Xəzər Süleymanlı Kamran Ağabalayev-Bakı öldürən şəhərdir...

  Рет қаралды 141,601

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

4 жыл бұрын

#kamranagabalayev #xezersuleymanli
şeir: İlqar Fəhmi
səsləndirir: Kamran Ağabalayev , Xəzər Süleymanlı
instagram Xəzər süleymanlı: / xezersuleymanli
Bakı güldürən şəhərdi, Bakı ağladan şəhərdi,
Bakı sönməz atəşiylə sinə dağladan şəhərdi.
Bu tərəfdə göydələnlər, o tərəfdə boz uçuqlar,
Meşələr yerində sanki yerə sancılan buruqlar,
Ana torpağın döşündən qara süd içən cocuqlar,
Bakı ruh verən şəhərdi, Bakı can verən şəhərdi,
Bakı öz damarlarından qara qan verən şəhərdi.
O zamanədən də üstün, o zamanə təhkim olmaz,
O şərə, riyaya, məkrə, o yamanə təslim olmaz,
Onu sındıran tapılmaz, ona sahib heç kim olmaz,
Bakı üz verən şəhərdi. Bakı üz alan şəhərdi,
Bakı ən qıfıllı dildən belə söz alan şəhərdi.
Bura əsrlər boyunca çox olub gəlib-gedənlər,
İçinə nifaq salanlar, qara bağrını didənlər,
Görən anlayıbmı axır, ona qanlı qəsd edənlər,
Bakı səbr edən şəhərdi, Bakı çox dözən şəhərdi,
Fəqət, həddi hər kim aşsa, başını üzən şəhərdi.
O ürək sevindirəndi, sevənə ürək verəndi,
Ən ağır məqamda mərdə, igidə kürək verəndi,
Əl uzatsa dost, ya düşmən - hamıya çörək verəndi,
Bakı verdirən şəhərdi, Bakı aldıran şəhərdi,
Bakı çirkabın içindən göyə qaldıran şəhərdi.
Kiminə tikanlı qönçə, kiminə ətirli gülsə,
Kimə xoş xəyallı bir qəlb, kimə bir zərif könülsə,
Elə bilmə sadəlövhdür. Yeri var, məqamı gəlsə,
Bakı fırladan şəhərdi, Bakı oynadan şəhərdi,
Ölüsün göyə uçurdan, dirisin udan şəhərdi.
Sənə bəxtin üz çevirsə, naxışın gətirsə bir gün,
Yığıb əldə sərvətü-var, çox adamdan olsan üstün,
Demə, « Qismətim beləymiş, yazıya pozu nə mümkün?»
Bakı pozduran şəhərdi, Bakı sildirən şəhərdi,
Bakı gizli bir gülüşlə adam öldürən şəhərdi.
Bakı ilə oynamazlar. Bu sözü nə tez unutdun?
Elə bilmə ki, görən yox. Neçə dəfə zər də tutdun.
Fələyin qumar evində demə «bəlkə» bir gün uddun.
Bakı «bəlkə»siz şəhərdi, gözü kölgəsiz şəhərdi.
Bakı bu qədim oyunda, zəri nöqtəsiz şəhərdi.
Bir işi sığallıyandı, bir işi qulaq burandı.
Bir üzü ürək verəndi, bir üzü ürək vurandı,
Bir əli cırıb sökəndi, bir əli tikib qurandı,
O soyunduran şəhərdi, o geyindirən şəhərdi
Bakı atlının belinə, atı mindirən şəhərdi.
Gəzib aləmi dolaş sən, lap elə səmaya yüksəl,
Yeri, fəth elə cahanı. Əcəlin çatandasa gəl,
O qədər «Mənəm» deyəndən, qalıb adi cansız heykəl,
Bakı dəfn edən şəhərdi, Bakı basdıran şəhərdi,
Bakı öz ümidlərindən adam asdıran şəhərdi.

Пікірлер: 547
@huseynqarayev3836
@huseynqarayev3836 4 жыл бұрын
Bakı sinəsində Şəhidləri uyudan şəhərdi🇦🇿🇦🇿🇦🇿
@ramilkazimov7538
@ramilkazimov7538 4 жыл бұрын
Cox sagol
@camalazizov4919
@camalazizov4919 3 жыл бұрын
👍👍👍
@psadixova7357
@psadixova7357 4 жыл бұрын
BAKI-mənim şəhərimdir,hər halı ilə sevdiyim və qurur duydugum❤️❤️❤️
@sifirdaningilizceBaku
@sifirdaningilizceBaku 4 жыл бұрын
mashALLAH
@gamerdark203
@gamerdark203 4 жыл бұрын
Baki:teessüf ki öz evvelki dadını,saflığını itiren şeherdi...Bir zamanlar xeyal qurduran,indise xeyallarımı çalan şeherdi 🖤
@gunayaliyeva1023
@gunayaliyeva1023 4 жыл бұрын
Eşq olsun Bakıya, bakılılara. ❤️ əziz bakılılar ve şeherimizin qonaqları...😎
@t2967
@t2967 4 жыл бұрын
👍
@RAiNBOW-ro6iq
@RAiNBOW-ro6iq 4 жыл бұрын
Bakılılarımızın sayı azalır. Bakılıyam diyene eşq olsun .
@leylammmdova708
@leylammmdova708 4 жыл бұрын
Məsuliyyətli,məqsədli,özünəinamlı xanımlara onlayn şəkildə pul qazanmağı öyrədirəm. ▪️Təlimlər pulsuz ▪️Yaş həddi 18 və yuxarı ▪️Təhsil və təcrübə önəmli deyil. 🔸Daimi internetin və smartfonun olması vacibdir Ətraflı: whatsapp 050867 31 94
@zaurquliyev4588
@zaurquliyev4588 4 жыл бұрын
🤝🤝🤝👍👍
@ramilyaqubzade3571
@ramilyaqubzade3571 4 жыл бұрын
👍👍👍
@khumkerim2653
@khumkerim2653 4 жыл бұрын
Bakı aşiqler elinde, sevgiye hesret şeherdi🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@sahriyardovlatov7825
@sahriyardovlatov7825 4 жыл бұрын
😥😥😥😥
@xanlarovmail9813
@xanlarovmail9813 3 жыл бұрын
raziyam, baki vefasizlarla etibarsizlarla dolu şeherdi
@natiqnezerov6561
@natiqnezerov6561 2 жыл бұрын
☹☹☹
@tenhaadam-gw5ui
@tenhaadam-gw5ui Жыл бұрын
😞
@china3595856
@china3595856 9 ай бұрын
Baki Bakiliarin seharidir.
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
Bakı səbr edən şəhərdir......❤
@mectamecta1098
@mectamecta1098 4 жыл бұрын
....Bakı həmdə qovuşduran şəhərdi.......
@orucibrahimli5693
@orucibrahimli5693 4 жыл бұрын
Bakı - Onun başqasıyla bir evdə yaşadığı şəhərdi, Mənim gözyaşlarımı axıdan şəhərdi
@qarabagazerbaycandir314
@qarabagazerbaycandir314 2 жыл бұрын
👍
@zeynebabdullayeva8028
@zeynebabdullayeva8028 4 жыл бұрын
Baki arzularımı, umidlerimi xeyallarimi yaşama hevesimi alan şeherdir.
@cick3646
@cick3646 4 жыл бұрын
Salam xanımlar sizə evdən çıxmadan onlayn iş təklif edirəm işimiz 21_gunden bir gəlir gətirir yalnız smartfonla ətraflı məlumat üçün whatsapp.0503285883.📩🤗
@insandavefayoxdu1245
@insandavefayoxdu1245 4 жыл бұрын
Cannnn 👆
@sifirdaningilizceBaku
@sifirdaningilizceBaku 4 жыл бұрын
ALLAH sebr versin
@teleteliyev8370
@teleteliyev8370 4 жыл бұрын
@@cick3646 besdüründə
@ElvinMirzezadeh
@ElvinMirzezadeh 4 жыл бұрын
Möhtəşəm!!!
@adsizsoyadsiz5614
@adsizsoyadsiz5614 4 жыл бұрын
Bakı öz ümidlərindən adam asdıran şəhərdi...!
@rovshanamamedova1753
@rovshanamamedova1753 4 жыл бұрын
Bakı tək bakılıların yox,Bakını həqiqətən sevən hər kəsin şəhəridir!
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
Bilməm neçəncidir dinləyirəm. İndi dinləyirəm və baxıram ki sizinlə birlikdə təkrar edirəm sətirləri. Ruhunuz yorulmasın
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
Caan məndə vallahi Əsmərim❤❤❤
@abdulhamidhesenov1673
@abdulhamidhesenov1673 4 жыл бұрын
BAKI SİRLƏR XƏZİNƏSİDİ
@cevahiraliyeva
@cevahiraliyeva 4 жыл бұрын
Bu nə möhtəşəmlik,insanın ruhunu dinləndirən iki səs və CAN BAKILIMIN qızıla bərabər misraları."Bakı ilə oynamazlar...."👍👍👍👍Əziyyyəti keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.
@ayselmuradli6681
@ayselmuradli6681 4 жыл бұрын
❤️Baki qeriblik hesretiyle yananlarin seheridir❤️
@sifirdaningilizceBaku
@sifirdaningilizceBaku 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@vusalagayev539
@vusalagayev539 Жыл бұрын
Bakililar çox az qalib.Temiz bakililardan sohbet gedir☝️Qedrimizi bilek❤
@emirhawimli1361
@emirhawimli1361 3 жыл бұрын
Dogma Bakim nefesim tam dogru buyurduz Xezer qardas Baki heyatdi, nefesdi,guclu,qudretli seherdi.Allahim Bakimizi qorusun.
@mudafici7803
@mudafici7803 4 жыл бұрын
VƏ BAKINI ÇOX ÇOX SEVİRƏM 💝🇦🇿✊
@sejcej5369
@sejcej5369 4 жыл бұрын
ölusun göye uçurdan dirisin udan şeherdir 😔
@zaribabirkhanova3218
@zaribabirkhanova3218 4 жыл бұрын
Möhtəşəm alınıb, uğurlar💙🍀
@mirzehmedqedimov7974
@mirzehmedqedimov7974 4 жыл бұрын
Bakı mənə onu verən şəhərdi♥️Nə yaxşısan sən Bakı, nə yaxşısan sən #BSKB♥️
@konulbayramova6840
@konulbayramova6840 4 жыл бұрын
Çox gözəl . Mohtesem.Mukəmməl. Gözəl tərənnüm edilib her şey.Var olun.
@cick3646
@cick3646 4 жыл бұрын
Salam xanımlar sizə evdən çıxmadan onlayn iş təklif edirəm işimiz 21_gunden bir gəlir gətirir yalnız smartfonla ətraflı məlumat üçün whatsapp.0503285883.📩🤗
@sifirdaningilizceBaku
@sifirdaningilizceBaku 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@samedsamedov9553
@samedsamedov9553 4 жыл бұрын
🤝
@ilahekerimova8375
@ilahekerimova8375 4 жыл бұрын
Mohteşəm var olun baki sevenleri qovusdurub sonrada hesret qoyan şeherdi😔
@cemalemehdiyeva3051
@cemalemehdiyeva3051 4 жыл бұрын
Həm də sevdirən şəhərdir❤
@n.abbasova4596
@n.abbasova4596 4 жыл бұрын
Super++++++++Baki dogma seher, eziz mekandir......Qerib heyatimda hemise darixdigim seherdir!!!
@sifirdaningilizceBaku
@sifirdaningilizceBaku 4 жыл бұрын
darximayin
@joanmadu1244
@joanmadu1244 4 жыл бұрын
Meni ağlatdi bu şeir...teessüf ki, elimde olmayan sebeblerden Bakidan uzaqdayam..çox darixmişam Bakı üçün💗çox sağolun, ifaniz çoox gözeldi👍
@melahetcavadova5293
@melahetcavadova5293 3 жыл бұрын
Canım qardaşım. Xəzər. Gözəl.
@khumkerim2653
@khumkerim2653 4 жыл бұрын
Ona sahib heç kim olmazzz......🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤👌🏻👌🏻
@xeyaleeliyeva3214
@xeyaleeliyeva3214 4 жыл бұрын
Bakının dərdü var Bakı xəstədü😔....
@vefaehmedova6610
@vefaehmedova6610 4 жыл бұрын
Ureyi gozel insanlarrr☺️Allah sizi qorusun🤲
@elsadedik4590
@elsadedik4590 4 жыл бұрын
Amin
@khumkerim2653
@khumkerim2653 4 жыл бұрын
Çoxxx gözel İlqar Fehmi şeirdir❤🖤👌🏻
@heyatdanbezmisoglan.2075
@heyatdanbezmisoglan.2075 4 жыл бұрын
😥👍
@ilgarasadov684
@ilgarasadov684 4 жыл бұрын
Bakı özü üçün darıxdıran şəhərdi... Can Bakı. Allah səni sevməyənlərdən təmizləsin
@samedsamedov9553
@samedsamedov9553 4 жыл бұрын
Amin
@elsadedik4590
@elsadedik4590 4 жыл бұрын
Əla..
@qumrumamedoffa4572
@qumrumamedoffa4572 4 жыл бұрын
Bu bəyənməyən 5 nəfər görəsən nəyi,niyə bəyənməyib axı? Heç cür qəbul edə bilmirəm bir işdə bu qədər zəhmət ola,ürək ola,keyfiyyət ola və bu cür insanlar əməyin "qarşılığını" belə qaytara...nə isə...əsas siz var olun.İlqar Fəhmi qələmi sizin səsinizdən bir başqa möhtəşəm🖤
@samedsamedov9553
@samedsamedov9553 4 жыл бұрын
heç bir nöqsan yoxdur.Bakını sevməyənlərdə vardır.Ona BAKI çörəyi haramdır.BAKININ küləyi haramdır.
@abulfazmammadov2104
@abulfazmammadov2104 4 жыл бұрын
Belke de Bakidan ureyi yaralilar var, aciginnan beyenmeyibler Olur ele weyler
@gularememmedli9738
@gularememmedli9738 4 жыл бұрын
Mükəmməl❤
@nicatbayramov5361
@nicatbayramov5361 4 жыл бұрын
Çox gözəl
@n.n.ekhalil1713
@n.n.ekhalil1713 4 жыл бұрын
Yarısinda beyendim , ses👍yorum👍davami gelsin UĞURLAR!!!
@aygunmusa7611
@aygunmusa7611 4 жыл бұрын
Möhtəşemsiniz☀️ruhunu oxşayırsız poeziya sevənlərin❤️
@supersisters3423
@supersisters3423 3 жыл бұрын
Bakı düşündürən şəhərdi sizin şeir kimi əla çox bəyəndim
@uzagyollardabirqubal8863
@uzagyollardabirqubal8863 4 жыл бұрын
Dedim yel əssində qoxusu gəlsin, nə qoxusu gəldi nə özü😔
@samedsamedov9553
@samedsamedov9553 4 жыл бұрын
Bakı səbr edəni sevəndir...
@uzagyollardabirqubal8863
@uzagyollardabirqubal8863 4 жыл бұрын
@@samedsamedov9553 👍
@user-qe3vz8gf4v
@user-qe3vz8gf4v 4 жыл бұрын
Cox həssas seyirdi Laykda etdim Paylaşdımda Var olun
@user-qe3vz8gf4v
@user-qe3vz8gf4v 4 жыл бұрын
Bakı agadı Xandı Qəlblərə işıq salandı Köhnə şəhər divarları Tarixi yaşadan ŞƏHƏRDİ
@UgurNuray2023
@UgurNuray2023 3 жыл бұрын
Azerbaycan yekdir paytaxtmiz Baki yektir bizim fexrimizdi Baki yawadan weherdi 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@rayaibrahimova4667
@rayaibrahimova4667 4 жыл бұрын
Ela 2 nefer yeni duet gözeldir
@user-ju5im3jw7g
@user-ju5im3jw7g 4 жыл бұрын
Cox gözəl, mənali
@shamsguliyev2230
@shamsguliyev2230 4 жыл бұрын
Algisladim cox gozel davami gelsin Ilgar Fehmi
@qarabagazrbaycad3557
@qarabagazrbaycad3557 4 жыл бұрын
Bakı mehriban diyar Bakı əziz şəhər🌹
@semssems3667
@semssems3667 4 жыл бұрын
Bakını onunçün sevdiyim şəhərdi...çox mükəmməlSiniz 👏👏👏👍👍👍Xezer bəy Kamran bəy ❤-ze sağlıq🌸
@emineyorulmaz8135
@emineyorulmaz8135 4 жыл бұрын
Tebrikler 👍👍👍👍👍
@firengizsukurova8431
@firengizsukurova8431 4 жыл бұрын
Əla
@gulsensahnazarova8223
@gulsensahnazarova8223 3 жыл бұрын
cox awiqleri goruwduren weherdi.sessiz gecelerde kecmiw xeyyallara aparan weherdi.bezende insanin icinde sebebsiz sevinc yaradan weherdi.
@nuraymammadli4348
@nuraymammadli4348 3 жыл бұрын
Mükəmməl❤️👍🇦🇿💪
@gunelhesenova1383
@gunelhesenova1383 4 жыл бұрын
Süper
@zbaqirova
@zbaqirova 4 жыл бұрын
Bir nəfəsə baxdım ,dinlədim❤️Əhsən sizə👏👏👏👏👏
@aydinsani7611
@aydinsani7611 4 жыл бұрын
Hec neye baxmayaraq sevirem seni Baki. İlqar Fehmi başda olmaqla Var olun uşaqlar.
@severmemmedova7611
@severmemmedova7611 4 жыл бұрын
Möhtəşəm.
@user-yl2wd3lm4e
@user-yl2wd3lm4e 2 ай бұрын
Möhtəşəm!
@mehdimamedov2618
@mehdimamedov2618 3 жыл бұрын
İki möhtəşəm səs başqa sözə gərək yox🤍🤍
@heavensoul9395
@heavensoul9395 4 жыл бұрын
прекрасный стих,как и сам читающий человек!восхищение.
@mamedbadalov5891
@mamedbadalov5891 4 жыл бұрын
Sağ ol, qardaş. Əla qəzəli.
@esgerovesgerov2600
@esgerovesgerov2600 4 жыл бұрын
Əla yazıblar
@milanam5108
@milanam5108 4 жыл бұрын
Ferqli insanlar her ikisi ....möhteşemsiniz sadece adice durub baxanda da ....
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
Bu Nə gözəllik......insanın ruhu dinlənir...👏👏👏👏👏🎧💐💐
@en_yeni_seirler
@en_yeni_seirler 4 жыл бұрын
Super. Çox xoşuma gəldi. Var olun
@elmirheyderov7023
@elmirheyderov7023 4 жыл бұрын
Super 👏🏻
@cemilebabashova2223
@cemilebabashova2223 3 жыл бұрын
CANIM DAMARIMDA AXAN QANIM AZERBAYCANIM UREYIM BAKI 👍👍🤲☝️☝️☝️🙌🙌🙌🧿🧿🧿❤❤❤🇦🇿🇦🇿🇦🇿🙏🙏🙏🙏🙏
@yaqutquliyeva5152
@yaqutquliyeva5152 2 жыл бұрын
Mohtewem!!!
@ruxa3478
@ruxa3478 4 жыл бұрын
Cox sagolun.mohtewemdi💖
@tamillaaliakparova2496
@tamillaaliakparova2496 4 жыл бұрын
Gozel yazilmiş, daha da gozel seslenmiş şeir. Bravo. Sesinize ve ureyinize saģlik.
@afaqyusifova714
@afaqyusifova714 3 жыл бұрын
Möhtəşəm 🇦🇿
@xediceelekberova7806
@xediceelekberova7806 2 жыл бұрын
Bakı sevdiyim şəhərdi❤️
@sadiqhesenov8720
@sadiqhesenov8720 4 жыл бұрын
Belke bakini bu vaxta qeder bele izah eden olmamiwdi. Bu şer sozun bitdiyi yerdi qardasim...
@maralaliyeva7920
@maralaliyeva7920 4 жыл бұрын
Çox gözəl ,mənalı şerdir, ifada möhtəşəmdir.Təşəkkür.lər,hım şairə,həm ifaçılara. Bakı-kimlər xoşbəxt olmaq üçün, hansı arzularla sənin qoynuna atıldı,Sən kimləri ucaltdın, kimləri yerlə yeksan etdin, Xəzərin dalgaıarında arzularını uddun, bəzən özünüdə batırdln, kimlər səndə sevgisini tapdı,qovuşdu,xoşbıxt oldu, kimlər sevgiyə nifrət etdi. Hər halınla gözəlsən Bakl.Heç nəyə baxmadan əbədi sevgim -Bakım.
@ulviyeabbasova1414
@ulviyeabbasova1414 4 жыл бұрын
Baki cox gozel seherdi...
@zahidkerbalayev9972
@zahidkerbalayev9972 4 жыл бұрын
Ləhçəmizə qurban olum
@aygunzeynalova1253
@aygunzeynalova1253 3 жыл бұрын
Yeganə yerdi ki Bakı hamının şəhəridi 🤩
@amaliyaagayeva6034
@amaliyaagayeva6034 4 жыл бұрын
Vayyy super bayaqdan gozleyirem paylawasiz)) mohtewem 😍😍😍😍Sizleri dinlemek en en en gozeli
@jaleqasimzade2631
@jaleqasimzade2631 4 жыл бұрын
Usaqliqda can atdigim indi ise terk etmek istediyim seherdi.
@sifirdaningilizceBaku
@sifirdaningilizceBaku 4 жыл бұрын
ALLAH sebr versin
@lalequliyeva3073
@lalequliyeva3073 4 жыл бұрын
Təşəkkürlər! Maraqlı şeir, maraqlı münasibət və ifa.
@musa3015
@musa3015 4 жыл бұрын
Gözəl şeir və gözəl ifa
@mirialcanli3970
@mirialcanli3970 4 жыл бұрын
Bakı həmdə qovuşduran şəhərdir..❤️sadəcə möhtəşəm👍
@mirtelekom6349
@mirtelekom6349 4 жыл бұрын
Möhtəşəm😍😍😍
@sexavetmemmedov89
@sexavetmemmedov89 4 жыл бұрын
Çox gözəllll Superrr Halal olsunnnn
@nargisibragim8837
@nargisibragim8837 4 жыл бұрын
Bakı acı verən şəhərdir. Uğurlarınız davamlı olsun🙌
@cick3646
@cick3646 4 жыл бұрын
Salam xanımlar sizə evdən çıxmadan onlayn iş təklif edirəm işimiz 21_gunden bir gəlir gətirir yalnız smartfonla ətraflı məlumat üçün whatsapp.0503285883.📩🤗
@gulyaabilova7574
@gulyaabilova7574 4 жыл бұрын
Алланын незери Бакыдадыр.Бакы нарамы севмез .Бакы налалы севен шенерди
@turanegurbanova7219
@turanegurbanova7219 4 жыл бұрын
Yenə.möhtəşəm bir əsər yaratmısınız...Əhsən ❤👏👏👏
@cicekgulumcanova9344
@cicekgulumcanova9344 4 жыл бұрын
Çoooox gözel 👍🏻👍🏻👏🏻👏🏻
@lmanibrahimova6634
@lmanibrahimova6634 4 жыл бұрын
Deyerli insan😚❤
@lyamamxalil6115
@lyamamxalil6115 4 жыл бұрын
Əla.Uğurlarınız bol olsun👏👏👏
@heyatdanbezmisoglan.2075
@heyatdanbezmisoglan.2075 4 жыл бұрын
👍
@samedsamedov9553
@samedsamedov9553 4 жыл бұрын
👍
@valehsadqov4409
@valehsadqov4409 4 жыл бұрын
Möhtəşəmsən Adam🖤✨
@mnook9572
@mnook9572 4 жыл бұрын
Gözel ❤️😍
@smasuleymanl4268
@smasuleymanl4268 4 жыл бұрын
Bakı gözəl şəhərdi, Bakı qədim şəhərdi. Bakı bizim tariximiz, mədəniyyətimiz, sərvətimiz, qəhrəmanlıq dastanımızın yazıldığı, şəhidlərimizin müqəddəs ruhlarının dolaşdığı yerdir. Bakı Azərbaycanımın göz bəbəyi, paytaxtıdı. Bakını bu hala salanlar, onu sevməyənlər utansın. Əsl bakılılar da ❤di, safdı, təmizdi, qeurətlidi. Şəkidən Bakıya sevgilər❤❤❤
@sakinarahimzade5799
@sakinarahimzade5799 4 жыл бұрын
Baki öz damarlarından qara qan verən şəhərdir 🖤 👍👍👍
@dovlataliyev2679
@dovlataliyev2679 4 жыл бұрын
No comment---------magnificent 👏👏👏
@abumuradov2375
@abumuradov2375 6 ай бұрын
MaSTeR 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@afi_va99
@afi_va99 4 жыл бұрын
Möhtəşəm!!!! Alqışlar👏👏👏👏👏
@aynurmammedalieva
@aynurmammedalieva 4 жыл бұрын
_Móhtešhem.Var olasiz_
@elxanmemmedov8482
@elxanmemmedov8482 4 жыл бұрын
Mohtesem seir
@lavinia8576
@lavinia8576 4 жыл бұрын
Coox əla alınıb, səsinizə quvvət,❤️
@denizden_bir_damla.7203
@denizden_bir_damla.7203 4 жыл бұрын
Nefesinize sağlıq..🤲🏻 ilqarın da qələminə sağlıq🤲🏻əməyi keçən hər kəsə təsəkkurlər
Kamran Agabalayev  Xəzər Süleymanlı        İlqar Fəhmi "O qızın"
3:01
Kamran Agabalayev
Рет қаралды 98 М.
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН
Hacı Şahin - Çətinliyə düşərkən bunları bil
13:42
ISLAM TV Official
Рет қаралды 1 МЛН
Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)
2:47
Aləmzər Pənahqızı
Рет қаралды 17 М.
Xəzər Süleymanlı-Onda biləcəksən mənim sevgimi
3:52
Xəzər Süleymanlı
Рет қаралды 366 М.
Xəzər Süleymanlı - SƏNSİZLİKLƏ BACARMIRAM
2:20
Xəzər Süleymanlı
Рет қаралды 239 М.
"Ac adam bir tikə çörək üçün hər şeyini satar" - Kamran Ağabalayev
14:48
Sfera İnformasiya Agentliyi
Рет қаралды 3,3 М.
Ramiz Rövşən-İçindən yıxılır adam (səs Xəzər Süleymanlı)
1:01
Xəzər Süleymanlı
Рет қаралды 138 М.
ВОДА В СОЛО
0:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 14 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,2 МЛН
Тигра в команде Вафельки! А ты? 🐯#симбочка #тигра #симба
0:42
Playing hide and seek with my dog 🐶
0:25
Zach King
Рет қаралды 29 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН