Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin anım günündə büstünün açılışı olub

  Рет қаралды 2,788

Cenubtv az

Cenubtv az

Жыл бұрын

Sentyabrın 29-da Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.
Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, icti maiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.
Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. sonra büstünün açılışı oldu sonra şəhidin uyuduğu Göytəpə qəbirsdanlıqında şəhidin məzarını ziyarət etdilər

Пікірлер: 1
@aydinseferov5170
@aydinseferov5170 Жыл бұрын
Allah bütün şəhidlərimizi rəhmət eləsin!
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 30 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 23 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 31 МЛН
Bədəni yanan azərbaycanlı alim: "Məqsədim Nobel mükafatı qazanmaqdır"
11:55
cəlilabad göytəpə Bitməyən prablemlər!
31:10
HAQQIN TV
Рет қаралды 10 М.
Kərbəla Əsirlərinin Qəm Dolu Tarixi (ƏRBƏİN) Hacı Şahin-2019
14:10
Reklam-adam Əlibəy Məmmədov məşhur olmaq barədə
39:18
Şəhid GİZİR RƏHİMOV RAMİL SÜCƏDDİN OĞLU
5:51
ŞƏHİD GİZİR RƏHİMOV RAMİL SÜCƏDDİN OĞLU
Рет қаралды 279
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 30 МЛН