XORUZU Rəqsi / Vaqif Mirzəyev

  Рет қаралды 1,215

Vaqif Mirzəyev official

Vaqif Mirzəyev official

Күн бұрын

#oyunhavası #klarnet #vaqifmirzəyev #əməkdarartist
Əlaqə nömrəsi: 050 325 07 97
Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibəti ilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur.
Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür. Xarici mətbuat dəfələrlə yaradıcılığıyla maraqlanmış və tez-tez öz səhifələrində işıqlandırmışdır.
Azərbaycan radiosu ifasında 50-yə yaxın musiqi lentə almışdır. Moskvanın "Melodiya" firması tərəfindən bir neçə disk valları buraxılmışdır. Dəfələrlə Azərbaycan Televiziyasında çıxışlar etmiş və televiziyanın "Qızıl Fond"unda bir neçə konsertləri qorunub saxlanılmaqdadır.
Xalqımızın ağır günlərində də geridə qalmamış, cəbhələrdə, hərbi hissələrdə, qaçqın şəhərciklərində çıxışlar etmiş və sənət yoluyla əldə etdiklərindən bir sıra xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur.
"Azərbaycantelefilm" tərəfindən "Sənətinin Vaqifi" adlı sənədli film çəkilmişdir. 2008-ci ildə 40 illik fəaliyyəti ilə əlaqədar olaraq haqqında "Bahar nəfəsli sənətkar" adlı sənədli film ekranlaşdırılmışdır.
40 illik səhnə fəaliyyəti dövründə Azərbaycan mətbuatı dəfələrlə haqqında məqalələr çap etmiş, bunlardan başqa Azərbaycan incəsənətində olan xidmətlərinə görə bir çox fəxri fərmanlara və diplomlara layiq görülmüşdür. 2008-ci il sentyabrın 17-də Azərbaycanm prezidentinin sərəncamı ilə "əməkdar artist" fəxri adına layiq görülmüşdür.
Bunlardan başqa kinorejissorlarımız tərəfindən bir sıra bədii filmlərə musiqiçi kimi dəvət olunmuşdur.

Пікірлер: 1
@fikretshixeliyev6418
@fikretshixeliyev6418 11 ай бұрын
Beyenilsin!
Gülməli toy əhvalatları 1
12:01
Vaqif Mirzəyev official
Рет қаралды 230 М.
Gülməli əhvalatlar 2 / Xiyar parnikində başı mıxa keçdi))
8:01
Vaqif Mirzəyev official
Рет қаралды 59 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 118 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
"Bahar nəfəsli sənətkar" film \ Vaqif Mirzəyev
1:30:18
Vaqif Mirzəyev official
Рет қаралды 8 М.
Vaqif Mirzəyev / AZ TV "Görüş yeri"
15:01
Vaqif Mirzəyev official
Рет қаралды 402
Manaf Rzayev - Zauru rəqsi
3:41
Zaur BK
Рет қаралды 25 М.
ANA LAYLASI | VAQİF MİRZƏYEV
2:57
Vaqif Mirzəyev official
Рет қаралды 2,6 М.
Şalaxonu sevənlər üçün/ Vaqif Mirzəyev
2:26
Vaqif Mirzəyev official
Рет қаралды 5 М.
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Komedixana
Рет қаралды 486 М.
Cinlər / Vaqif Mirzəyev
1:59
Vaqif Mirzəyev official
Рет қаралды 484
Leyla Rəhimova həyat yoldaşı ilə barışacaqmı?
7:49
Xəzər Media
Рет қаралды 7 М.
Vaqif Mirzoyev / Qara göz boy boy
2:38
Vaqif Mirzəyev official
Рет қаралды 1 М.