Uşaqları telefondan necə uzaq tutmalıyıq? | Как уберечь детей от телефона?

  Рет қаралды 530

iz tv

iz tv

2 жыл бұрын

Dünya alimləri dəfələrlə bildirirlər ki, azyaşlı uşaqlar üçün smartfon telefonları təhlükəlidir. Aparılan təcrübələr onu göstərib ki, 2 yaşına qədər uşaqların əllərində uzun müddət smartfon saxlaması onların nitqinin inkişafını əngəlləyir. Ümumilikdə isə 2 yaşına qədər körpə uşaqlara mobil vasitələrin verilməsi doğru deyil.
Qeyd edilir ki, daha böyük yaşlı uşaqlar isə gün ərzində gün ərzində cəmi 2 saatdan artıq məşğul olmasalar yaxşıdır. Yeniyetmələrə gəldikdə isə valideynlər uşaqlarını daha çox təhsillə bağlı məlumatları izləməsinə diqqət etsinlər. Ən azından telefonlardan yayılan radiasiyanın insan orqanizminə, xüsusən də uşaqlara necə ziyan vurduğu hər kəsə məlumdur.
***************************************************************
Mobil telefonların insan orqanizminə zərərləri barədə çox danışılır. Buna paralel olaraq dünya alimləri mobil telefonların zərərləri barədə də araşdırma aparırlar. Mobil telefonlar uşaqlara ikiqat mənfi təsir göstərir. Mobil telefonların uşaqlara zərərləri ilə bağlı aparılan ən son araşdırmaların nəticələri:
Telefonda oyun oynamaq, uzun müddət şəkillərə baxmaq uşaqlarda baş və boyun ağrılarına səbəb olur.
Telefona baxmaq üçün uşaqlar həmişə önə əyildikləri üçün onurğalarına yük düşür ki, bu da onların duruşlarında yavaş-yavaş problemə çevrilir.
Telefonda oyun oynamaq uşaqların bədən və beyninin hər an radiasiyaya qalması deməkdir.
Telefonunuz enerji yığarkən onu uşaqların olmadığı otağa və ya mümkün qədər uzaq bir yerə qoyun. Bununla onları telefonun ətrafa yaydığı mənfi enerjidən uzaqlaşdırmış olarsınız.
Uşaqlar mobil telefonu ələ aldıqları zaman onların orqanizminin radiasiyaya məruz qalması rekord səviyyəyə çatır.
Uşaqlar qulaqcıqla musiqi dinləyəndə onların qulaq içindən beyinə səs dalğaları ötürən hüceyrələri zərər görür. Bu isə bir müddət sonra onlarda hiss etmə, duyma qabiliyyətini zəiflədir.
Ağıllı telefonlarda oyun oynayan zaman uşaqların biləkləri yorulur, barmaq ucları şüaya daha çox məruz qalır.
“Telefon xəstəsi” olan, hər gün saatlarla mobil telefonla təmasda olan uşaqların xərçəngə tutulma riski yüksəkdir.
Mobil cihazlar və kompüter uşaqlarda yaddaş pozğunluğuna, zehni inkişafın ləngiməsinə gətirib çıxarır.
Mobil telefonun yaydığı şüalar yeniyetmələrdə sperma hüceyrələrinin ölməsinə səbəb olur. Xüsusilə son illər sonsuzluğun artmasının bir səbəbi də budur.
Uşaqlar yatdığı zaman otaqda mobil telefon olarsa, onlar üçqat radiasiyaya məruz qalırlar.
Mobil telefona öyrəşən uşaqlar digərləri ilə müqayisədə əsəbi olurlar.
Psixoloqlara görə, hər gün telefonda oyun oynamağa, şəkillərə baxmağa öyrəşən uşaqlar bundan məhrum edildikdə müxtəlif vasitələrlə bunun “qisasını” almağa çalışırlar. Valideynlərin çoxu bunun fərqinə varmır.
Mobil cihazlar uşaqlarda yuxu pozğunluğuna səbəb olur.
Gözləri zəiflədir.
Mobil telefon dalğaları uşaqların qan hüceyrələrinə, saç köklərinə ikiqat mənfi təsir edir.
Mobil telefonların uşaqlara elə mənfi təsirləri də var ki, onlar illər sonra ortaya çıxır.
********************************************************************
Statistikaya görə, müasir zamanda uşaqlar ekran qarşısında gün ərzində 6-7 saat vaxt keçirirlər. Bir çox uşaqlar artıq iki yaşından mobil qurğularla tanış olurlar və internetdən istifadə edə bilirlər. Pediatrlar 12 yaşadək uşaqlara mobil telefonlardan istifadəni qadağan etmələrinin 5 səbəbini açıqlayıblar.
Onları təqdim edirik:
1. Qadjetlərdən asılılıq
Analar xəbərlərə, seriala baxır, oyun oynayır və beləliklə də uşaqlarından uzaqlaşırlar. Buna görə də uşaq ona diqqətin kifayət qədər olmamasını texnika ilə kompensasiya edir. Beləliklə də uşaq telefondan asılı vəziyyətə düşür.
2. Şüalanma
2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonlardan ayrılan şüaların xərçəngə yol aça biləcəyini bildiriblər. Bundan əlavə uşaqların beyni və immun sistemi inkişaf etdiyinə görə zərərli təsirlərə daha həssas olurlar.
3. Baş beynin inkişafına təsir edir
Körpənin beyni ilk 2 ildə 3 dəfə böyüyür. Ətraf mühit beynin inkişafına mənfi təsir göstərə bilər.
4. Piylənmə
Bütün gün televizora baxmaq və telefonla oynamaq qidalanma rejimini pozaraq uşaqların piylənməsinə səbəb ola bilər. Elektron vasitələrdən kontrolsuz şəkildə istifadə edən uşaqlar arasında piylənmə 30% çox müşahidə edilir.
5. Aqressivlik
Kompüter oyunlarında və televiziya verilişlərində olan qəddarlıq öz əksini real həyatda tapır. Uşaq hazır rəftar sxemi alır. Bir çox araşdırmaçılar belə qənaətə gəliblər ki, ekranda əks olunan qısamüddətli zorakılıq görüntüsü uzunmüddətli effekt verə bilər. Aqressiya özünü həmin dəqiqə deyil, uzun illə sonrası da büruzə verə bilir.
__________________________________
Bizi sosial şəbəkələrdə izləyin:
KZbin I bit.ly/2KF8uLP
İnstagram I bit.ly/2Ior3Cy
Facebook I bit.ly/2x2MAtX

Пікірлер
Anaların əsəbi olmalarının 6 səbəbi
9:14
Psixoloq Elmir İsgəndərov
Рет қаралды 39 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,8 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 601 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
NASIL UZUN VE VERİMLİ DERS ÇALIŞABİLİYORUM ?
3:40
Burak Mert Yıldırım
Рет қаралды 262 М.
Amerikada vəziyyət necədir? Green Card ləğv olunur?
10:25
Amerika Dağılır
Рет қаралды 2,9 М.
Neyləyək ki, uşaqlar telefondan əl çəksinlər? - Uşaq psixologiyası.
13:44
Psixoloq Elmir İsgəndərov
Рет қаралды 107 М.
Abituriyentlər yuxu rejimini necə qurmalıdır
10:40
Alish Niftaliyev AZE
Рет қаралды 10 М.
Narınc Rüstəmova - Uşaqlarda telefon asılılığı
2:04
Narınc Rustemova
Рет қаралды 34 М.
VERGİSİZ TELEFONLAR AÇIKLANDI
5:04
Beyaz Kurt
Рет қаралды 298 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,8 МЛН