Vüqar Əbdülov x Nurlana Kərimli - Tövsiyə (Rəsmi Musiqi Videosu)

  Рет қаралды 6,527

Vüqar Əbdülov

Vüqar Əbdülov

Күн бұрын

Vüqar Əbdülovun Nurlana Kərimli ilə birgə ifa etdiyi "Tövsiyə” mahnısı artıq onlayndır.
Vüqar Əbdülova KZbin-da abunə ol: mikpro.az/vabd...
Musiqi və söz: Vüqar Əbdülov
Aranjiman: Cavid Cavadoğlu
Vüqar Əbdülovu sosial şəbəkələrdə izlə:
Facebook: mikpro.az/vabd...
Instagram: mikpro.az/vabd...
Genius: mikpro.az/vabd...
Vüqar Əbdülovu rəqəmsal platformalarda dinlə:
Keçid: mikpro.az/vabd...
Sözlər:
[Bənd 1]
Atalardan, babalardan bu zaman ötdükcə
Öyrənib dərk elədik, doğru sözün söz yeri var
Analardan, nənələrdən eşidib gördükcə
Başa düşdük, abır, ismət, həyanın öz yeri var
Bu zaman başqa zamandır, elə işlər var ki
Bilmədən nə isə deyərsən, səni birdən batırar
Bizim eldə papaq altında qədeşlər var ki
Mehribanlıq yaradar, hökmü ilə qan yatırar
[Nəqərat]
Atanın tövsiyəsindəndir
Yaşca böyüyə əl uzatmazlar
Ananın tərbiyəsindəndir
Yolda qız, gəlinə söz atmazlar
Kişinin fəlsəfəsi olsa
Kişini böhtana salmazlar
Qadının hövsələsi olsa
Qana fitva verən olmazlar
Adamı böhtana salmazlar
[Bənd 2]
Ehtiyacı olana əl tutub baş çəkmək ilə
İmkanı, şöhrəti-şanı geri düşməz adamın
Gülərüzlə yanaşıb bir kəsə dil tökmək ilə
Qırılan könlünü alsan, zəri düşməz adamın
Hətta dilbilməz adamla çalışıb dil tapasan
Bu nəzakət, belə rəftar hamının xoşuna gələr
Sən çalış, dərdi olan insana həmdəm olasan
“Qonşuya gülmə” deyiblər, adamın başına gələr
[Nəqərat]
Hər kimin etibarı yoxdur
O kəsi yaxına buraxmazlar
Baxma, qapısı, hasarı yoxdur
Qonşunun həyətinə baxmazlar
Qonşunun xeyrində-şərində
Bircə addım geri qoymazlar
Saymasan kimsəni dar gündə
Səni xoş günündə saymazlar
Adamı yaxına buraxmazlar
[Bənd 3]
Saf sevgidən qurulan ailə dövlət sayılır
Qorumaqçün onu uğrunda gərək can verəsən
Vətənin dur keşiyində, sənə qeyrət sayılır
Yağı düşmən hücum etsə, canı qurban verəsən
Əvvəlindən təməli möhkəm olan ailənin
Oğlu namuslu-şərəfli, qızı ismətli olar
Ailəsi ilə dəyərin bir tuta hər kəs vətənin
Qazanar ad el içində, özü qiymətli olar
[Nəqərat]
Arada sevgi falan yoxsa
Elçilər razılıq etməzlər
Qırx gün ötsə, çiləsi çıxsa
Çox güman ki, yola getməzlər
Nəyimiz varsa bizim, bəsdir
Özgənin haqqına girməzlər
Bizim üçün nə müqəddəsdir
Onu yad əllərə verməzlər
Özgənin haqqına girməzlər
Vüqar Əbdülov tərəfindən Nurlana Kərimlinin iştirakı ilə ifa olunan “Tövsiyə” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2024
Etiketlər:
#VüqarƏbdülov #Tövsiyə #mikpro

Пікірлер: 61
@Aydin_Xirdalanli
@Aydin_Xirdalanli 4 күн бұрын
Bu işlərin ustası, usdad Vüqar Əbdulov xeyili uğurlu olsun
@renamemmedova8131
@renamemmedova8131 3 күн бұрын
Uğurlu, xeyirli olsun.. Vüqar bəy illərdir bir birindən gözəl meyxana arxivi təqdim edir dinləyicilərinə.. Hər biri zəmanəylə ayaqlaşan, maraqlı mövzuları əhatə edir..
@ilqarbehmenov65
@ilqarbehmenov65 3 күн бұрын
Yaşa sənətkar. Əhsən.
@ulvihaciyev_
@ulvihaciyev_ 4 күн бұрын
Sənətkar Vüqar Əbilov həmişə ki kimi 👍
@aydinsani
@aydinsani 3 күн бұрын
İbrətamiz❤❤ var ol ay Ustad
@ResadNehmetov
@ResadNehmetov 4 күн бұрын
Uğurlu olsun 👍 Ustad Vüqar həmişə, fərqlənir əlyazmalarında
@Ilham_Aslanov
@Ilham_Aslanov 4 күн бұрын
Vuqar əhsən sənə ay qədeş, Cavidə eşq olsun.Nurlana xanım super!
@pervizarifofficial
@pervizarifofficial 4 күн бұрын
Maşallah, uğurlu olsun
@РусланДжабраилов-х4г
@РусланДжабраилов-х4г 3 күн бұрын
Vuqar cox isdedadli senetkardi Ela
@elmarmerdekan3237
@elmarmerdekan3237 4 күн бұрын
Əhsən Ustadımıza 👍
@xaliqekberofficial5281
@xaliqekberofficial5281 3 күн бұрын
Senetkarr 👍👍👍
@elxanxirdalan
@elxanxirdalan 3 күн бұрын
BİZ VÜQARDAN COOOX ŞEYLƏR ÖYRƏNDİK,,,DAHİ SƏNƏTKAR, GÖZƏL İNSAN, ,,,VƏ İLAXIR,,, ATDIĞIN HƏR BİR ADDIM UĞURLU OLSUN İNŞALLAH,,
@elnursukurov1427
@elnursukurov1427 4 күн бұрын
Saq ol Ustad yenə yaratmısan👏
@tural_sadiqov309
@tural_sadiqov309 4 күн бұрын
Mawallah Nurlana ezizmiz Xeyirli olsun ugur getirsin❤
@turalnqsicahan5834
@turalnqsicahan5834 4 күн бұрын
Superrr
@yusifceferli1885
@yusifceferli1885 4 күн бұрын
Xeyirli olsun
@eminkurdexani302
@eminkurdexani302 4 күн бұрын
Xeyirli olsun ustad❤🙏🙏
@vuqarbxtiyar1162
@vuqarbxtiyar1162 3 күн бұрын
Uğurlar 👍👏👏👏
@ZeynalabitdinCbraylov-sz4yt
@ZeynalabitdinCbraylov-sz4yt 3 күн бұрын
Əla mahnıdı🎉
@РоямАлиев
@РоямАлиев 3 күн бұрын
Vugar❤Allah sana our. Versun inwallah
@ArNur521
@ArNur521 3 күн бұрын
Beh beh beh. Ustaddan Ustadyana bir is
@elmirakerimova8650
@elmirakerimova8650 3 күн бұрын
Əziz tələbə yoldaşım Vüqar super.
@TerlanMastagaliOfficial
@TerlanMastagaliOfficial 4 күн бұрын
Gözəl sənət əsəridir👍 Uğurlar, sənətkar!
@MehmanQuliyev
@MehmanQuliyev 4 күн бұрын
👍👍
@sabahattinsariyev6462
@sabahattinsariyev6462 3 күн бұрын
👍👍👍👍👍
@behramhesenov9352
@behramhesenov9352 4 күн бұрын
🤙🤙
@aydinmukhtarov4361
@aydinmukhtarov4361 4 күн бұрын
aycan aycan, bir denesen Vuqar
@rzahuseynov2219
@rzahuseynov2219 3 күн бұрын
Perviz Bul buleni sizde gorduz ? 🙄
@joshgunfatullayev267
@joshgunfatullayev267 4 күн бұрын
sağol ay Vüqar. Amma tək oxusan bundan yaxşıydı məncə
@sedaqetelekberova8695
@sedaqetelekberova8695 16 сағат бұрын
Sağ ol Vüqar! Həmişəki kimi sözünü deyirsən.
@aytekinsemedli2011
@aytekinsemedli2011 4 күн бұрын
Ela Ela birde. Ela❤
@rovshenefendi120
@rovshenefendi120 7 сағат бұрын
Meyxananin ag uzu, Incesenet xadimi, Allah sizi var elesin, Meyxanadan uzaq salmasin. Ugurlariniz bol olsun.
@tofiqnovruzov9302
@tofiqnovruzov9302 Күн бұрын
Xeyrli olsun ela. Gelecek nesiller uchun ibretlik sozler var Allah var elesun. Qardawimizda nece Perviz Bulbuleye oxwadi birinci ele bildim odu 😉👍
@tofiqnovruzov9302
@tofiqnovruzov9302 Күн бұрын
Xeyrli olsun ela. Gelecek nesiller uchun ibretlik sozler var Allah var elesun. Qardawimizda nece Perviz Bulbuleye oxwadi birinci ele bildim odu 😉👍
@NareEfendioglu
@NareEfendioglu 3 күн бұрын
Vügar bey sesiniz müthiş, bol başarılar ve uğurlar diliyorum 👍👍👍👏👏👏
@Qalib_Sintez
@Qalib_Sintez 3 күн бұрын
👍
@vusaleliyev
@vusaleliyev 2 күн бұрын
Sağol Əbdül
@slstudio6772
@slstudio6772 Күн бұрын
Əsl sənətkar Allah hər zaman işlərini xeyirli etsin xeyir işlər görürsən tərbiyəvi əsərlər yaradırsan Allah sənə can sağlığı versin gözəl sənətkar...
@sebinebabayeva82
@sebinebabayeva82 Күн бұрын
Xeyrli,ugurlu olsun. Ibrətamizdir 👏👏👏
@MyBakinskiy
@MyBakinskiy Күн бұрын
Cox gozel. Ugurlu olsun. Birce falan sozu filan sozuyle evez olunsa daha gozel cixar
@brawlstarsprosu2089
@brawlstarsprosu2089 5 сағат бұрын
Zəhləm gedir bu Vüqardan
@eminrzayev2295
@eminrzayev2295 Күн бұрын
Xeyirli Uğurlu olsun Şair 👍👍👍👏👏👏👏
@fuad981
@fuad981 2 күн бұрын
Xeyrli olsun ay ustad
@memmednecefov8066
@memmednecefov8066 2 күн бұрын
Xeyirli olsun zamanin telebi ugur getirsin
@RustmEliyev
@RustmEliyev 3 күн бұрын
Xeyjrlu olsun insAllah
@hacimuqeddes
@hacimuqeddes 2 күн бұрын
Vüqar sənətkardir və hər zaman yaradır.
@KerbelayiSalman
@KerbelayiSalman 2 күн бұрын
Yaşa Usdad.Əhsən Sənətkar.
@ХирургОк
@ХирургОк 3 күн бұрын
Cox gözəl tovsiyələrdi.
@idealideal7964
@idealideal7964 2 күн бұрын
ALLAH XEYİR VERSİN DAY DAY
@xanimismayilova1916
@xanimismayilova1916 4 күн бұрын
Halal olsun əla yazilib iwlerinizde ugurlar❤😅ardi gelsin gozleyirik❤😂😊inseAllah❤
@XeqanEliyev
@XeqanEliyev Күн бұрын
Mohtewem👍👍 Sag olasiz
@Канал-я3ж
@Канал-я3ж Күн бұрын
Şedevr.... 🤣🤣🤣🤣🤣
@ВусалаГумбатова-н7е
@ВусалаГумбатова-н7е Күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@rlm6608
@rlm6608 4 күн бұрын
Vüqar sənətkardı
@MahmudAbasov
@MahmudAbasov 4 күн бұрын
Masalla Vuqar kendcim əla yazib yaratmisan
@XosrovKerimli
@XosrovKerimli 3 күн бұрын
👍👍👍
@esger_eliyev_official
@esger_eliyev_official 2 күн бұрын
Qəşəngggg
@ForMen-c7p
@ForMen-c7p 3 күн бұрын
Ugurlar❤❤❤
@rashadatbabayev979
@rashadatbabayev979 3 күн бұрын
Sağ ol ay Vüqar! Cəmiyyətin aktual problemlərini gözəl sözlərlə və musiqi ilə dilə gətirmisən. Allah səni qorusun.
@mehdi543
@mehdi543 3 күн бұрын
Pərviz Bülbülənin səyfəsinnən görüb gələnlər👋
Vüqar Əbdülov - Azərbaycan Diyarım (Rəsmi Musiqi Videosu)
13:22
Vüqar Əbdülov
Рет қаралды 271 М.
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Komedixana
Рет қаралды 39 М.
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 12 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 8 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 53 МЛН
Xəyyam (Meyxana 2024) - Popuri (Şərqin Səsi)
16:00
114 Group
Рет қаралды 234 М.
MEYXANA DAVASI - BALELİ MEHMAN ƏHMƏDLİ
10:32
FUTBOL XƏBƏRLƏRİ
Рет қаралды 17 М.
Cavidan Fatihi x Mübariz Tağıyev - Xatirə | Yay Festivalı
5:50
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 12 МЛН