No video

Xızıda bu qalanı heç vaxt görməmisiniz

  Рет қаралды 1,504

APA TV

APA TV

2 жыл бұрын

#APATV #Xızı #qala #qədim #tarix #abidə #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Ölkəmiz qədim və tarixi abidələrlə zəngindir. Hətta bəzi abidələr var ki, hələ də aşkarlanmayıb. Amma uzun illərdən sonra yeni aşkarlanan abidələr də var. Bunlardan biri də Xızı rayonunun Dizəvər kəndi yaxınlığında aşkarlanan tarixi abidədir. Orta əsrlərə aid olan qala qalıqları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri və “Artefakt ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.
APA TV olaraq həmin ərazidən eksklüziv kadrları çəkmək üçün üz tutduq sözügedən əraziyə.
Yolu daşlı-kəsəkli və çətin olsa da, 4 kilometrə yaxın piyada gedərək qala qalıqlarının olduğu əraziyə çatdıq. Bura tək gəlməmişdik. Bizi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov da müşayiət edirdi. Bu qala qalıqlarını da məhz onlar aşkara çıxarmışdı.
Elə abidə haqqında məlumatları da Sabit Qurbanovdan yerindəcə öyrənirik: “Bizim regional idarə tərəfindən yeni aşkar olunmuş abidə “müdafiə qalasıdır. Xızı rayonun Dizəvər kəndindən 4 kilometr aralıqda yerləşir. Ümumi sahəsi 3830 kvadratmetrdir, yəni bu təxmini ümumi sahəsidir. 3 tərəfdən qala divarları ilə əhatə olunub. Yola baxan istiqaməti isə sıldırım sal daşlardan ibarət, təbii müdafiə səddi funksiyasını daşıyır. Həmin yol tərəfdən də gözətçi məntəqələri funksiyasını daşıyan 6 mağaradan ibarət mağara kompleksi var ki, onlar da yolu müşahidə etmək üçün nəzərə tutulmuşdur”.
Tarixi məkanın üç tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub. Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni tapıntı ilə bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edib.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 5
@Asena4366
@Asena4366 2 жыл бұрын
✊🏻✊🏻✊🏻
@skay9071
@skay9071 2 жыл бұрын
divarların dibinde qədim dəfinə basdırıla bilər..arxeoloji qazıntı üçün mühüm yerlerdi
@Asena4366
@Asena4366 2 жыл бұрын
Müdafiyyə tipli tikililərdə dəfinə olmur, dezinformasiya yaymayın.
@user-ix7kf6jz9s
@user-ix7kf6jz9s Жыл бұрын
✊🇦🇿
Bura vətəndir - Qrızlar
23:57
İCTİMAİ TV
Рет қаралды 9 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,5 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 41 МЛН
Picnic in Altyaghach National Park - Khizı
10:04
Hello Weekend ㋡
Рет қаралды 13 М.
Komedixana  378-ci Bölüm 17.08.2024
1:04:50
Komedixana
Рет қаралды 299 М.
XIZI AGDƏRƏ KƏNDİ
39:13
XIZI Tv
Рет қаралды 4,7 М.
1 şəhər və 24 saat - Xızı - 19.12.2020
22:03
İCTİMAİ TV
Рет қаралды 10 М.
ŞAİR ETİBAR DAĞLI
23:30
XIZI Tv
Рет қаралды 6 М.
RAMANA KƏNDİ
13:44
XIZI Tv
Рет қаралды 8 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН