@sefa6585 2 жыл бұрын
Şuşa sən əbədi bizimsən ŞUŞA BİZİMDİR İGİDLƏRƏ ESQ OLSUN 🇦🇿
@baharsemedova965
@baharsemedova965 2 жыл бұрын
Düşmən gülləsindən uzaq olasız allah qorusun sizi
@musviqlacinli123
@musviqlacinli123 2 жыл бұрын
Ocur eziyetle alinan torpaqlarmiza butun Azerbaycan getmelidi day ilde bir nefer birdefe getmeli deyil
@adiloglupenah6270
@adiloglupenah6270 2 жыл бұрын
SAĞ OLUN Kİ VARSIZ AZƏRBAYCAN ƏSGƏRİ👏👏 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@hhr2029
@hhr2029 7 ай бұрын
Shukur olsun bu gunu bize yashadan Allaha, Allah shedilerimize rehmet etsin , Allah ordumuzu ve komandanimizi qorusun 🤲🏻🤲🏻🤲🏻
@oktayuraltay5767
@oktayuraltay5767 2 жыл бұрын
Peki yaşasın Şanlı Ordumuz. Handendi, Ağdere, Xocavend, Xocali, Esgeran ve Laçın ne zaman azad olacak. Kimse bu konuda hiç bir şey söylemiyor. Can Azerbaycan
@055BOR
@055BOR 2 жыл бұрын
2 yıldan sonra
@sonaalieva3976
@sonaalieva3976 Жыл бұрын
Аллах шахидларымыза рахмад еласын амин Ордумуза чан саглыгы
@hfnfbefvwvs9522
@hfnfbefvwvs9522 2 жыл бұрын
ALLAH.BUTUN.SEHIDLERMIZE.REHMET.EEYLESIN.QAZILERMIZE.SIFALLAR.VERSIN.ALLAHLM.
@FiruzAliyev-y4g
@FiruzAliyev-y4g 2 жыл бұрын
Allah səni güldürsün. Yaman dedin ha: məyus erməni sifəti Erməni rojası böyük və zərbədən əyilmiş bir rubilnik ilə.
@Ertugrulbey34.
@Ertugrulbey34. 2 жыл бұрын
Siz özgürce orada nefes alabiliyorsanız Unutmayın ki civanlar oralar da son nefesini verdi. 🇹🇷 🇦🇿
@umudlu4772
@umudlu4772 2 жыл бұрын
Ürəyinizə sağlıq!
@sahbazelioglu8783
@sahbazelioglu8783 2 жыл бұрын
Duz deyirsiz şərəfli gun idi amma hökumət minnətnən 80 manat bizə təqaud verir
@s.g4496
@s.g4496 Жыл бұрын
Siza can qurban alah sahidlrmaza rahmat elasin safa versin qadrinizi bilmir bu hakimayat
@zeynebbagirli5223
@zeynebbagirli5223 Жыл бұрын
Var olsun Azərbaycan ordusu .
@Yunjinscatww
@Yunjinscatww 2 жыл бұрын
Qana,qan Cana-can🇦🇿♥️🇹🇷✊
@hfnfbefvwvs9522
@hfnfbefvwvs9522 2 жыл бұрын
ALLAH.BUTUN.SEHIDLERMIZE.REHMET.EYLESIN.QAZILERMIZE.ACIL.SIFALLAR.BERSIN.ALAHLM.ZENGILAN.ERVAN.XANKENDI.HOCALL.LACLN.KELBECER.HOCALL.HOCAVEND.FIZULI.DASALTL.HADRUT.AZERBAYCANLNDLR.
@rovwenosmanov4666
@rovwenosmanov4666 2 жыл бұрын
Sizlerle fexir edirik haminizla...amma meni yalniw anlamayin ,istemezdim zabitlerimiz kadraviklerimiz bele qarınlı olsun , formada olmalidir zabitler bir novde canli numune kimi !
@A.S_7.7.7
@A.S_7.7.7 2 жыл бұрын
ALLAH BUTUN ESGERLERIMIZI QORUSUN SEHIDLERIMIZE REHMET ELESIN QAZILERIMIZEDE CAN SAGLIGI A.M.I.N К.А.Р.А.Б.А.Х ЭТО АЗЕРБАЙДЖАН.
@zobi4028
@zobi4028 2 жыл бұрын
🇦🇿🐺 CANAVAR ORDU✊✊
@aze0196
@aze0196 2 жыл бұрын
O torpagn her qariwi muqeddesdi .qanla yogrulub
@faiqahmadov616
@faiqahmadov616 2 жыл бұрын
Yaşasin Qüdrətli Azərbaycan ordusu
@leorojas7656
@leorojas7656 2 жыл бұрын
Ahsan Bizim Asgarlarmize
@samsungbaku8679
@samsungbaku8679 2 жыл бұрын
Ela
@Nadir322
@Nadir322 2 жыл бұрын
Amon bir çoxu daşaltı hadisəsində satqınların üzündən şəhid oldular
@g.q4679
@g.q4679 2 жыл бұрын
Allah qorusun sizləri allah amaninda
@sumqayit5579
@sumqayit5579 2 жыл бұрын
Azərbaycanın igid oğullarına eşq olsun
@butovazrbaycan552
@butovazrbaycan552 Жыл бұрын
Mahnıya bax dəəə Bizim öz marşdarımız hara getdi görəsən ?
@izleyici909
@izleyici909 2 жыл бұрын
Tabor orda yerleshir burda yerleshir.. qardash olmaz bele. niye deyirsiz? niye bildirirsiniz axi harda oturur tabor rota manga..?? niye axi?? olmaz.!!!! kesin cixarin bele kadrlari, danishiqlari.
@qruz-2007
@qruz-2007 2 жыл бұрын
Biz aldiq sizde gedin yerliperestlik edin orani da zebt edin.netice?yene hemin pox olacaq.reallig aci olur
@faiqahmadov616
@faiqahmadov616 2 жыл бұрын
Heç bir mane Azərbaycan esgerini qarşisini kese bilmez
@iradebabasova7519
@iradebabasova7519 2 жыл бұрын
Qarabağ o qədər canlar aldı ki 🥺 həmişə qarabagın qayıtmağını çox istəyirdim qarabağlı olmasam da ora ata baba torpaglarımız olub və erməni kimi şərəfsiz bir millətin tapdağı altında qalmışdı çox əfsuslar olsun Qarabağ bizə çoox baha başa gəldi. Ruhunuz şad məkanınız cənnət olsun nakam şəhidlərimiz 🥀 Allah birdə bizə o faciələri yaşatmasın 🤲
@musabiceferov9447
@musabiceferov9447 2 жыл бұрын
ЕШГ ОЛСУН АЗЕРБАЙДЖАН ОГУЛЛАРЫНА. АКАР БИЛИЙИМИЗ ОЛСА ВА ИЧИМИЗ ДА ХАИНЛАР ОЛМАСА ДУНЙА ДА ХЕЧ БИР МИЛЛАТИН БИЗА КУЧУ ЧАТМАЗ.
@rasimsdullayev398
@rasimsdullayev398 2 жыл бұрын
✌🇦🇿🇦🇿🇦🇿✌
@cavidismaylov4223
@cavidismaylov4223 2 жыл бұрын
Qələbə.deylığn.budu.
@reshatavciogluovchuyev7671
@reshatavciogluovchuyev7671 2 жыл бұрын
1 esr boyunca, turkiyede şehidlerin dalinca ,qerbin zurnasini calirdilar, sonra şehid sozunun "allah ugrunda" heyatin qurban verenler oldugunu anladilar, indi ruhlarina fatihe oxuyurlar....
@НазакетНагиева-д6н
@НазакетНагиева-д6н 2 жыл бұрын
🇦🇿🤲❤️
@uzeyiribrahimov5739
@uzeyiribrahimov5739 2 жыл бұрын
Qarabağ azərbaycan dır zəngəzur xocalı xocəvəd xankəndi göyçə qafan Laçın kəlbəcər şuşa ağdərə azərbaycan dır rusya düşməndir rusya çıxsın
@СамирГарайев
@СамирГарайев Жыл бұрын
Yasa Azerbaycan 🇦🇿🇦🇿🇦🇿🇦🇿
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 5 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Ermənilər tərəfdən çəkilmiş həmin video / 2014-cü il avqust ayı
29:43
Mircavidan Niftullayev
Рет қаралды 806 М.
Şəhidin qızı atasın nece qarşıladı | qanin yerde qalmayacaq
13:15
Rahid Hamidli team
Рет қаралды 1,9 МЛН
Əşyalarını toplayıb Qarabağı tərk etdilər
9:50
İCTİMAİ TV
Рет қаралды 329 М.
“Dəniz səviyyəsindən Şuşa qədər uca” - FİLM
28:16
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН