Рет қаралды 6,221
Qərbin proksisi - Ukrayna. Mən demirəm, Böyük Britaniyanın məşhur keçmiş baş naziri Boris Conson deyir. Hesab edir ki, Qərb hazırda Rusiya ilə proksi müharibə aparır. Boris Consona görə, Ukraynanın müttəfiqləri onu bir əli bağlı döyüşməyə məcbur edir, Ukraynaya isə hərbi yardım lazımdır. O yardım bu çamadanda ola bilər? Almaniya kansleri Olaf Şolts 2 il yarımdan sonra Kiyevdə idi. Əlində böyük, gümüşü çamadanı ilə. “Çamadanınızda nə var” sualına belə cavab verdi: yol əşyaları, camaşır və bir neçə lazımlı başqa şey. O bir neçə başqa şeyin içində Ukraynaya hərbi yardım var idimi? Hələ məlum deyil. Amma deyəsən Zelenski yardımdan da əlini üzüb. Ümidsiz görünür. Etiraf edir ki, Ukrayna ordusunun işğal olunmuş əraziləri qaytarmaq üçün kifayət qədər gücü yoxdur. Ukrayna 3 ildir Rusiya ilə mübarizə aparır. Bu 3 ildə 80 minə yaxın əsgərini itirib. Düzdür, Zelenski ölən əsgərlərin sayının bundan az olduğunu deyir. Amma 60-70 min də Ukrayna üçün böyük rəqəmdir. Artıq Qərb mediası müharibəyə son qoyacaq ssenarilər təqdim edir. Bu ssenarilərdən heç biri Ukrayna üçün məqbul görünmür. Tramp komandasının isə öz ssenarisi var. Və bu ssenariyə əsasən, deyəsən, Ukrayna Rusiyaya ərazi güzəştləri etməli olacaq.
Bizi İzləyin:
Whatsapp: whatsapp.com/c...
Facebook: / ictimai.tv
Instagram: / ictimaitv.official
Teleqram: t.me/tvictimai
Sayt: itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet