Yeri qazıb bahalı avtomobil tapdılar, 4 milyona satıldı

  Рет қаралды 44,290

Demədi Demə

Demədi Demə

3 жыл бұрын

Yeri qazıb bahalı avtomobil tapdılar, 4 milyona satıldı
Atılmış bahalı maşınlar
S/T: Bir maşınınız olsa və siz onu illərlə qarajda unutsanız... Nə baş verər? Yox, nəsə inandırıcı olmadı... Xüsusən, bahalı və klassik avtomobil həvəskarları üçün bu sualın heç yeri yoxdur. Mən də elə düşünürəm. Amma həyatdı da, hər şey ola bilir. Məsələn, 1 mln dollarlıq maşınlar səhranın ortasına atılır, ya da yerə basdırılır... Yenə inanmadınız? Videonu izləyin...
Unudulmuş və ya atılmış bahalı maşınlardan danışacağam bu gün. Milyonların arzusu olan bu maşınların təsadüfi tapılma hekayələri əməlli-başlı film mövzusudur. Beləliklə, atılmış bahalı maşınların qısa siyahısı ilə tanış olun.
Dodge Charger Daytona. Siyahımıza başçılıq edən bu avtomobil ilk dəfə yerli bir hakim tərəfindən arvadı üçün hədiyyə kimi alınıb. 1974-cü ildə avtomobil ikinci sahibinə satılıb. Dünya tarixində cəmi 503 ədəd istehsal olunan maşını da qarajda məhz ikinci sahibi unudub. Tapılandan sonra mütəxəssis baxışından keçən avtomobilin cəmi 20500 mil, yəni, təxminən, 33 min km getdiyi məlum olub. Üstəlik, onun 375 at gücündə, 8 silindrli mühərriki də olduğu kimi qalıb. Avtomobil hərracda 180 min dollara satılıb.
Bugatti Type 57s. 1930-cu illərin “ən yaxşı avtomobili” sayılır. Ondan cəmi 17 ədəd istehsal edilib. Hər buraxılan model o zaman üçün fantastik görünən 210 km/saat sürət yığa bilirdi. Avtomobilin sahibi İngiltərədə yaşayan hərbi həkim olub. O, 2007-ci ildə vəfat edir. 2008-ci ildə mirasçılar ondan qalan nə varsa, bölüşdürüb pay-püş etməyə başlayırlar. Avtomobili də təsadüfən, 50 il qapısı açılmayan qarajdan tapırlar. Mütəxəssis rəyi zamanı məlum olur ki, cəmi 42 min km yol gedən avtomobilin bütün original detalları olduğu kimi qalıb. Əfsanəvi maşın 2009-cu ildə retro avtomobillərin satıldığı hərraca çıxarılır. Məhz originallığına görə, anonim kolleksioner 3 mln 400 avronu ürəklə sayır və mirasçılardan bu gözəl modeli alır...
Jaguar 1964 gt40. Oxşar hadisə bu yaraşıqlının da başına gəlib. İyirmi ildən artıq qarajda lazımsız əşyaların altında qalıb. Əfsanəyə görə, əgər Ferrari və Ford o vaxt dalaşmasaydı, bu avtomobil “gün üzünə çıxmazdı”. İtalyan yarış maşınlarına rəqib olacaq bir model hazırlamaq üçün Ford ingilis avtomobil sənayeçiləri ilə müştərək işə başlayır. Nəticədə, Jaguar 1964 gt40 meydana çıxır və yarışda Ferrariyə qalib gəlir. Tapıldığından sonra onu da 2012-ci ildə hərracda ağlagəlməz qiymətə-4,95 mln dollara satıblar.
Ferrari Enzo. Dubayın maşın qəbristanlığında atılmış, üstü qumla örtülmüş Ferraridən daha kədərli nə ola bilər ki?! Özü də bu model 2002-2005-ci illərdə buraxılan cəmi 39 avtomobildən biri ola... Deyilənə görə, onun atılmasına səbəb sahibinin həyatında baş verən uğursuzluqlar olub. Havanın orta temperaturu 450C olan bir yerdə, açıq hava altında qiyməti, təxminən, 300 min dollar olan bir Ferraridən danışıram... Həqiqətən, kədərlidir...
Jaguar XJ220. Kolleksiyaçıların ən arzuladığı modellərdən biri olan bu avtomobil cəmi 280 ədəd istehsal edilib. Günümüzə çox az nümunə gəlib çatıb. Bunların da əskəriyyəti ərəb şeyxlərinin qarajlarında saxlanılır. “Forbes” ekspertlərinin fikrincə, modelin qiyməti, ən aşağı, 1 mln dollardan başlayır. İndi düşünün, bu şedevri səhranın tam ortasında tapıblar. Cəmi 900 km getmiş, ideal vəziyyətdə olan avtomobil səhrada havanın təsirilə çürüyüb və bərbad hala düşüb. Şahidlərin sözlərinə görə, sahibi onu sürməkdən yorulub. Ona görə də, elə burdaca saxlayıb, başqa avtomobilə minib gedib. Deyim ki, bu avtomobili idarə etmək müasir avtomobillərə baxanda çox çətindir. Amma səhrada çürüyən milyonlarla dolları düşünmək ondan da çətindir...
Ferrari Dino 246 gts. Bu avtomobilin qəribə hekayəsi 1978-ci ildə Los-Ancelesdə başlayıb. Həmin dövrün mətbuatının yazdığına görə, evlərin birinin arxa həyətində oynayan uşaqlar torpağın altından çıxan polietilen ucu görürlər. Onlar eşə-eşə daha böyük bir şey tapırlar. Nəticədə, polisə xəbər verilir. Hadisə yerinə gələn detektiflər yerin altından polietilenə bükülmüş, demək olar ki, təzə avtomobili ortaya çıxarırlar. Araşdırma nəticəsində məlum oldu ki, avtomobil sahibinin sifarişi ilə oğurlanıb. O, bunu sığorta pulu almaqçün edib. Avtomobil oğruları Ferrari Dino-nu sahildən çox uzaqda okeanda batırmalıymışlar. Amma maşın onların elə xoşuna gəlib ki, onu okeana atmağa əlləri gəlməyib. Avtomobili gizlətməyi, nə vaxtsa çıxarıb satmağı düşünüblər. Sonra naməlum səbəbdən geri dönməyiblər... Kimliyi hələ də məlum olmayan oğrular belə bu cür gözəlliyə qıymayıblar...
Lamborghini Miura p400. Bu avtomobil unudulmuş bir qarajda 20 ildən artıq çürüməyə tərk edilib. Sahibi yaşlı bir kişi olub və o, avtomobildən, demək olar ki, istifadə etməyib. Zaman keçdikcə o, ağır xəstələnir, qohumları bu avtomobillə neyləmək haqqında fikirləşirlər. Əlbəttə ki, satmaq da plana daxil edilir. Amma mirasçılardan biri Jerry Fandytis satılmanın əleyhinə olur. Uşaqlıq xatirələrinin bu maşınla bağlı olduğunu əsas gətirir, onu təmir edir və sevə-sevə sükan arxasına oturur...

Пікірлер: 27
@zohrab8735
@zohrab8735 3 жыл бұрын
YAŞASİN TÜRKİYƏ🇹🇷🇦🇿 AZƏRBAYCAN TÜRKÜ
@user-lv1zc4zw6t
@user-lv1zc4zw6t 10 ай бұрын
​@@PROGRAMTV00😂😂
@isvecteyasayanazrbaycanl4476
@isvecteyasayanazrbaycanl4476 3 жыл бұрын
*Sen demə ki bir sıra insanlarında şansları var! Bu arada İsveçə gəlməyin yollarını və bütün məlumatları bizim kanalda izləməyi tövsiyyə edirəm❤️*
@P.T.F
@P.T.F Жыл бұрын
XEYİF MAŞINLARDAN
@strongerdemon3855
@strongerdemon3855 3 жыл бұрын
Yer altı xəzinə🙄
@KamranchiK
@KamranchiK 3 жыл бұрын
Ay Mashallah , kanalinizda maraqli cox shey var )
@primeLone
@primeLone 3 жыл бұрын
Tetim düz deyir
@adilhaciyev1650
@adilhaciyev1650 5 ай бұрын
Men isdiyerdim onu
@zohrab8735
@zohrab8735 3 жыл бұрын
😋
@rasimsirinov3817
@rasimsirinov3817 3 жыл бұрын
İlk yəni mən yazdım
@gu_qoxuu_0572
@gu_qoxuu_0572 3 жыл бұрын
Lap yaxşı😂
@elxaneliyev1435
@elxaneliyev1435 3 жыл бұрын
Oy bila qaqa sen neylemisen şokdayam hele
@ziyazeynalov9586
@ziyazeynalov9586 2 жыл бұрын
Biz yeri qazsag su torbasini zadi pardadarg
@user-lv1zc4zw6t
@user-lv1zc4zw6t 10 ай бұрын
😂
@xeyalmehreliyev9144
@xeyalmehreliyev9144 3 жыл бұрын
450 dərəcə olmaze 45 c dərəcə olar
@cavidhaciyev2887
@cavidhaciyev2887 3 жыл бұрын
Birinde biz tapsaydig😃
@gu_qoxuu_0572
@gu_qoxuu_0572 3 жыл бұрын
NƏ GÖZEL OLARDI HARDADI BİZDE O BEXD EY😂
@asimceferli4010
@asimceferli4010 2 жыл бұрын
Biz tapsaq onun boyrundede bizim polisler ya narkotik yadaki tank tapacaq bize qismət olmayacaq...
@MADJIDOS25
@MADJIDOS25 2 жыл бұрын
Goresen Azerbaycanda ne vaxt icaze vereceyler bele mawinlari alib surmeye. Ama adekvat qiymetlere
@askardjabarov745
@askardjabarov745 Жыл бұрын
Bizim qohumlardanda bize cadudan baska hecne qalmıyıb
@aksinabbasov7589
@aksinabbasov7589 Жыл бұрын
Neciya
@cavidqurbanov2238
@cavidqurbanov2238 2 жыл бұрын
450derece?))
@wr3ru6og5y
@wr3ru6og5y 2 жыл бұрын
Ferari esitib qizibda hele his eleyib
@murazibragimov8496
@murazibragimov8496 3 жыл бұрын
650 lari qiymeti var🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@turalyusubov82
@turalyusubov82 Жыл бұрын
Y
@omrnuruzade
@omrnuruzade Жыл бұрын
Havanın tempraturu 450°????????? Xəstəsiz? Ay da Fords nədi nə cahil adamlarsız
@ismayilhasanov7611
@ismayilhasanov7611 3 ай бұрын
450 derece ne danisir e bu qiz lap deputat siyavuş kimi danisir 450 derece isti olur? Belke 45 derece olar xanim qiz
Gizli Qaraj "Sərvət Dəyərində" POBEDA M20 - #GizliQaraj 4
6:52
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 7 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,8 МЛН
5 Əfsanəvi Sovet Maşını
7:58
Mashin AL
Рет қаралды 90 М.
Protect The Lamborghini, Keep It!
19:01
MrBeast
Рет қаралды 155 МЛН
Biləndə ŞOK olacaqsız - Ağcaqanad olmasaydı nələr olardı?
8:49
Çöpte Bulunan En Pahalı Terk Edilmiş 10 Araba!
9:39
Herşey Dahil
Рет қаралды 682 М.
Сравнение Армии Турции и Израиля 2024
9:02
Гравитация
Рет қаралды 678 М.
Bu Qida ÜRƏYƏ Gedən Damarları 5 Dəqiqəyə Təmizləyir
13:10
Demədi Demə
Рет қаралды 28 М.
Azərbaycanda ən bahalı 10 avtomobil - ŞOK QİYMƏTLƏR
4:27
Dad Spends 3 Months Building His Son's Favorite Tank
16:04
ND - Woodworking Art
Рет қаралды 29 МЛН
Better Than Smart Phones☠️🤯 | #trollface
0:11
Not Sanu Moments
Рет қаралды 18 МЛН
Как противодействовать FPV дронам
44:34
Стратег Диванного Легиона
Рет қаралды 88 М.