Xəzər Süleymanlı Kamran Ağabalayev - Biri vardı, biri yox...

  Рет қаралды 57,907

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

4 жыл бұрын

#xezersuleymanli #kamranagabalayev #nusretkesemenli
şeir: Nüsrət Kəsəmənli
ifa edirlər: Xəzər Süleymanlı, Kamran Ağabalayev
piano: Fuad İbrahimli
Aztv
Evdə qal
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.
Mən orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...
Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox!”

Пікірлер: 179
@aygunalsova2644
@aygunalsova2644 4 жыл бұрын
"Atalıydı, analıydı uşaqlar, Bizim evdə bir vardı biri yox" Bu iki sətirin yaşatdığı hissi izah eləmək çətindi.
@frhadhuseyn965
@frhadhuseyn965 3 жыл бұрын
"Mən orduya nələr görüb getmişdim Ürək alıb, ürək qırıb getmişdim İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox. " Bu bənd niyə deyilmədi? Mənası hərbidən qayıdanda nişanlısı var idi, anası dünyasın dəyişmişdi. Allah Nüsrət müəllimə rəhmət etsin
@gulerramazanovar.g6610
@gulerramazanovar.g6610 4 жыл бұрын
Bu sheiri cox sevirdim,teessufki heyatima da yansidi sevdiyim sheirin misralari..Bizim evde de biri vardi,indi biri yox...yeri her zaman gorsenen Anam..
@lislri2233
@lislri2233 Жыл бұрын
Allah ananı rəhmət eləsin.
@elvinnagiyev1838
@elvinnagiyev1838 Жыл бұрын
Eynen menimde anam Allah rəhmət eləsin mekani cənnət olsun dunyasini deyisen analarımızın .
@elvinnagiyev1838
@elvinnagiyev1838 Жыл бұрын
Her qulaq asanda gozlerim dolur ,mende bu həyatda en deyerli anami itirmisem sanki bu misralar sozler heyat cox qeribedi Allah cemi dunyasini deyisen analara rəhmət eləsin.
@bakubaku4951
@bakubaku4951 4 жыл бұрын
Xezer beyin sesini cox sevirem gozel sesi var weri cox gozel deyir sesine quvet
@narmin685
@narmin685 4 жыл бұрын
Xezer balam bunu tek dese daha yaxsi olar ćūnki bu sesi başqa sese qatmaq dūz deyil xezerin sesi bir alemdi
@incims9359
@incims9359 4 жыл бұрын
Qəlbim yandı ilk sevgimdən, eşqindən Dara düştüm alınmadım heçkimdən Məclislərdə can deyib can eşidən Dostlarımın biri vardı biri yox... 💜Xəzər Süleymanlı & Kamran
@incims9359
@incims9359 4 жыл бұрын
@Şəmsin Mətbəxi salam 3yorumumada yazmisiz mesaji) Tamam oluram
@ayselhmdzad7513
@ayselhmdzad7513 4 жыл бұрын
Bu Nüsrət Kəsəmənlinin ən çox sevdiyim şeiridi,Allah şairimize rəhmət eləsin🤲 Gözəl səsləndirmisiniz səsinizə, ürəyinizinə sağlıq😍👏
@grandcafe1officiant133
@grandcafe1officiant133 4 жыл бұрын
Bu biri vardi biri yox menim heyatimda bu sozlel cox boyuk rol aynayir cunki menimde anam var atam yoxdu, qizlariminda heyatinda men varam atalari yoxdu bu ne talehdi ya rebbim hec olmasa birimizin atasi yasayardi baxib deyerdik hec olmasa dayagimiz var😢😢😢😢😢😢😢😢😢😢😢
@incims9359
@incims9359 4 жыл бұрын
Uzaqdaydı məni istəyən ocaqlar Ürəyimdən gəlib geçdi sazaqlar Atalıydı analıydı uşaqlar Bizim evdə biri vardı biri yox... 💜Xəzər Süleymanlı & Kamran
@incims9359
@incims9359 4 жыл бұрын
Uzaq gəzdi əmi dayı bibilər Söz arası mənə evlən dedilər Nişan üçün 2şey istədilər Məndə isə biri vardı biri yox ❤Xəzər Süleymanlı & Kamran
@gulyazkazimova4539
@gulyazkazimova4539 4 жыл бұрын
Mukemmel ser onudaha da mukemmel eden ifa allah sesinizi qorusun
@aygunbagrova3431
@aygunbagrova3431 4 жыл бұрын
Ruhun şad olsun,şair.Möhtəşəm ifalar ruhuna ithaf olunur.Nağıllardan başlayan biri vardı,biri yox bugünkü həyatımızın da fəlsəfəsidir.
@lalequliyeva3073
@lalequliyeva3073 4 жыл бұрын
Təşəkkürlər! Möhtəşəm! Xəzər səsli biri var, Gözəl səsli iki nəfərin ifası , möhtəşəm şeir və musiqi . Var olun!
@gulkazlml2186
@gulkazlml2186 4 жыл бұрын
Siz şer oxuduğca o urəkdən gələn səsin ,o şerin yanağlarından gözlərindən öpməyim gəlir əvəzsiz Xəzər bəy.ruhunuz mukəmməldi həqiqətən.kaş siz yaşayan yerlərdə yasayıb sizin icdiyiniz sudan havadan qidalanardım.göresen mende sizin kimi urək, səs sahibi olardımmı cox maraxlıdı.heyranam sizin şerlərinizə səsinizə.mənim ən dəyərli şairim Xəzər Suleymanlı.sanki bulbulun səsiylə əvəz olunub səsiniz.istənilən sosiyal şəbəkədə dinləyirəm şerlərinizi.allahım sizi daima var eləsin.səsiniz qulağımızdan eksik olmasın .daima qəlbimizi oxşayın.
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc Жыл бұрын
SİZ NƏ GÖZƏL İNSANSINIZ. HƏYATDA YAXŞI Kİ SİZİN KİMİ QƏLBİ RUHU TƏMİZ İNSANLAR VAR. SAĞ OLUN.
@okeanokean4071
@okeanokean4071 4 жыл бұрын
Meclislerde can deyib can esiden dostlarimnan biri vardi biri yoxx👍😔
@okeanokean4071
@okeanokean4071 4 жыл бұрын
@Şəmsin Mətbəxi tebbiki
@jujumj5318
@jujumj5318 4 жыл бұрын
mene ağlamaq olmaz ama bu şeir meni hemişe kövreldib😥😔🥀 Allah her kesin heyatın tam etsin yarım qalmasın kimse 😔🙏
@xanimmullim2565
@xanimmullim2565 4 жыл бұрын
Amin
@xanimmuradova9435
@xanimmuradova9435 4 жыл бұрын
Biri vardı biri yox 😔👏👏👍👍
@vusalmmmdkrimov4076
@vusalmmmdkrimov4076 Жыл бұрын
Dünyada butun kişilərin ölməyini arzulamamamcun belə kişilər var məncə
@ruhiyyeeliyeva9282
@ruhiyyeeliyeva9282 4 жыл бұрын
Bizim evde biri vardi biri yox...😭...sizin sesinizle daha çox hiss edilir...😭😭😭
@bagbannnsusuzqalmsgulu264
@bagbannnsusuzqalmsgulu264 2 жыл бұрын
Atalıydı..Analıydı..uşaqlar .. Atasız Anasız bòyùyen uşaqların heçneyi olmur Xezer beyyy 😢😢😢
@sfqbayraml9608
@sfqbayraml9608 4 жыл бұрын
Bizim evdə biri var idi biri yoxdur😓
@kamalaalp65
@kamalaalp65 4 жыл бұрын
Allah Nüsrət Kəsəmənliyə qəniqəni rəhmet eləsin🤲🏻 Məncə rəhmetliyin ruhu şaddır ki sizin kimi qiraətçi onun şeirlərini oxuyur bizlər üçün👏🏼
@neversaynever5051
@neversaynever5051 3 жыл бұрын
Bizim evde biri vardi,biri yox.
@azimaaliyeva6995
@azimaaliyeva6995 4 жыл бұрын
Burada her yasanti var,kim ne deyir desin ,amma heyat budur.Siz ise ayri alemsiniz.Cox sag olun. Biri vardi ,biri yox....
@revannagiyev6318
@revannagiyev6318 3 жыл бұрын
Bu qeder weirleri izledim hamisinda siz varsiz eyni qelbin dawiyicisiyiq mence
@azimaaliyeva6995
@azimaaliyeva6995 3 жыл бұрын
Cunku,men şeriyati cox sevirem.Ramiz Rövşen,Nusret Kesemenli ve s.onlarin yazdiqlarini cox beyenirem.Xususi ile Xezer Suleyman ifasinda.Sesinin ahengi bir basqadir.Dinlemeye deyer...Yorulmazsiniz.
@revannagiyev6318
@revannagiyev6318 3 жыл бұрын
@@azimaaliyeva6995 hamisini dinleyirem en cox aevdiyim nusret kesemenlidi ogru olmaq istiyirem sehifemde var o video
@revannagiyev6318
@revannagiyev6318 3 жыл бұрын
@@azimaaliyeva6995 Biz eyni zovqde eyni duwuncede insanlariq Allah sizi var elesin xowbext olasiz sesi gozeldi elbetde ...eyer sizinde icazeniz olsa bir insan olaraq arada watsapda derdlewib fikir boluwek bu weirler bizim xeyal etdiklerimizi deyir
@azimaaliyeva6995
@azimaaliyeva6995 3 жыл бұрын
@@revannagiyev6318 Teklifiniz ucun tesekkur edirem.Amma bu qetiyyen.mumkun deyil.Yenede sag olun.
@qeyretemirov7911
@qeyretemirov7911 2 жыл бұрын
İki qıza könül verib getmişdim, qayıdanda biri vardı, biri yox🤦😂😂
@jdjsjsuud
@jdjsjsuud 3 жыл бұрын
Xezerin sesi.... poeziya
@celalzeki4319
@celalzeki4319 3 жыл бұрын
Ömrü boyu belə gəlib mənimki.Biri vardı,biri yox...
@jdjsjsuud
@jdjsjsuud 3 жыл бұрын
Kamran da derin emosiyalı insandı Aferin Halal olsun 😇
@samirzizov315
@samirzizov315 3 жыл бұрын
Möhtəşəm əsərə bu iki əfsanə səs daha da möhtəşəmlik qatdı.
@hikmetdivani4351
@hikmetdivani4351 4 жыл бұрын
Iki boyuk qelb ...iki mohtewem qiraetci.ifanizda Xosrofla Ferhadin deyiwmesini ewitmek isterdim.
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
Gozel alinib davamli olsun
@gunaymamedova4284
@gunaymamedova4284 3 жыл бұрын
Ses tembri inanilmaz xosh gelir.
@nununadirova1512
@nununadirova1512 4 жыл бұрын
Inanin men sizin sesinizdeki rahatligi huzuru bawqa hecbir sesde hiss etmirem.Allah sizin omrunuzu uzun etsin..siz ifa edin biz dinleyek..sizden 1denedi😘😍
@xadijahesenli6080
@xadijahesenli6080 4 жыл бұрын
Süper 👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏
@teranelacinova6493
@teranelacinova6493 4 жыл бұрын
Hər zaman bu şeiri dinləyəndə gözlərim dolur 😔😔 elə bizim evdədə biri vardı biri yox
@ilahekerimova8375
@ilahekerimova8375 4 жыл бұрын
Hemise biri olanda biri olmur Allah olanlarimizi bize cox gormesin var olun 👍👍
@qarabagazrbaycad3557
@qarabagazrbaycad3557 4 жыл бұрын
doğrudanda biri vardı biri yox🌹💏
@denizden_bir_damla.7203
@denizden_bir_damla.7203 4 жыл бұрын
Supersizzzz 🤲🤲🤲🤲🇦🇿🇦🇿🇦🇿💞💞💞
@farid3946
@farid3946 4 жыл бұрын
Səsinizə qüvvət
@ayguns2270
@ayguns2270 4 жыл бұрын
Salam Bravo Ellerinize ureyinize saliq Valideyinsiz Evladlara Allah Sebr versin inşallah....Ugurlar Sizə
@ayguns2270
@ayguns2270 4 жыл бұрын
Şəmsin Mətbəxi Ayekum Salam Olaram destek Elbetde Yadima bir söz düşüb Bir nefer mene deyirdi ki Yutubda çox olma tökulecekler üsdüne qaç hemişe Siz yazdiniz o söz yadima birden düşdü Ugurlar Sizə Ele bele yazdim destek her zaman
@user-fj6xc6my4j
@user-fj6xc6my4j 2 жыл бұрын
Beli doxru biri var idi biri yeox
@cemilerefi3748
@cemilerefi3748 4 жыл бұрын
Sesinize hedsiz heyranam........
@laleceferova5570
@laleceferova5570 4 жыл бұрын
Can.Sağ olun uşaqlar.Allah Nüsrət müəllimə rəhmət eləsin.Ömrü də belə oldu: gənclık oldu, qocalıalıq yox.
@sevaehmedova4397
@sevaehmedova4397 4 жыл бұрын
Ay AAllah necede gozel seirdi nece de gozel seslendiribler cox sagolun tsk
@ay-tn1287
@ay-tn1287 4 жыл бұрын
Indi daha qayıtmağın yeri yox...
@babazade_9358
@babazade_9358 4 жыл бұрын
Salam
@elnareismayilov5182
@elnareismayilov5182 4 жыл бұрын
Sesinizin vurgunuyam. Şeirde bir ayrı gözel👍👍👍
@aydannesirli8334
@aydannesirli8334 4 жыл бұрын
Indi kovrelmeyin yeri yoxdu...möhtəşəm...ikili🌙
@firuzaibrahimova6291
@firuzaibrahimova6291 4 жыл бұрын
Çox uğurlu tandemdir
@leylaeliyeva6557
@leylaeliyeva6557 4 жыл бұрын
Yaman kövrəltdiz məni, bu şeiri heçvaxt belə gözəl ifada eşitməmişdim.Ürəyinizə səsinizə və əməyinizə sağlıq.📲🎧🎼📚👍🥰🙋‍♀️💐😇
@fidanfeyzullayeva4814
@fidanfeyzullayeva4814 4 жыл бұрын
Yenə gözəl ifa🤩
@konulkerimov4382
@konulkerimov4382 4 жыл бұрын
Eşq olsun Sizlərə kövrəltdiz bizi. Çox gözəl alınıb.
@berdeberde9009
@berdeberde9009 4 жыл бұрын
Goren bu seiri beyenmiyen o bir nefer ne deyib beyenmeyib ?????????
@jujumj5318
@jujumj5318 4 жыл бұрын
🤭🤭😂😂🤣🤭 yeqin onda da beyenme yoxdur 🤭🤭
@gunaykerimova199
@gunaykerimova199 4 жыл бұрын
😢😢😢
@VusalaMaharramova
@VusalaMaharramova 3 жыл бұрын
MÖHTƏŞƏM!!!
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
Möhteşemsiniz hər ikiniz. Allah qorusun sizi. Həyatınızda əksiylik olmasın heç vaxt. 🙏
@nigarquliyeva9921
@nigarquliyeva9921 4 жыл бұрын
Ruhun şad olsun qısa ömürlü həyatı boyu sevgidən yazan şair seyrə həyat verən qirayətçilər var olun
@konulkerimov4382
@konulkerimov4382 4 жыл бұрын
Həyatımdan yazılıb bu şeir. Uşaqlıq gənclik biri var idi biri yox. Sonda Şair nə deyir Vaxt gələcək sən özün deyəcəksən biri vardı biri yox. Həyatımız sonumuz gözəl olsun. Bu günə şükür
@xavertalib6564
@xavertalib6564 4 жыл бұрын
Ömrüm boyu belə gəlib mənimki..
@gulyabayramli8864
@gulyabayramli8864 4 жыл бұрын
Deyirler qemli mahnılar şeytan emelidir. Dinlemeyin çünki insanı derde kedere bürüyür. Bes mende indi sual yaranır axı. Bele şeyirleri dinlemek nece? Meyer insanın derdine yol açmırmı? ;((( Çoox tesirlendim. Ama haqqınızı yemeden o gözel üreyinize sağlıq deyirem
@zaxraakbar7169
@zaxraakbar7169 4 жыл бұрын
Mən elə fətva dşitməmişəm. Ümümiyyətlə çalışın rəsmi xəbərlərə inanmadığınız kimi istinadsız fətvalara da inanmayın. Sevgilərlə!!
@gulyabayramli8864
@gulyabayramli8864 4 жыл бұрын
@@zaxraakbar7169 O qeder de emin olmayın. Çünki insan (sizin o dediyiniz fetvalara deyil) Qelbine inanır. Ele musiqiler var, insanı özünden alıb aparır. Eyer bu sizde baş vermeyibse, daha orasına men qarışa bilmem.
@anarbomba4613
@anarbomba4613 4 жыл бұрын
@@gulyabayramli8864Sizin yazdiginiz menali fikirlere tesadufi rast gelirem, amma bunu deyim vallah men valeh oluram sizin qurdugunuz cumlelere. Tam semimi deyirem xanim😍👍👍 Nece gozel sozler yazirsiniz.
@gulyabayramli8864
@gulyabayramli8864 4 жыл бұрын
@@anarbomba4613 Sözler ürekden gelirse, o mütleq üreye qeder gedib yol tapa bilir. Yox eyer dilden çıxarsa, o qulağı bele keçe bilmez😊Xoş sözlerinize göre ise, Teşekkürlerimi bildirirem🙏🏻
@familazrbaycan5309
@familazrbaycan5309 4 жыл бұрын
Əhsən.
@safuramusayeva7862
@safuramusayeva7862 4 жыл бұрын
Allahım sanki ureyimnen keçən sözləri dediniz mohtesem var olun yaxşı ki varsız siznen tesselli tapiram
@tamarinametanet1727
@tamarinametanet1727 4 жыл бұрын
Mukəmməl ifa
@ateshaliyev6063
@ateshaliyev6063 2 жыл бұрын
Cox zeif hiss etdim ozumu
@huseynmensimov1532
@huseynmensimov1532 4 жыл бұрын
Elə bil həyatimi bu seirə yigiblar
@vasifkerimli3541
@vasifkerimli3541 4 жыл бұрын
👏👏👏👏doymaq mümkün deyil
@mectamecta1098
@mectamecta1098 4 жыл бұрын
BƏLKƏDƏ.....
@shehidlerimizeallahrehmete6466
@shehidlerimizeallahrehmete6466 4 жыл бұрын
ureyimde izi vardi ,ozu yoxx💔💔
@fatmayusifova3181
@fatmayusifova3181 4 жыл бұрын
sesine apardiqi verliwe doyamadiqim iki mohtewemler allah sizi qorusun
@mavideniz3202
@mavideniz3202 4 жыл бұрын
Seher seher gözlerimi yaşardacaq qeder hardan qarşima cixdin axi😔
@emineyorulmaz8135
@emineyorulmaz8135 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@jalehesenova2265
@jalehesenova2265 4 жыл бұрын
Atalıydı analıydı uşaqlar bizim evdə biri vardı biri yox ....bu misralar həmişə məni kövrəldir
@user-dk2jk2kz7x
@user-dk2jk2kz7x Жыл бұрын
Xəzər bəy çox xahiş edirəm İlkin fəryadın səsləndirdiyi " bir gadını sevdim" şeirini sizin sesinizle eşitmek isterdik. Mumkense👃
@semssems3667
@semssems3667 4 жыл бұрын
Bəli keçdi daha kövrəlməyin yeri yox ...❤-ze əməyinizə qiraətinizə sağlığ çox möhtəşəm alınıb sanki hamımızın həyatını ortaqlı şer dili ile söhbət edirsiz çox hemde çox bəyəndim Allah Nüsrət Kəsəmənliyə rəhmət eyləsin şer əsil qiraətçilərini tapdı👏👏👏👍💖💖
@bahabahajndn4938
@bahabahajndn4938 4 жыл бұрын
Allahim bu ne gozel danisin yarebim dogru dediklerin. xezer bey menimde heyatimda biri var biri yox.😢
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
Bəh, bəh....👏👏👏👏👏👏səhər səhər ayın xoş, günün xoş başlamasını sağlar, sizi dinləmək, səsinizə sağlıq......👏👏👏💐💐🦋
@ramileseferova1651
@ramileseferova1651 4 жыл бұрын
Bu ne gözelik
@ismayllkbrli879
@ismayllkbrli879 4 жыл бұрын
Mükəmməl ifa və şer👍
@nerminlizad5740
@nerminlizad5740 4 жыл бұрын
Super. Hər ikiniz möhtəşəmsiz
@renaturan9771
@renaturan9771 3 жыл бұрын
Bizim evde biri vardi biri.yox...
@nailamusayeva3684
@nailamusayeva3684 4 жыл бұрын
Yene de Xezer Suleymanli cox beyendim
@cavadeliyev4538
@cavadeliyev4538 4 жыл бұрын
Bizim evde biri var biri yox
@necisalmanova7949
@necisalmanova7949 4 жыл бұрын
Gözəl şer gözəl səslənmə
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
🎧 152👍 👏
@mobistore8881
@mobistore8881 4 жыл бұрын
Ama hamının evində sevdiyi, nazını çəkdiyi, dərdini bölüşdüyü vardı. Bizim evdə biri vardı, biri yox😢
@koko-de9lp
@koko-de9lp 4 жыл бұрын
Allah sizi var elesinnnnn
@gulu162
@gulu162 4 жыл бұрын
Nədənsə həmişə heylə olur bir olan yerdə bir olmur tək ata ananıya görə yox təki həmişə ata analar həmişə var olsun
@mubarizseferaliyev7800
@mubarizseferaliyev7800 3 жыл бұрын
Super )
@HiçKimseyim⁰⁸⁵²
@HiçKimseyim⁰⁸⁵² 4 жыл бұрын
Teşekürrrrlerrr Xezer Süleymanlı
@aytnsirinli2209
@aytnsirinli2209 4 жыл бұрын
Olan olub, keçən keçib bəlkə də İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar Urəyimdən gəlib keçdi sazaqlar Atalıydı, analıydı uşaqlar Bizim evdə biri vardı, biri yox. Gözlərimə doldurmuşam yağışı Bir köynəkdə çıxarmışam mən qışı. Şalvar-pencək geyinirdi tay-tuşum, Məndə isə biri vardı, biri yox. Üzüm güldü, tələbəyəm deyəndə Sıxılırdım dost pencəyi geyəndə. Müəllimlə dil tapa bilməyəndə Qiymətimin biri vardı, biri yox. Qəlbim yandı ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən Məclislərdə can deyib can eşidən Dostlarımdan biri vardı, biri yox. Mən orduya nələr görüb getmişdim, Ürək alıb ürək qırıb getmişdim. İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox... Uzaq gəzdi əmi, dayı, bibilər, Sözarası mənə “evlən” dedilər. Nişan üçün iki şey istədilər Məndə isə biri vardı, biri yox. Vaxt gələcək bu günü görəcəksən Çox suala gözünü döyəcəksən. Vaxt gələcək sən özün deyəcəksən Deyəcəksən: “biri vardı, biri yox!”
@br.emma132
@br.emma132 4 жыл бұрын
Ikinizede can saqiliqi
@zerifuser696
@zerifuser696 4 жыл бұрын
EVVELINDEN BIRI VAR IDI BÌRÌ YOX HER DEFE BU ŞERI MEN DINLEYENDE AQLAMWAM 😢😢😔😔
@vefaeldarli842
@vefaeldarli842 4 жыл бұрын
Nüsrət Kəsəmənli👍
@kanberozturk1260
@kanberozturk1260 Жыл бұрын
Çok Gözel
@sabinaaliyeffa7821
@sabinaaliyeffa7821 4 жыл бұрын
Bu gun sirf size gore izledim verliwi👍🏻
@turkan9568
@turkan9568 4 жыл бұрын
Möhteşəm😔👍
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
Ardı gəlsin, LÜTFƏN 🙏
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
Qiz burdasan.😏
@yaghmurluroya8358
@yaghmurluroya8358 4 жыл бұрын
@@esmirakrimova1315 💐
@ayparaayxan1716
@ayparaayxan1716 4 жыл бұрын
Olduqca qəlbə yatan qiraətdir.Hər ikiniz var olun!
@fxriyyltifli7141
@fxriyyltifli7141 4 жыл бұрын
İndi daha qayıtmağın yeri yox..
@elnurhasanbayov7667
@elnurhasanbayov7667 4 жыл бұрын
Ela
"Ac adam bir tikə çörək üçün hər şeyini satar" - Kamran Ağabalayev
14:48
Sfera İnformasiya Agentliyi
Рет қаралды 3,3 М.
Biri vardı, biri yoxdu (1967)
25:14
Azərbaycanfilm
Рет қаралды 17 М.
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 35 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 160 МЛН
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Xəzər Süleymanlı
Рет қаралды 219 М.
Çinarə Məlikzadə - Biri Vardı, Biri Yox
5:19
Xəzər Music
Рет қаралды 31 М.
Qara paltarlı qadın müəllif  Ramiz Rövşən səsləndirdi  Roma Xosrov
2:03
Qırmızı - 12 / Xəzər Süleymanlı "Evliyəm, çox xoşbəxtəm"
19:48
INTV Nail Naiboqlu
Рет қаралды 40 М.
Nüsrət Kəsəmənli - Biri vardı biri yox /səs: Furqani/
2:43
Kanal Poeziya
Рет қаралды 45 М.
Kamran Ağabalayev  
"Bir səhər yuxudan durub"
0:55
Kamran Agabalayev
Рет қаралды 36 М.
ВОТ как ЖЕНИХ выбирает СЕБЕ невесту 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 9 МЛН
HE’S BACK! 😰
0:11
HeyItzPuppies
Рет қаралды 11 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
0:49
Poly Holy Yow
Рет қаралды 7 МЛН
😱ВСЕМ БЫ ТАКИЕ СТАЛЬНЫЕ НЕРВЫ
0:18
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
0:27
Паша Осадчий
Рет қаралды 9 МЛН