Yalan (2005)

  Рет қаралды 101,926

Azərbaycanfilm

Azərbaycanfilm

2 жыл бұрын

12+
Çoban Yavərin sürü arxasında başı qarışdığından böyük oğlu Vasifin necə böyüdüyündən xəbər tutmayıb. Yavər öz işinə o qədər aludə olub ki, heç quruluşun dəyişdiyinin, Qarabağ müharibəsinin başlandığının da fərqinə varmayıb. Gözünü o vaxt açır ki, oğlu Vasifi orduya, cəbhə bölgəsinə aparırlar. Oğuldan səs-soraq gəlmir. Yavər oğlunun dalınca cəbhə bölgəsinə yollanır. Müharibənin içinə düşür. Oğlu döyüşdə həlak olur. Oğlunun ölüm xəbərini yoldaşı Nisəyə çatdırmaq isə Yavərçün elə ölümə bərabərdir.
Rejissor: Ramiz Əzizbəyli
Ssenari müəllifi: Orxan Fikrətoğlu
Operator: Amin Novruzov
Rəssam: Nizami Bəydəmirov
Bəstəkar: Aydın Əzimov
Rollarda: Vidadi Həsənov (Yavər), Gülşad Baxşıyeva (Nisə), Təvəkkül İsmayılov (Səfər), Ayşad Məmmədov (komandir), Elçin Əhmədov (Vasif), Günel Məmmədova (Nərgiz), Əzizağa Əzizbəyli (Dıbış), Lətifə Əliyeva (Məsmə), Arzu Muradova (Fatma)
İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 07.06.2006
Janr: döyüş, dram
Mükafat:
V Qızıl Çıraq Milli Kino Mükafatı - "Ən yaxşı aktrisa" Gülşad Baxşıyeva (2006, Bakı)

Пікірлер: 113
@Oruj023
@Oruj023 2 жыл бұрын
Son dəfə uşağ olanda baxmışdım filmə. Həqiqətən çox təsirli və mənalı bir filmdir. İndi demək olar Vasif yaşındayam və 2ci Qarabağ Müharibəsini görmək bizim nəsilə qismət oldu. Torpağlarımız azad olunandan sonra bu filmə baxdıqda tamam ayrı hisslər yaşayırsan. Torpağlarımız uğrunda canından, qanından keçən ŞƏHİDLƏRİN ruhu, QAZİ qardaşlarımızın qarşısında baş əyirəm. Yaşasın Azərbaycan 🇦🇿.
@rovshankerimov1036
@rovshankerimov1036 Жыл бұрын
Mükəmməl aktyorların ifasında çəkilmiş film. Nur üzlü şəhidlərimiz Allah sizə rəhmət eləsin . 🇦🇿😔🥀
@natelamanafova3023
@natelamanafova3023 Жыл бұрын
Aglaya bilmeyib derdini icine atan sehid atalari qarsinizda bay eyirem😔Allah sizlere sebr versin😔
@elnur__hesenli
@elnur__hesenli Жыл бұрын
Bu filmə həmişə baxanda boğazım düyümlənir😔😔😪😪 ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN 🤲🏻😔🇦🇿
@fikoo8550
@fikoo8550 Жыл бұрын
🙏Âmin
@elmin_043
@elmin_043 5 ай бұрын
Amin inşallah
@rcbn8393
@rcbn8393 Жыл бұрын
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.haminin ailəsinə və xalqımıza səbr versin inşallah. 🇦🇿🇹🇷
@elcinquliyev2820
@elcinquliyev2820 2 ай бұрын
40, yaşım var hər dəfə bu kinoya baxanda ağlayıram Allah bütün şəhidlərimizə rəhmət eləsin 🥀
@hasilorucov8442
@hasilorucov8442 Жыл бұрын
Ay Allah Sene Qurban Olum Müharibe Niye Bu qeder can alır kimdi bu proqramı düzüb qoşan
@cavidmuzffrzad190
@cavidmuzffrzad190 10 ай бұрын
Əsasən dini müharibələr olur . Bir dinin nümayəndəsi obiirini qırır(daha doğrusu əqidə ,inanc ).
@cavidmuzffrzad190
@cavidmuzffrzad190 10 ай бұрын
Mən ateistəm və hansı ölkədəki ateism üstünlük təşkil edir . Həmin Ölkənin ordusu yox cinayətlər də az az hallarda baş verir
@anf.8959
@anf.8959 Жыл бұрын
Allah rəhmət eləsin şəhidlərimizə!!
@bayramovqismet335
@bayramovqismet335 Жыл бұрын
Amin
@mxfibiri6604
@mxfibiri6604 Жыл бұрын
Allah And olsun döyüş yoldaşlarım yadına düşdü ALLAH Rəhmət elsin Şəhidlərə Yanımda şəhid olanlar off ürəyim partlayır
@gfgjhfhfdhj1331
@gfgjhfhfdhj1331 Жыл бұрын
Allah rehmet elesin Şehidlerimize. Sizede Allah kömek etsin, Allah qorusun. Sizler bizim fexrimizsiniz. Sonsuza qeder sizlerle qürür duyacaq bu xalq
@sebrsebr9683
@sebrsebr9683 Жыл бұрын
Caan 😔Allah rəhmət etsin ureyim cox daglanir her defe yutuba girende bir şehid videosu
@fuadqafarli
@fuadqafarli Жыл бұрын
Amin
@fuadqafarli
@fuadqafarli Жыл бұрын
@@gfgjhfhfdhj1331 amin
@mhmmdsrifov3163
@mhmmdsrifov3163 Жыл бұрын
Nə qədər vasiflər nə qədər polat həşimovlar nə qədər mübariz ibrahimovlar Və neçə neçə igidlər aldı ağıya dönmüş bu dünya Bəzi şərəfsizlər rahat gəzir amma igidlərmizə can qoyub qan tökür bu torpaq üçün Məkanınız ucadan uca olsun şəhitlərmizin Qazilərmizə yar və yardımcı olsun Allah bizlərə səbir versin🤲amin İnşallah 😢😢😢😢
@aynisadi2406
@aynisadi2406 Жыл бұрын
Nəfəs düyümlənir.-deye bir ifadə var.O ifadəni yaşatdı bu film.Allah heç bir valideyne bele əzab verməsin Allah əsgərlərimizi qorusun. Şəhidlərimizə rəhmət elesin. Qazilərimizə şəfa versin AMİN İNŞAALLAH ❤️❤️❤️
@camalqardasov7606
@camalqardasov7606 Жыл бұрын
" Yalan var ki, günah sayılmır "
@kusdumcicyi6879
@kusdumcicyi6879 2 жыл бұрын
Heyif ki, belə filmlərimizin təbliğatı zəif. Əla filmdir.
@mehmanb.1242
@mehmanb.1242 Жыл бұрын
İnsan bu filmə baxanda, sanki özünüdə bu filmdə hiss edir,,,,,,,
@sahinabdulla5306
@sahinabdulla5306 Жыл бұрын
Allah Ramiz müəllimə rəhmət eləsin belə gözəl filmlər qoyub gedib..Allah bütün şəhidlərimizi rəhmət eləsin
@Savetski11
@Savetski11 2 жыл бұрын
Ela kinodu hər baxanda ürəyim ağrıyır 🇦🇿😔
@natavanahmadova4339
@natavanahmadova4339 Жыл бұрын
İnsan nə qədər başına-başına vurar,lənətə gəlsin bu müharibə həyatdan bizi necə də soyutdu,ölmürəm ki,canım qurtula
@turalabbaszade4929
@turalabbaszade4929 Жыл бұрын
Doyunca aglatdi meni.gozumun yashi sel kimi axirdi. O illeri mende yashamisham. Allah shehidlerimize rehmet elesin amin. Yataq xestesi.
@xanaagayeva3538
@xanaagayeva3538 Жыл бұрын
Xatırlayıram mən uşaq olanda anam bu filmə baxıb o qədər ağlayardı ki. Mənə çox gülməli gələrdi. Adam da kinoya ağlayar. Amma indi müharibə görmüş biri olaraq, qardaşımın ordan salamat gəlməsi üçün əli göydə olan, nəzir niyaz niyyət edən biri olaraq filmin hər fraqmenti məni dərindən sarsıtdı. Allah şəhid valideynlərinə səbr versin. Qazilərimə can sağlığı versin. Şəhidlərimiz müqəddəs ruhu qarşısında baş əyirik 🙏🙏🙏🙏🙏
@milay2281
@milay2281 Жыл бұрын
InwAllah sag salamat geler 😊aminn
@xanaagayeva3538
@xanaagayeva3538 Жыл бұрын
@@milay2281 çox sağ olun. Amin
@punhanrustemov8196
@punhanrustemov8196 Жыл бұрын
İnsAllah sağ-salamat 🤲🥺
@najafov444
@najafov444 9 ай бұрын
Uşaq vaxtı bu filmə televizorda baxanda heçnə başa düşmürdüm çox təsirlidir.
@etiram8860
@etiram8860 Жыл бұрын
İnanın her bu kinoya baxanda bütün şəhidləri gorsedirsiz .Allah rəhmət etsin bütün şəhidlərə .çox sagolunki bele bir kino cəkmisiz .
@Tan1l_maz
@Tan1l_maz Күн бұрын
Qəhrəman oğullar məkanınız Cənnətdi bilirəm ancaq sizsiz bu dünya cəhənnəmdi.Onuda bilirəmki bizim hər zaman yanımızdasız🇦🇿🥀❤️
@Thebaku90
@Thebaku90 Жыл бұрын
Bu film cəkiləndə mən hələ yox idim amma bu filmi birinci dəfədi baxıram bu film acıq aşkar hər şeyi göstərir
@aygunliyeva2407
@aygunliyeva2407 2 жыл бұрын
Təşəkkürlər, Azərbaycanfilm😍
@lamanosmanova
@lamanosmanova Жыл бұрын
Ay Allah ,necə təsirli filmdir.Baxanda göz yaşlarımı saxlaya bilmədim.Allah bütün şəhidlərimizə rəhmət eləsin...
@ismayilovtalib959
@ismayilovtalib959 Жыл бұрын
NƏ QƏDƏR GƏLİNLƏR ƏRSİZ QALDI, NƏ QƏDƏR BALALAR ATASIZ QALDI,NƏ QƏDƏR NİŞANLI QIZLAR YARSIZ QALDI.DÖZÜLMƏZ DƏRDDİR. HAQQINIZI ÖDƏYƏ BİLMƏRİK. HEYİF."HƏR ŞEY VƏTƏN ÜÇÜN" DEYİB, VƏTƏN ÜÇÜN CANINI QURBAN VERƏN OĞULLAR.ÇOX AĞRILI DƏRDDİR. BUNA SƏBR DÖZÜM TAB GƏTİRMƏZ. DÜNYAYA DOYMAYAN OĞULLAR. DƏHŞƏTLİDİRBÜTÜN ŞƏHİDLƏRİMİZƏ ALLAH'DAN RƏHMƏT DİLƏYİRƏM.🥀❗️❗️❗️BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BAŞ ÖNÜNDƏ BAŞ ƏYİRƏM .
@muradzizov14
@muradzizov14 5 ай бұрын
Atanın Ürəyi O an hiss eliyir Ki,Övladının başına bəla gəlib...Allah Heç bir Valideyni övladı ilə Sınağa çəkməsin🤲🏽ALLAH BÜTÜN ƏSGƏRLƏRİMİZİ QORUSUN...SAĞ SALAMAT GETDİKLƏRİ KİMİ SAĞ SALAMAT DA QAYITSINLAR EVLƏRİNƏ AMİN🤲🏽🇦🇿Allah VİDADİ məllimə də ömır versin Sanki Həqiqətən də ŞƏHİD ATASIDI
@moskva1790
@moskva1790 Жыл бұрын
Əla və möhtəşəm bir müharibə filmi bir müharibə veteranı olaraq çox təsirləndim və kövrəldim filmin çəkilişlərində əməyi keçən hər kəsə təşəkkür edirəm
@pitbulpitbul5050
@pitbulpitbul5050 Жыл бұрын
Dunyadan daha deyerli ogullariniz gurban getdi bu muharibede. Gafgazdan Ermenistan adli dövlet silinmeyene geder biz olardan el cekmemeliyik.
@user-dm2lk8ef1g
@user-dm2lk8ef1g Жыл бұрын
bu gun baxdlm helde tesirinen clxamlram butun wehid analarl canlanlr can kope wehid balalar😔😥
@seyidkbrfttahzad2304
@seyidkbrfttahzad2304 10 ай бұрын
Uşaq vaxtı bu filmə baxanda anlamırdım, indi ağlaya ağlaya baxıram bu filmə...
@samirehmedov7762
@samirehmedov7762 Жыл бұрын
Allah rəhmət eləsin Şəhidlərimizə🥺💔
@SamirSSGARAGE
@SamirSSGARAGE Жыл бұрын
Uşağ vaxdı baxıb az şey anladığım filmə indi baxıb hər şeyi anlayıram onda artığ bildim ki uşağlığım geridə qalıb 😢
@cavadqeniyev7660
@cavadqeniyev7660 6 ай бұрын
cox gozel kinodur baxmaga deyer Allah sehidlerimize rehmet elesin
@AzeKarabakh.
@AzeKarabakh. Жыл бұрын
Heqiqetende çox möhteşem filmdi senetkarlarımiz bele halal olsun Allah Şehidlerimize rehmet elesin 😑♥️
@user-xw8cr7pd7e
@user-xw8cr7pd7e Ай бұрын
Allah bütün şəhidlərimizə rəhmət etsin.
@azevilayt1921
@azevilayt1921 Жыл бұрын
Mən hər dəfə bu filmin axırına baxanda nə qədər ağlıyıram
@elnurelnur6570
@elnurelnur6570 Жыл бұрын
Allah şəhidlərimizə rəhmət eləsin
@user-ed4cp4py4p
@user-ed4cp4py4p Жыл бұрын
Çan Allah səbir versin şəhidlərimizin atasına, anasına böyük dərtdi. O qədər ağlamışam.
@gulyatagieva3623
@gulyatagieva3623 Жыл бұрын
Allah Wehidlermize rehmet elesin 😞🥀🙏🏻
@serxannehmetov6003
@serxannehmetov6003 Жыл бұрын
Allah sehidlerimize rehmet elesin .Qazilerimize can sagligi versin.
@bayramovqismet335
@bayramovqismet335 Жыл бұрын
Digalarin anasda atsda agladi gozel kiwler Allah wehidlermize rehmet elesin
@vusal.aliyev597
@vusal.aliyev597 Жыл бұрын
bir ataycun cox cetindi yoldawina deye ki oglumuz yoxdu heyatda😔💔 Allah sebir versin wehid yaxinlarina. nece sehidimiz evin tek oglu idi. gor ne cekir valideyinleri😔 Allah sebir versin
@haydar23kullanicisi24
@haydar23kullanicisi24 Жыл бұрын
Dunya heyati yalandir esl heyat axiretdir
@user-ul7ky6su5c
@user-ul7ky6su5c 4 ай бұрын
Orxan mellim agliyan agladi ah ceken cekdi indi dik durmaq vaxtidi.cox sag olun gozel senedli filme fore bu sendlidi cunki demek olarki her neside bunlar yasandi
@zazadayi1984
@zazadayi1984 Жыл бұрын
Atam 94-də getdi biboğlumu görməyə, Fizuliyə. Atam qayıtdı,sabahı biboğlu şəhid oldu 😢. Allah Şəhidlimizə rəhmət eləsin!
@natamamedova4367
@natamamedova4367 Жыл бұрын
1ALLAH BUTUN EHIDLERIMIZE REHMET ETSIN ! ILAHI AMIN
@cemilememmedova6737
@cemilememmedova6737 Жыл бұрын
Tik tokdan gelenlere salam olsun
@ziyamamedov2321
@ziyamamedov2321 Жыл бұрын
Çox ağır filmdir ürəyi zeif olanlar baxmasin. Goz yaşlariniz sel olacaq o qeder aglayacaqsiz ki, gozleriniz şişəcək. Allah şəhidlərimizə rehmet elesin məkanları cənnət olsun.
@malikxelilli63
@malikxelilli63 Жыл бұрын
Beli usaqliqdan beynime otrub film
@senemzeynalova6
@senemzeynalova6 Жыл бұрын
Illerdir ne qederdi Vasif kimi oğulları torpağ alır 😪
@raulaxmedzade8053
@raulaxmedzade8053 Жыл бұрын
WEHIDLER OLMEZDIR OLMEYIBSE BES HANI🥀💔
@novruzovhuseyn6198
@novruzovhuseyn6198 Жыл бұрын
bu filimde bu aktyorlar o qeder heqiqi oynayiblar ki bu aktyorlardan azerbaycana bir daha gelmeyecek sagken qedrin bilek
@Tan1l_maz
@Tan1l_maz Күн бұрын
Filimi çəkib əməyi olanlardan ALLAH Razı olsun
@elmin_043
@elmin_043 5 ай бұрын
Allah cəmi Şəhidlərimizi rəhmət eləsin 😔 😔 😔
@Emin.060.
@Emin.060. 8 ай бұрын
Şəhid ataları şəhid anaları qarşınızda baş əyirəm
@isaabdullayev6875
@isaabdullayev6875 2 ай бұрын
Gözün dolmamaqı mümkün deil((
@edikcavadov7288
@edikcavadov7288 Жыл бұрын
Çok sağol yaver mellim
@selale1970
@selale1970 Жыл бұрын
Bu filme baxanmiram mene cox,pis tesir edir o kisinin cekdikleri 💔ağır filmdi
@user-uw7nf6bm6u
@user-uw7nf6bm6u Жыл бұрын
Kinoda gorub çox kederlenirik amma heqiqetde ne qeder var bele seyler. Ehhhhh(
@umidsadqzad2003
@umidsadqzad2003 Жыл бұрын
Son zamanlar qarşıma belə kinolar cox cıxır nəydənsə xğbər verir mənə
@rasocapello3496
@rasocapello3496 Жыл бұрын
Wexidler olmez veten bolunmez!!!!!!! Garabag Azerbaijandir yawasin Azerbaijan mileti, men rusetan boymuwem ve dogulmuwam burda, ama Azerbaijan menim ureyimde!!!!!!!!!!! ❤🇹🇷🇦🇿🇷🇺
@Tan1l_maz
@Tan1l_maz Күн бұрын
Kaş......................🥀🥀🥀
@anka_accessories
@anka_accessories Жыл бұрын
Aglayaraq izledim bir daha.Basimiza bu müsibetleri açan başda RUSLAR VE ERMENİLER ve başqa düsmenlerimizə ALLAH BÜTÜN DERDİMİZİ,GÜNAHLARİMİZİ üzerinize töksün.
@samirsuleymanov2088
@samirsuleymanov2088 Жыл бұрын
Super.
@cavidanxurremi02
@cavidanxurremi02 Жыл бұрын
“Yalan var ki,günaha yazılmır”
@VAZ_SEVDASI
@VAZ_SEVDASI 8 ай бұрын
Filimin sonuna yaxın ağ vaz 2107 var 10 KS 744 o bizim kənddədi 😊
@badenbaden9928
@badenbaden9928 6 ай бұрын
Eynilə, Əsgər atası filminin süjetidir, plaqiatdır.Gürcüfilm. Georgi Maxaraşvili oğlunu axtarmağa gedir(aktyor Sergo Zakariadze,1965 ci il). Kiçik dəyişmələr, milli kolorit əlavə edilib. Şəhidlərimizə rəhmət.
@yelmarrecebov8822
@yelmarrecebov8822 11 ай бұрын
Uşaq Kökəlib Sözü Ananın Başını Qatmaq İdi 😢
@user-ci2ld9en5x
@user-ci2ld9en5x Жыл бұрын
💔💔💔💔💔💔💔😢😢😢🥀🥀
@botanika1480
@botanika1480 Жыл бұрын
Cox tesirli kinodir
@botanika1480
@botanika1480 Жыл бұрын
Can ana can ata
@aqilbaxsov4280
@aqilbaxsov4280 Жыл бұрын
Çox gözəl kinodu .
@anarhumbtli6784
@anarhumbtli6784 6 ай бұрын
Yenə ağladım.
@user-ci2ld9en5x
@user-ci2ld9en5x Жыл бұрын
😢😢😢😢😢
@tural690
@tural690 4 ай бұрын
Yetim yesir qirilir.İmkanlilar yaxasin kənara çəkib gəzir.Elə bil başqa planetden gəliblər ancaq yeyib dagitmaga..Kasibi hec adam yerinə de qoymurlar.Deyir aglin olardi gedib doyusmezdin.Ona gore gunde bir qazi intihar edir..Yaziq kasiblar
@aysumyehyayeva3075
@aysumyehyayeva3075 Жыл бұрын
Torpaa hele kasibindi🥀
@sebrsebr9683
@sebrsebr9683 Жыл бұрын
Biraz kobud çixacaq ama deməsəm partdayaram deyir eşşək gətirir at yeyir
@eliabbasnadirov
@eliabbasnadirov Жыл бұрын
Yalan filiminə baxanda orta məktəbdə oxuyurdum
@qonc7916
@qonc7916 Ай бұрын
Bu filmə baxmaq mənim üçün çox ağırdır Film sanki bizim ailəmizə həsr olunub Müharibənin ağır günləri idi 1994-cu il 30 yanvar 19 yaşlı qardaşım cəbhədə idi Atam qardaşımı görməyə gedir Anam isə şəhid olmuş bacısı oğlunun yas yerində idi Atam getdiyi gündən bir gün əvvəl Qlobus yüksəkliyi uğrunda ağır döyüş olmuş, xeyli itki vermişdik Qardaşım da ağır yaralanır, düşmən əlinə keçir Atam dəli kimi olur, bu xəbəri anama necə deyəcəyini bilmir Neçə gün evə gələ bilmir Aradan xeyli vaxt ötüb Atam da, anam da dünyasını dəyişib Qardaşımı isə deyilənə görə işgəncə ilə öldürüblər Zaman ötsə də müharibənin yaralari sağalmır
@jacomoperducci26
@jacomoperducci26 10 ай бұрын
Çox zəif
@user-yb3li6xq4h
@user-yb3li6xq4h Жыл бұрын
😔😔
@mansuralishov6544
@mansuralishov6544 2 ай бұрын
😪😪😪😪😪😪😪
@nihatehmedov7981
@nihatehmedov7981 Жыл бұрын
Vasif AtA ocagi seryalinda ki cingiz di?
@user-uw7nf6bm6u
@user-uw7nf6bm6u Жыл бұрын
He qardas. Yaver de indi orada çekilir yeqin bilirsen
@nihatehmedov7981
@nihatehmedov7981 Жыл бұрын
@@user-uw7nf6bm6u salam.he qardas bilirem🙏
@punhanrustemov8196
@punhanrustemov8196 Жыл бұрын
Bu film çəkiləndə mənim 7 yaşım var idi mən isə bu filmə 9 yaşında baxmışdım ilk dəfə🥺🥺😔😔
@fxriimanov
@fxriimanov Жыл бұрын
Hansı rayonda çəkilib?
@adso8083
@adso8083 Жыл бұрын
yadasimda qalan filim
@rafigasgarov6788
@rafigasgarov6788 6 ай бұрын
Kinonun əvvəlində çoban elə danışır sanki başqa uşaq haqqında danışır və məlumatsızdır sonradan başa düşürsən ki,bu öz uşağıdır. Yəni bilmir ki,uşaq harda oxuyur nə vaxt böyüdü?
@user-mn9hs9ul8h
@user-mn9hs9ul8h Жыл бұрын
Salam.Aktyorun adi nedir bilem var?
@anitaalijanova6153
@anitaalijanova6153 Жыл бұрын
Film 2005ci ilde yox, 2009cu ilde cekilib.
@mehemmedyahyayev1198
@mehemmedyahyayev1198 6 ай бұрын
Oglunu tanmrki bu
@rafaelrafael3122
@rafaelrafael3122 Жыл бұрын
Йаверин арвады дузгун баш йейенди
@gulyatagieva3623
@gulyatagieva3623 Жыл бұрын
nesibdi ??
@bosss2545
@bosss2545 Жыл бұрын
Yox
@narimangarayev3125
@narimangarayev3125 Жыл бұрын
İdeya yaxşı, ssenari zay, dialoqlar ondan da zay, çəkə bilmirsinizsə heç olmasa çəkməyin
@agakerimagakerim1150
@agakerimagakerim1150 Жыл бұрын
Lap eladi
@aleksandraakulova5368
@aleksandraakulova5368 5 ай бұрын
Gəl özün çək, tupoy
Ağ atlı oğlan (1995)
1:03:39
Azərbaycanfilm
Рет қаралды 76 М.
Bizim küçənin oğlanları (1973)
1:20:03
Azərbaycanfilm
Рет қаралды 116 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Chapitosiki
Рет қаралды 3,3 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
Təlatüm (2006) film
1:23:10
Emin Qasimov
Рет қаралды 28 М.
QÜTB ULDUZU (4K)
40:50
Akhmedov films
Рет қаралды 58 М.
Yuxu filmi 1993-2001  Səyavuş Aslan, Yaşar Nuri, Nəsibə Zeynalova.
12:23
Gecə qatarında qətl (1990)
1:33:25
Azərbaycanfilm
Рет қаралды 276 М.
Bizi Bağışlayın Filmi (1979) Azərbaycan dilində
1:12:24
Retrom_0
Рет қаралды 14 М.
Son nəfəsədək
1:36:04
ATV Cinema
Рет қаралды 216 М.
Pəncərə (1991)
1:19:16
Azərbaycanfilm
Рет қаралды 284 М.
Şirin Serialı - 1.Bölüm
1:02:00
EmiLab Media
Рет қаралды 1,5 МЛН
Angry Sigma mom 😡😡 #shorts  #ytshorts #youtubeshorts #comedy
0:15
Viraj kuku Nautiyal
Рет қаралды 5 МЛН
Live🔴 girls funny😂Chinese
0:31
Girl's funny
Рет қаралды 12 МЛН
ToRung short film: 🙏save water💦
0:24
ToRung
Рет қаралды 20 МЛН