Рет қаралды 15,793
Lyrics/Music : Aslixan
Beat/Mix&Mastering : Voobax
Directed by Nicat Alishov
Art Director : İlkin Broman
Public : Wediacorp
Special Thanks :
Seymur Hacıyev
Nahid Rizvanov
Eşref Ateş
Bezdim
Daha bezdim səndən
Hər kədərin, hər yolunu, bir gəzdim səninlə,
Qürurum mənə əyilməz ikən, əzdim səninlə.
Gücüm ancaq sözüm ilə çatıb, əzdim mən də, çünki, bezdim səndən.
İrəli gedən burada zamandı,
Tək qalan hər şey baş-ayaq tərsinədir.
Doğulandan bizə həyat imtahan,
Hələ görmədik bir dəfə də, dərsi nədir?
Hansı zaman? hansı dövür?
Sənə sayım dəyərləri? Hamısı ölüb!
Hansı sənət, axı hansı sənətkar?
Sənətin dəyərini hansı görüb? De!
Heç biri, şərt seçmirik,
Ya oyana, ya bu yana keç bilim.
Tez seç birini, burda hər şey ucuz,
Gör xoşbəxtlik necə ərşə uçub.
Yalan oğruladı paltarımı,
Suyu əynimə geyinəcəm.
Belə fərqlidir rollarımız,
sən oğruladıqca, mən deyinəcəm!
Daha bezdim səndən,
Hər kədərin, hər yolunu bir gəzdim səninlə.
Qürurum mənə əyilməz ikən, əzdim səninlə.
Gücüm ancaq sözüm ilə çatıb,
Əzdim mən də, çünki, bezdim səndən.
Bezdim səndən,
Səndəki hər doğru yalandır sezdim səndə.
Sənin üçün mən nə etdimsə, sən getdin məndən.
Mənə tərəf heç gəlmədin ki, sən getdim mən də.
Çünki, bezdim səndən!
Baxıram özümə ki, axmağam,
Kimə yol verdim, özüm qaldım arxada.
Tək partadayam, öndə saxtalar oturub,
Daha istəmirəm qalmaqal.
Yenə eynisən,
Tanrı bağışladı, yenə eyni səhv.
Lap, nə etsəm də, səninlə olmur,
Qeyrisən, yenə eyni səhv olsun?
Tərs düzgünlük deyən güzgümdür,
Yağır üzgünlük üzümdən.
Sözüm üstündür yüzündən,
Üzümüz yox üzsüzlər üzündən.
Biraz ürək istəyib,
“Nə deyərlər?” qayığına, kürək istəyirəm
Xəzərindən həzin külək istəyirəm.
Üzümü tutub sənə demək istəyirəm.
Daha bezdim səndən,
Hər kədərin, hər yolunu bir gəzdim səninlə.
Qürurum mənə əyilməz ikən, əzdim səninlə.
Gücüm ancaq sözüm ilə çatıb,
Əzdim mən də, çünki, bezdim səndən.
Bezdim səndən,
Səndəki hər doğru yalandır sezdim səndə.
Sənin üçün mən nə etdimsə, sən getdin məndən.
Mənə tərəf heç gəlmədin ki, sən getdim mən də.
Çünki, bezdim səndən!