Xəzər Süleymanlı-BURAXMA MƏNİ (Musa Yaqubun şeiri)

  Рет қаралды 270,386

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Күн бұрын

şeir: Musa Yaqub
səs: Xəzər Süleymanlı
piano: Fuad İbrahimli
#xezersuleymanli #musayaqub #xəzərsüleymanlı
Gözlərin gözümə baxdı yenidən,
Döndərək geriyə vaxtı yenidən;
Özünlə dustaq et,
Bir ev dustağı,
Buraxıb sən məni salma məhbəsə.
Könlümü titrədən vaxt qorxusudu;
Şəlalə nə qədər coşub kükrəsə,
Çaya qarışanda adicə sudu,
Buraxma məni…
Bu qədər işıqlı gözlərlə bir də
Heç kimə mən baxa
bilməyəcəyəm;
Onda gözlərim də adiləşəcək.
Bu qədər mehriban sözlərlə bir də
Bir könülə axa bilməyəcəyəm;
Onda sözlərim də adiləşəcək
Buraxma məni…
Sevdalı ömrümün sarı siminə
Belə incə mizrab dəyməyib heç
vaxt.
Bəxtəvərliyimin, xoşbəxtliyimin
Ən uca, Ən ali taxtıdır bu taxt.
Buraxma,
bu taxtdan endirmə məni,
Bu tacı başımdan götürmə hələ.
Ləfzindən yanıram,
söndürmə məni.
Dilinə başqa söz gətirmə hələ.
Qalxa bilmək üçün bu ucalığa,
Yetə bilmək üçün belə saflığa.
Min dağdan, dərədən soraq
almışam,
Dilbər guşələri gəzmişəm bütün.
Bəlkə də duyğumu cilalamışam,
Elə bu vaxt üçün, bu məqam üçün;
Heyifdir bu məqam,
Heyifdir bu gün
Buraxma məni…
Eh, yazığım gəldi an kimi ötən
Bircə göz qırpımlı şimşək ömrünə.
Eh, yazığım gəldi payızda bitən
Bir meh sığal görən çiçək ömrünə.
Meh ki, o çiçəyi saxlaya bilmir,
Göy ki, o şimşəyi saxlaya bilmir,
İnsan ki, özünün ağası deyil,
Belə bir istəyi saxlaya bilmir,
Burax, qoy gedim.

Пікірлер: 355
@XezerSuleymanli
@XezerSuleymanli 3 жыл бұрын
Allah poeziyamızın Musası- Musa Yaquba rəhmət etsin. Yeri cənnət olsun şairin... 🙏🏻💞
@xosbexteleskerova
@xosbexteleskerova 3 жыл бұрын
Amin.
@rashadfeyzullayev
@rashadfeyzullayev 3 жыл бұрын
Amin
@sssizillr1268
@sssizillr1268 3 жыл бұрын
AMIN
@nerminnerminzade5977
@nerminnerminzade5977 3 жыл бұрын
sesinize quvvet! var olasiz daim
@muxtarkerimov79
@muxtarkerimov79 3 жыл бұрын
Şeirlərdə yaşadırsız şairləri. Səsinizin hər telində bir misra yatır sanki siz danışdıqca səsləndirdikcə onlar can tapır sizin səsinzdə səsinizdə yaşayır hər şair.....
@ilhamabdullazada
@ilhamabdullazada 3 жыл бұрын
Səsi ilə şeirləri hər kəsə sevdirən gözəl insan🖤
@nihadzeynalli-zd9ur
@nihadzeynalli-zd9ur 10 ай бұрын
xezer suleymanlı saır qardasım dostum cox gozeldı qesengdı mohtesem oxuyursan ❤❤❤❤❤
@gulnarbayramova7077
@gulnarbayramova7077 3 жыл бұрын
Nakam sevgilərin ah-naləsidi bu şeir💔
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
Hisslərimin tərcümanıdır bu rəy. 🖤
@jalibrahimova6187
@jalibrahimova6187 3 жыл бұрын
💔💔💔💔💔💔💔
@ayseltagzade1232
@ayseltagzade1232 3 жыл бұрын
Salam Gülnar Xanım icazenizle size iş teklifim var maraqlıdırsa melumat verim
@gulyaabbasova343
@gulyaabbasova343 3 жыл бұрын
@@ulviibrahim5157 duz deyirsiz🥀
@xosbexteleskerova
@xosbexteleskerova 3 жыл бұрын
Bu sozu sevdim. "ŞƏLALƏ ne qeder çoşub kükrese, çaya qarışanda adice sudu. Möhtesem
@fridquliyev672
@fridquliyev672 3 жыл бұрын
Mende sevdim
@melahetbeydullayeva334
@melahetbeydullayeva334 3 ай бұрын
Sizde bizi buraxmayin Xezer muellim.❤❤
@RənaZeynalova-m2x
@RənaZeynalova-m2x 5 ай бұрын
Məlahətli səs var ol
@rusdam6377
@rusdam6377 Жыл бұрын
Nə qəşəng olardı geridəkiləri birdaha hiss edə bilsəydik o gözəlliklərilə❤❤❤
@prensesssa9390
@prensesssa9390 3 жыл бұрын
Bu səsdən Azərbaycandaa yoxdurr😍 yeganə insan sizsiz🙏Allah səsinizə quvvət versin🤲🙏
@عسگراصلانی-و4ك
@عسگراصلانی-و4ك 3 жыл бұрын
gozel sozler uçun tewekurler
@bolghacyeva4739
@bolghacyeva4739 3 жыл бұрын
bəlkə var hərkəs çıxıb şei'r söyləmirki,?
@ayseltagzade1232
@ayseltagzade1232 3 жыл бұрын
Salam Arife Xanım icazenizle size iş teklifim var maraqlıdırsa melumat verim
@user-ze2sx8yh2z
@user-ze2sx8yh2z 2 жыл бұрын
@@bolghacyeva4739 bu səsdən gözəl səs də var bəli
@user-ze2sx8yh2z
@user-ze2sx8yh2z 2 жыл бұрын
Var.mən eşitmişəm
@mehribannagiyeva
@mehribannagiyeva 5 ай бұрын
gözəl səs👍🏼😗
@SeidAgasiyev
@SeidAgasiyev 4 ай бұрын
Serlər gözəl ,səsiniz də bir daha gözəlləşdirir .MİN alqış
@SaraMemmedova-e6r
@SaraMemmedova-e6r 6 ай бұрын
Əla Xəzər Süleymanlı Sara xanım
@nurlanhuseynov7291
@nurlanhuseynov7291 3 жыл бұрын
Can ay Xezer sesine qurban♥️Allah Musa Yaquba rehmet elesin çox sevirdim onu
@ertugrulgaziogluosmanbey4674
@ertugrulgaziogluosmanbey4674 Жыл бұрын
Gözl sözlərdi mənki bu hqsabdan sonra yenədə qəlbimn hökmüransan buraxmıssam iknçi sevginə get mən belədə sənsiz yasayırm sultanm həyatndan sildin bizi bizisə yox yasadn ürəyn isdədyinkimi manu olan olmadı yaxs doslar varidi onlarn yanda bas kəs sakit durdular rəhmətə gedəni allah rəhmə etsin idi qalanını çan saqlıqı təsəkür hər sey ücün
@SebineMecidova02
@SebineMecidova02 3 жыл бұрын
Heyifdir bu gün, Buraxma məni... 🍂
@AgGij
@AgGij Жыл бұрын
Ehsen Ustaz. Me"nali ,duygulari canlandiran ,konule temayul .Halaldir.🙌🇦🇿🙌🇦🇿🙌🇦🇿🙌
@taxminaasrafova4147
@taxminaasrafova4147 11 ай бұрын
Tesekkur sesinize quvvet
@sehrlidunyam
@sehrlidunyam 7 ай бұрын
“Şəlalə nə qədər coşub kükrəsə, çaya qarışanda o, adi sudur” 👍 Şeir zatən gözəldir, qiraətiniz möhtəşəm edib onu👏👏👏
@renaaliyeva9168
@renaaliyeva9168 23 күн бұрын
Dinledikce ruhum sakitleşir.teşekkürler
@ElnarəHesenova
@ElnarəHesenova Жыл бұрын
Salam gözel insan men sizin bütün şerlerinizde öz yeyatįmı yaşayıram elebil yaşadığım bütün şeylerden xeberdarsız 😢ve onu yeniden canlandırırsız ❤
@husnuezimli9789
@husnuezimli9789 7 ай бұрын
Kaşki bunu ona gondere bileydim dinleyerdi
@Айгюн-м4р
@Айгюн-м4р Жыл бұрын
Sesinizin heyraniyam .
@faberliclirli377
@faberliclirli377 3 жыл бұрын
Şairin sənətkarin yaşi olmur. Allah sizə rəhmət etsin əziz şairimiz. Təşəkkürlər Xəzər bəy. Bəzən insan istəsədə dilinə gətirib "Buraxma məni" deyə bilmir. 😔😔
@bakhmanguliyev2191
@bakhmanguliyev2191 10 ай бұрын
Sən Xəzərsən, qiraətin qözəldir, Xəzər kimi səsin dərin, özəldir. Dinləyəni oxumağın kövrəkdir. Kövrəlirəm ikimizin yerinə.
@humbetalizade
@humbetalizade 3 жыл бұрын
Həyatımız bu keşməkeşində, dərdlərin bizi sürüyüb apardığı bu monoton həyatda eləcə də, texnologiyanın inkişafı nəticəsində hisslərdən, ehtiyaclardan bu qədər uzaqlaşdığımız zamanda hələ də səslənən bir şeirə, həyatımızı ifadə edən bir şeirə olan ehtiyacımızı qarşıladığınız üçün təşəkkürlər.
@cemaeliyahu8300
@cemaeliyahu8300 3 жыл бұрын
İnsan her yaşında şeire ehtiyac duyur.Bezen o şeiri duyanda sanki o şeir onun heyatini behs etdiyini düşünür.
@SensizOlmaz97
@SensizOlmaz97 2 жыл бұрын
👍🏻
@vuqarvuqar7913
@vuqarvuqar7913 2 жыл бұрын
Na olki aziz man sani buraxmamsam basmn tac hecbirm tasksr deylik canm biz hayatmza bunlar dufmamsdik nafasim
@nar1yyyk
@nar1yyyk 3 жыл бұрын
Nece de gözel seslendirirsiz🤲🏻Sesinizde hüzur var⭐Allah sizi qorusun🤲🏻 xatirelerimi her zaman xatirlayiram sizin şeirlerinizle🍃
@KerimAliyev-y8r
@KerimAliyev-y8r Ай бұрын
Səs möhtəşəm Maşallah Adamı. Necə ovundurur Var ol qardaş. YOLUN açıq olsun Get 👍😘
@samirazizov1964
@samirazizov1964 2 жыл бұрын
Dahiki, dahi!
@НарГюлу
@НарГюлу 11 ай бұрын
Урек титреден мисралар...
@elzaninseirleri5556
@elzaninseirleri5556 3 жыл бұрын
Sesine qurban Xezer bi dene yar qasidi seirinide seslendir nolar Sehriyarin ruhunu sad elemis olarsan
@mlahthuseyn.1153
@mlahthuseyn.1153 3 жыл бұрын
Getmək isdəyən bəhanəsiz getsin, Xəzər qardaş
@ismaylagazad4325
@ismaylagazad4325 3 жыл бұрын
Musa Yaqub ❤️🤦 ədəbiyyatın şeiriyatın dibi , Allah rəhmət etsin
@nerminnerminzade5977
@nerminnerminzade5977 3 жыл бұрын
mukemmel bir soznen!!!!!!! soz tapmiram demeye
@sssizillr1268
@sssizillr1268 3 жыл бұрын
Özunle dusdaq et bir ev dusdaqi🖤🚬
@ГаляЮсифова
@ГаляЮсифова Жыл бұрын
Халал олсун Сизе.❤Урек т❤итредирсиз
@mssultanzade8080
@mssultanzade8080 3 жыл бұрын
Gecə 01:01 dolan gözlərlə ünvansız pıçıldamaq bu şeiri..
@user-amir_60
@user-amir_60 3 жыл бұрын
Üreyinize sesinize ruhunuza saglıq
@raminmusayev2017
@raminmusayev2017 Жыл бұрын
Çox gözəl Şeirlərniz var Allah səsinizi qorusun
@gunadin1174
@gunadin1174 3 жыл бұрын
Super evez olunmaz ses.Sahmâr ELEKBEROV.HESEN EBLUC YADIMA DUSDU
@cakimingecevir3869
@cakimingecevir3869 3 жыл бұрын
Ne men onu buraxdim ne o meni buraxasida deylik her sey eladi ama bir birimziden cox uzaqdayiqda heleki oda duzeler ama nece lazimdi helede sevirik bir birimizi sevmek iki insan istese mumkundu behane etmeyin ayriliq zad men ayriliqlari basa duse bilmirem icinde sevgi olmuyanda hele olacaqda
@mariyyamariya3499
@mariyyamariya3499 3 жыл бұрын
Ne xow bize bu sesi seve seve dinleyirik .Sanki qelbimizin derinliyinde gizlediyimiz o ugursuz sevgimizi bize xatirladir 😢 yenede kovreldim 😢 heyatimin param parca olmuw kirntilarina yaziqim geldi 😢
@mehemmedisayev9789
@mehemmedisayev9789 2 жыл бұрын
İlahi bunun səsləndirdiyi nə şerlərdi bele.Çoxx möhteşemdi
@cetindemirci9671
@cetindemirci9671 2 жыл бұрын
Izmirden hemvetènlilerime memleketime atesin selamlar. Allah sesinize guvet versin. Serler super. Dinledikce derinliklere uzak ve yaxin xatirelere goturur insani. Butun bunlar icin tesekkur borcluyuz. Iyiki varsiniz. Hep hayst durdukca varliginizi his edelim. Sesinizi duyalim. Ben çìnare demirci. 🇦🇿🇹🇷
@firngizkrimzad481
@firngizkrimzad481 3 жыл бұрын
Şəlalə nə qədər coşub kükrəsə, Çaya qarışan da adicə sudur
@xosbexteleskerova
@xosbexteleskerova 3 жыл бұрын
Mende sevdim bu sozu .
@gulgzmmmdova9780
@gulgzmmmdova9780 3 жыл бұрын
Allah rəhmıt eləsin . Musa Yaquba 🤲☝️🕋❤❤❤🇦🇿🙋‍♀️Amin!!!
@elnurfatma3803
@elnurfatma3803 3 жыл бұрын
Saģ olun var olun sesiz insana huzur verir
@rasimabbasov4097
@rasimabbasov4097 2 жыл бұрын
Doğurdan nə şer oxuyursa oxusun mən oşeri sevirəm sırf səsin sehrinə görə💔💔🖤💔
@nsimiqarabaglnovruzogluhsn7192
@nsimiqarabaglnovruzogluhsn7192 Жыл бұрын
MÖHTƏŞƏM!👍...🌹👑❤️☝️...
@Musharraf1989
@Musharraf1989 3 жыл бұрын
Sevmisinizsə, şanslısınız, fərqi yoxdur qovuşmusunuz ya yox. Esas odur, bu duyğunu yaşamısınız. Onu dadmayanlar neynəsin? Sevmədən dünyadan köçənlər neynəsin? Sevməyin nə olduğunu bilməyənlər neynəsin?
@papatya2779
@papatya2779 3 жыл бұрын
Hər günə sukur
@lislrim2367
@lislrim2367 Жыл бұрын
😢
@sultanveaysu1538
@sultanveaysu1538 Жыл бұрын
😢😢😢
@ulkarhasanzada3480
@ulkarhasanzada3480 3 жыл бұрын
Hər zamankı kimi,möhtəşəm.Hüzur dolu səsinizə qüvvət!
@okeanokean4071
@okeanokean4071 Жыл бұрын
BİR SÖZLE MÖHTEMSİNİZ 👍
@laleesgerli434
@laleesgerli434 3 жыл бұрын
Mukrmel Şeir 👍 😥😥😥💔💔
@nicatazeri1496
@nicatazeri1496 3 жыл бұрын
Mükemmel🥰😍✌️
@sebrsebr9683
@sebrsebr9683 Жыл бұрын
İlahi doze bilmirem ölurem bitirem 😭😭ne yaman konlume dusmusen ozumu bu seirlerle ovuduram ay vefasiz 😔😔
@cemilememmedova9265
@cemilememmedova9265 3 жыл бұрын
Ay allah ne gozel sesiniz var adamin ureyi aqraylr bu sozlerden bu gozel ne ise allah sizleri var elesin
@safuraiyeva7750
@safuraiyeva7750 3 жыл бұрын
Səni səndən alan səsdi .Bu necə bir səs .
@faiqmustafazade7678
@faiqmustafazade7678 3 жыл бұрын
Tutulmuş dillər. qulaqlar gözlər acilir. bu cür şer. bu cür. tələffüz bu cür. musiqi şer aranjimani MAŞAALLAH. və ən əsasiYARADANA. XELQ EDƏNƏ. TƏRBİYƏ EDƏNLƏRƏ ESQ OLSUN Bİ ŞERLƏRİ. BU HƏYAT SEVGİNİ SEVDANİ VƏFANİ DÜZ İLQARİ. BİZƏ BU EKSLUZİV TƏRZDƏ. ƏRMƏGAN EDƏNİ ALLAH QOYNUNUN ƏN ETİBARLİ İSTİ GİZLİ. NƏZƏR NƏFİS XƏTA BƏLA DEYMEYEN GUŞƏSİNDƏ. HİFZ ETSİN RƏBBİMİZ AY İLAHİ.AMİN.DÜNYANİN ƏN DƏYƏRLİ KƏLAMİNİ DESƏK BELƏ ZƏRRƏ. QƏDƏR. ALİNAR. BU MÜKƏMMƏL. B7R. VARLİG SƏNƏTİN İLAHİ BƏXŞİNİN. ÖNÜNDƏ. ALLAH HİFZ ETSİN SİZİ
@azrbaycanturku5144
@azrbaycanturku5144 3 жыл бұрын
Mohtesemmm.
@zehraalyeva1296
@zehraalyeva1296 3 жыл бұрын
şeirlərə nəfes verən ruh verən şəxs sizi canlı dinləyəndə hər şey unudur adam başqa dünyalara qərq olur şeirlər ailəmine
@xyl5191
@xyl5191 2 жыл бұрын
Çox gözəl şeirdir kövrəldim 🥺
@Heyattd22
@Heyattd22 Жыл бұрын
İnsanı özündən alan şer və ifa. Hər ikisi bir birini tamamlayır. Allah Musa Yaquba rəhmət eləsin, məzarı nurla dolsun məkanı cənnət olsun, sizə isə Allah möhkəm can sağlığı versin. Amin. İnsanın ruhu dincəlir. Var olun
@validammmdova1213
@validammmdova1213 3 жыл бұрын
Eh yazığım gəldi payızda bitən Bir meh sığal görən çiçək ömrünə Allah Musa Yaquba rəhmət eləsin.Xəzərin də ki səsindən yoxdur
@xosbexteleskerova
@xosbexteleskerova 3 жыл бұрын
Instagramda doymayib burda yeniden dinlemeye geldim
@ruhiyeesgerova2891
@ruhiyeesgerova2891 2 жыл бұрын
Çox gözəl deyirsiz səsinizə quvet
@nahidealiyeva7815
@nahidealiyeva7815 3 жыл бұрын
Allah sizi var etsin
@mehbubeibrahimova7138
@mehbubeibrahimova7138 2 жыл бұрын
Çox vaxt ürəyimizdə deyirik BURAXMA MƏNİ.
@nurcahanaliyeva8807
@nurcahanaliyeva8807 2 жыл бұрын
Yene bizi uzaqlara apardiz, sesinize quvvet
@rovsen__qasimov
@rovsen__qasimov 3 жыл бұрын
Sagol Xezer qardasim
@elmiranecefova5092
@elmiranecefova5092 2 жыл бұрын
Sağ olXəzər Süleymanlı hər axşam səni dinləyib sonra uyuyuram. Canım Yaxşıki varsan ,yaxşıki ürəklərdəsönmüş dəmirmanetə dönmüş məhəbbətli insanların yanındasan.Allah səni saxlasın
@SaraMemmedova-e6r
@SaraMemmedova-e6r 4 ай бұрын
SARA XANIM MÖHTƏŞƏMSƏN ÖZÜNDƏ ŞER DEMƏYİNDƏ
@samirkarimov2016
@samirkarimov2016 3 жыл бұрын
*Üzdə təbəssüm görənlər* *Sandı güldük kefimizdən* *Biz kiməki könül verdik* *Vurdu könül evimizdən*
@solmazcabbarzade9086
@solmazcabbarzade9086 2 жыл бұрын
Superr
@cemilememmedova9265
@cemilememmedova9265 3 жыл бұрын
Allah elemesin sevdiyimiz salrlmlz sizi hec klm diqqetsiz qoymaz ve buracmaz gozel sesiniz faim zirvelerden gelsin bizde esidik ve sevinek
@cevahirqocayeva7121
@cevahirqocayeva7121 3 жыл бұрын
Goresen Xezer beyin real heyatdada sesi bu cur mulayim hezinlidimi seir deyende sanki sesinde bir sehir var
@qurbanhuseynov9104
@qurbanhuseynov9104 2 жыл бұрын
Möhtəşəm səs
@royaldadasov2480
@royaldadasov2480 3 жыл бұрын
Sanki weir ucun yaranmiw bu insan.X.S
@mezahirhesimov5054
@mezahirhesimov5054 3 жыл бұрын
Ozunle dustag et bir ev dustagi
@kamalalmemmedov7648
@kamalalmemmedov7648 3 жыл бұрын
Var olasınız Xəzər bəy...Allah şairimizin nurunu bol etsin Amin
@TalehGünelEliyeva
@TalehGünelEliyeva 24 күн бұрын
Əminə Yusifqizinda sonra ilk şe'r söyleyenin şe'r söylemeyini çox çox beyendim .şe'ri seslendirmekde 1istedadirki dinleyeni şe'rin içine götürsün😢😢😢
@TVYouTube21
@TVYouTube21 3 жыл бұрын
Mükəmməl ifa. Çox sağ olun.
@zumrudmemmedli3121
@zumrudmemmedli3121 3 жыл бұрын
Bir sözlə əla. Şeir və səsləndirmə super. Hər zaman var olun.
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 Жыл бұрын
Baş üstə!:))
@elsadhumedov9172
@elsadhumedov9172 3 жыл бұрын
Gozle insan gozel sair allah size hemise yol acib sesinize quvvet
@mehdisalayev6692
@mehdisalayev6692 3 жыл бұрын
Yenə mükəmməl şeir. Eşq olsun sizə🌺
@memmedovnesib4516
@memmedovnesib4516 3 жыл бұрын
Gözel sözler gözel musiqi gozel weer usfad Xezer Sūleyman her yeni weer heyatimuza yeni sehife acir melahetli sesi ile.tewekur edirik size dunledukce xow olur.
@mehmiabdullayev4921
@mehmiabdullayev4921 2 жыл бұрын
Mohteshem
@kamalabagirova5289
@kamalabagirova5289 3 жыл бұрын
Ağladım ilk dəfə dinləyəndə 😥
@artlabofficial4353
@artlabofficial4353 3 жыл бұрын
Allah sizleri gorusun insanin ruhu dincetir mohtesem
@Emil__7788
@Emil__7788 3 жыл бұрын
Var ol hemiwe Allah sesine guvvet versin mawallah cox gozel
@recebtayyib7319
@recebtayyib7319 3 жыл бұрын
Musa Yaqubu heyif ki son 1ayda kesf etmisdim, beyenmisdim. Onun oz ifasindaki seirleri kimse, onun ozu kimi ifa ede bilmez. CUNKI REHMETLIYIN SESINDE, ARAMINDA, ZAHIRINDE, YERISINDE, DURUSUNDA hiss olunurdu, onun yazdiqlarinin her ezasindan süzülüb ag kagiza hekk olunmasi.
@azizganbarov5035
@azizganbarov5035 3 жыл бұрын
Məkanı cənnət olsun Musa Yaqubun. 🤲🏻🤲🏻🤲🏻
@aygunbdlova6092
@aygunbdlova6092 3 жыл бұрын
Allah Musa Yaquba rəhmət eləsin Amin 🤲,Xəzər bəy sizində səsinizə ürəyinizə qüvvət var olun 🤗
@anarmusayev2981
@anarmusayev2981 3 жыл бұрын
Ədəbiyyatın qoca şiri getdi Allah rəhmət eləsin!bu əllər mənimki olmayacağsa sən allah özünə öyrətmə məni ✌
@serqoxulum8440
@serqoxulum8440 3 жыл бұрын
Özunlə dusdaq et 😔😔....
@fatmagadirova9454
@fatmagadirova9454 2 жыл бұрын
Xəzər çox sadə ol minnetdaram
@ulkaqasanova4168
@ulkaqasanova4168 3 жыл бұрын
Həmişəki kimi o sarı simi tərpətdiz var olun
@fridyaqublu7847
@fridyaqublu7847 3 жыл бұрын
Səsiniz insana bütün dərd- qəmi unutdurur.Möhtəşəm!😊
@lalehuseynova1208
@lalehuseynova1208 3 жыл бұрын
Bu ne sheirdir , bu ne sesdir … 🖤
@turalmmmdov975
@turalmmmdov975 3 жыл бұрын
İnsanda ses çox önəmlidi doğurdanda
@nushabenecefova4848
@nushabenecefova4848 3 жыл бұрын
Allah sizi var etsin🤲🤲🤲🙏🙏🙏
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
Xəzər Süleymanlı - EP v.08 (Full albom)
23:25
Camalbeyli FILM
Рет қаралды 73 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Xəzər Süleymanlı ,Gülər Mübariz
1:55
Gülər Mübariz
Рет қаралды 4,3 М.
Həyatını dəyişdirəcək 5 addım! Sirr Nədir?| Murad Quluzadə | Sağlam Həyat
55:05
Məni gözəl xatırla..@
2:15
Elçin Əşrəfov
Рет қаралды 14 М.
İlkin Dövlətov & Leyla Rəhimova - Ağla (müəllif: Xanım İsmayılqızı)
4:54
Musa Yaqub Öyrətmə özünə  səs  Xəzər Süleymanlı
3:11
GÜVƏN İnformasiya Agentliyi
Рет қаралды 54 М.
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН