Рет қаралды 5,186
#Ginekoloq #Rəşad #yaxmanalizi
Uzman Dr. Rəşad Sultan
Facebook: / uzm.dr.resadsultan
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: (+994) 51-717-55-15
Qadın reproduktiv sistemi xəstəliklərinin diaqnostikası üçün ginekoloji yaxmadan istifadə olunur. Bu mikrobioloji müayinə növü olub, sağlam qadınlar üçün normal sayılan şərti-patogen bakteriyaları və zöhrəvi xəstəliklərə səbəb olan mütləq-patogenləri aşkarlamağa kömək edir. Buna görə də, nəticələrin düzgün şərh edilməsi üçün mütəxəssisə müraciət etmək lazımdır.
Menstruasiya zamanı yaxma götürmək olmaz.
Optimal vaxt - menstrual dövrün ortası, 10-20-ci günlər hesab olunur.
Yaxmanın götürülməsinə hazırlıq aşağıdakılardan ibarətdir:
müayinəyə 2 həftə qalmış antibiotik və ya göbələkəleyhinə preparatların qəbulunu dayandırmalı, əgər bu mümkün deyilsə - yaxmanı götürən zaman həkimi bu barədə məlumatlandırmalı;
3 gün cinsi əlaqədə olmamalı;
2 gün əvvəldən vaginal şamların, tabletlərin, krem və digər yerli təsirli müalicəvi vasitələrin istifadəsini dayandırmalı;
müayinədən əvvəl sprinsevasiya etməməli, sadəcə aralıq nahiyəsini ilıq su və sabun ilə yumaq olar.