Vahid Dünya Mükafatının (OWA) qalibi Amin Babayev | One World Award Winner : Amin Babayev

  Рет қаралды 644

Fermer TV

Fermer TV

Күн бұрын

08 Sentyabr 2017-ci il tarixində Almaniyanın Legau şəhərində Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilmişdir.
Bu mükafat hər 3 ildən bir Ekoloji Kənd Təsərrüfatı sahəsində görülən önəmli işlərə və dünya ölkələrində iqtisadi,sosial və ekoloji inkişafa töhvələr vermiş şəxslərə və təşkilatlara təqdim olunur.
2017-ci il müsabiqəsinin qaliblərindən birisi tanınmış azərbaycanlı alim torpaqşünas, Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının banisi, AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Hacıbaba oğlu Babayevin son 20 ildən artıq bir dövrdə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafı sahəsinə, o cümlədən ETKT-nin Azərbaycanda təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin ali kadr hazırlığı işinə gətirdiyi dəyərli töhfələri, elmi təqdiqatların aparılması və praktiki sahədə əldə olunan nəticələri onun bu müsabiqənin qalibi olmasına əsas olmuşdur.
Mükafatı professor A.Babayevə Almaniyanın İqtisadi İnkişaf naziri Dr.Gerd Müller təqdim etmişdir. Mərasimdə Kənd Təsərrüfatı sahəsi üzrə dünyanın tanınmış liderləri, siyasi xadimləri və bu sahə üzrə peşəkar mütəxəssislər olmaqla 800-dən artıq qonaq iştirak etmişdir.
OWA müsabiqəsinin davamı olaraq Sentyabr ayının 9-12 tarixlərində Legau şəhərində Dünya Kənd Təsərrüfatı festivalı keçiriləcəkdir. Bu festivalda Azərbaycanda istehsal olunan Ekoloji Təmiz Məhsulların stendi nümayiş etdirilməklə yanaşı Ekoloji Kənd Təsərrüfatının inkişafına dair elmi metodiki materiallar,ekoloji məhsulların istehsalçıları və emalı ilə məşğul olan şirkətlər haqqında məlumatlar da təqdim olunur.
Qeyd edək ki, OWA mükafatı professor Amin Babayevə təqdim olunan üçüncü beynəlxalq mükafatdır. O daha öncə BMT-nin Lomonosov ordeni və Alim ulduzu kimi mükafatlara layiq görulməklə yanaşı bir neçə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. A.Babayev həmçinin 2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən AmerikaTorpaqşünaslarCəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvü olmaqla yanaşı öz ixtisası üzrə bir çox beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və redaktor müavindir.

Пікірлер: 1
@aminbabayev1818
@aminbabayev1818 6 жыл бұрын
Tebrikler
ВЫ ЭТОГО НЕ ЗНАЛИ - Жак Фреско
33:02
Жак Фреско
Рет қаралды 4,8 МЛН
Arıların Sirli Dünyası | Fermer TV
11:08
Fermer TV
Рет қаралды 10 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
One World Award 2017 Winner: Professor Amin Babayev from Azerbaijan
2:47
HEYDƏR ƏLİYEVİN ALİMLƏRLƏ AMEA- DAKI YIĞINCAĞI | 1996
33:46
Charlie Lucas | Centennial Oral Histories
54:10
Duke University
Рет қаралды 185
My North Korean Holiday: The Funniest / Worst Place on Earth?
55:10
Show Me the World
Рет қаралды 5 МЛН
معمای 2000 ساله ریاضی
26:30
Math baz
Рет қаралды 39 М.
Arıların payız qulluğu / Fermer TV
10:30
Fermer TV
Рет қаралды 56 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57