Xəlil Rza Ulutürk - Yurdum, sənin sağlığına - Kamran M. YuniS

  Рет қаралды 1,192

Kamran M. YuniS

Kamran M. YuniS

Жыл бұрын

#kamranmyunis #xəlilrzaulutürk #kamranyunis #şeirlər
#poeziyateatrı #şiirler #sevgişeirləri #nizamialiyev
Xəlil Rza Ulutürk - Yurdum, sənin sağlığına
Piano - Nizami Əliyev - “Nağıl”
Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına
Unuduldum. Nə tutuldum, nə pərt oldum
Pıçıldadım öz-özümə - Xəlil sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının təkəm-seyrək ağlığına,
Ey dost sənin sağlığına!
Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın. Sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə,dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm sənin sağlığına!
Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar
Bir oğul var-Xəlil sənin sağlığına!
Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.
Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa,sənsən biri, Xəlil Rza!
Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum sənin sağlığına

Пікірлер: 27
@vusalemelik.8108
@vusalemelik.8108 Жыл бұрын
"Heç bir zaman qoltuqlara qısılmadın. Şax yeridin öz yolunla, düz yolunla!"🙏
@cickyags4191
@cickyags4191 Жыл бұрын
Mən heyranam sənin qaya dözümünə, dağlığına. 🌺🌺🌺🌺🌺
@yeganequliyeva664
@yeganequliyeva664 Жыл бұрын
Mən heyranam sənin qaya dözümünə, dağlığına. Allah rəhmət eləsin, məkanı cənnətlik olsun Dahimizin!🙏
@yaqutosmanli3183
@yaqutosmanli3183 Жыл бұрын
Ruhun şad olsun xalqimin əvəzsiz vətənpərvər oğlu. 🤲🤲
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v Жыл бұрын
Allah rehmet elesin veten esgi ile yanarag ureyimizde ebedi veten alovu,meseli yandirmagi bacarmis Xelil Rzamiza. 🤲🇦🇿🇹🇷 Tesekkurler Kamran bey. 🤝❤️
@dnizdniz7523
@dnizdniz7523 Жыл бұрын
Cahanda beş oğul varsa, Sənsən biri Xəlil Rza...
@dnizdniz7523
@dnizdniz7523 Жыл бұрын
Sən elə bir qartalsan ki, Qalxmağın var, enməyin yox, Xəlil Rza...
@dnizdniz7523
@dnizdniz7523 Жыл бұрын
Allah Sənə rəhmət eləsin, yerin cənnət olsun, böyük İnsan.
@shahlaibrahimli5600
@shahlaibrahimli5600 Жыл бұрын
🙏😌👏👏👏👍Həqiqətən də Xəlil Rza Ulutürk zirvədəki bir qartal idi, mərd, qorxmaz, qəlbi vətəniylə döyünən vətənpərvər şairimiz. Ruhun şad olsun, Səni hər zaman böyük sevgi , ehtiramla anırıq və anacağıq.🙏😔
@gurbanovanarmina4260
@gurbanovanarmina4260 Жыл бұрын
Ulutürk Xelil Rza Veten Köylerinin Qartali Ruhun Shad Olsun🤲👏👏
@natellahemzeyeva3675
@natellahemzeyeva3675 Жыл бұрын
Allah rəhmət eləsin Nur içinde yatsın Səsinə sağlık SƏNƏTKARIMIZ 🙏
@sevdasalayeva9482
@sevdasalayeva9482 Жыл бұрын
kaş ki yaşayardı...görərdi Təbrizin qanını yerdə qoymadı Qardaşlarımız...Vətən borcunu artıqlamasıyla yerinə yetirən nümunəvi bir ailə...qarşınızda baş əyirik,Ruhlarınız şad olsun...
@yeganequliyeva664
@yeganequliyeva664 Жыл бұрын
Gecəniz xeyir olsun Sevimli Sənətkarımız!🙏
@sevdasalayeva9482
@sevdasalayeva9482 Жыл бұрын
həqiqətən döyüşlər paytaxtı idi Xəlil Rza....
@raulagayev1657
@raulagayev1657 Жыл бұрын
🙏🙏
@behbudovamanzar
@behbudovamanzar 3 ай бұрын
Salamlar!Sizin bu şeiri deyən zaman necə qürurla deməyinizdən yaranan sevinc bütün çöhrənizə yayıldı!Bizə də öturuldu!Adam öz doğması üçün necə fəxarət hissi keçirərsə,siz də elə oldunuz!Sizin dayınız elə cahanda olan5 oğuldan biri oldu!Oğlu da 2_si!Siz də ...3_ sü!Qaldi:2 !Yurdu dayiniz sevdi,oglu da qorumağa getdi!Siz də...(indi " Yuxu kimi"yə baxıram!Siz də əsil kişi obrazında!)Yurdumuz olmasa,biz də yoxuq!Elə yurdun sağlığına içmək özü bir şərəfdir!Allah rəhmət eləsin!Həmişə yasar,vətənpərvər,unudulmaz şairimizə!Allah səsinizə qüvvət versin!Həmişə belə məğrur,qartal kimi zirvələrdə olun!Uzun ömür yaşayın!Öz ürəyiniz istəyən kimi!Allah sizi öz pənahında saxlasın!Amin!😮
@aygunaygun8263
@aygunaygun8263 Жыл бұрын
Kamran bey🙏🏻🙏🏻
@khalafov94
@khalafov94 Жыл бұрын
Əhsən. Səsinizə qüvvət Kamran müəllim.
@xatirebaxsaliyeva9507
@xatirebaxsaliyeva9507 Жыл бұрын
Gözəl şeir ,gözəl qiraət .Çox sağ ol dəyərli sənətçimiz .Xeyirli gecələr .
@yeganequliyeva664
@yeganequliyeva664 Жыл бұрын
Çox gözəl!🌺 Çox möhtəşəm!🌺🌺 Ruhunuz, səsiniz yorulmasın Ustad!🙏
@yaqutosmanli3183
@yaqutosmanli3183 Жыл бұрын
Hər zamaniniz xeyirli olsun deyerli sənətkar.
@nezaketletifova1118
@nezaketletifova1118 Жыл бұрын
🎧👍👍👍
@aygunagakisiyeva1547
@aygunagakisiyeva1547 Жыл бұрын
Sabahınız xeyir.sag olun.seher bewde bunu dinlemek o qədər xowdur.rehmetlik.Xelil müəl.esl azerb kiwisi .heç bu weirden xəbərim yoxdu.gozelliye bax sözlere bax.axir vaxtlar ewitdiyim en gözəl weirlerden biri oldu.ele bu da mehebbetdir.sizin dinləyicilərə qarwi hörmətimiz diqqətinizde mehebbetdir.bizim yetiwdirdiyimiz alaq otları incəsənəti yaman güne qoyub.cox sağ olun
@yeganequliyeva664
@yeganequliyeva664 9 ай бұрын
🎧🌹🌹🌹🌹🌹🌹🌹🤲
@behbudovamanzar
@behbudovamanzar 20 күн бұрын
Salamlar!Bunu Mikayıl Mirzə və rəhmətlik Xəlil Rza ilə birlikdə olduqlari bir videoda dinləmişəm! Şeirin necə yaranmasını da Mikayıl Mirzə danışıb:"Baş qarışıb,yeyib içmeye _ Xəlil Rza unudulub!"😞Allah rəhmət eləsin!Hər ikisinə və şəhidlərimizə!🤲🤲Biz isə heç vaxt unutmadıq, unutmarıq!Azadlıq aşiqini heç unutmaq olar!Oğlunu da , özünü də yurduna qurban verən bir şəxsiyyəti unutmaq olar?Hər dəfə bu şeir deyiləndə ,necə yurdu sevirik biz!Ürəyi Azərbaycan boyda olan,bütöv Azərbaycan arzulayan dahi şairimiz necə yurdunu sevirsə,sevdiribsə,biz də onun kimi sevirik,sevdiririk!🇦🇿❤️Kamran bəy də elə kişinin nəslindən olduğu üçün çox xoşbəxt və bəxtəvər insandır!Onu da elə yurdu qədər sevirlər!Şeiri demək də,yazmaq da,vətənpərvər olmaq da hamısı bir insanda cəmləşib!Əgər Xəlil Rzani təkcə öz yurdu tanıyırdılar,Kamran bəyi bir sənətçi kimi dünya tanıyır!İnşallah 🤲!Hələ yenə də tanınacaq!İstedad elə şeydir ki,dənizin dibinə də atsan,gec_ tez üzə çıxacaq!Oğullar həmişə ataları ötüb keçiblər! İnşallah! 🤲Görərik! Uğurlar!🌹
@dnizdniz7523
@dnizdniz7523 Жыл бұрын
Gecəniz xeyir olsun.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 4,2 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 75 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,9 МЛН
Şamil Ənvəroğlu - Yorğunam - Kamran M. YuniS
3:51
Kamran M. YuniS
Рет қаралды 8 М.
Mikail Mirze Xəlil Rzanın şeiri
7:45
Elchin Khalilov
Рет қаралды 444 М.
Elçin Mirzəbəyli - Bir gün - Kamran M. YuniS
1:26
Kamran M. YuniS
Рет қаралды 9 М.
Xəlil Rza Ulutürk - Kişi bətni - Kamran M. YuniS
2:47
Kamran M. YuniS
Рет қаралды 3 М.
Xəlil Rza. Unuduldum
3:47
Elchin Khalilov
Рет қаралды 31 М.