Рет қаралды 28,209
Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza «Ginnesin rekordlar kitabı»na salınmaq üçün qeydə alınıb.
Gəncədə bu gün qeyri-adi, böyük bir layihə reallaşdırılıb.10 min gəncəli gənc Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaradıblar.
Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atıblar.
Elmar Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq «Ginnesin rekordlar kitabı»na daxil ediləcək və sertifikat təqdim olunacaq.