Salam həkim məndə sag yymurtaliqda sanci var gorən yumurtaliq cirilmaz qorxuram
@Redmi12-ci3cr5 ай бұрын
Həkim sol yumurtalığımda falikuliyar kista var sol yumurtalığımda əlavə falikul yetişmir hamilə qala bilmirəm sağ borum yoxdu sol borum var soldada falikul yetişmir
@EgeHospital5 ай бұрын
Salam. Daha dəqiq söz demək üçün pasiyent müayinə olunmalıdır. Follikul kisti olub olmadığı təsdiqlənməlidir. Çünki follikul kistaları 2-3 ay ərzində geriləyirlər. Əgər geriləmirlərsə, dərman veririk, dərman ilə geriləyirlər. Geriləmirsə, deməli follikul kistası deyil. Sol borusu varsa, sağdan da yumurtlayıb sodan da hamilə qala bilər. Qısacası, bir fikir bildirmək üçün pasiyent müayinə olunmalıdır. (Uzman Dr.Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@AyselMova-x1v2 ай бұрын
Həkim salam məndə falikuliyar kista var 1ildi mualce aldim sorulmadi eyni olcudə qalib goturulməlidi?
@EgeHospitalАй бұрын
Salam. Follikulyar kistalar ümumiyyətlə geriləyir, əgər geriləmirsə, follikulyar olmaya bilər. Müayinə etmək lazımdır. (Uzman Dr. Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
Salam. Aybaşı duzənsizliyinin tək səbəbi kista deyil. Kista əməliyyatından sonra yenə də düzənsizlik varsa, aybaşı duzənsizliyinin səbəbini araşdırıb ona uyğun müalicə almalısınız. Ginekoloqa müraciət etməyiniz məsləhətdir. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@elieliyev91267 ай бұрын
Salam hekim mende 4sm olcude kisd var yumurtaligin usdunde 2 il olar mende var bu kisda kecmir evvel balaca idi indi boyuyur onu mualce etmek lazimdi ya nece paraovarial kistasidi
@EgeHospital7 ай бұрын
Salam. Bu suala cavab vermək üçün pasiyenti müayinə etmək lazımdır. (Uzman Dr Lena Bağırova, Cərrah Mama--Ginekoloq)
@MusennifQuliyev9 ай бұрын
Doktor 42 mm şokolad kista suni mayalanmanin tutmamasina sebeb ola biler ?qeyd edimki bur yumurtaliqdadi digeri yaxşıdı
@EgeHospital9 ай бұрын
Salam. Ümumiyyətlə endometriomalar süni mayalanma tutmasına maneə təşkil etməz, amma istisnai durumlar ola bilər (endometriomanın infeksiyalaşması və s. kimi durumlar). (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@VusalHuseynov-mx4se5 ай бұрын
Salam həkim məndə endemetryoma çıxdı emerteyede girdim bunu dedi deyilər əməlyat olunsan uşağ olmıyacaq nə edim mən
@EgeHospital5 ай бұрын
Salam. Endometriomanın ölçüsünə və klinik əlamətlərə görə əməliyyat qərarı veririk. (Uzman Dr. Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@agaasadullayev4742 Жыл бұрын
Salam doktor mənim kistan var iki yumurtalığımda o müalicə ilə gedər
@EgeHospital Жыл бұрын
Salam. Kistanın növünə görə dəyişir. Funksional (basit kistalar) keçir adətən, endometrioma və ya dermoid kistadırsa keçməz. Müayinə etmədən konkret bir söz demək olmaz. (Uzman Dr. Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@MusennifQuliyev9 ай бұрын
Doktor hemorragik kista ciddi bir şeydi müalicə ilə keçər birde süni mayalanmaya engeldi? Tutnmaya bilər?
@EgeHospital9 ай бұрын
Salam. Hemorrhagic kistalar öz-özünə də keçib gedir (3-4 menstrual tsikl keçir üzərindən və sonra keçib gedir). Bəzən doğum kontrol həbləri tövsiyə edirik, (1-2 aylıq verib-sınayıb) geriləməsinə kömək edir. Hemorrhagic kistalar qorxulu deyil. Amma nadirən də olsa, kist partlayıb iç qanaxma verə bilir. Bəzən öz ətrafında dönüb torsiyona (burulma) səbəb olur. Süni mayalanmaya əngəl deyil. Amma əgər süni mayalanma müalicəsinə başlayacaqsınızsa, öncəsində kistanın geriləməsini gözləyib, sonra müalicəyə başlayırıq. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@dunyam-wj6ol6 ай бұрын
Salam həkim 36 mm ölçülü maye terkibli əlave (sari cism kistasi?) izlənilir. Bu hamilə qalmağa əngəl deyilmi? Müalicə lazımdırmi?
@EgeHospital6 ай бұрын
Salam. Müalicə lazım deyil, spontan geriləyəcəkdir. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@ilkanetal-10289 ай бұрын
Salam hekim menim qızımın 14 yaşındadı yumurtalığında kisda var mualice ediy kecmişdi yene emelə gelib bu neden olur niye yaranır sağ sol ikisindedi birdefede emeliyat olunub matqanın altına çirk yığışmışdı ağrıdan dözemirdi emeliyat elədilər
@EgeHospital9 ай бұрын
Salam. Bu suala cavab verə bilmək üçün pasiyenti müayinə etməyimiz lazımdır. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq)
@Chemistrylove-j6q6 ай бұрын
Mən nə qeder uziyə düşmüşəm yumurtalıq kistanın görsetməyib mən artıq uziyə inanıram aldanmayın xanımlar uziyə
@elgunhuseynoffh Жыл бұрын
Həkim sizlə ətraflı danışmaq istərdim nömrənizi olar?
@EgeHospital Жыл бұрын
Salam. Cərrah Mama-Ginekoloq Uzman Dr Lena Bağırova Ege hospitalda pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117, 012 599 1117, 050 299 1117, 050 657 8482.
@elgunhuseynoffh Жыл бұрын
Salam həkim. Mənim 17yaşım var mende funksional kista əmələ gəlib müalicə elətdirirəm soğan suyuda içirəm sizcə kistama xeyiri olar? Xahiş edirem cavablandırardınız.
@EgeHospital Жыл бұрын
Salam. Funksional kistalar müalicə olmadan belə 2-3 ay içərisində geriləyirlər. (Uzman Dr Lena Bağırova, Cərrah Mama-Ginekoloq )