Рет қаралды 134
Neftin təkcə hasilatı yox, emalı da pul gətirir. “Qara qızıl”ı olmayan ölkələr neft emalı sahəsində ixtisaslaşaraq, əhəmiyyətli qazanc götürə bilirlər. Bəs neft ehtiyatlarına malik Azərbaycan necə, emal sferasında da güclü oyunçuya çevrilə və bundan pul qazana bilərmi?
İqtisadçı-alim Eldəniz Əmirov AzVision.az-a müsahibəsində bunu istisna etməsə də, 8-10 il vaxt lazım olduğunu bildirib. Onun sözlərinə görə, qonşu ölkələrdə, o cümlədən də Rusiyada və Qazaxıstanda hasil olunan neftin Azərbaycanda emal prosesinə cəlb edilməsi yaxın və orta perspektivdə o qədər də inandırıcı görünmür. Çünki bu gün Azərbaycanın özündə hasil olunan nefti emal etmək üçün ölkədəki mövcud sənaye müəssisələrini gücü kifayət deyil. Bu səbəbdən də Azərbaycan bir çox neft məhsullarını xaricdən idxal etmək məcburiyyətində qalır. “Aİ-95” markalı benzinin idxalı ölkədən kifayət qədər böyük valyutanın çıxmasına səbəb olur.