Рет қаралды 2,826
#apatv #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ucar rayon Rafiq Abbasov adına Lək kənd 1 №-li tam orta məktəbin 1-ci sinfinə qəbul olmaq istəyən 2 uşaq təhsil ocağına qəbul olunmayıb.
Övladı məktəbdən kənar qalan valideyn Aidə Əhmədova deyir ki, uşağının 1-ci sinfə qəbul olunması ilə bağlı məktəbin direktoruna avqustun 19-da müraciət edib. Ancaq ona cavabı dünən veriblər.
Digər şikayətçi Nicat Heydərov deyir ki, yazılı surətdə övladının 1-ci sinifə qəbul olunması ilə bağlı müraciət edib. Ona da Ucar təhsil şöbəsindən gələn cavab məktubunda uşağını iki nömrəli məktəbdə oxuda biləcəyi tövsiyəsi verilib.
Müvafiq qurumların səhlənkarlığı səbəbindən məktəbdə başqa problem də yaranıb. 1-ci sinfə qəbul olan 26 şagirdin valideynləri uşaqlarını məktəbə buraxmaq istəmirlər. Valideynlər sinif otağının 26 şagird üçün həddən artıq dar olduğunu deyirlər. Onlar məktəbdə 2-ci sinfin açılmasını və ya daha geniş, standartlara uyğun sinif otağının ayrılmasını tələb edirlər.
Məktəbin direktoru Zakir Piriyev deyir ki, əvvəlcədən verilən proqnoza əsasən 20 uşağın 1-ci sinfə qəbulu ilə bağlı təhsil nazirliyinə məlumat göndərilib. Daha sonra 8 valideyn uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı müraciət edib. Onun sözlərinə görə, məsələ ilə bağlı yenidən təhsil nazirliyinə də məlumat verilib. Sisteminin qısa müddətdə açıq olması və internet zəif olması səbəbindən 2 uşaq barədə məlumatı çatdırıb sistemə yerləşdirə bilməyiblər. Bu səbəbdən də 2 uşaq təhsildən kənar qalıb. Məktəb direktoru onu da qeyd edib ki, 26 uşağın 2 sinfə bölünməsi onun səlahiyyətinə daxil deyil.
Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədov məsələyə şifahi olaraq münasibət bildirib. O qeyd edib ki, valideynlərlə söhbət aparılıb və onlara yaxınlıqdakı digər məktəbdə uşaqlarının təhsilə cəlb edilməsinin mümkün olduğu bildirilib.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV