Рет қаралды 366,467
Meyvəli piroqun resepti
Piroqun xəmirinin hazırlanması:
Un - 4 stəkan
Kərə yağı - 250 qram
Şəkər tozü - 2 stəkan
Qatıq - 1 stəkan
Çay sodası - yarım çay qaşığı
Yumurta - 3 ədəd
Qabartma tozu - 10 qram
Vanelin - 5 qram
Xəmirin hazırlanması üçün kərə yağı sürtkəcdən keçirilir və unla qarışdırılıb ovularaq umac halına gətirilir. İki stəkan şəkər tozu üzərinə əlavə edilərək qarışdırılır. Bir stəkan qatıq yarım çay qaşığı cay sodası ilə qarışdırılıb üzərinə əlavə edilir. Daha sonra üzərinə üç yumurta, qabartma tozu və vanelin əlavə edilib qarışdırılır. Xəmir 3-5 dəqiqə qarışdırıldıqdan sonra hazır olur.
Piroqun üzərinə vurmaq üçün umacın hazırlanması:
Un - 4 xörək qaşığı
Kərə yağı - 50 qram
Umacın hazırlanması üçün un kərə yağı ilə qarışdırılıb ovulur.
Meyvələr:
Şaftalı - 2 ədəd
Ərik - 2 ədəd
Çiyələk - 250 qram
Meyvələr təmizlənir və doğranır.
Sobanın listi duru yağla yağlanır. Piroqun xəmiri listə salınaraq yayılır. Xəmirin üzəri meyvə dilimləri ilə bəzədilir və üzərinə umac səpilir. Meyvəli piroq sobada 170 dərəcədə bişirilir.
Hazırlayan hər kəsə nuş olsun !