Xəzər Süleymanlı-SƏN DEMƏ, TƏZƏDƏN SEVMƏK OLARMIŞ (Nüsrət Kəsəmənlinin şeiri)

  Рет қаралды 48,240

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Жыл бұрын

şeir: Nüsrət Kəsəmənli
səs: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı
Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.
Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.
Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?
Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qovasan
O səndən qaça...
Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.
İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış...
#xezersuleymanli #xəzərsüleymanlı
Facebook: / xzrslmnli
İnstagram: / xezersuleym. .
Tik-tok: vm.tiktok.com/ZSdSfdWxj/
Telegram: t.me/xezer_suleymanli

Пікірлер: 163
@XezerSuleymanli
@XezerSuleymanli Жыл бұрын
Bu şeiri dinləyin və inanın. İnanın ki, bir gün həqiqi sevginizi tapacaqsız. 💞
@pandam1679
@pandam1679 Жыл бұрын
Bu həqiqətən belədir Heç ağlıma gəlməzdi, inanın heç Oturub qocalığımı gözlədiyim halda, 8 mart onu hiss etdiyim gün, ona olan hisslərimi dərk etdiyim gündür. Dünya, ətraf başqa boyanır, qoxur, səslənir... Bir tərəfli olsa da, yenə də çox gözəldir Sevmək. İnsanı ağrıdır, qovurur, yaşadır!
@Nurlan_ilyas
@Nurlan_ilyas Жыл бұрын
Səsinizə qüvvət.
@g_m_2013
@g_m_2013 Жыл бұрын
Görəsən həqiqətən, yəni nə vaxtsa bu mümkündü?😔
@limmmdov9241
@limmmdov9241 Жыл бұрын
@@g_m_2013 *Ən uca olan Allah, səbr edənləri çox sevər.Səbr gec bar verən, amma meyvəsi şirin olan bir ağacdır.Bir və tək olan Allahın izni ilə, sonda hər şey gözəl olacaq.Əgər gözəl deyilsə, demək hələ son deyil...🌹*
@noflcfrov396
@noflcfrov396 Жыл бұрын
XEZER MÜƏLLİM SENİN YANINDA FEHLE İŞLEYEN MEN OLMUŞAM XEZER MÜƏLLİM___SENİN ŞEYİRİN VAR İDİ KÜLEYE SÖYLEDİM SENNEN HER AXŞAM SEHER MENE GETİRSİN XEBER__ İNANKİ HELEDE HEQİQİ SEVGİMİ SEVENİMİ TAPMAMIŞAM HELEDE TEKLİKDEN ÖZ ÜREYİMİN DÖYÜNTÜSÜNÜ EŞİDİREM 😞😞😞😞😞💔😞😞😞💔😞💔😞💔
@Quliyeva_nurane_
@Quliyeva_nurane_ Жыл бұрын
Bu səs Allahın bir möcüzəsidir deyərdim.... əvəzolunmaz səs .... sevgilərlə Nuranə 👍
@gulnam5253
@gulnam5253 Жыл бұрын
Sevginin tezesi kohnesi olmur 1defe sevirsen veonda yasaylrsan xeyallarlnda dusuncelerinde guluşlerinde bele....💖👍
@abushoff__4420
@abushoff__4420 Жыл бұрын
@@gulnam5253 Tamam...
@ElvinHumbetov-fi1xk
@ElvinHumbetov-fi1xk 9 күн бұрын
Təzədən sevmək olmur əzizim, əvvəlki sevginin əsiri olaraq qaldım illərdi
@cinarl7952
@cinarl7952 Жыл бұрын
NİYEDE YOX İNSAN NƏ QEDER YAŞARSA O QEDER SEVƏ BİLƏR 👍
@resulova_87
@resulova_87 Жыл бұрын
Evli biri üçün sevmək cəhənnəm odu kimi yandırır qəlbi.Ona görə qəlbini,hisslərini yandırmalıdır amma yenidən sevməməlidir!!!😢
@Talisqzi
@Talisqzi 3 ай бұрын
Duzdu 💔
@ekremxelilovef8314
@ekremxelilovef8314 Жыл бұрын
İnsan yaşamı boyunca bir kişiyi sever. Öncekiler veya sonrakiler birer arayış, kaçış ya da aldanıştır.
@papatya1304
@papatya1304 Жыл бұрын
Gozel qelbli insanin qarşisina ozu kimi biri cixanda, siliner yaddaş. Sanki bunnan evvel hec kimi sevmemiş kimi seversen onu. Allah her kesin qarşisina ureyince birini cixarsin ele insani ne unuda bilersen nede sevmekden yorularsan♡
@nergizesedullayeva1691
@nergizesedullayeva1691 Жыл бұрын
Amin
@sedaqetqasimova6381
@sedaqetqasimova6381 Жыл бұрын
Amin. Sevib sevilmək gözəl bir duyğudur. Amma qarşılığlı, təmənnasız saf sevgi tam başqa bir hissdir. Sevin sevilin. Həyat gözəldir.
@mutlukelebek6378
@mutlukelebek6378 Жыл бұрын
Sevə bilərsən,amma unuda bilmərsən. Sən onu unutduğunu sevmədiyini düşünərsən, lakin o hər zaman sənin qəlbindədir
@y.a.3800
@y.a.3800 Жыл бұрын
Təzədən sevmək olmur...sadəcə özünü aldadır insan___öyrəşir,qəbullanır,qane düşülür və daha nələrr.......🥀
@etho_ya
@etho_ya Жыл бұрын
Менче икинчи дефе севмек мумкун дейил😢
@kosmaras_
@kosmaras_ Жыл бұрын
Sən demə təzədən sevmək olarmış. Kim deyir ki, yenidən sevmək olmaz? Baxın mən yenidən sevirəm onu. Sabah yenə sevəcəm, o biri gün bir daha sonra sevəcəm və beləcə bir çox dəfə təzədən sevə bilirəm. Gedir məndən uzağa, içim sızıldayır. Ruhumun tək qidası gedib, onsuzluqla susamışam amma sonra təzədən sevirəm onu... Səni sevirəm Qadın! Bil istədim. Təzədən bil, mən səni təzədən sevdiyim kimi... Baxma belə dizlərimi qucaqlıyıb, zavallı kimi duruşuma. Baxma, sərt görünən üzümdən, xırda-xırda göz yaşlarımın axışına. Baxma bu dev cüssəmin içində cılız qalışıma... Mən,, mən bu yaşamı sənə həsr etmək istədim amma sonra gördüm ki, nə çox yanılmışam. Yaşamın özünü sevmişəm mən, səni sevmişəm. Səni üçün çox darıxmışam, sevmələrə doymadığım. Sənin üçün ölürəm, saçları cənnət qoxan Qadın! İndi yenə təzədən sevdim...
@gulnarrustemova5887
@gulnarrustemova5887 Жыл бұрын
Biz qadınlar belə sözlərçün yaranmışık sanki ehsen sözləre vallah ayaq üstü alqışlayıram sizi👍👍👍👍
@xosbextliksevgihuzur5158
@xosbextliksevgihuzur5158 Жыл бұрын
Sanki bir sevgi nagılı oxudum mùkemmeldi
@useruseruseruser8144
@useruseruseruser8144 Жыл бұрын
Əgər bir insan bir qadını xoşbəxt etməyi onda bacarar ki ona zaman verər Hər şey asanlıqla olmur Mübarizə aparmaq birinci iş İkinci öz ayaqların üstündə durmaq Daha sonra etibar etdiyin atan kimi səni qoruyan bir insan olmasa qadın güclü ola bilməz Bilirsiz necədi ayrılan qadınlar istəməzlər ki bədbəxt olsunlar onların ömrünü gününü param parça edən insanlar vardır Əgər bir kimsə bir qadını alçaltsa onu təhqir etsə bsğışlanılmazdır Kişi millətinə inanmaq çox çətindir Əgər anasını bacısını sevən insan ailəsində sadiq həyat yoldaşı rolunu oynaya bilər Gözünüzü dörd açın ayıq sayıq olun
@xosbextliksevgihuzur5158
@xosbextliksevgihuzur5158 Жыл бұрын
@@useruseruseruser8144 👍👍👍
@gunaykerimbeyli277
@gunaykerimbeyli277 Жыл бұрын
Eger ikinci defe seve bilirsinizse onda demek 1ci sevgi deyilmiş.... vessalam... 🍂🍂🍁🍁
@vuqar500
@vuqar500 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@ruslanibrahimov8305
@ruslanibrahimov8305 Жыл бұрын
Deyirlerki en temiz sevgi 3 cu sevgi olur...
@dunyaismayloffa2308
@dunyaismayloffa2308 Жыл бұрын
Sevəndə sevirik bir an icində Unutmaq nə yaman cətin olurmus...
@trk4891
@trk4891 Жыл бұрын
🇹🇷🇦🇿 bazı yararlar zamanla silinmez sesinize emeğinize sağlık hayırlı akşamlar
@aynurhuseynova772
@aynurhuseynova772 Жыл бұрын
Hər zaman sevmək olarmış 👏👏👏👏
@nergizesedullayeva1691
@nergizesedullayeva1691 Жыл бұрын
Sevmek olmaz wair...26.07.22 tesuf(
@SB-fy6sr
@SB-fy6sr Жыл бұрын
Sən demə təzədən sevmək olarmış ağzınıza ürəyinizə sağlığ 🙏🏼👏💙
@nur98882
@nur98882 Жыл бұрын
Təzədən sevmək mümkündür olmasına,ancaq o pak,təmiz,məsumcasına yaşadığın sevginin yerini hansı sonrakı sevgi doldurub ki?İstər qarşılıqsız olsun,istərsə də səbəb nə olur olsun,ilklər unudulmur,əsil məhəbbət unudulmur
@SB-fy6sr
@SB-fy6sr Жыл бұрын
Düz deyirsən amma qarşındakı anlasa nə isə .......
@Nurlan_ilyas
@Nurlan_ilyas Жыл бұрын
Her zaman sevmey olar ,ancaq evvelde olduqu kimi deyil .her şeyin ilki gözəl olar .
@gulbenizekberova2806
@gulbenizekberova2806 10 ай бұрын
Mence olmur tezeden sevmek , ne yenisini, ne hemin insani,biten bitçişdir
@aysuhaqverdiyeva5553
@aysuhaqverdiyeva5553 Жыл бұрын
Bu sesin,bu sözlərin qarşısında insanın nitqi quruyur.....damarında qanı donur...sizi cooooox sevirikkk.Bu sesi Allah çox görməsin bizlərə🙏🏻
@sahilhuseynli7503
@sahilhuseynli7503 Жыл бұрын
😪😪❤️❤️
@seidetahirova3956
@seidetahirova3956 Жыл бұрын
Sən demə tezeden sevmək olarmış,bu bir həqiqet
@doktor1982
@doktor1982 Жыл бұрын
Möhtəşəmdir insanı uzaqlara aparır. Sağol şair
@Nurlan_ilyas
@Nurlan_ilyas Жыл бұрын
Səsinizə qüvvət. Her şeyin zamaninda deyerlendirmek lazimdir. Yox əyər ertelesen Birde goreceksenki ulduzları sayarkən ayı itirmisən.
@limmmdov9241
@limmmdov9241 Жыл бұрын
*Mən bu gün səfər eylədim eşqin məzarına* *İçində göz yaşı tapdım hər dəfə qazdıqca* *Allah səni pozurdu yazılmayan qismətdən* *Mən səni hər gecəmdə şeirlərimə yazdıqca*
@user-ov7gn6jq9e
@user-ov7gn6jq9e 2 ай бұрын
Mənde onu sevirem.kaş birlikde olaydiq qalan ömrumuzu❤
@useruseruseruser8144
@useruseruseruser8144 Жыл бұрын
Əsas öz ayaqların üstündə durmaq həyatla mübarizə
@seideqedirova933
@seideqedirova933 Жыл бұрын
Eslinde gercek,unudulmayan sevgi 1 defe olur mence❤🌹
@azeragayev7190
@azeragayev7190 Жыл бұрын
Saf Sevgi Ulvi Hissler kecmiwde qaldi. Indi Sevgi yoxdu
@azeragayev7190
@azeragayev7190 Жыл бұрын
Nefsin Catdigi Hislerde Sevgi bitir. Sevgi El catmayan Hemwe Yawayan Hislerde olur.
@ceyranmutellibova99
@ceyranmutellibova99 3 ай бұрын
Xəzər Süleymanlı Sen demə təzədən sevmək olarmış 😥😥💔💔😔😔🙏🏻🙏🏻💙🔥❤💋💚😍🤲🧿👑👍👍👏👏
@ABCDEF-ul3kd
@ABCDEF-ul3kd 3 ай бұрын
Yəniki təstiq edirsiz yenidən zevmək olar??? Axı sevgi müqəddəsdir ................
@ceyranmutellibova99
@ceyranmutellibova99 3 ай бұрын
@@ABCDEF-ul3kd Allahın möçüzesi hər şeyə qadirdir olar yenidən sevmək olar 🤲👑🧿💙🔥💋❤😍💃🍷🕺🏼👏👍
@okeanokean4071
@okeanokean4071 Жыл бұрын
Sen deme tezeden sevmek olarmiş 👍....sen demeee herrrrr zaaammmannnn sevmeeeee❤kkkkk olarmiş
@yeganesadixova3992
@yeganesadixova3992 Жыл бұрын
Sesinize quvvet Allah qorusun
@zaursahibli2906
@zaursahibli2906 Жыл бұрын
Yeniden. Sevmek. Olur. Men. Onu. Sinamiwam👍💕
@samirhaciyev8428
@samirhaciyev8428 Жыл бұрын
Ehtiramla dinlədim apardı məni uzağdan uzağa
@zamansireliyev5509
@zamansireliyev5509 Жыл бұрын
Çox gözəl şair 👍👍👏👏👏👏👏
@Hiss618
@Hiss618 Жыл бұрын
Şeirləri bu qədərmi gözəl səsləndirmək olar👏👏👏
@husupg4081
@husupg4081 5 ай бұрын
Bezen sevmek mümkündü❤
@dronqo724
@dronqo724 Жыл бұрын
Sevmək olarmı ki? Sonra kı sevgi xatirələr...o elə kövrək ,göz yaşlı
@heyatdavamedir7910
@heyatdavamedir7910 Жыл бұрын
Sende yaşıllaşmayan sevgiye, hec zaman torpağ ola bilmersen.
@mhrrmhsnova7758
@mhrrmhsnova7758 Жыл бұрын
💘💔
@rusdam6377
@rusdam6377 5 ай бұрын
Burda qeyri abi bir şey yoxdut❤❤❤
@mnimolmayanim953
@mnimolmayanim953 Жыл бұрын
Tale Təzəden Gülsün İstərəm.. Onu Təzəden Sevmek İstərəm.. Köhne Yaralarım unudulsun İstərəm.. Eh Çox İstərəm. Özümlə Savaşıram Mən Bu Savaş Bitsin İstərəm...
@fargana1374
@fargana1374 Жыл бұрын
Супер 👍 👍 👍
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Жыл бұрын
Kim deyir bir dəfə sevilir insan?- Sən demə hər zaman sevmək olarmış...🍂✍️
@qurdqaps7040
@qurdqaps7040 Жыл бұрын
Insan 1 insani 1 defe sevir 2_ci sevgi tamamile bow xeyaldan bawqa bir wey deyil
@gulnarmehdiyeva9691
@gulnarmehdiyeva9691 Жыл бұрын
Sən demə yenidən sevməy olarmış bəli.
@miryusifmirzyev4062
@miryusifmirzyev4062 Жыл бұрын
Küsüb gözü yaşlı geden Məhəbbət peşiman-peşiman dönə bilərmiş .❤💜🖤Bu bir həqiqetdir şair. Ancaq o döndüyü zaman çox gec olur ,sevsende geri döne bilmeyeceyin vaz keçə bilmeyeceyin deyerler olur heyatımızda.
@feridkerimov3144
@feridkerimov3144 Жыл бұрын
İnsanın sesine insan sakitleşermiş var olun her zaman Xezer bey
@seherseyidova7289
@seherseyidova7289 Жыл бұрын
Cox gozel hemiseki kimi halal olsun !!
@maths_forever23
@maths_forever23 Жыл бұрын
Sesinin vurğunu olduğum.. mükəmməl
@_...G..._
@_...G..._ Жыл бұрын
Cox gozeldi.Gozel serleri sesinizle dahada gozel edirsiz 👍
@mhrrmhsnova7758
@mhrrmhsnova7758 Жыл бұрын
💔😰😢😢
@Qalib_Sintez
@Qalib_Sintez Жыл бұрын
Uğurlar 📝
@zuleyxahuseynova9996
@zuleyxahuseynova9996 Жыл бұрын
Xəzərin baxisielə bir romantik şeirdi.
@nicatazeri1496
@nicatazeri1496 Жыл бұрын
Allah uğurlarınizi bol eləsin .sesinize qüvvət versin 🥰♥️
@ruslanvahidov4728
@ruslanvahidov4728 Жыл бұрын
Super beli
@useruseruseruser8144
@useruseruseruser8144 Жыл бұрын
Sevgi Allaha
@ruslanasgerov819
@ruslanasgerov819 Жыл бұрын
Siqareti tezece tergitmisem yeniden baslamaq istemirem sair 😔
@gulyamamedova-rn9cp
@gulyamamedova-rn9cp Жыл бұрын
Həqiqət hardadı, sevgidə orda.Çox gôzəl şeirdi. Səsinizi Allah qorusun.
@user-ef7sb1fz6k
@user-ef7sb1fz6k Жыл бұрын
Салам🙏 Дузду икинчи бахарда олур🍂🍃
@ruslanibrahimov8305
@ruslanibrahimov8305 Жыл бұрын
Deyirlerki en guclu sevgi 3 cu seferde olur...
@qmrmmdv7373
@qmrmmdv7373 Жыл бұрын
Bu şeir çox seviləcək😍😍😍
@shahriyarjavadov5341
@shahriyarjavadov5341 11 ай бұрын
Müdhiş ❤
@ulviyye8459
@ulviyye8459 Жыл бұрын
Olarmış🥰
@zuleyxahuseynova9996
@zuleyxahuseynova9996 Жыл бұрын
Çox gözəl ifa edir
@Talisqzi
@Talisqzi 3 ай бұрын
Salam Aleykum her zaman sevmek olsada her zaman heyatda xosbextliye ṣans verilmir💔🕊🤲
@gulnarkarim9522
@gulnarkarim9522 Жыл бұрын
Mohtewem..Var olun wair..👍👍👍
@minuralyeva1476
@minuralyeva1476 Жыл бұрын
Yenə də möhtəşəm,qəlbinizə,səsinizə qüvvət👏🥰
@emilqasimzad2503
@emilqasimzad2503 Жыл бұрын
Sən demə bir daha sevməyəcəm mən.
@lolaaliyeva2076
@lolaaliyeva2076 Жыл бұрын
Sevmeyin ne oldugunu bilmirdim.......
@eltoneliyev8954
@eltoneliyev8954 Жыл бұрын
Allah sesinizə qüvvət versin
@gulnarrustemova5887
@gulnarrustemova5887 Жыл бұрын
Sen mənim ruhumun bənzeri Sen mənim eşkimin açmış çiçəyi Seni ömrüm boyu seveceyimi Büsbütün varlığıma and içdiyim
@queeen-xw5xh
@queeen-xw5xh 9 ай бұрын
Mümkün deyil 😢sevgim ancaq❤ Allahadir❤
@aytachuseynli7911
@aytachuseynli7911 Жыл бұрын
Möcüzəli ses ne qədər kovrletdiz məni
@azizamehral6611
@azizamehral6611 Жыл бұрын
Artıq gecdi .
@elsnliyev2037
@elsnliyev2037 Жыл бұрын
o gun yene geler ? kas gelse hec sef Etmerem
@ismayl7769
@ismayl7769 Жыл бұрын
Bu seir menim kimi ilk sevgisi bitenlere melhemdiii:(((((
@yeganhsnova787
@yeganhsnova787 Жыл бұрын
Siz tapmisiniz deyesen Xezer bey. Duzdu tezeden sevmek olur. Xumar xanim demisken bir nece defe sevmek olar Adam kimi ozude
@ressebsum2242
@ressebsum2242 Жыл бұрын
Sen deme yenidən sevmek olarmış 🖤🤍
@eminehesenova7085
@eminehesenova7085 Жыл бұрын
💐
@sevincmmmdova1946
@sevincmmmdova1946 Жыл бұрын
Gec olur
@khuramanrahimova5260
@khuramanrahimova5260 Жыл бұрын
👍👍👍
@narnrcbova2657
@narnrcbova2657 Жыл бұрын
👍👏
@qmzlim3646
@qmzlim3646 Жыл бұрын
Sən demə təzədən sevməy olarmış sevgi quş deyil qovasan uça 💔😔
@gunes.8448
@gunes.8448 Жыл бұрын
😔
@allahvar7496
@allahvar7496 Жыл бұрын
🤔🤔
@zamansireliyev5509
@zamansireliyev5509 Жыл бұрын
👏👏👏👏👍❤️
@user-dd7vp2ll4i
@user-dd7vp2ll4i Ай бұрын
@resulmammadov4154
@resulmammadov4154 Жыл бұрын
Heyif ki kansertinə gələ bilməyəcəm...amma sənə abunəyəm və hər gələn şeirini sevərək dinləyirəm...sevilirsiz...
@aitaj7711
@aitaj7711 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@seymurali33
@seymurali33 Жыл бұрын
✍️👍
@abushoff__4420
@abushoff__4420 Жыл бұрын
___________🎼🖤
@rehimova921
@rehimova921 Жыл бұрын
Sen deme sevgi yox imis men ozumu aldadirmjsam
@werrytt9292
@werrytt9292 Жыл бұрын
Nureddin Mehdixanli kolgada qoyan avazolunmaz sess
@familagayev2752
@familagayev2752 Жыл бұрын
Sen deme….
@stoptelekom2985
@stoptelekom2985 Жыл бұрын
Xaiş edirəm nolar səsi yüksək et hər gün dinləyirəm şeirlərini işdə səs aşağı olur😔
@elnarebendeliyeva1837
@elnarebendeliyeva1837 Жыл бұрын
Doğrudur ama xeyanet olmasaydı kas
@vetendovletov1281
@vetendovletov1281 Жыл бұрын
olmur shair. olmur. olsa ne var idi
@sehlaabdullayeva8386
@sehlaabdullayeva8386 Жыл бұрын
Tapmışam artıq.Hər zaman valeh edirsiz öz valeh edici səsinizlə.Hər səsləndirdiyiniz şerlə bizdə sizi sevirik.Yaxşıki varsız.
@li-pv3lp
@li-pv3lp Жыл бұрын
😔
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
Yenə şeir yazmışam, heç kəsə demə...
3:05
İCTİMAİ TV
Рет қаралды 250 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
This is not my neighbor  Terrible neighbor! #funny #zoonomaly #memes
00:26
Xəzər Süleymanlı-DARIXMIŞAM  (Cəlil Cavanşirin şeiri)
3:55
Xəzər Süleymanlı
Рет қаралды 72 М.
Gulay Zeynalli & Solo Band Royamdasan
5:25
NM SOLO BAND OFFICIAL
Рет қаралды 143 М.
Mikayıl Müşfiq - Yenə o bağ olaydı ( səs: Arzu Hüseynova )
2:06
Xəzər Süleymanlı-UNUDUR ZAMANLA, UNUDUR İNSAN (Fidan Əliyevanın şeiri)
3:57
Çinare Melikzade - Gecdir daha | Yeni klip 2022
3:37
Çinare Melikzade
Рет қаралды 569 М.
Bir Ömrün Nəğməsi
4:59
Ilgar Muradov
Рет қаралды 4,1 МЛН
Jay Meel - Etiraf
3:16
Jay Meel
Рет қаралды 8 МЛН
Xəzər Süleymanlı-Xəyanət (Elvir Axundun şeiri)
2:15
Xəzər Süleymanlı
Рет қаралды 109 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 321 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,5 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 780 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 10 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 52 МЛН