Рет қаралды 45,815
Uşaqların il ərzində 5-8 dəfəyə qədər respirator xəstəlik, qrip, zökəm ələmatlərini keçirməsi normal haldır. 8-10 və daha artıq xəstəlik keçirən uşaqlar tez-tez xəstələnən uşaqlar qrupuna aid edilir. Bu zaman mütləq altında yatan səbəb araşdırılmalıdır.
➖Tez-tez xəstələnən uşaqlar yüzdə əllisi allergik (yuxarı və aşağı tənəffüs yollarında allergik xəstəliyi olan) uşaqlar;
➖Yüzdə onu bədən müqaviməti aşağı olan uşaqlar;
➖Yüzdə otuzu baxımsızlıq nəticəsində (baxçalarda, məktəblərdə) yoluxan uşaqlar;
➖Yüzdə onu isə digər səbəblərdən xəstələnən uşaqlardandır.
Allergik səbəblərdən xəstələnən uşaqlarda simptomlar ilk öncə burun axması, asqırma, öskürmə və temperaturanın qoşulması ilə çox hallarda baş verir. Nadir hallarda isə ilkin olaraq temperatura müşahidə oluna bilər. Bunun altında yuxarı-aşağı tənəfüss yollarının allergik problemleri allergik bronxit, bronxial asma dayana bilər. Ancaq valideynlər bəzən bədən hərarəti yüksəlmədikcə xəstəliyi ciddiyiə almırlar. Bu gecikmə halları daha çox dərman istifadəsinə, hətta uşağın xəstəxanaya yatmasına səbəb ola bilir. Səbəbsiz öskürək, səhər yuxudan oyanan zaman bir neçə dəfə təkrarlan asqırma müşahidə edildikdə valideynlərin həkimə müraciət etməkləri tövsiyə olunur.
İmmun sistemi zəif olan uşaqlarda bunun səbəbləri araşdırılır və səbəb aradan qaldırılaraq uşaqlar sağlamlıqlarına geri qaytarılır.
Uşaqlar baxçaya və yaxud da məktəbə gedən zamanlarda təbii ki, adaptasiya məshələsində qədər xəstələnmələri müşahidə edilir. Ayda 5-8 dəfəyə qədər xəstələnməsi normal haldır. Zaman keçdikcə viruslara bədən alışacaq və daha az xəstələnəcəklər.
/ dr.kenan_qarayev
/ pediatr.usaqhekimi