Vasif Adıgözəlov - "Qarabağ şikəstəsi" oratoriyası

  Рет қаралды 3,874

Mədəniyyət TV

Mədəniyyət TV

2 жыл бұрын

Copyright © Mədəniyyət TV
Görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun (1935-2006) şair, publisist Teymur Elçinin (1924-1992) sözlərinə yazdığı oratoriyanın yeni quruluşu 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunub. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə gerçəkləşdi.
Gecədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, yaradıcılıq təşkilatlarının rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak edirdi.
Layihənin rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru, Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeystri, Xalq artisti Gülbacı İmanova, quruluşçu rəssamı isə Fərid Nəcəfovdur.
Məşhur oratoriyanın yeni quruluşu Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar), filarmoniyanın Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının iştirakı ilə təqdim olunur.
KZbin kanalına abunə olun: bit.ly/2BpXnnT
Facebook - bit.ly/39jZ96G
İnstagram - bit.ly/30IIVjB
KZbin - bit.ly/39tyzYL
Rəsmi sayt: bit.ly/2OMoBrU
İnsanın tərbiyə almasında, mədəni-intellektual fərd kimi formalaşmaşında ailənin rolu nə qədərdisə, millətin də millət kimi formalaşmasında, zövqünün, mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası eynidir.
Azərbaycan Teleradio Verilişləri QSC-nin bazasında təzə yaranmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. “Mədəniyyət” kanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır. Dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları sürətləndirməyə başladı. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. “Mədəniyyət” kanalının açılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. “Mədəniyyət” kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranması da təsadüfi deyildi.
#AZTV #Mədəniyyət TV

Пікірлер: 7
@user-og5ik1em6q
@user-og5ik1em6q Ай бұрын
@salamaleykum5513
@salamaleykum5513 Жыл бұрын
👏👏👏👏👏👏👏👏👍👍👍👍
@abbaslinihad18
@abbaslinihad18 7 ай бұрын
🎉
@darklena110
@darklena110 Жыл бұрын
ƏLAAAA❤️🇦🇿🇦🇿🇦🇿
@abbaslinihad18
@abbaslinihad18 7 ай бұрын
Bəli
@letafetkerimova3578
@letafetkerimova3578 Жыл бұрын
👏👏👍👍 Qiraətçi, ifacilar, solo tar möhtəşəm. Ağ paltarlı qız Qarabağı təsvir edir? Oğlanlar biri birinin çiyninə çıxdılar. Şuşa qalası idi? Yoxsa Qarabağın əsarətdə olması?
@abbaslinihad18
@abbaslinihad18 7 ай бұрын
Çox qəliz musiqidir amma gözəldir
Saz-söz axşamı - “Lətif şah” dastanı |  22.06.2024
59:28
Mədəniyyət TV
Рет қаралды 20
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 157 МЛН
Vasif Adıgözəlov həyat və yaradıcılığı. Məmmədova Üıviyyə.
3:13
Bərdə 1 Nömrəli Uşaq İncəsənət Məktəbi
Рет қаралды 491
Xan Şuşinski - Qarabağ Şikəstəsi
5:37
Azerbaijan Music
Рет қаралды 760 М.
Ramiz Quliyev Qerenfil
5:49
Ramiz Guliyev
Рет қаралды 1,7 М.
Vasif Adigozelov "Bayram suitasi" (Shenlik suitasi)
10:08
Elshen Tahirov
Рет қаралды 11 М.
Qarabağ şikestesi. Oratoriya. Vasif Adigezalov.
7:02
Esrin ziyalilari .
Рет қаралды 8 М.
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН