YAP-ın seçki siyahısında kimlər var? Seçkiyə gedənlər, getməyənlər... - Nəsimi Məmmədli Çətin sualda

  Рет қаралды 1,669

Turan İnformasiya Agentliyi

Turan İnformasiya Agentliyi

Күн бұрын

YAP-ın seçki siyahısında kimlər var? Seçkiyə gedənlər, getməyənlər... - Nəsimi Məmmədli Çətin sualda
“Çətin sual” Kamran Mahmudovla № 766
İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında partiyanın 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı 125 dairənin hamısı üzrə namizədlərin siyahısı müəyyənləşib.
Siyahıda əvvəllər YAP-dan deputat seçilmiş, lakin son 2020-ci il seçkisində namizəd olmamış Əli Əhmədov, Mübariz Qurbanlı, Xanlar Fətiyev, Səyyad Aran, Eyvaz Qurbanov kimi partiya veteranları yenidən namizəd olublar.
Hakim partiya Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu, Milli Məclisin sabiq sədri, II, III, IV, V çağırış deputat olan Oqtay Əsədovu, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevi, AMEA prezidenti İsa Həbibbəylini, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlını, Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanı növbədənkənar parlament seçkilərində namizəd olaraq irəli sürməyib. Eyni zamanda, II, III, IV, V çağırışda 119 saylı Ağdam seçki dairəsindən mandat alan “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun da adı siyahıya yoxdur.
Sabiq deputatların övladlarının da namizədlikləri irəli sürülüb. Belə ki, namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürülən Samir Əhməd oğlu Vəliyev sabiq deputat Əhməd Vəliyevin, namizədliyi 56 saylı Şabran - Xaçmaz seçki dairəsindən irəli sürülən Mahir Tahir oğlu Süleymanlı isə Siyəzənin keçmiş millət vəkili Tahir Süleymanovun oğludur.Namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyeva isə sabiq deputat, uzun illər Mərkəzi Seçki Komissiyasının üzvü olmuş, MSK-nın sədr müavini Şaitdin Əliyevin qızıdır.
Bir sözlə 125 nəfərlik siyahıdakı namizədlərdən 66-sı ilk dəfə YAP-dan deputatlığa namizəd kimi elan edilib. Onların arasında maraqlı adlar nəzərə çarpır. Namizədlərin sırasında professor, alim, məktəb direktoru, məktəb müəllimi, gənclər mərkəzi sədri, müğənni, diş həkimi və s. peşə sahibləri də mövcuddur.
AXCP, Milli Şura, III Respublika Platforması seçkidə iştirak etməyəcəklərini açıqlayıblar. Müsavat partiyası seçkidə iştirak qərarı versə də, başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı seçkidə iştirak etməyəcəklər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ədalət partiyasının sədri İlyas İsmayılov, Ali Məclis sədri Meydan Babayev və sədrin digər müavini Elxan Şükürlü namizədliklərini irəli sürməyəcəklərini bildiriblər.
Siyasi şərhçi Nəsimi Məmmədli bu barədə danışır.
Kanala abunə ol: bit.ly/3fQCXFu
WebSite: www.turan.az
Facebook: / turanagency
Telegram: t.me/turanagency

Пікірлер
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Kamran Həsənli və Kəramət Böyükçöl "Babat Debat"da
1:03:40
Pressklub TV
Рет қаралды 73 М.
3 uşağı yetim qoyma
14:03
Seni Axtariram TV / Səni Axtarıram TV
Рет қаралды 2,3 М.
Amerikada vəziyyət necədir? Green Card ləğv olunur?
10:25
Amerika Dağılır
Рет қаралды 2,1 М.
HEYDƏR ƏLİYEVİN ALİMLƏRLƏ AMEA- DAKI YIĞINCAĞI | 1996
33:46
Arutunyanın Azərbaycandakı bacısı
16:40
REAL TV
Рет қаралды 1 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН